İlham Əliyevin “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin



Yüklə 5,98 Mb.
Pdf görüntüsü
səhifə220/231
tarix21.06.2018
ölçüsü5,98 Mb.
#50117
1   ...   216   217   218   219   220   221   222   223   ...   231

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

Polkovnik  mehriban  bir  hisslə  qrafinyanın  əllərini  sıxırdı.  İki 



damla iri gözyaşı qrafinyanın əlləri üzərinə düşdü. 

Qrafinya yenə sözə başlayaraq: 

-

 

Cənab, - dedi, - mənim vəziyyətim kimi saxta vəziyyətdə olan 



bir  qadın  üçün  yad  bir  adam  qarşısına  çıxmağın  nə  qədər  ağır 

olduğunu  anlamadınızmı?  Əgər  mən  bunun  üçün  qızarmağa 

məcburamsa,  qoy,  heç  olmasa,  yaxın  adamlar  içərisində  qızarım. 

Məgər  bu  sirri  qəlblərimizdə  dəfn  etmək  daha  yaxşı  olmazmı?  Mən 

ümid  edirəm  ki,  yaşadığına  inana  bilmədiyim  Şaber  adlı  birisinin 

bədbəxtliklərinə  bu  qədər  laqeyd  olduğum  üçün  siz  məni  təqsir-

ləndirməyəcəksiniz. 

Qrafinya ərinin üzündə heyrət ifadəsi görərək dərhal əlavə etdi: 

-

 

Sizin  məktublarınız  mənə  gəlib  çatmışdır,  lakin  mən  onları 



Eylau  müharibəsindən  yalnız  on  üç  ay  sonra  almışam;  məktublar 

açılmışdı və kirli bir halda idi, xətti tanımaq mümkün deyildi. Napo-

leon  mənim  yenidən  ərə  getməyimi  təsdiq  etdikdən  sonra  məharətli 

bir  fitnəkarın  məni  aldatmaq  istədiyini  zənn  etdim.  Qraf  Ferro-  nun 

rahatlığını pozmamaq və ailəni məhv etməmək üçün mən bu yalançı 

Şaber əleyhinə tədbir görməyə məcbur idim. Özünüz söyləyin, bunu 

etməkdə məgər mən haqlı deyildimmi? 

-

 



Bəli, sən haqlı idin; axmaq, heyvan və sarsaq mən idim ki, bu 

məsələnin nəticəsini yaxşı düşünməmişdim. 

Birdən polkovnik özünü La-Şapel qapıları yanında gördükdə: 

-

 



Lakin biz haraya gedirik? - deyə soruşdu. 

-

 



Mənim Qrosley yaxınlığındakı malikanəmə gedirik. Bu, Mon- 

moransi  vadisindədir.  Biz  orada  nə  qərara  gəlmək  lazım  olduğunu 

yaxşıca fikirləşərik. Mən öz vəzifəmi bilirəm. Qanuna görə sizə bağlı 

olsam  da,  həqiqətdə  artıq  sizin  deyiləm.  Siz  bizim  adımızın  bütün 

Parisdə  dillərdə  gəzməsini  istəməzsiniz,  deyilmi?  Məni  gülünc  bir 

şəklə salan vəziyyətimizdən bütün şəhəri xəbərdar etməyin nə mənası 

var? Biz öz hörmətimizi, hər halda, saxlamalıyıq. - Sonra polkovnikə 

həzin və mehriban bir nəzərlə baxaraq sözünə davam etdi: - Siz məni 

hələ  də  sevirsiniz,  lakin  mən  başqa  bir  münasibət  yaratmaqda  haqlı 

deyildimmi? Bu xariqüladə hadisələrdə gizli bir səs mənə ümid verir 

ki, siz yenə əvvəlki kimi mərhəmətlisiniz. Öz taleyimin həllini yalnız 

sizin öhdənizə buraxmaqda səhv etmədiyimi bilirəm. Siz həm hakim, 

həm də iddiaçı olunuz! Mən sizin nəcib 

636 


downloaded from KitabYurdu.org


və namuslu təbiətinizə inanıram. Bilmədən etdiyim səhv hərəkətlərin 

nəticələri  üçün  məni  bağışlayacağınıza  əminəm,  siz  alicənab  bir 

adamsınız. Etiraf etməyə məcburam: bəli, mən Ferronu sevirəm. Onu 

sevməkdə  özümü  tamamilə  haqlı  bilirəm.  Mən  bu  etirafdan 

utanmıram; o, sizə toxunsa belə, hər halda, bizim namusumuza xələl 

gətirmir.  Mən  sizdən  həqiqi  vəziyyəti  gizlədə  bilmərəm.  Bir  təsadüf 

sayəsində dul qaldığım zaman mən hələ ana olmamışdım. 

Polkovnik əlinin hərəkəti ilə qrafinyanın susmasını rica etdi. Heç 

bir  söz  söyləmədən  yanm  milə  qədər  yol  getdilər.  Şaberin  gözləri 

qarşısında iki balaca uşaq surəti canlanırdı. 

-

 

Rozina! 



-

 

Bəli. 



-

 

Demək,  -  ölülər  üçün  bu  dünyaya  qayıtmaq  lazım  deyildir, 



eləmi? 

-

 



Yox, yox! Məni nanəcib bilməyiniz. Lakin siz qoyub getdiyi-

niz  arvadınızın  əvəzində  sevən  bir  qadına  və  anaya  rast  gəlmisiniz. 

Sizi  sevmək  iqtidarım  olmasa  da,  nə  qədər  sizə  borclu  olduğumu 

unutmamışam.  Mən  indi  sizə  bir  qızın  öz  atasına  qarşı  duyduğu 

məhəbbət hissini təklif edə bilərəm. 

Qoca mülayim bir səslə cavab verdi: 

-

 

Rozina!  Mən  artıq  sənə  qarşı  kin  bəsləmirəm.  Hər  bir  şeyi 



unudaq. 

Şaber  bu  sözləri  gülümsəyərək  söylədi.  Onun  bu  təbəssümündə 

gözəl  bir  insan  qəlbinin  mehribançılığı  var  idi.  Yenə  sözünə  davam 

edərək: 


-

 

Məni  artıq  sevməyən  bir  qadından  zahirən  məni  sevməsini 



tələb edəcək dərəcədə qaba bir adam deyiləm, - dedi. 

Qrafinya ona elə bir minnətdarlıq hissi ilə baxdı ki, yazıq Şaber 

yenidən Eylau düzlərindəki qardaşlıq məzanna girməyə hazır idi. Bəzi 

adamlar  bu  cür  fədakarlıqlar  göstərməyə  müqtədir  olurlar.  Bu 

fədakarlığın mükafatı isə sevdikləri bir insana yaxşılıq göstərdiklərini 

hiss etməkdən ibarət olur. 

Qrafinya sakit olduqdan sonra: 

-

 



Əzizim, - dedi, - biz hər şey haqqında sonra danışarıq. 

Eyni mövzu ətrafında söhbəti uzun bir müddət davam etdirmək 

mümkün olmadığından, başqa məsələdən danışmağa başladılar. Ər və 

arvad  bəzən  işarə  ilə,  bəzən  də  ciddi  olaraq,  yenə  öz  qəribə  vəziy-

yətləri üzərinə tez-tez qayıtsalar da, hər halda, keçmiş həyatlannı 

637 


downloaded from KitabYurdu.org


DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

və  İmperiya  dövrünün  şəraitini  xatırladan  gözəl  bir  gəzinti  düzəlt-



mişdilər. Qrafinya bu xatirələrə nazlı bir cazibə aşılamış, söhbətlərinə 

xoş  bir  melanxoliya  ruhu  vermişdi.  O,  arzu  oyatmadan  məhəbbəti 

canlandırır,  sanki,  kəsb  etdiyi  mənəvi  gözəllikləri  qeyri-ixtiyari 

nümayiş etdirir, qoca əsgərə yalnız sevimli qızının yaxınlığından həzz 

alan mehriban bir atanın sevinci ilə xoşbəxt ola biləcəyi fikrini təlqin 

etməyə çalışırdı. 

Polkovnik  imperiya  epoxasının  qrafinyasını  tanıdığı  halda,  indi 

Restavrasiya  epoxasının  qrafinyasına  rast  gəlmişdi.  Nəhayət,  ər  və 

arvad  Monmoransi  təpələrini  balaca  və  qəşəng  Qrosley  kəndindən 

ayıran  balaca  dərədəki  böyük  bir  parka  çatdılar.  Qrafinyanın  orada 

gözəl bir evi var idi. Polkovnik onların gəlişi üçün hər bir şeyin hazır 

olduğunu gördü. Bədbəxtlik bizə aid xüsusiyyətləri təsbit edən tilsim 

kimi  bir  şeydir:  bəzilərində  o,  etimadsızlıq  və  kin  oyadırsa,  gözəl 

təbiətli insanların qəlbində mərhəmət hissini daha da şiddətləndirir. 

Bədbəxtlik polkovniki əvvəlkindən daha çox mərhəmətli etmişdi; 

onda bir çox kişilərin məhrum olduğu bir istedad - qadın iztirablarını 

anlamaq  qabiliyyəti  var  idi.  Bununla  belə,  hər  şeyə  etimad  edən  bir 

adam  olmasına  baxmayaraq,  özünü  saxlaya  bilmədi  və  arvadından 

soruşdu: 

-

 



Demək, siz məni buraya gətirəcəyinizə tamamilə əmin idiniz? 

-

 



Bəli,  -  deyə  qrafinya  cavab  verdi,  -  mənimlə  bərabər  oturan 

adam polkovnik Şaber isə, mən buna əmin idim. 

Qrafinyanın öz cavabına aşıladığı səmimiyyət ruhu, polkovnikdə 

doğmuş olan son şübhələri də dağıtmış idi. 

Qrafinya  üç  gün  ərzində  ilk  əri  ilə  son  dərəcə  gözəl  rəftar  etdi. 

Mehriban  qayğılar  və  daimi  yumşaqlıqla,  sanki,  o,  polkovnikin 

keçirdiyi  əzabların  xatirəsini  silmək,  özünün  təbiri  ilə,  bilmədən, 

ixtiyarsız  olaraq  sabiq  ərinin  başına  gətirdiyi  müsibətlər  üçün  onun 

əfvini  qazanmaq  istəyirdi.  Daim  bir  hüzn  havası  yaradaraq  qrafın 

qarşısında  füsunkar  görünməyə  çalışırdı.  O,  polkovnikin  bu  füsun-

karlıqdan mütəəssir olacağını bilirdi. Biz çox zaman ağıl və qəlbdən 

doğan  bəzi  nəvazişlərə  müqavimət  göstərə  bilməyərək  təsir  altına 

düşürük.  Qrafinya  onda  öz  vəziyyətinə  qarşı  mərhəmət  oyatmaq, 

onun  ruhuna  hökm  edə  bilmək  və  onu  özünə  əsir  etmək  üçün  pol-

kovniki yumşaltmaq istəyirdi. 

638 


downloaded from KitabYurdu.org


Yüklə 5,98 Mb.

Dostları ilə paylaş:
1   ...   216   217   218   219   220   221   222   223   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə