İlham Əliyevin “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin



Yüklə 5,98 Mb.
Pdf görüntüsü
səhifə222/231
tarix21.06.2018
ölçüsü5,98 Mb.
#50117
1   ...   218   219   220   221   222   223   224   225   ...   231

DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

bir işə yaramayan bir top kimi haldan düşmüşəm, mənə yalnız bir az 



tütün və “Konstitusionel”

1

 lazımdır. 



Qrafinya  ağlamağa  başladı.  Onunla  polkovnik  Şaber  arasında 

alicənablıq  yarışı  başlamış,  bu  yarışda  polkovnik  qalib  çıxmışdı. 

Axşamüstü, burada, təbiət qoynunda, sükut içində qrafinyanı uşaqları 

ilə  gördükdə,  o,  bu  ailə  səadətinin  gözəlliyinə  məftun  olaraq 

mütəəssir olmuşdu. O, yenə əvvəlki kimi ölü qalmağa qərar vermiş və 

qanuni  rəsmiyyətdən  artıq  qorxmayaraq,  bu  ailənin  səadətini 

həmişəlik təmin etmək üçün nə etmək lazım gəldiyini soruşmuşdu. 

-

 



Nə edirsiniz ediniz, - deyə qrafinya cavab verdi, - mən artıq bu 

işə qarışmayacağımı bildirirəm. Mənim haqqım yoxdur. 

Delbek  bir  neçə  gündən  sonra  gəlmişdi.  Qrafinyadan  tapşırıq 

alaraq, qoca əsgərlə görüşmüş və onun etimadını qazana bilmişdi. O 

biri gün səhər tezdən polkovnik Şaber qoca vəkillə birlikdə Sen- Le-

Taverniyə getdi. Delbek orada notariusun idarəsində akt hazırlamışdı. 

Lakin  akt  o  qədər  rəzil  sözlərlə  yazılmışdı  ki,  polkovnik  onun 

məzmunu ilə tanış olduqdan sonra idarədən çıxdı. 

-

 

Rədd  olsun cəhənnəmə!  Məni  çox  yaxşı  hala  salırsınız!  Bun-



dan sonra məni sənəd saxtakarı saya bilərlər! - deyə bağırdı. 

Delbek ona dedi ki: 

-

 

Cənab, imzalamaq üçün tələsməyinizi məsləhət görürəm. Mən 



sizin yerinizə olsaydım, heç olmasa, bu prosesdən otuz min livr renta 

qazanardım, - xanım, hər halda, razı olar. 

Polkovnik hiddətlənmiş namuslu bir adam kimi alovlu bir nəzərlə 

bu  qoca  fırıldaqçıya  nifrətlə  baxdı,  sonra  bir-birinə  zidd  müxtəlif 

duyğular içində çırpınaraq tələsik onu tərk etdi. O artıq yenə heç kəsə 

inanmırdı; gah hiddətlənir, gah da sakit olurdu. 

Nəhayət, hasarın uçuq yerindən keçərək Qrosley parkına qayıtdı 

və sakit olmaq, hər bir şeyi ətraflı düşünmək məqsədilə yavaş-yavaş 

köşkdəki balaca otağa doğru getdi. Buradan Sen-Le yolu görünürdü. 

Xiyabana  çaydaşı  əvəzinə  sarı  qum  tökülmüşdü.  Bu  qəribə  evin 

kiçicik salonunda əyləşmiş qrafinyanın polkovnikdən xəbəri yox idi; 

işinin  müvəffəqiyyət  qazanması  onu  o  qədər  coşdurmuşdu ki,  ərinin 

addımlarının xəfifcə səsinə belə əhəmiyyət vermədi. Qoca əsgərin də 

arvadının yuxarıda, köşkdə olduğundan xəbəri yox idi. 



1

 “

Konstitusionel

” - liberal-burjua qəzeti 

642 


downloaded from KitabYurdu.org


Qrafinya alçaq hasarın üzərindən Delbeki tək görüb: 

-

 



Hə, necə oldu, Delbek, imzaladımı? - deyə soruşdu. 

-

 



Yox. Ona nə olduğunu mən heç başa düşmürəm. Qoca yabı dal 

ayağı üstə qalxdı. 

-

 

Elə isə onu Şarentona salmaq lazımdır. Yaxşı ki, bizim əlimiz-



dədir. 

Polkovnik yenidən özündə gənclik qüvvəsini hiss edərək xəndəyi 

adladı  və  bir  an  içində  Delbekin  qarşısına  çıxaraq  ona  iki  şillə 

ilişdirdi. Heç bir vəkil fizionomiyası heç bir zaman bu qədər möhkəm 

şillə yeməmişdi. 

Şaber: 


-

 

Bunu da əlavə et ki, qoca yabılar təpik də ata bilərlər! - deyə 



bağırdı. 

Polkovnik  acığını  çıxdıqdan  sonra  artıq  qəti  bir  addım  atmaq 

iqtidarında  deyildi.  Həqiqət,  artıq  bütün  çılpaqlığı  ilə  onun  gözü 

qarşısında  idi.  Qrafinyanın  sözləri  və  Delbekin  cavabı,  onların 

qurduqları tələnin üstünü açmışdı. Bütün bu qayğılar, mehribanlıqlar 

yalnız  onu  tələyə  salmaq  üçün  imiş.  Bu  sözlər  ustalıqla  hazırlanmış 

bir  zəhər  damcısı  kimi  bir  şey  idi.  Qoca  əsgərin  bütün  cismani  və 

mənəvi əzabları yenidən başlamışdı. O, əldən düşmüş bir adam kimi 

ağır addımlarla parkın darvazasından keçdi və köşkə qayıtdı. Demək, 

onun  üçün  nə  sakitlik,  nə  istirahət,  heç  bir  şey  yox  idi.  Artıq  bu 

qadınla Dervilin bəhs etdiyi murdar bir müharibə başlamaq, məhkəmə 

prosesinə  girişmək,  hər  gün  bir  kasa  acı  zəhər  içmək  lazım  idi. 

Bundan  başqa,  dəhşətli  bir  fikir  onu  rahat  buraxmırdı:  ilk 

məhkəmələrdə  lazım  olan  xərcləri  ödəmək  üçün  haradan  pul 

tapacaqdı? Cİrəyində həyata qarşı o qədər böyük bir nifrət doğmuşdu 

ki, qarşısında su olsaydı, özünü suya atardı; cibində tapançası olsaydı, 

başını  partladardı.  Onun  fikirlərində  tərəddüd,  əmniyyətsizlik 

yaranmışdı.  Bu  tərəddüd  südçünün  evində  Dervillə  etdiyi  söhbətdən 

sonra  onun  bütün  mənəvi  varlığını  dəyişmişdi.  Nəhayət,  köşkə 

yaxınlaşaraq  yuxarı  otağa  çıxdı.  Bu  otağın  rəngli  şüşələri  arasından 

dərənin  könlü  məftun  edən  mənzərəsi  görünürdü;  arvadı  orada  stul 

üstündə oturmuşdu. Qrafinya qarşısındakı mənzərəyə baxırdı, üzündə 

hər bir şeyə hazır olan qadınların yarada bildiyi sakit və nüfuzedilməz 

bir  ifadə  var  idi.  O,  bir  az  əvvəl  ağlayırmış  kimi  gözlərini  silir  və 

pərişan 

643 


downloaded from KitabYurdu.org


DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ

 

bir  halda  kəmərinin  uzun  qırmızı  lentini  əli  ilə  əzişdirirdi.  Bununla 



belə, zahirən əmin görünməsinə baxmayaraq, ona yaxşılıq etmiş olan 

bu  möhtərəm  adamı  qarşısında  gördükdə  diksindi  və  özünü  itirdi. 

Qoca  əsgər  qollarını  qoynunda  çarpazlayaraq  arvadının  qarşısında 

dayanmışdı; onun rəngi qaçmış, üzü qəribə bir ifadə almışdı. 

Diqqətlə qrafinyanın  üzünə baxaraq  onu  qızarmağa  məcbur  etdi 

və sonra sözə başladı: 

-

 

Xanım,  mən  sizə  lənət  oxumuram,  mən  sizə  nifrət  edirəm. 



Mən,  bizi  bir-birimizdən  ayıran  təsadüfə  şükür  edirəm.  Mən  sizdən 

intiqam belə almaq istəmirəm, mən artıq sizi bir qətrə belə sevmirəm. 

Mən sizdən heç bir şey istəmirəm. Sakit yaşayınız! Bu barədə mənim 

sözümə  inana  bilərsiniz.  Bu  söz  bütün  Paris  notariuslarının  cızma-

qaralarından qiymətlidir.  Şan  və  şöhrət qazandırdığım  bir  adı,  Şaber 

adını  mən  bir  daha  ehya  etməyəcəyəm.  Mən,  günəşin  altında  yalnız 

bir parça yerə ehtiyacı olan sərsəri Giasintəm. Əlvida... 

Qrafinya polkovnikin ayaqlarına düşdü və onun əllərindən yapı-

şaraq saxlamaq istədi, lakin qoca onu itələyərək, nifrətlə: 

-

 



Mənə toxunma! - dedi. 

Qrafinya ərinin getdiyini görüb təsvir edilə bilməyəcək bir şəkil-

də  hərəkət  etdi.  İfrat  bir  rəzilliyin  və  heyvani  bir  kübar  eqoizminin 

doğurduğu dərin bir fəhm ilə, bu namuslu əsgərin vədinə və nifrətinə 

inanaraq sakit yaşaya biləcəyini qət etdi. 

Şaber,  doğrudan  da,  yox  oldu.  Südçü  iflas  etmiş  və  arabaçılıq 

edirdi.  Kim  bilir,  bəlkə,  polkovnik  də  əvvəlcə  buna  bənzər  bir  işlə 

məşğul  olmuşdu.  Bəlkə  də,  uçuruma  atılmış  bir  daş  kimi  getdikcə 

aşağılara  yuvarlanaraq  Paris  küçələrində  aşıb-daşan  səfalət  bataq-

lığında qərq olmuşdu. 

Bu  hadisədən  yarım  il  sonra  Dervil  nə  polkovnik  Şaber,  nə  də 

qrafinya  Ferro haqqında heç bir şey eşitmədiyi üçün  bu qərara gəldi 

ki,  yəqin,  onlar  barışmışlar  və  qrafinya  ondan  intiqam  almaq 

məqsədilə  saziş  üçün  başqa  idarəyə  müraciət  etmişdir.  Bir  gün  o, 

Şaberə  vermiş  olduğu  pulları  hesabladı,  öz  xərclərini  də  buna  əlavə 

etdi və qrafinya Ferronun öz birinci ərinin harada olmasından xəbəri 

olduğunu zənn edərək, ona məktub  yazdı  və bu hesabın qraf Şaberə 

verilməsini xahiş etdi. 

644 

downloaded from KitabYurdu.org




Yüklə 5,98 Mb.

Dostları ilə paylaş:
1   ...   218   219   220   221   222   223   224   225   ...   231




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə