İlham Əliyevin “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin



Yüklə 5,98 Mb.
Pdf görüntüsü
səhifə217/231
tarix21.06.2018
ölçüsü5,98 Mb.
#50117
1   ...   213   214   215   216   217   218   219   220   ...   231

Qrafinyanın  “sabahınız  xeyir,  Dervil”  sözlərini  tənəzzül  edirmiş 

kimi söyləməsi Dervilə toxunduğundan o, kəskin bir şəkildə: 

-

 

Madam,  -  dedi,  -  mən  mühüm  bir  iş  haqqında  sizinlə  danış-



malıyam. 

-

 



Bu, məni çox məyus edir - qraf evdə deyildir. 

-

 



Məni  isə  əksinə  olaraq,  bu,  məmnun  edir,  madam.  O,  bizim 

söhbətimizi  eşitsəydi,  çox  məyus  olardı.  Bundan  başqa,  Delbekdən 

eşitdiyimə  görə,  siz  öz  işlərinizi  ərinizi  narahat  etmədən  həll  etməyi 

sevirsiniz. 

-

 

Elə isə bu saat əmr edərəm Delbeki çağırarlar, - deyə qrafinya 



cavab verdi. 

-

 



Delbek nə qədər məharətli olsa da, bu işdə bizim üçün fayda-

sızdır.  Madam,  sizin  ciddi  olmağınız  üçün  yalnız  bir  kəlmə  kafidir. 

Qraf Şaber - sağdır. 

-

 



Siz bu gülünc uydurma iləmi məni ciddi etmək istəyirsiniz? - 

deyə qrafinya qəhqəhələrlə gülərək cavab verdi. 

Lakin  Dervilin  son  dərəcə  kəskin  və  israrlı  baxışı  dərhal  qra-

finyanı  susdurdu.  Dervil,  sanki,  onun  qəlbinin  içindəkini  bir  kitab 

kimi oxuyur və onu sorğu-sual edirdi. 

O, soyuq və təsirli bir ciddiyyətlə: 

-

 

Madam, - dedi. - Başınızın üzərini alan təhlükəni siz təsəvvür 



belə edə bilmirsiniz. Mən qraf Şaberin varlığını sübut edən sənədlərin 

tamamilə  düzgün  olmasından,  sübutlann  qətiliyindən  danış-

mayacağam.  Siz  özünüz  bilirsiniz  ki,  mən  şübhəli  işlə  məşğul  olan 

adam  deyiləm.  Əgər  siz  ölüm  aktının  düzgün  olmadığı  haqqında 

iddiamıza  etiraz  etməyə  başlasanız,  siz  birinci  məhkəmə  işini  udu-

zacaqsınız, bu məsələ bizim xeyrimizə həll edildikdə isə, qalan işləri 

də udmağımız təmin edilmiş olacaqdır. 

-

 



Elə isə, siz mənimlə nə barədə danışmaq niyyətindəsiniz? 

-

 



Mən  nə  polkovnik  barəsində  danışacağam,  nə  də  sizin 

barənizdə.  Mən  bəzi  maraqlı  həqiqətlərdən  xəbəri  olan  məharətli 

vəkillərin  yaza  biləcəyi  ərizələrdən,  ikinci  ərinizlə  evlənməmişdən 

qabaq,  birinci  ərinizdən  aldığınız  məktublardan  çıxarıla  biləcək 

mənfəətdən də danışmayacağam. 

Qrafinya özünə əmin olan bir qadın həyəcanıyla: 

-

 

Bu yalandır! - deyə bağırdı. - Mən heç bir zaman qraf Şaber- 



dən məktub almamışam və özünün polkovnik Şaber olduğunu iddia 

627 


downloaded from KitabYurdu.org


DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

edən  bir  adam  varsa,  o,  mütləq  bir  fitnəkar,  katorqadan  qaçmış  bir 



adam,  bəlkə  də,  lap  Koniar

1

  kimi  bir  quldurdur.  Bunu  düşündükdə, 



hiddətimdən  titrəyirəm!  Siz  necə  zənn  edirsiniz,  polkovnik  qəbirdən 

xortlamışdır?  Bonapart  öz  yavərini  göndərərək  onun  ölümü 

münasibətilə  mənə  başsağlığı  vermişdi,  mən  hələ  indiyə  qədər 

palatalar  tərəfindən  onun  dul  qalan  arvadına  təyin  edilmiş  üç  min 

frank  təqaüdü  alıram.  Yanıma  gələn  Şaberlərin  hamısını  qovmağa 

əsasım  var.  Gələcəkdə  də  bu  iddia  ilə  gələnləri  qovmaqdan  çəkin-

məyəcəyəm. 

-

 



Madam, xoşbəxtlikdən, biz təkik. Kefimiz istədiyi qədər yalan 

danışa bilərik. 

Dervil bu sözləri sakitcə söyləmişdi. O, qrafinyanı qızışdırmaqla 

əylənir  və  müxalifləri  özlərindən  çıxardıqları  zaman  vəkillərdə  bir 

adət  olan  sakit  danışmaq  üsulu  ilə  ondan  bir  neçə  ehtiyatsız  etiraf 

qoparmaq ümidində idi. 

Qrafinyanın zəif olduğunu göstərmək üçün dərhal bir tələ düzəl-

dərək, öz-özünə: “Çox gözəl, güclərimizi sınayanq”, - deyə düşündü. 

Səsini ucaldaraq sözünə davam etdi: 

-

 



Birinci  məktubu  almağınıza  sübut  var.  O  məktubun  içində 

qiymətli şeylər var idi... 

-

 

Ah, qiymətli şeylərə gəlincə, deyə bilərəm ki, o məktubda heç 



bir qiymətli şey yox idi. 

Dervil gülümsəyərək: 

-

 

Demək, siz birinci məktubu almısınız, - deyə cavab verdi. - Siz 



artıq  vəkil  tərəfindən  qurulmuş  birinci  tələyə  düşdünüz.  Hələ 

məhkəmə ilə vuruşmaq istəyirsiniz... 

Qrafinya qızardı, sonra rəngi qaçdı və əlləri ilə üzünü örtdü. Bir 

az  sonra  özünü  yığışdıraraq,  bu  cür  qadınlara  məxsus  bir  soyuq- 

qanlılıqla cavab verdi: 

-

 



Madam ki siz bu uydurma Şaberin vəkilisiniz, lütfən... 

Dervil onun sözünü kəsərək: 

-

 

Madam,  -  dedi,  -  hələlik  mən  polkovnikin  vəkili  olduğum 



qədər  sizin  də  vəkilinizəm.  Əcəba,  mən  sizin  kimi  qiymətli  bir 

müştəridən  məhrum  olmaqmı  istəyirəm?  Lakin  siz  məni 

dinləmirsiniz. 

Qrafinya nəzakətlə cavab verdi: 

-

 

Buyurun! 



1

 

Koniar -

 ozamankı məşhur bir quldurdur. 

628 


downloaded from KitabYurdu.org


-

 

Siz  bütün  sərvətinizlə  qraf  Şaberə  borclu  olmağınıza  baxma-



yaraq,  onu  qovmuşsunuz.  Sizin  böyük  bir  sərvətiniz  olduğu  halda, 

onu  dilənçi  həyatı  sürməyə  məcbur  edirsiniz.  Madam,  həqiqətlər  dil 

açanda,  vəkillər  də  dilavər  olurlar.  Burada  ümumi  əfkarı  sizin 

əleyhinizə çevirə biləcək bəzi nöqtələr var. 

Qrafinya, Dervilin, sanki, onu oda tutub yavaş-yavaş yandırmaq 

ədasından təngə gələrək cavab verdi: 

-

 

Lakin  fərz  edək  ki,  sizin  Şaberiniz  sağdır,  o  zaman  məhkəmə 



uşaqların  xatiri  üçün  ikinci  izdivacı  təsdiq  edəcək.  Mən,  hər  halda, 

Şaberi iki yüz iyirmi beş min frankı qaytarmaqla, başımdan rədd edə 

bilərəm. 

-

 



Qrafinya,  məhkəmənin,  hissiyyat  məsələsini  hansı  nöqteyi-

nəzərdən  həll  edəcəyi  bizə  məlum  deyildir.  Bir  tərəfdə  -  ana  ilə 

uşaqlar  durmuşsa,  o  biri  tərəfdə  sizin  rədd  etdiyiniz  üçün  qocalmış 

olan  bədbəxt  bir  adam  dayanmışdır.  O,  haradan  özünə  arvad 

tapacaqdır?  Bundan  başqa,  məgər  hakimlər  qanunu  poza  bilərmi? 

Sizin  polkovniklə  olan  birinci  izdivacınız  birinci  olduğu  üçün  daha 

üstündür.  Lakin  siz  qeyri-alicənab  bir  hərəkət  edərsinizsə,  meydana 

sizin gözləmədiyiniz bir düşmən çıxa bilər. Əsl təhlükə də buradadır. 

Mən sizi bu təhlükədən qorumaq istərdim. 

Qrafinya: 

-

 

Yeni düşmən, - dedi, - o kimdir? 



-

 

Qraf Ferro, madam. 



-

 

Ferronun  mənə  olan  məhəbbəti  böyükdür  və  öz  uşaqlannın 



anasına qarşı hörməti də çoxdur... 

-

 



Qələbələrin sirrini oxumağı öyrənmiş olan vəkillərə boş şeylər 

danışmayınız,  -  deyə  Dervil  onun  sözünü  kəsdi.  -  Ferro  bu  saat 

qətiyyən  sizdən  ayrılmaq  niyyətində  deyil  və  onun  sizi  dərindən 

sevdiyinə  əminəm.  Lakin  birisi  bu  izdivacın  pozula  biləcəyini, 

arvadının isə məhkəməyə çəkiləcəyini ona söylərsə... 

-

 



O, məni müdafiə edər... 

-

 



Yox, etməz! 

-

 



O, məni nə üçün atacaq? 

-

 



Bir  Fransa  perinin  yeganə  qızını  almaq  üçün.  Bu  vasitə  ilə 

kralın fərmanı ilə ona perlik verilə bilər. 

Qrafinya sapsarı saraldı. 

629 


downloaded from KitabYurdu.org


Yüklə 5,98 Mb.

Dostları ilə paylaş:
1   ...   213   214   215   216   217   218   219   220   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə