İlham Əliyevin “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin



Yüklə 5,98 Mb.
Pdf görüntüsü
səhifə215/231
tarix21.06.2018
ölçüsü5,98 Mb.
#50117
1   ...   211   212   213   214   215   216   217   218   ...   231

onun  vəziyyəti  yenə  də  yaxşıdır.  Nəyim  varsa,  mən  onunla  qardaş 

kimi  bölüşürəm.  Bədbəxtlikdən,  gücüm  çatan  şey  o  qədər  də  çox 

deyildir:  çörək,  süd,  yumurta;  hər  şeyi  müharibədə  -  müharibə 

meydanında olduğu kimi bölüşürük. Nəyim varsa, səmimi-qəlblə ona 

verməyə hazıram. Lakin o, bizi əldən salmışdır. 

-

 



Omu? 

-

 



Bəli,  cənab,  lap  canımızı  üzmüşdür...  Mən  bir  işə  başladım, 

halbuki  bu  iş  mənim  qüvvəm  xaricində  idi.  O,  bunu  yaxşı  başa 

düşürdü.  Bu,  onu  daim  narahat  etdiyindən,  ata  muğayat  olmağa 

başladı.  Mən:  “Generalım,  bu  yaramaz!”  dedikdə,  o  cavab  verir: 

“Mən  tənbəl  olmaq  istəmirəm,  mən  çoxdan  evdovşanının  dərisini 

soymağı öyrənmişəm”. Südxanam üçün Qrados adlı bir nəfərdən borc 

almaq  niyyətində  idim.  Bunun  qəbzlərini  hazırladım.  Siz  onu 

tanımırsınızmı? 

-

 

Bura baxın, əzizim, mənim sizinlə söhbət etməyə vaxtım yox-



dur. Yalnız bunu söyləyin görüm nə üçün general sizi incitmişdir? 

-

 



Onun  bizi  incitməsi  lap  həqiqətdir,  necə  ki  mənim  adım, 

doğrudan  da,  Lüdovik  Vemyedir.  Hətta  arvadım  belə  ağlamışdı.  O, 

mənim  yazdığım  qəbzlər  əvəzində  kimsənin  bizə  bir  quruş  belə 

verməyəcəyini  qonşulardan  öyrənir.  Qoca  heyvərə  heç  kəsə  bir  söz 

söyləmədən,  sizin  ona  verdiyiniz  pulları  toplayıb  bizim  qəbzləri  ələ 

keçirmiş  və  bunun  pulunu  vermişdir.  Belə  də  iş  olar!  Mən  də, 

arvadım da yaxşı bilirdik ki, bu yoxsul qocanın tütünü belə yoxdur, o, 

tütün  çəkməyi  belə  tərgitmişdir.  Amma  indi  hər  gün  onun  çəkmək 

üçün  siqan  var.  Mən  özümü  belə  satmağa  razı  olaram,  amma  onu 

tütünsüz  qoymaram.  Yox,  mümkün  deyil,  o,  bizi  çox  incitmişdir. 

Müxtəsər,  mən  sizdən  yüz  ekü  borc  istəyəcəkdim.  Onun  dediyinə 

görə  siz  yaxşı  oğlansınız.  Generalın  üst-başını  düzəltmək  və  otağını 

nizama  salmaq  üçün  sizdən  borc  istəməyə  məcburam.  O,  bizim 

yaxamızı  borcdan  qurtarmaq  istəyirdi,  deyilmi?  Həqiqətdə  isə  iş 

tərsinə  oldu,  o,  bizi  daha  da  borca  saldı.  O,  bizi  incitməməli  idi.  O, 

bizə,  öz dostlarına  əzab  verir.  Namuslu  adamın  sözü  hər  zaman  düz 

olar,  necə  ki  mənim  adım,  doğrudan  da,  Lüdovik  Vemyedir.  Mən 

özümü  girov  qoyaram,  amma  heç  bir  zaman  bu  pulları  mənim-

səmərəm. 

Dervil  südçüyə  baxdı  və  bir  neçə  addım  geriyə  çəkilib  evə, 

həyətə, peyin yığınına, pəyəyə, əldovşanlanna, uşaqlara baxdı. 

621 


downloaded from KitabYurdu.org


DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

Öz-özünə:  “Namusuma  and  olsun,  -  dedi,  -  mənə  elə  gəlir  ki,  insan 



xeyirxahlığının xüsusiyyətlərindən biri - mülkiyyətçi olma- maqdır”. 

-

 



Sən  yüz  ekü  alacaqsan,  hətta  daha  çox  alacaqsan.  Lakin 

məndən  deyil,  ondan  alacaqsan.  Polkovnik  sənə  kömək  etdiyi  üçün 

kafi  dərəcədə  varlı  olacaqdır.  Mən  onu,  sənə  kömək  etmək 

sevincindən məhrum etmək istəmirəm. 

-

 

Bu, tezlikləmi olacaqdır? 



-

 

Əlbəttə, əlbəttə. 



-

 

Aman, yarəb, mənim arvadım nə qədər razı qalacaqdır! 



Südçünün tünd-qırmızı siması dərhal yox oldu. 

Dervil kabrioletinə minərək: 

-

 

İndi isə, - dedi, - qrafinyanın yanına gedək. Vəziyyətimizi ona 



bildirmədən,  onun  qüvvəsini  yoxlamalı  və  sonra  birdən  işi  qazan-

malıyıq.  Onu  qorxutmaq  lazımdır.  O  qadındır.  Qadınların  ən  çox 

qorxduğu nədir? Qadınlar yalnız bir şeydən qorxurlar... 

O,  qrafinyanın  vəziyyətini  düşünməyə  başlayaraq,  öz  planlarını 

cızan  və  düşmən  diplomatlarının  sirrini  öyrənməyə  çalışan  mahir 

siyasətçilər  kimi  fikrə  daldı.  Əcəba,  vəkillər  də  müəyyən  dərəcədə, 

xüsusi  işlərlə  məşğul  olan  dövlət  xadimləri  deyilmi?  Dervilin  dər-

rakəsini  anlamaq  üçün  burada  qısaca  olaraq  qraf  Ferro  ilə  onun 

arvadının vəziyyətini təsvir etmək lazımdır. 

Qraf  Ferro,  terror  vaxtında  mühacirətə  getmiş  Paris  parlamenti 

müşavirinin  oğlu  idi.  Başını  xilas  etməyə  müvəffəq  olsa  da,  bu,  ona 

çox  baha  başa  gəlmiş  və  var-yoxunu  əldən  çıxarmışdı.  Konsulluq 

dövründə  geriyə  qayıtmış  və  həmişəlik  olaraq  XVIII  Lüdovikin 

tərəfini  saxlamışdı.  Ferronun  atası  inqilabdan  qabaq  Lüdovikə  yaxın 

bir  adam  idi.  Bu  surətlə  o,  Napoleonun  mərhəmətli  vədlərindən 

alicənablıqla  imtina  etmiş  olan  Sen-Jermen  civarı  qrupuna  mənsub 

idi. O zaman yalnız Ferro deyə çağırılan gənc qraf istedadlı bir adam 

şöhrətini qazanmışdı. Müharibə meydanlarında qalib gəlməyi sevdiyi 

kimi,  aristokratları  da  öz  tərəfinə  çəkməyi  sevən  imperator,  onu  da 

özünə  cəlb  etməyə  çalışmışdı.  Qrafa  titulunun  bərpa  ediləcəyi, 

satılmamış  əmlakının  geri  qaytarılacağı,  gələcəkdə  isə  ona  nazir 

vəzifəsi, senator kreslosu veriləcəyi vəd olunmuşdu. İmperator süqut 

etdi.  Şaber  “öldüyü”  zaman  qraf  iyirmi  yeddi  yaşında,  varlı  olmasa 

da, zahirən gözəl bir gənc idi; o, Sen-Jermen 

622 

downloaded from KitabYurdu.org




məhəlləsində  müvəffəqiyyət  qazanmışdı.  Sen-Jermen  məhəlləsi 

onunla fəxr edirdi. Qrafinya Şaber ərinin mirasından ona düşən payı 

elə  məharətlə  əlinə  keçirə  bilmişdi  ki,  Şaberin  ölümündən  il  yarım 

sonra artıq onun qırx min livrlik mədaxili var idi. Onun gənc qrafa ərə 

getməsinə  Sen-Jermen  civarının  müxalifət  dairələrində  əhəmiyyət 

verilmədi.  Napoleon  bu  izdivacdan  razı  qalmışdı.  Bu  izdivac  onun 

aristokratiya  ilə  qohumlaşmaq  fikirlərinə  uyğun  idi.  Bunun  üçün 

Napoleon  polkovnikin  mirasından  xəzinəyə  çatacaq  olan  payın  bir 

hissəsini  madam  Şaberə  qaytardı.  Lakin  çox  keçmədi  ki,  Napoleon 

ümidinin puça çıxdığını gördü. Madam Ferro gənc qrafa ərə getməklə 

onun  simasında  yalnız  sevgili  axtarmırdı.  O,  həqir  bir  vəziyyətdə 

olmasına  baxmayaraq,  yenə  də  imperator  sarayından  yüksək  duran 

Sen-Jermen cəmiyyətinə daxil olmaq arzusunda idi. Bu izdivac onun 

həm şöhrətpərəstliyini, həm  də ehtirasını təmin edirdi. O, bu izdivac 

nəticəsində  aristokrat  qadınlardan  sayılmağa  başlayırdı.  Gənc  qrafın 

evlənməsinin  bir  xəyanət  olmadığı  Sen-  Jermen  civarında  məlum 

olduqdan sonra salonların qapısı madam Ferronun qarşısında taybatay 

açıldı.  Restavrasiya  dövrü  başlandı.  Qraf  Ferronun  siyasi  karyerası 

sürətli  deyildi.  O,  XVI11  Lüdovikin  ağır  vəziyyətdə  olduğunu 

anlamışdı  və  “inqilab  uçurumunun  qapanacağını”  gözləyən  adamlar 

sırasında  idi.  Kralın  liberallar  tərəfindən  bir  çox  istehza  və  təhqirə 

səbəb olan bu cümləsində müəyyən siyasi məna var idi. Bununla belə, 

bu  hekayənin  başlanğıcında  gətirilmiş  və  uzunçu  bir  keşiş 

cümləsindən  ibarət  olan  fərmana  əsasən,  qiymətcə  bahalanmış  olan 

iki meşə yeri və torpaq sahəsi ona qaytarılmışdı. Bu zaman qraf Ferro 

dövlət  müşaviri  və  idarə  başçısı  olsa  da,  o,  yenə  də  öz  vəziyyətinə 

siyasi karyerasının bir başlanğıcı kimi baxırdı. Bütünlüklə şan-şövkət 

arzusuna  düşərək  o,  iflas  etmiş  olan  qoca  vəkil  Delbeki  öz  yanında 

xüsusi katib qəbul etmişdi. Delbek hiyləgər və böhtançı bir adam idi. 

Ferro  bütün  xüsusi  işlərini  bu  adama  tapşırmışdı.  Hiyləgər  vəkil 

qrafın yanındakı vəziyyətini yaxşı başa düşdüyündən, yalnız mənfəət 

nöqteyi-nəzərindən  namusla  çalışırdı.  O,  sahibkarının  etimadını 

qazanmaq,  bir  vəzifə  sahibi  olmaq  ümidində  idi.  Canla-başla  qrafın 

maddi mənfəəti üçün çalışırdı. Delbekin indiki hərəkəti onun keçmiş 

həyatına  o  qədər  bənzəmirdi  ki,  o  artıq  iftira  qurbanı  olan  bir  adam 

şöhrəti qazanmışdı. Qrafinya az-çox bütün qadınlara məxsus olan bir 

623 

downloaded from KitabYurdu.org




Yüklə 5,98 Mb.

Dostları ilə paylaş:
1   ...   211   212   213   214   215   216   217   218   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə