İlham Əliyevin “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin



Yüklə 5,98 Mb.
Pdf görüntüsü
səhifə221/231
tarix21.06.2018
ölçüsü5,98 Mb.
#50117
1   ...   217   218   219   220   221   222   223   224   ...   231

Qrafinya  məqsədinə  nail  olmaq  üçün  hər  bir  şeyə  hazır  idi.  Bu 

adamla  nə  etmək  lazım  gəldiyini  bilməsə  də,  hər  halda,  onu  ictimai 

cəhətdən,  əlbəttə,  məhv  etmək  istəyirdi,  üçüncü  gün  axşam  qrafinya 

başladığı  oyunun  nə  nəticə  verəcəyindən  narahat  olduğunu,  bütün 

səylərinə  baxmayaraq,  gizlədə  bilmədiyini  anladı.  Bir  qədər  tək 

qalmaq  niyyəti  ilə  üst  mərtəbədəki  otağına  çəkildi,  yazı  masasının 

yanında  oturdu,  ağır  beşinci  pərdədən  sonra  özü  ilə  heç  bir  əlaqəsi 

olmayan  surəti  tamaşa  salonunda  buraxaraq  öz  otağına  qayıdan  və 

ölümcül  bir  halda  yatağının  üstünə  yıxılan  bir  aktrisa  kimi,  qrafinya 

da  qraf  Şaberin  qarşısında  taxdığı  sakitlik  maskasını  atdı.  Delbekə 

yazdığı  məktubu  davam  etdirməyə  başladı.  Məktubda  Şaberə  aid 

sənədləri  Dervildən  tələb  edərək  surətlərini  köçürməyi  və  dərhal 

Qrosleyə  gəlməsini  tapşırırdı.  Məktubu  yazıb  yenicə  qurtarmışdı  ki, 

koridorda polkovnikin ayaq səslərini eşitdi. Şaber onu axtarırdı. 

-

 

Ah, mən ölmək istərdim! Ağır bir vəziyyətdəyəm. 



ürəyiyumşaq Şaber soruşdu: 

-

 



Bu nə sözdür, sizə nə olmuşdur? 

-

 



Heç, heç bir şey, - deyə qrafinya cavab verdi. 

Qrafinya  ayağa  durdu  və  Parisə  göndərdiyi  xidmətçi  qızla  xəl-

vətcə  danışmaq  üçün  polkovniki  yalqız  buraxıb  aşağı  düşdü. Yenicə 

yazdığı məktubu Delbekə verməsini və o, məktubu oxuduqdan sonra 

geriyə  qaytarmasını  qıza  tapşırdı.  Sonra  skamyanın  üstündə  əyləşdi. 

Polkovnik onu görmək istəsəydi, gəlib burada tapa bilərdi. 

Polkovnik  arvadını  axtarırdı.  Onu  burada  görüb  yaxınlaşdı  və 

yanında oturdu. 

-

 

Rozina, sizə nə olmuşdur? - deyə soruşdu. 



Qrafinya cavab vermədi. Gözəl və sakit bir iyun axşamı idi. Belə 

axşamlarda  gizli  bir  ahəng  günəşin  qürubuna  böyük  bir  hüzn  verir. 

Hava  təmiz,  ətraf  dərin  bir  sükut  içində  idi.  Parkın  içərilərində  uşaq 

səsləri gəlirdi. Bu səslər təbiətin ülvi gözəlliyinə başqa bir melodiya 

verirdi. 

-

 



Sizə  nə  olduğunu  nə  üçün  söyləmirsiniz?  -  deyə  polkovnik 

arvadından soruşdu. 

-

 

Mənim ərim... - deyə qrafinya sözə başladısa da, lakin dayandı, 



qeyri-müəyyən  bir  hərəkətlə  polkovnikə  tərəf  döndü  və  qızararaq 

soruşdu: - Qraf Ferronu mən nə adlandırmalıyam? 

639 

downloaded from KitabYurdu.org




DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

Polkovnik mehriban bir səslə: 



-

 

Mənim zavallı övladım, - deyə cavab verdi, - siz ona ər deyə 



bilərsiniz. - Əcəba, o, sizin uşaqlarınızın atası deyilmi? 

Qrafinya yenə sözə başlayaraq: 

-

 

Əgər, - dedi, - o, mənim burada nə etdiyimi soruşarsa, burada 



yad bir kişi ilə qaldığımı eşidərsə, mən ona nə cavab verməliyəm? - 

Sonra  yenə  vüqarlı  bir  tövr  ilə  sözə  başladı.  -  Mənə  baxın,  mənim 

müqəddəratımı həll edin, mən hər bir şeyə hazıram... 

Polkovnik onun əlindən tutaraq: 

-

 

Əzizim,  -  dedi,  -  mən  sizin  xoşbəxtliyinizin  xatirinə  özümü 



axıra qədər fəda etməyə qərar verdim. 

Qrafinya əsəbi halda diksindi və dedi: 

-

 

Bu mümkün deyil! ünutmayınız ki, o zaman siz öz-özünüzdən 



əl çəkməlisiniz, həm də sübutlu bir şəkildə. 

-

 



Necə, məgər mənim sözüm sizin üçün kafi deyilmi? 

“Sübutlu bir şəkildə” sözləri qocaya toxunmuş və istər-istəməz 

onda şübhə oyatmış idi. O, arvadına elə bir nəzərlə baxdı ki, qrafinya 

qızardı  və  başını  aşağı  salladı.  O,  bu  qadına  qarşı  nifrət  bəsləməyə 

məcbur  olacağını  xəyalına  gətirərək  dəhşətə  gəldi.  Qrafinya,  alicə-

nablığına və fitri nəcabətinə bələd olduğu bu adamın könlünə və saf 

namusuna  toxunduğundan  qorxuya  düşdü.  Bu  fikirlər  onların  kefini 

bir qədər pozmuş olsa da, çox keçmədən yenə bir-biri ilə barışdılar. 

Qrafinya: 

-

 



Jül, - deyə bağırdı, - bacını rahat burax! 

Polkovnik: 

-

 

Necə, uşaqlarınız buradadırmı? - deyə soruşdu. 



-

 

Bəli,  buradadırlar,  ancaq  sizi  narahat  etməmələrini  tapşır-



mışam. 

Qoca  əsgər  bu  gözəl  hərəkətin  ifadə  etdiyi  qadın  qayğısını  və 

diqqətini hiss edərək, qrafinyanın əlini öz əlinə aldı və öpdü. 

-

 



Qoy bura gəlsinlər, - dedi. 

Balaca  qızcığaz  yüyürə-yüyürə  anasının  yanına  gəldi  və  qarda-

şından şikayətə başladı. 

-Ana! 


-Ana! 

-

 



O elədi!.. 

640 


downloaded from KitabYurdu.org


-

 

O elədi... 



Uşaqlar  analarına  sarılır  və  iki  uşaq  səsi  bir-birinin  sözünü 

kəsirdi. Bu, gözlənilməyən və gözəl bir mənzərə idi. 

Qrafinyanın gözləri yaşararaq: 

-

 



Yazıq uşaqlar! - dedi. - Sizdən ayrılmağa məcbur olacağam... 

Kim  bilir,  məhkəmə  onlan  mənə  verəcəkdirmi?  Ananın  qəlbini 

bölmək  olmaz.  Mən  istərdim  ki,  onlar  mənim  yanımda  olsunlar, 

mənim yanımda! 

Yuliya polkovnikə acıqlı bir nəzərlə baxaraq: 

-

 



Anamı sizmi ağlatdınız? - dedi. 

Qrafinya amiranə bir səslə: 

-

 

Yuliya, kəs səsini! - dedi. 



Uşaqlar  onların  qarşısında  dayanmışdı.  Onlar  sözlə  ifadə  edilə 

bilməyəcək  bir  maraqla  dinməz-söyləməz  analarına  və  yad  adama 

baxırdılar. 

Qrafinya yenə sözə başladı: 

-

 

Bəli,  bəli,  -  dedi,  -  məni  qrafdan  ayırsalar  da,  heç  olmasa, 



uşaqları mənə versinlər, o zaman mən hər şeyə itaət etməyə hazıram... 

Bu,  qəti  sözlər  idi.  Qrafinya  bu  sözlərinin  müvəffəqiyyət  qaza-

nacağını nəzərdə tutmuşdu və o, bu fikrində aldanmamışdı. 

Polkovnik, sanki, öz-özünə başladığı bir fikri tamamlayaraq: 

-

 

Bəli,  -  deyə  bağırdı,  -  mən  torpağa  qayıtmalıyam.  Mən  bunu 



bir dəfə söyləmişdim. 

-

 



Mən belə bir fədakarlığı qəbul edə bilərəmmi? - deyə qrafinya 

cavab  verdi.  -  Öz  sevgililərinin  namusunu  xilas  etmək  üçün  ölümə 

gedən adamlar varsa, onlar öz həyatlarından yalnız bir dəfə əl çəkir-

lər.  Lakin  siz  həyatınızdan  dəfələrlə,  hər  zaman  əl  çəkməli  olacaq-

sınız. Yox, yox, bu mümkün deyil. Bu yalnız sizin varlığınıza aid bir 

məsələ olsaydı belə, yenə də boş bir iş olmazdı. Lakin bundan başqa, 

polkovnik Şaber olmadığınızı təsdiq etmək, yalançı olduğunuzu, xalqı 

aldatdığınızı etiraf etmək! Yox, yox, bu mümkün deyil. Fədakarlıq bu 

dərəcədə  ola  bilməz.  Bir  düşünün.  Yox!  Bu  bədbəxt  balalarım 

olmasaydı,  mən  sizinlə  birlikdə  dünyanın  lap  o  başına  qaçmaqdan 

çəkinməzdim. 

-

 



Mən  burada  balaca  bir  damda  sizin  bir  qohumunuz  kimi 

yaşaya bilmərəmmi? - deyə Şaber yenə sözə başladı. - Mən heç 

641 

downloaded from KitabYurdu.org




Yüklə 5,98 Mb.

Dostları ilə paylaş:
1   ...   217   218   219   220   221   222   223   224   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə