KİV millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi faktoru kimi
40
açmadan onlardan tez-tez istifadə etmək əksər hallarda
antitəbliğat xarakteri kəsb edir. Müasir auditoriyanın
intellektual səviyyəsi yüksək olduğuna və şərhə ehtiyac
duymadığına görə, bir çox hallarda nəsihət səpkili
materialların davamlı şəkildə izləyicinin düşüncəsinə
zomblaşdırılması mahiyyətinə və cəmiyyətin ehtiyacına
uyğun olmayan yeni düşüncə obrazlarının yaranmasına
səbəb ola bilir.
Hamı belə bir fikirlə razıdır ki, kütləvi informasiya
vasitələri cəmiyyətin həyatında baş verən mürəkkəb və çətin
proseslərə operativ müdaxilə etmək, onların qlobal
problemə (geosiyasi problemlər, iqtisadi böhran, enerji
təhlükəsizliyi, demoqrafiya, narkomaniya, qanunsuz
miqrasiya və s.) çevrilməsinin qarşısının alınmasında və
həllində geniş imkan və mexanizmlərə, funksional-texniki
alətlərə malikdir. Kütləvi informasiya vasitələri ictimaiyyəti
məlumatlandırır, müxtəlif konstruktiv baxışlarla, gələcək
inkişaf konsepsiyaları ilə tanış edir. Beynəlxalq təcrübə
göstərir ki, kütləvi informasiya vasitələrinin bu istiqamətdə
fəaliyyəti beynəlxalq normalardan və dövlətin siyasətindən
hətta fərqlənsə belə, problemin həllinə müəyyən dərəcədə
töhfə verə bilir. Lakin, kütləvi informasiya vasitələri,
xüsusilə də çoxsaylı etnik tərkibə malik ölkədə gedən
demokratikləşmə prosesinə uyğun gəlməyən hansısa
birtərəfli siyasi mövqe nümayiş etdirdiyi hallarda bu fikri
birmənalı şəkildə söyləmək mümkün olmur. Ona görə də
KİV-in millətlərarası münasibətlər mövzusunu xüsusi taktla
İlham A.Mazanlı_________________________________________________________
41
işıqlandırması, bu sahədə dövlət siyasətinin məqsəd və
vəzifələrini tam aydınlığı ilə izah etməsi insanlarda
millətlərarası və dövlətlərarası münasibət mədəniyyətinin
formalaşdırıl-masının və cəmiyyətdə sabitliyin bərqərar
olmasının rəhni kimi qiymətləndirilir
17
.
XX əsrin sonlarında Şərqi Avropada və keçmiş SSRİ
ərazisində güclü dövlətlərin geosiyasi maraqlarının
toqquşması zəminində baş verən hadisələr, xüsusilə də
tədqiqatımız üçün daha önəmli olan Dağlıq Qarabağ
separatizmi, Talış-Muğan respublikasının yaradılmasına,
ölkənin şimal rayonlarında milli zəmində iğtişaşların
törədilməsinə və bu məqsədlə də bölgədə siyasi institutların
və proseslərin daha kiçik etnoslara bölünməsinə və
etnikləşmənin dərinləşməsinə göstərilən cəhdlər milli
siyasətlə KİV-in qarşılıqlı təsir məsələlərini daha həssas bir
problemə çevirir. Yaranmış vəziyyət hər bir şəxsdən, o
cümlədən, kütləvi informasiya vasitələrindən öz
fəaliyyətlərinin təhlükəli nəticələri barədə hesabat tələb
edir. Xüsusilə də dünyanın harasında baş verməsindən asılı
olmayaraq, müasir yayım texnologiyalarının real vaxt
rejimində onların hamısını bir araya gətirmək imkanı bu
problemləri daha aktual edir.
17
Абдулатипов Р.Г. Послание президенту РФ Б.Н.Ельцину о
федеративной и национальной политике. М.: 1995 г., с.3.
KİV millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi faktoru kimi
42
Əlbəttə, silahlı milli münaqişələrdə bəşəriyyətin
məruz qaldığı ən böyük və ən ağır itki insan itkisi hesab
olunur. Əgər, təkcə Dağlıq Qarabağ separatizmi ilə bağlı
mətbuatda dərc olunan statistik məlumatları toplasaq,
münaqişənin ilkin (qaynar) dövrlərində yalnız Azərbaycan
tərəfindən 20 min nəfərdən çox insan itkisinin olduğunu
müəyyən etmiş oluruq. Müqayisə üçün deyə bilərik ki, bu
itki onillik Əfqanıstan müharibəsində Sovet İttifaqının
verdiyi insan itkisindən təxminən 2 dəfə çoxdur.
Yaralananların və şikəst olanların sayını isə dəqiq müəyyən
etmək nə qədər çətin olsa da, bu rəqəmin 50 min nəfər
olduğu bildirilir. 4866 nəfərin itkin düşdüyü təxmin edilir.
Rəsmi məlumata görə, bu gün respublikada 11 min Qarabağ
müharibəsi əlili, 13710 şəhid ailəsi vardır.
Milli siyasət və ya dövlətlərarası münasibətlər
zəminində toqquşmalar zamanı KİV-lər başqa sahələrə
nisbətən iqtisadi zərərlər barədə daha az məlumat verə
bilirlər və əksər hallarda da bu məlumatlar jurnalistikanın
daxili qanunauyğunluqlarından deyil, xarici qanunauyğun-
luqlarından asılı olur, müəyyən obyektiv və subyektiv
səbəblərə görə reallığı heç də həmişə düzgün
əks etdirə bilmir və təxmini olurlar. Lakin, bütün bu
çətinliklərə baxmayaraq, ilkin qiymətləndirmələrə görə
(əlbəttə, KİV-in iştirakı ilə - İ.M.), işğal olunmuş ərazilərdə
infrastrukturun, sənaye və kənd təsərrüfatı obyektlərinin
dağıdılması nəticəsində respublikanın iqtisadi həyatına
vurulmuş ziyanın ümumi məbləği 60 milyard ABŞ
İlham A.Mazanlı_________________________________________________________
43
dollarından çox olduğu bildirilir və bu rəqəm hər il ədədi
silsilə üzrə artmaqdadır.
Münaqişə nəticəsində respublikamızın məruz qaldığı
ikinci ciddi sosial problem yenə insanla bağlıdır. Bu,
böyük sayda qaçqın və məcburi köçkün ordusunun əmələ
gəlməsi idi. Qarşıdurmanın ilk illərində artıq respublika
əhalisinin hər yeddi nəfərindən biri qaçqına və ya məcburi
köçkünə çevrilmişdi. Bu, həmin dövrdə bütün dünyada
analoqu olmayan bir presedent idi. Hələ Ermənistanın
Azərbaycana qarşı həyata keçirdiyi hərbi əməliyyatlara
qədər Ermənistan ərazisinin azərbaycanlılardan etnik
təmizlənməsi (1986-1988-ci illər) nəticəsində 250 min
soydaşımız öz tarixi torpaqlarından deportasiya edilmiş və
Azərbaycana pənah gətirmişdi. Bu deportasiya müddətində
18 min müsəlman kürdü də Azərbaycana üz tutmuş və
burada dinclik tapmışdı. Eyni zamanda, milli qarşıdurma
zəminində Orta Asiya respublikalarını tərk etmiş 50 minə
yaxın ahısqa türkü də Azərbaycana gəlmiş və burda
məskunlaşmışdı.
Sonrakı illərdə (1990-1993-cü illər) Dağlıq
Qarabağın və ətraf yeddi rayonun Ermənistan tərəfindən
işğalı nəticəsində (Rusiya Federasiyasının regiondakı hərbi
birləşmələrinin köməyi ilə) 700 mindən çox insan doğma
ev-eşiyindən didərgin düşür, məcburi köçkünə çevrilir. 98
min insan isə sərhəd bölgələrindən ölkənin içərilərinə - daha
təhlükəsiz yerlərə köçür. Beləliklə, 1 milyondan çox insan
Dostları ilə paylaş: |