İlham Əliyevin “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin



Yüklə 5,98 Mb.
Pdf görüntüsü
səhifə218/231
tarix21.06.2018
ölçüsü5,98 Mb.
#50117
1   ...   214   215   216   217   218   219   220   221   ...   231

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

Dervil öz-özünə: “Elə mənim istədiyim də bu idi! - deyə sevindi. 



-

 

Çox  gözəl,  sən  artıq  mənim  əlimdəsən,  bədbəxt  polkovnik  işi 



qazanacaqdır”. 

-

 



Bundan başqa, - deyə Dervil yenə qrafinyaya xitab etdi

-

 



şan  və  şərəf  sahibi  olan  general,  qraf  və  “Fəxri  legion”  ordeni 

kavaleri,  təsadüfi  bir  sərsəri  olmadığından,  əriniz  daha  az  vicdan 

əzabı çəkəcəkdir. Bu adam ondan öz arvadını tələb edərsə... 

-

 



Yetər, yetər, cənab, - deyə qrafinya bağırdı. - Yalnız siz mənim 

vəkilim olacaqsınız. Nə etmək lazımdır? 

-

 

İşi sülh yolu ilə həll etmək lazımdır. 



-

 

O, məni yenə də sevirmi? 



-

 

Başqa cür ola biləcəyini zənn etmirəm. 



Qrafinya  bu  sözləri  eşitcək  başını  qaldırdı.  Gözlərində  bir  ümid 

şöləsi parladı. Bəlkə də, o, bir qadın hiyləsi vasitəsilə işi udmaq üçün, 

birinci ərinin məhəbbətindən istifadə etmək fikrində idi. 

Dervil qrafinya ilə vidalaşaraq: 

-

 

Qrafinya,  -  dedi,  -  sənədlərimizi  məhkəməyə  təqdim  etmək 



lazım olub-olmaması haqqında əmrinizi gözləyəcəyəm, yaxud zəhmət 

çəkib yanıma gələrsiniz və sülh şərtlərini təyin edərsiniz. 

Bu  danışıqlardan  səkkiz  gün  sonra  gözəl  bir  iyun  səhəri,  xari- 

qüladə bir təsadüflə bir-birindən ayrılmış olan ər və arvad, vəkilləri-

nin  idarəsində  görüşmək  məqsədilə  Parisin  müxtəlif  səmtlərindən 

yola  düşdülər.  Şaber,  Dervilin  səxavətlə  verdiyi  pul  sayəsində  öz 

mənsəbinə layiq bir şəkildə geyinmişdi. “Mərhum” olduqca münasib 

bir  kabrioletə  minərək  gəlmişdi.  Başında  münasib  bir  parik,  əynində 

göy  mahuddan  kostyum  var  idi,  alt  paltarı  tərtəmiz  idi,  jiletinin 

yarığından  isə  “Fəxri  legion”  ordeninin  qırmızı  lenti  görünürdü. 

Ehtiyac  bilməyən  adamların  köhnə  adətlərinə  qayıtdığından,  o,  yenə 

də  əvvəlki  hərbi  görkəmini  almışdı  və  belini  dümdüz  tuturdu.  Ciddi 

və  əsrarlı  üzündə  ümid  və  səadət  izləri  görünürdü.  Sanki, 

gəncləşmişdi.  Rəssamlığın  ən  parlaq  təbirlərindən  biri  ilə  söyləsək, 

duzlu görünüşü var idi. Sürtülmüş bir quruş təzəcə qırx- franklıq pula 

bənzəmədiyi kimi, o da friz şinelli əvvəlki Şaberə bənzəmirdi. Şaberi 

görən  yolçular  onun  köhnə  ordumuzun  gözəl  qırıntılarından,  milli 

şərəfimizin iftixarı qəhrəman adamlardan biri olduğunu dərhal anlaya 

bilərdilər.  Günəşlə  işıqlanmış  güzgü  şüşəsinin  parıltısı  günəş 

ziyalarını əks etdirdiyi kimi, onlar da bizim 

630 

downloaded from KitabYurdu.org




milli  şərəfimizi  əks  etdirirlər.  Bu  qoca  əsgərlərdə  kitablarda  və 

rəsmlərdə  təsvir  edilən  hər  bir  şey  vardır.  Dervilin  yanına  qalxmaq 

üçün qraf minik arabasından düşdüyü zaman, bir gənc kimi yüngül və 

qıvraq  hərəkətlə  yerə  atılmışdı.  Qrafın  kabrioleti  geriyə  qayıdar-

qayıtmaz, dərhal üstündə gerb həkk edilmiş ikiadamlıq gözəl bir karet 

yaxınlaşdı.  Qrafinya  Ferro  karetdən  çıxdı. Onun  əynində  vücudunun 

gəncliyini  və  elastikliyini  hiss  etdirən  sadə  bir  kostyum  var  idi. 

Çəhrayı  astarlı  gözəl  bürüncəyi  altında  qəşəng  vücudunun  cizgiləri 

hiss  olunurdu.  Lakin  müştərilərin  gəncləşmə-  sinə  baxmayaraq, 

vəkilin  idarəsi  yenə  eyni  vəziyyətdə  idi;  hekayənin  əvvəlində  təsvir 

edilən idarə ilə indiki idarə arasında heç bir fərq yox idi. 

Simonen  çiynini  açıq  pəncərəyə  dayayaraq  səhər  yeməyini 

yeyirdi;  o,  hər  tərəfdən  qara  evlərlə  əhatə  olunmuş  dar  həyətin 

üstündəki mavi göyə baxırdı. 

Birdən kiçik katib: 

-

 



Aha, - dedi, - kim polkovnik Şaberin qırmızı lentli bir general 

olduğuna tamaşa üçün mənimlə mərc gəlmək istəyir? 

Qodeşal: 

-

 



Bizim sahibkar məşhur sehrbazdır, - dedi. 

-

 



Demək,  bu  dəfə  onunla  zarafat  etmək  mümkün  olmayacaq, 

deyilmi? - deyə Deroş soruşdu. 

Bukar: 

-

 



İndi bununla arvadı qrafinya Ferro məşğul olacaqdır, - dedi. 

-

 



Amma  nə  qəribə  vəziyyətdir!  -  deyə  Qodeşal  yenə  söhbətə 

qarışdı.  -  Demək,  qrafinya  Ferro  indi  ikisinin  öhdəsindən  gəlməyə 

məcburdur? 

-

 



Elədir ki var, - deyə Simonen cavab verdi. 

Bu zaman polkovnik içəri girdi və Dervili xəbər aldı. 

-

 

O, buradadır, cənab qraf, - deyə Simonen cavab verdi. 



Şaber Simonenin qulağından tutub dartaraq: 

-

 



Aha, - dedi, - yaramaz, indi sən, deyəsən, eşidirsən! 

Katiblər  bu  mənzərəni  görüb  gülüşməyə  başladılar.  Onlar  föv-

qəladə  şəxsiyyətə  layiq  olan  bir  ehtiram  və  maraqla  polkovnikə 

baxırdılar. 

Qrafinya  dəftərxanaya  girdikdə,  qraf  Şaber  Dervilin  yanında 

oturmuşdu. 

631 

downloaded from KitabYurdu.org




DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

-



 

Bilirsinizmi, Bukar, sahibkarın kabinetində orijinal bir tamaşa 

vaqe  olacaqdır.  Bu  qadın  cüt  günlərdə  qraf  Ferronun  yanına,  tək 

günlərdə isə qraf Şaberin yanına gedə bilər. 

Qodeşal: 

-

 



İl üç yüz altmış altı gün olduqda hesab bərabərləşər, - dedi. 

Bukar ciddi bir tövr ilə: 

-

 

Səsinizi kəsin, eşidə bilərlər, - dedi. - Mən öz müştərilərinə bu 



qədər istehza edən başqa bir idarə tanımıram. 

Qrafinya idarəyə gəlcək, Dervil polkovniki yataq otağına keçirdi. 

-

 

Madam, - dedi. - Mən qraf Şaberlə görüşməyin sizin üçün xoş 



olub-olmadığını  bilmədiyim  üçün  sizi  bir-birinizdən  ayırmağı  lazım 

bildim. Bununla belə, istəsəniz... 

-

 

Cənab, diqqətinizə qarşı təşəkkür edirəm. 



-

 

Mən  müqavilənin  layihəsini  düzəltmişəm.  Burada  göstərilən 



şərtlər  haqqında  siz  də,  qraf  Şaber  də öz  fikrinizi  söyləyə  bilərsiniz. 

Bir-birinizin  arzularınızı  hər  ikinizə  bildirmək  üçün  mən  növbəylə 

danışıq aparacağam. 

Qrafinya səbirsizlikdən özünü saxlaya bilməyərək: 

-

 

Başlayın, - dedi. 



Dervil  oxumağa  başladı:  “Biz,  aşağıda  imza  atan,  Parisdə  Pti- 

Bankie  küçəsində  yaşayan  qraf,  general-mayor

1

  və  “Fəxri  legion” 



kavaleri  Giasint  Şaber  və  yuxarıda  adı  çəkilən  qraf  Şaberin  zövcəsi 

madam Roza Şapotel...” 

Qrafinya: 

-

 



İlk maddələri buraxın, - dedi, - şərtlərə keçin. 

-

 



Madam, - deyə Dervil etiraz etdi, - ilk maddələr qısaca olaraq 

hər  ikinizin  vəziyyətinizi  izah  edir.  Birinci  maddəyə  görə,  siz  üç 

şahidin  yanında,  yəni  iki  notariusla  ərinizin  yaşadığı  evin  sahibi 

südçünün  hüzurunda  (bunlar  sizin  işinizə  bələddir  və  sirri  mühafizə 

edəcəklər),  müqaviləyə  əlavə  olunmuş  və  doğruluğu  sizin  vəkiliniz 

Aleksandr  Krott  tərəfindən  notarius  aktıyla  təsdiq  olunmuş  vəsiqə-

lərdə  bəhs  olunan  adamın  sizin  birinci  əriniz  qraf  Şaber  olduğunu 

boynunuza  alırsınız.  İkinci  maddəyə  görə,  qraf  Şaber  sizin  mənafe-

yinizi  nəzərə  alaraq,  həmin  müqavilədə  göstərilən  şərtlərdən  başqa 

heç bir təsadüfdə öz hüququndan istifadə etməməyi öhdəsinə 



1

  Balzak  Şaberi  gah  polkovnik,  gah  da  general  adlandırır,  halbuki  onun  gene- 

rallığa keçirilməsi “ölümündən” sonra ehtimal olunduğundan təsdiq edilməmiş hesab 

olunmalıdır. 

632 


downloaded from KitabYurdu.org


Yüklə 5,98 Mb.

Dostları ilə paylaş:
1   ...   214   215   216   217   218   219   220   221   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə