İkinci dünya müharibəsinin abş üçün nəticələri



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə86/96
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#6135
1   ...   82   83   84   85   86   87   88   89   ...   96

 
260 
Rumıniya, Bolqarıstan və Baltikyanı ölkələr Lüksemburqda Qərbi 
Avropa İttifaqının assosiativ üzvlüyünə qəbul edildilər. 
Əvvəllər Rusiya buna öz maraqlarına zidd olmayan bir hadisə 
kimi  baxırdı.  Hətta 1993-cü ilin avqustunda RF prezidenti 
B.Yeltsin bunu öz çıxışında da bir daha təsdiq etdi. Lakin bundan 
iki il keçm
əmiş  Rusiya  “valı  dəyişdirdi”  və  bu məsələyə  başqa 
münasib
ət bəsləməyə başladı.  
Sovet h
ərbi təhlükəsi və  kommunizmin Qərbə  doğru  geniş-
l
ənməsi  qorxusu  aradan  qalxdığı  üçün  NATO  potensial  rəqib və 
mümkün ola bil
əcək  münaqişənin xarakteri barədə  əvvəlki təsəv-
vürl
ərdən məhrum oldu. Buna görə də dünyada baş verən dəyişik-
likl
əri nəzərə alan doktrinanın hazırlanmasına kəskin ehtiyac duyu-
lur
du.  Bu  yolda  birinci addım  1992-ci ildə  ATƏM-in HElsinkidə 
keçiril
ən sammitində  atıldı.  Helsinki  sammitində  NATO qüvvə-
l
ərindən ATƏM-in sülhməramlı əməliyyatlarında istifadə edilməsi 
haqqında  qərar qəbul edildi. Həmin  ilin  dekabr  ayında  NATO 
regional  münaqişələrin  Avropanın  təhlükəsizliyi üçün əsas qorxu 
olmasına  dair  qərar qəbul etdi. Bu iki qərar blokun yeni konsep-
siyası  üçün  təməl  rolunu  oynadı.  NATO-nun  yeni  konsepsiyası 
blokun 1999-
cu  ilin  aprel  ayında  Vaşinqtonda  keçirilən yubiley 
sessiyasında  rəsmi olaraq qəbul edildi. Doktrinaya görə  xarici 
t
əcavüzdən müdafiə  tələbinə  kütləvi  qırğın  silahının  yayılmasına 
v
ə  terrorizmə  qarşı  mübarizə  aparmaq tələbi də  əlavə  edildi. 
Potensial düşmən tərəfindən kütləvi qırğın silahından istifadə təh-
lük
əsi yarandıqda NATO bloku birinci olaraq atom zərbəsi endirə 
bil
ərdi. NATO həmçinin 19 dövlətin  ərazisindən  kənarda  baş 
ver
ən  münaqişələrin  nizama  salınması  üçün  silahlı  qüvvələrdən 
istifad
ə edəcəyini bəyan etdi. Beləliklə, NATO özü üçün suveren 
dövl
ətlərin  daxili  işlərinə  qarışmaq  hüququ  əldə  etdi. NATO 
bununla da regional h
ərbi-siyasi təşkilatdan qlobal güc strukturuna 
çevril
ərək  münaqişələrin tənzimlənməsində  əsas  rol  oynamağa 
başladı. 
1994-cü ild
ə NATO-nun Şərqə doğru genişlənməsi haqqında 
q
ərar qəbul  edildi.ABŞ  1996-cı  ildə  NATO-nun  Şərqə  doğru 
genişlənməsi məsələsini mərkəzi vəzifələrindən biri kimi irəli 
sürdükd
ə Rusiya bu məsələni çox sərt qarşıladı.  


 
261 
1989-cu i
lin  noyabr  ayında  Berlin  hasarlarının  sökülməsi, 
“soyuq müharib
ə”nin  qurtarması,  Varvara  müqaviləsi təşkilatının 
buraxılması,  SSRİ-nin  süqutu  Avropada  parçalanmanın  sonundan 
x
əbər verirdi. 1990-cı ilin oktyabrında AFR və ADR-in birləşməsi 
n
əticəsində  keçmiş  Şərqi Almaniya NATO-ya daxil oldu. Öz 
azadlıqlarına təminat almaq üçün Şərqi Avropanın digər ölkələri də 
bu quruma girm
ək qərarına gəldilər. 
NATO-
nun  Şərqə  doğru  genişlənməsi məsələsinin müza-
kir
əsi hələ 1990-cu ildən Almaniyanın birləşdirilməsi məsələsi ilə 
əlaqədar  başlamışdı.  Lakin  o  zaman  bu  fikirlər sənədlərlə  möh-
k
əmləndirilmədiyindən Rusiya buna kifayət qədər  əhəmiyyət 
vermirdi. 
NATO-nun fasil
əsiz genişlənməsi prosesi hər hansı bir ölkə 
üçün özlüyünd
ə  təhlükə  təşkil  etmir.  O,  sabitlik  və  əməkdaşlığa, 
vahid, sülhsev
ər,  demokratik  Avropanın  qurulmasına,  ümumi 
d
əyərlərin qorunmasına doğru yönəldilmişdir. 
1995-ci ild
ə  Şimali  Atlantika  İttifaqı  “NATO-nun  genişlən-
m
əsi haqqında tədqiqatlar” haqqında nəticəni nəşr etdirdi. 
T
ədqiqatdan belə  bir nəticə  çıxarılırdı  ki,  “Soyuq  müha-
rib
ə”nin qurtarması ilə bağlı bütün Avroatlantik regionda təhlükə-
sizliyi möhk
əmləndirmək üçün nadir imkanlar meydana gəlmişdir 
v
ə  NATO-nun  genişlənməsi ümumi sabitliyin və  təhlükəsizliyin 
möhk
əmlənməsini təmin edir. Həmçinin bu proses demokratik 
islahatların keçirilməsinə təsir edəcək, o cümlədən silahlı qüvvələr 
üz
ərində demokratik və mülki nəzarətə imkan verəcək. NATO-nun 
genişlənməsi əməkdaşlığın, məsləhətləşmənin, konsersusun nailiy-
y
ətlərinin model və  ənənələrinin yenidən təkmilləşməsinə  səbəb 
olacaq, NATO-
nun  genişlənməsi həmçinin transatlantik tərəfdaş-
lığının  möhkəmlənməsinə  və  dərinləşməsinə  gətirib  çıxaracaqdır. 
NATO-nun üzvlüyün
ə daxil olmaq istəyən dövlətlərdə demokratik 
siyasi sistem f
əaliyyət göstərməli və o, bazar iqtisadiyyatına əsas-
lan
malı, milli azlıqlara ədalətli münasibət bəsləməli, münaqişələri 
dinc yollu h
əll etməyə çalışmalı, NATO-nun əməliyyatlarında ba-
ca
rıq  və  hazırlığı  ilə  öz hərbi  gücünü  nümayiş  etdirməli, 
demokratik h
ərbi-mülki münasibətlərə  və  institutlara etimad 
göst
ərməli idi. 


 
262 
1997-
ci  ilin  mayın  27-də  Parisdə  “Rusiya  Federasiyası  ilə 
NATO arasında qarşılıqlı münasibətlər, əməkdaşlıq və təhlükəsiz-
lik haqqında əsas akt” imzalandı. Bu sənəddə tərəflərin məqsədinin 
demokratiya v
ə  təhlükəsizlik prinsipləri  əsasında  Avroatlantika 
m
əkanında  uzun  müddətli və  hərtərəfli sülhün təmin edilməsi 
olduğu bildirildi. NATO ölkələri bloka daxil olan dövlətlərin əra-
zisind
ə  nüvə  silahı  yerləşdirməmək, hərbi fəallığı  məhdudlaş-
dırmaq,  Avropada  silahlanmanın  əvvəlki səviyyəsini saxlamaq 
haqqında öhdəlik götürdülər. NATO-nun 16 üzvü və Rusiya birgə 
daimi  şura  yaratdılar.  Birgə  daimi  şuraya  daxil  olanların  hamısı 
t
əhlükəsizlik təmin edilməsində, o cümlədən sülhsevər qüvvələr-
d
ən istifadə  edilməsində  Veto hüququna malik idilər. Lakin bu, 
ancaq BMT-nin v
ə ya ATƏT-in razılığı ilə ola bilərdi. Daimi şura 
bununla bel
ə  böhran vəziyyətində  kollegial qərar qəbul edən bir 
orqana çevrilm
ədi. 
Rusiya  Federasiyası  sənədi imzalamaqla Avropada hərbi-
siyasi qüvv
ələrin yeni nisbəti ilə razılaşmış oldu.  
Macarıstan,  Polşa  və  Çexoslovakiya NATO-ya 1999-cu ilin 
martında  “dördüncü  genişlənmə”  zamanı  daxil  oldu.  1997-ci ildə 
ölk
ədə  keçirilən referendum nəticəsində  seçicilərin 85%-i 
Macarıstanın  NATO-ya girməsi lehinə  səs verdilər. Macarıstan, 
Çexiya Polşanın NATO-ya girməsində çətinlik ondan ibarət idi ki, 
bu ölk
ələr  alyansa  uyğun  olaraq  öz  ordularını  yenidən 
silahlandırmalı  idilər. Onlarda sovet-hərbi-texniki  bazası  üstünlük 
t
əşkil  edirdi.  Bunları  yeniləşdirmək üçün isə  kifayət qədər 
im
kanları yox idi. Bu vaxta qədər onların büdcəsinin cəmi 1,6%-i 
orduya x
ərclənirdi.  Onların  şəxsi heyəti də  lazımınca  yüksək 
s
əviyyədə  deyildi. Ordunun  sayı  bu  ölkələrdə  NATO-ya girmək 
ərəfəsində 40-45 min nəfərə yaxın idi. 
1999-
cu  ilin  mart  ayının  12-si  həm  Çexiya,  Polşa,  Macarıs-
tanın həyatında, həm də bütün Avropanın həyatında məşhur tarixi 
gün
ə çevrildi. “Soyuq müharibə” qurtardıqdan sonra Şimali Atlan-
tika  alyansının  Şərqə  doğru  genişlənməsinin  birinci  dalğası  başa 
çatdı. Həmin gün yuxarıda qeyd etdiyimiz ölkələr NATO-nun üzvü 
oldular. Bu ölk
ələr NATO-ya girməklə ilk növbədə ABŞ-a rəğbət 
b
əslədiklərini və  onun  Şərqi Avropa ölkələrinə  münasibətini 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə