İlham Əliyevin “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin



Yüklə 5,98 Mb.
Pdf görüntüsü
səhifə216/231
tarix21.06.2018
ölçüsü5,98 Mb.
#50117
1   ...   212   213   214   215   216   217   218   219   ...   231

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

takt  və  dərrakə  ilə,  işlərini  idarə  edən  adamın  ruhunu  anlamışdı.  O, 



məharətlə  Delbekin  hərəkətlərini  izləyirdi.  Ona  yaxşı  rəhbərlik  edə 

bildiyindən,  onun  köməyi  ilə  öz  sərvətini  xeyli  artıra  bilmişdi. 

Qrafinya,  cənab  Ferronun  onun  sözünə  qulaq  asdığını  Delbekə  başa 

salmış və bütünlüklə qrafinyanın mənafeyi üçün çalışarsa, Fransanın 

ən  böyük  şəhərlərindən  birində  birincidərəcəli  məhkəmə  sədrliyinə 

təyin  ediləcəyini  ona  vəd  etmişdi.  Bu  vəzifə  sayəsində  Delbek  varlı 

bir  qadınla  evlənmək,  deputat  olduqdan  sonra  isə  siyasət  aləmində 

mühüm  bir  vəzifə  sahibi  olmaq  ümidində  idi.  Qrafinyanın  vədi 

Delbeki  bütün  varlığı  ilə  ona  satılmağa  məcbur  etmişdi. 

Restavrasiyanın  birinci  üç  ili  ərzində  birjada  vəziyyət  tez-tez 

dəyişdiyindən  və  mülk  qiymətlərinin  artması  sayəsində  Parisdə  bəzi 

mahir  adamlar  yaxşı  qazanc  əldə  edirdilər.  Delbek  isə  qrafinyadan 

ötrü heç bir fürsəti əldən buraxmırdı. O, öz hamisinin kapitalını çox 

asanlıqla  üç  dəfə  artırmışdı.  Qrafinya  heç  bir  vasitədən  çəkinmirdi, 

onun məqsədi yalnız az bir zamanda öz sərvətini son dərəcə artırmaq 

idi.  O,  pul  yığmaq  məqsədilə  evin  xərcini  qrafın  məvacibindən 

verirdi, Delbek isə qrafinyanın həris qənaətcilliyinə xidmət edir və bu 

acgözlüyün  səbəbini  anlamağa  çalışmırdı.  Bu  cür  adamlar  yalnız  öz 

şəxsi mənfəətləri üçün lazım olan sirlərlə maraqlanırlar. Bir də Paris 

qadınlarının  bir  çoxlarına  məxsus  olan  bu  qızıl  hərisliyi  onun 

nəzərində tamamilə təbii görünürdü. Bundan başqa, qraf Ferronun da 

böyük  sərvətə  ehtiyacı  var  idi.  Odur  ki  Delbek  qrafinyanın  bu 

hərisliyində  sevdiyi  ərinə  qarşı  sadiq  olmasının  sübutunu  görürdü. 

Qrafinya öz hərəkətlərinin sirrini qəlbinin dərinliklərində gizlətmişdi. 

Onun  üçün  həyat  və  ölümün  sirri,  bu  hadisələrin  düyünü  məhz 

bundan ibarət idi. 

1818-ci  ilin  əvvəlində  Restavrasiya,  sanki,  sarsılmaz  bir  əsas 

üzərində  möhkəmlənmişdi.  Restavrasiyanın  münəwər  adamlar 

tərəfindən mənimsənilmiş olan doktrinaları, onların rəyincə, Fransanı 

yeni  səadətə  doğru  aparmalı  idi;  bundan  sonra  fransız  cəmiyyəti 

zahirən  dəyişmişdi.  Hadisələrin  xoşbəxt  cərəyanı  sayəsində  qrafinya 

Ferro bu izdivacda ona lazım olan hər bir şeyi tapmışdı: izdivac ona 

məhəbbət, pul və şöhrət vermişdi. O, hələ gənc və gözəl bir qadın idi, 

yüksək  cəmiyyət  qadınlarından  sayılır  və  saraya  yaxın  məclislərdə 

olurdu.  Həm  özü,  həm  də  əri  varlı  olduğundan,  qrafinya  Ferro 

aristokratiyaya mənsub idi və aristokratiyanın 

624 

downloaded from KitabYurdu.org




dəbdəbəsi  ilə  yaşayırdı.  Qraf  Ferro  isə  royalist  partiyasının  ən 

bacarıqlı üzvlərindən sayılırdı. O, kralın dostu idi, nazirlik vəzifəsinə 

layiq  bir  adam  idi.  Bununla  belə,  qraf  Ferronun  hər  yerdə  qələbə 

çalmasına baxmayaraq, yenə də daxilən onu bir dərd gəmirirdi. Bunu, 

kişilərin  hər  vəchlə  gizlətməyə  çalışmalarına  baxmayaraq,  yenə  də 

qadınlar  tərəfindən  duyulan  bir  hiss  ilə  izah  etmək  olar.  Məsələ 

burasındadır  ki,  kral  birinci  dəfə  qayıtdıqda,  qraf  Ferro  evlənməsinə 

bir  qədər  peşman  idi.  Polkovnik  Şaberin  dul  arvadı  öz  əlaqələri  ilə 

onun  irəli  getməsinə  kömək  edə  bilməmişdi.  O,  tək  idi  və  kimsənin 

köməyi  olmadan  düşmənlər  və  maneələr  arasından  özünə  yol  açırdı. 

Sonralar, arvadına daha laqeyd bir nəzərlə baxmağa başladıqda, bəlkə 

də,  onun  tərbiyəsindəki  bəzi  nöqsanlarını  görmüşdü.  Bu  nöqsanlar 

ərinin  planlarını  həyata  keçirməkdə  ona  mane  olurdu.  Taleyranın 

evlənməsi  haqqında  qrafın  söylədiyi  bir  söz  qrafinyanın  gözünü 

açmışdı:  əgər  qraf  indi  evlənmək  istəsəydi,  o  heç  bir  zaman  madam 

Ferro  kimi  bir  qadını  almayacaqdı.  Bu  cür  peşmançılıq  hissini  hansı 

qadın  əfv  edə  bilər? Əcəba,  bütün  haqsızlıqların,  bütün  cinayətlərin, 

bütün xəyanətlərin rüşeymi bu deyildirmi? Lakin qrafinyanın, birinci 

ərinin  qayıtmasından  qorxduğu  nəzərə  alınarsa,  bu  söz  onun  qəlbini 

daha dərindən  yaralamalı  idi.  O,  ərinin  sağ olduğunu bilirdi  və  ərini 

rədd  etmişdi.  Sonralar,  artıq  ərindən  heç  bir  xəbər  eşitmədiyi  üçün 

onun  Vaterloo  müharibəsində  imperatorun  qartallan  və  yaxın  dostu 

Butenlə  bərabər  məhv  olduğunu  düşünərək  özünə  təsəlli  verirdi. 

Bununla  belə,  o,  qrafı  özünə  ən  möhkəm  bir  zəncir  olan  qızıl  ilə 

bağlamaq fikrinə düşmüşdü. Qrafinya o qədər varlanmaq istəyirdi ki, 

qraf Şaber təsadüfən yenə görünsə belə, onun ikinci izdivacı qətiyyən 

sarsılmasın. Qraf Şaber, doğrudan da, yenə üzə çıxmışdı. Qrafinya hər 

zaman  qorxduğu  mübarizənin  nə  üçün  hələ  başlamadığına  heyrət 

edirdi.  Kim  bilir,  bəlkə,  iztirablar,  xəstəliklər  onun  yaxasını  bu 

adamın əlindən xilas etmişdi? Bəlkə də, o, yarı- dəli idi? Belə olsaydı, 

hər halda, Şarenton dəlixanası qrafinyaya kömək edə bilərdi. O, bu işi 

nə Delbekə, nə də polisə etibar etmək istəyirdi: onlardan asılı olmaq 

təhlükəsindən,  yaxud  fəlakəti  daha  da  sürətləndirməkdən  qorxurdu. 

Parisdə qrafinya Ferro kimi bir çox qadın yaşayır ki, onlarda heç kəsə 

məlum  olmayan  mənəvi  bir  yırtıcılıq  var,  onlar  uçurumun  kənarına 

sürüklənirlər, lakin xəstə 

625 

downloaded from KitabYurdu.org




DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

yerlərində qabıq əmələ gəldiyindən, onlar yenə də qəhqəhələrlə gülür 



və əylənirlər. 

Dervilin  kabrioleti  Varenn  küçəsində  Ferronun  evi  qarşısında 

dayandıqda, gənc vəkil dalğınlıqdan ayrılaraq: 

“Qraf Ferronun vəziyyətində qəribə bir şey var, - deyə düşündü. - 

Nə  üçün  o,  bu  qədər  sərvətlə  və  kralın  dostu  olmasına  baxmayaraq, 

indiyə  qədər  Fransanın  peri  olmamışdır?  Madam  Qranl’enin  dediyi 

kimi, bəlkə də, kral, həqiqətən, perliyə böyük əhəmiyyət verir və onu 

sağa-sola paylamaqdan çəkinir. Əlbəttə, parlament müşavirinin oğlu - 

nə  Krilyon,  nə  də  Roğandır.  Qraf  Ferro  yuxarı  palataya  yalnız 

saxtakarlıq  sayəsində  keçə  bilər.  Lakin  arvadını  boşamış  olsaydı, 

övladı olmayan qoca bir senatorun perliyi ona keçə bilər, həm də kral 

bundan  məmnun  qalardı.  Hər  halda,  bu,  yaxşı  fikirdir  və  qrafinyanı 

qorxutmaq üçün bundan istifadə etmək lazımdır”. 

Dervil özünün xəbəri belə olmadan köhnə bir yaraya toxunur və 

madam Ferronu çürüdən xərçəng yarasını qurdalayırdı. Qrafinya onu 

zərif bir qış yemək otağında qəbul etdi. Nazik zəncirlə dəmir çubuqlu 

kiçik  dirəyə  bağlanmış  olan  balaca  bir  meymunla  oynayaraq,  o,  bu 

otaqda  səhər  yeməyi  yeyirdi.  Qrafinya  qəşəng  bir  penuara 

bürünmüşdü.  İşvə  ilə  daranmış  saçlarının  hörükləri  ona  şıltaq  bir 

qadın  görkəmi  verən  ləçəyinin  altından  görünürdü.  O, qəşəng  idi  və 

şən görünürdü. Masanın üzərində qızıl və gümüş qablar, sədəfli incə 

şeylər parlayırdı. Ətrafdakı ehtişamlı büllur vaza- larda nadir çiçəklər 

var idi. Ərinin səfaləti sayəsində varlanıb özünü zinətlə əhatə edən və 

yüksək cəmiyyətdə qəbul edilən bu qadını gördüyü zaman, yoxsul bir 

südçünün  evində,  heyvanlarla  bir  yerdə  yaşayan  bədbəxt  qraf  Şaber 

vəkilin yadına düşdü. Vəkil öz-özünə düşündü: “Aydın məsələdir ki, 

belə  bir  gözəl  qadın  frizli  şinel  geyinən,  başı  köhnə  parikli,  ayağı 

cındır  çəkməli  bir  şəxsi  heç  zaman  nəinki  bir  ər  sifəti  ilə,  hətta  bir 

məşuq kimi tanımaq istəməyəcəkdir”. 

Yarıfəlsəfi,  yarısatirik  bir  xarakter  daşıyan  bu  fikri  hiyləgər  və 

acı bir təbəssüm ifadə edirdi. Adətən, Paris ailələrinin öz həyatlarını 

yalan  altında  gizlətmələrinə  baxmayaraq,  gördüyü  şeyləri  dərindən 

düşünməyi  öyrənmiş  olan  bir  şəxsin  ağlına  bu  fikirlər  gəlməyə  bil-

məzdi. 


Qrafinya meymuna qəhvə içirdə-içirdə: 

- Sabahınız xeyir, Dervil, - dedi. 

626 

downloaded from KitabYurdu.org




Yüklə 5,98 Mb.

Dostları ilə paylaş:
1   ...   212   213   214   215   216   217   218   219   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə