İkinci dünya müharibəsinin abş üçün nəticələri



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə94/96
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#6135
1   ...   88   89   90   91   92   93   94   95   96

 
284 
ərazisindən keçən ABŞ-ın da dəstəklədiyi Bakı-Ceyhan-Tbilisi neft 
ixrac boru k
əmərinin çəkilməsi haqqında müqavilə imzaladı.  
2004-cü ild
ən  Bakı  nefti  xaricə  axmağa  başladı.  Keçmiş 
“İpək yolu”nun bərpası  isə  Azərbaycanın  strateji  əhəmiyyətini 
daha da artırdı. Cənubdan İran vasitəsilə boru kəmərinin çəkilməsi 
n
əzərdə  tutulsa  da,  mümkün  olmadı.  Çünki  onu  ABŞ 
kampaniy
aları  maliyyələşdirməli idilər.  Lakin  ABŞ  İranla  hər 
hansı  bir  müqaviləyə  maliyyə  embarqosu  qoyduğuna  görə  bu 
k
əmərin çəkilişini də maliyyələşdirməkdən imtina etdi. 
1995-ci ild
ə  Türkmənistanı  İranla  birləşdirən dəmiryolunun 
açılması  Orta  Asiyanın  Avropa ilə  ticarətinə  imkan verdi. Rusi-
yanın  ərazisindən keçmədən də  Orta  Asiya  respublikaları  artıq 
dünya il
ə  ticarət etmək  imkanı  qazandılar.  Özbəkistan  da 
Rusiyanın  “inteqrasiya”  tərəfinə  qarşı  bütün  gücü  ilə  müxalifətdə 
dayanırdı. 
1996-
cı  ilin  avqustunda  Özbəkistanın  xarici  işlər naziri 
birm
ənalı  qeyd  etmişdir  ki,  “Özbəkistan MDB-nin millətlər-üstü 
institutlarının  təşkilinin  qəti  əleyhinədir, çünki bundan gələcəkdə 
m
ərkəzi idarəetmə  vasitəsi” səviyyəsində  istifadə  edilə  bilər. 
Özb
əkistanın  bu  millətçi mövqeyi dərhal Rusiya mətbuatında 
Özb
əkistanın ünvanına kəskin tənqidlə qarşılandı. Mətbuat yazırdı 
ki, MDB daxilind
ə  hətta  gömrük  ittifaqına  da  daxil  olmaması 
onların  millətçi antirus siyasəti yeritmələrindən xəbər verir. ABŞ 
üçün  Asiya  regionunda  Rusiyanın zəiflədilməsi siyasi xətti 
yeridilirdi
. Bu mövqe ABŞ üçün xoşagələn idi. 
H
ətta  Qazaxıstan  da  Rusiyanın  təzyiqinə  cavab olaraq öz 
t
əbii sərvətlərinin axını üçün Rusiya ərazisindən keçməyən yollar 
axtarırdı. Həmin regiona və  Azərbaycana külli miqdarda xarici 
kapital  qoyuluşu  Rusiyanın  maliyyə  imkanlarını  məhdudlaşdırır, 
onu qlobal iqtisadi t
əzyiq göstərməkdən  açıqca  kənarda qoyurdu. 
Rusiya il
ə əlaqədar təhlükədən ehtiyat edərək Orta Asiya dövlətləri 
daha sıx regional əməkdaşlığı inkişaf etdirmək istəyirlər. 
Bir  faktı  da  yaddan  çıxarmaq  olmaz  ki,  Qazaxıstan, 
Özb
əkistan və Türkmənistan prezidentləri arasında isti münasibətin 
olmamasından  Moskva  onları  bir-biri ilə  toqquşdurmaq  üçün 


 
285 
m
əharətlə  istifadə  edir. Ancaq 90-cı  illərin  ortalarında  onlar  öz 
s
əhvlərini başa düşməyə başladılar.  
Ən vacib nüanslardan biri də MDB daxilindəki Ukrayna ilə 
Özb
əkistan, Türkmənistan və Gürcüstan arasında hərbi əməkdaşlıq 
haq
qında  müqavilənin  bağlaması  idi.  Ukrayna  və  Özbəkistanın 
nümun
əsində Rusiyaya müəyyən dərəcədə simpatiyaları olan digər 
respublikaların  liderləri  ilə  də  artıq  Moskvanın  mərkəzləşdirmə 
c
əhdlərinə  qarşı  çıxmağa  başladılar.  Moskva  o  zaman  daha  da 
p
ərişan  oldu  ki,  1996-cı  ilin  sentyabrında  Gürcüstan  prezidenti 
E.Şverdnadze və  Özbəkistan prezidenti Nursultan Nazarbayev 
bildirdil
ər ki, əgər  onların  müstəqilliyi təhlükə  altında  olarsa, 
respublikalar MDB-ni t
ərk edəcəklər. 
MDB-y
ə  qarşı  Orta  Asiya  respublikaları  və  Azərbaycan öz 
f
əaliyyətlərini iqtisadi əməkdaşlıq təşkilatı səviyyəsinə qaldırdılar. 
Moskva açıq şəkildə bu təşəbbüslərə qarşı çıxdı. Türkiyə daha çox, 
İran isə bir qədər bu respublikalarla əlaqələri inkişaf etdirsə də, heç 
biri, etiraf etm
ək  lazımdır  ki,  Rusiyanı  bu  regionlara  təsirdən 
m
əhrum etmək imkanına malik deyildilər. Onlar ancaq çalışırlar ki, 
bu r
espublikaların  keçmiş  sahibləri,  indiki  şimal  qonşuları  ilə 
yenid
ən  inteqrasiya  olunmasınlar.  Bu  da,  şübhəsiz, regionun 
g
ələcəyinin geosiyasi açıqlığını saxlamağa kömək edir. 
ABŞ üçün geostrateji nəticələr aydındır. Amerika çox uzaqda 
yerl
əşir.  Bu  isə  onun  Avrasiyanın  bu  regionunda  dominat  roluna 
bir q
ədər maneə törədir. Lakin digər tərəfdən, bu teatrda baş verən 
hadis
ələrə  müdaxilə  etmək üçün o son dərəcə  güclüdür.  Maraqlı 
c
əhət budur ki, bu regionun bütün dövlətləri də  onların  yaşaması 
üçün  ABŞ-ın  bu  regionda  iştirakını  zəruri hesab edirlər. Rusiya 
ABŞ-ı  bu  regiona  müdaxilədən kənarlaşdırmaq  və  əvvəlki 
mövqeyini b
ərpa etmək üçün hələlik çox zəifdir. Hadisələrin 
g
ələcək inkişafından çox şey asılı ola bilər. Çin kifayət qədər güclü 
olsa da, Rusiyadan ehtiyat ed
ərək bu regionun hadisələrində iştirak 
etm
əkdən çəkinir. Buradan belə bir nəticə çıxır ki, heç bir dövlət 
bu geosiyasi 
əraziyə  nəzarət edə  bilməsin, dünya ictimaiyyəti isə 
bu regiona maliyy
ə-iqtisadi dəstək göstərsin.  Bununla  yanaşı, 
Rusiyanı  regiondan  kənarlaşdırmaq  arzu  edilən deyil, çünki bu 
Rusiya il
ə  yeni dövlətlər  arasındakı  ziddiyyətləri daha da 


 
286 
gücl
əndirə bilər. Həqiqət budur ki, regionun inkişafında Rusiyanın 
partnyor kimi f
əal iqtisadi inkişafı bu zonanın siyasi sabitliyi üçün 
çox vacibdir. 
Ukr
ayna respublikasının prezidenti Z.Kuçmanın rəhbərliyi ilə 
2004-
cü  ilin  dekabrın  27-də  keçirilən Milli Təhlükəsizlik və 
müdafi
ə Sovetinin iclasında ölkənin NATO-ya daxil olması bəyə-
nildi v
ə göstərildi ki, Avropanın kollektiv təhlükəsizlik sistemində 
iştirak  üçün  bu  qurumun  üzvü  olmaq  lazımdır.  Qərbin  inkişaf 
etmiş, ölkələri ilə əlaqələri inkişaf etdirməyk təklifini 1997-ci ildə 
ölk
ə  əhalisinin cəmi 13,8%-i dəstəkləyirdi.  Krımda  isə  əhalinin 
əksəriyyəti NATO-nu təcavüzkar blok hesab edirdi. Yeni tarixi 
dövrd
ə  həqiqətən NATO beynəlxalq  hüquq  qaydalarını  tez-tez 
pozur. M
əsələn,  onun  Yuqoslaviyadakı  hərbi  əməliyyatları,  Belq-
radı bombardman etməsi, Serbiyada minlərlə dinc sakini öldürməsi 
buna  sübutdur.  Burada  heç  bir  Avropanın  təhlükəsizliyi məsələ-
sind
ən bu mənada söhbət gedə bilməz. 
Hazırki  dövrdə  Şimali  Atlantika  alyansı  ölkələrinin liderləri 
xüsusil
ə 2001-ci ilin 11 sentyabr hadisələrindən sonra “beynəlxalq 
terrorizm
ə” və  islam fundamentalizminə  qarşı  total  müharibəyə 
başladıqlarını  elan etdirlər.  Bu müharibədə  isə NATO bloku əsas 
instrument  rolunu  oynamalı  idi.  Terrorizmlə  müharibə  vacib olsa 
da, lakin h
ər hansı bir bəhanədən istifadə edib hər hansı təcavüzə 
başlamaq beynəlxalq hüquq normalarını tam ziddir. Ukrayna elan 
etdiyi dövl
ət  neytrallığına  və  bloklara    qoşulmamaq  statusunu 
pozur, heç bir z
ərurət  olmadan  öz  xalqın  dünyada  baş  verən 
münaqişələrdə iştiraka cəlb edir. Ukrayna liderləri belə bir fikir də 
ir
əli sürürlər ki, guya NATO bloku Rusiya ilə  yaxınlaşır,  bu  da 
Ukraynanın bu blokda iştirakına yol açır. 
Rusiya  özünün  hazırkı  bütün  xoşagəlməz  hallarına  baxma-
yaraq 
əvvəlki kimi yenə də böyük ölkə olaraq qalır, dünyada ikinci 
nüv
ə ehtiyatına malik olan ölkədir. O, dünyada baş verən geosiyasi 
münasib
ətlərin bütün spektrlərinə  nüfuzedici təsirini saxlamaq-
dadır.  NATO  ilə  Rusiya  arasında  “19+1”  formulu  üzrə  saziş  rus 
diplomatiyasının  çox  böyük  uğuru  hesab  edilə  bilər. çünki bu, 

əyyən dərəcədə  alyansın  fəaliyyətini  bitərəfləşdirməyə,  silahlı 
qüvv
ələrin, digər təhlükəsizlik  institutların  modernləşdirilməsinə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə