İlham A.Mazanlı_________________________________________________________
171
edirik. Bizi isə, əvvəlcədən tədqiqatımızın bəyan etdiyimiz
elmi məqsəd və vəzifələrinə uyğun olaraq, millətlərarası və
dövlətlərarası münasibətlərin tənzimlənməsində KİV-in yeri
və rolu, bu sosial-siyasi institutlar arasındakı qarşılıqlı təsir
problemləri maraqlandırır və biz təqdim olunan tədqiqat
işinin a) millətlərarası münasibətlərin kəskinləşməsi
şəraitində (Dağlıq Qarabağ və onun ətrafında baş verən
hadisələr dövründə) mərkəzi və regional KİV-in fəaliyyəti
və b) millətlərarası və dövlətlərarası münasibətlərin
təkmilləşməsində KİV-in səmərəliliyinin yaradıcılıq
amilləri bölmələrində bu problemlərə yenidən qayıdacağıq.
Hələlik isə ...
KİV millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi faktoru kimi
172
Birinci fəslə sözardı
No Comment
.
Birinci sözardı
Sov.İKP MK-nın 1959-cu il iyun (26-29 iyun)
Plenumunda Azərbaycanda milli siyasətin həyata
keçirilməsində yol verilmiş “kobud pozuntular”, iyunun
30-da isə Sov.İKP MK-nın Rəyasət Heyətində Azərbaycan
partiya təşkilatında yaranmış “arzuolunmaz vəziyyət” və ...
“buraxılmış ciddi səhvlər” müzakirə edilir.
Məsələ ilə bağlı Sov.İKP MK-nın yaratdığı xüsusi
komissiyanın sədri İ.Şikin məruzə edir.
İ.Şikin: - “Millətçilik əhvalının baş qaldırmasına partiya
tarixi sahəsindəki işlərdə buraxılan səhvlər də təsir etmişdir.
Azərbaycan Kommunist Partiyası tarixinin, inqilabi
hərəkatın işıqlandırılmasında milli məhdudluq, özünə
vurğunluq, keçmişin ideallaşdırılması, “Hümmət” kimi
təşkilatın şişirdilməsi halları özünü göstərir. N.Nərimanov
kimi xadimlərin rolu şişirdilir. Guya ki, ona tərəddüdlər,
səhvlər və yayınmalar yad imiş. Kommunist Partiyasının
tarixinə aid kitablarda Serqo Orcanikidze, Stepan Şaumyan,
Alyoşa Caparidze kimi xadimlərin nöqsanları, səhvləri
göstərilirsə, Nəriman Nərimanovun nöqsanlarından bir
İlham A.Mazanlı_________________________________________________________
173
kəlmə də deyilmir, lakin bizə məlumdur ki, xüsusilə milli
siyasət sahəsində onun böyük nöqsanları olmuşdur.”
96
1990-cı ildə Heydər Əliyevin Moskvada jurnalist
Elmira Axundovaya verdiyi müsahibədən:
Heydər Əliyev: - “Nəriman Nərimanov maarifçi-
demokratdan mətin bolşevik kimi çətin və keşməkeşli yol
keçmişdir. ...Nəriman Nəcəf oğlu Nərimanov siyasi rəhbər
və təşkilatçı kimi bütün bacarığını, qəlbinin bütün alovunu
xalqın xidmətinə vermişdir ... 1970-ci ildə N. Nərimanovun
100 illik yubileyi ərəfəsində materiallarla tanış olanda onun
həyatının son dövrlərinin nə qədər faciəli olduğu məni çox
ağrıtdı. Nərimanovun 100 illiyi 1970-ci ildə tamam oldu,
yubileyini isə 1972-ci ildə keçirdik. Soruşa bilərsiniz niyə?
Çünki bu yubileyi keçirmək üçün iki il mübarizə aparmaq
lazım idi. Çünki N. Nərimanova “millətçi” damğası
vurulmuşdu... Heç kəsə demədiklərimi indi sizə açıram.
Qoy xalqım bilsin. Mənim sinəmdə çox sirlər var. Bəzilərini
indi açıram. İki dəfə Suslovun, Brejnevin yanına getdim,
ancaq onlara Nərimanov barədə başqa informasiyalar
vermişdilər. Əjdər İbrahimov İsa Hüseynovla birlikdə
96
Президиум ЦК КПСС. 1954-1964. Черновые протокольные
записи заседаний. Стенограммы. Постановления, т. 1, с.367.
KİV millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi faktoru kimi
174
“Mosfilm”də N.Nərimanova həsr olunmuş dəyərli film
çəkmişdi. Bizdən qabaq həmin filmə Moskvada baxmışdılar
və ermənilərin təsiri altında olan MK-nın bəzi məsul işçiləri
həmin filmi qadağan etmişdilər. Nə yubileyi keçirməyə, nə
də abidəni qoymağa imkan vermirdilər. Çalışdım, mübarizə
apardım, neçə adamı inandırdım və axır ki, istəyimə nail
oldum. MK-da N.Nərimanovun 100 illik yubileyinin
keçirilməsinə dair qərara nail oldum, “Правда” qəzetində
N. Nərimanovun yubileyinə həsr olunmuş böyük məqaləm
getdi. N. Nərimanovun yubileyini böyük təntənə ilə
keçirdik. Bakıda möhtəşəm abidəsini ucaltdıq. N. Nərima-
nov haqqında gözəl filmə də icazə aldıq...
Kim idi N. Nəri-
manovun ayağının altını qazanlar? Bizim azərbaycanlılar.
Onun öz silahdaşları. Onlar (adlarını tarixçilərimiz daha
düzgün deyə bilərlər) Levon Mirzoyanla, Mikoyanla,
Sarkislə birləşib Kirovu da yoldan çıxarıb N. Nərimanov
əleyhinə blok düzəltmişdilər. Bax, bizim xalqın ən böyük
bəlası bundan ibarətdir.”
97
Jurnalist E.Axundova: - “1970-ci ildə mümkün
olmasa da, iki ildən sonra Heydər Əliyev N.Nərimanovun
tam bəraitinə nail oldu. 1972 il iyun 6-da Bakıda
N.Nərimanovun möhtəşəm abidəsi açıldı. İyunun 29-da
Opera və Balet Teatrında N.Nərimanovun 100 illiyinə həsr
97
Axundova E. Olub keçənləri düşünərkən. “Ulduz” jurnalı, 1990, №
6.
Dostları ilə paylaş: |