KİV millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi faktoru kimi
48
Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı
Səhmdar Cəmiyyətinə, fəaliyyətdə olan digər kütləvi
informasiya vasitələrinə azsaylı xalqların və etnik qrupların
ədəbiyyatını, folklorunu, əmək və həyatını işıqlandıran
publikasiyaların dərc edilməsi, teleradio-proqramların təşkil
edilməsi, habelə ləzgi, talış və kürd dillərində “Respublika
yenilikləri”, həmçinin yerli radio qovşaqları ilə azsaylı
xalqların
dillərində gündəlik verilişlərin getməsinin təmin
edilməsi və s. barədə tövsiyələr və tapşırıqlar verilir.
Bu Fərmanın müddəaları Azərbaycan Respublikası
Prezidentinin 18 iyul 2005-ci il tarixli 260 nömrəli
Fərmanı
18
ilə müəyyən əlavə və dəyişikliklər edildikdən
sonra daha fəal şəkildə həyata keçirilməyə başlanmışdır.
Xüsusilə də son on ildə ölkə ərazisində yaşayan
bütün azsaylı xalqların və etnik qrupların sosial-siyasi,
iqtisadi, mənəvi sahələrdə fəaliyyətləri və inkişafı üçün
bütün lazımi tədbirlər həyata keçirilir. Respublikada milli
inkişaf siyasətinin əsasını təşkil edən “Azərbaycanın varı,
dövləti təkcə onun pambığı, yeraltı, yerüstü sərvətləri deyil,
onun ərazisində yaşayan xalqlardır” prinsipi davamlı
şəkildə
uğurla davam etdirilir.
19
18
“Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və
sərəncamlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan
Respublikası Prezidentinin Fərmanı (18 iyul 2005-ci il, № 260) //
Azərbaycan. - 2005.-24 iyul. - N169. - s.2. - [AZ-Q]
19
Azərbaycanda yaşayan azsaylı xalqların adət və ənənələrinin
təbliğində kitabxanaların rolu: metodik vəsait. M.F.Axundov adına
Azərbaycan Milli Kitabxanası.- Bakı, 2012. səh.3-4.
İlham A.Mazanlı_________________________________________________________
49
Dövlət Statistika Komitəsinin 2014-cü il mart ayının
30-na olan məlumatına əsasən, Azərbaycan Respublikasının
əhalisi təxminən 9,5 milyon nəfərə bərabər olmuşdur. Milli
tərkibinə görə respublika əhalisinin 91,6 %-ini (8.172.800
nəfər) azərbaycanlılar, 2 %-ini ləzgilər (180.300 nəfər), hər
biri 1,3 % olmaqla, ermənilər (120.800 nəfər), ruslar
(119.300 nəfər) və talışlar (112.000 nəfər), 0,6 %-ini avarlar
(49.800 nəfər), 0,4 %-ini türklər (38.000 nəfər), hər biri 0,3
% olmaqla, tatarlar (25.900 nəfər), tatlar (25.200 nəfər) və
ukraynalılar (21.500 nəfər), hər biri 0,1 % olmaqla, saxurlar
(12.300 nəfər), gürcülər (9.200 nəfər), yəhudilər (9.100
nəfər) və kürdlər (6.100 nəfər), hər biri 0,04 % olmaqla,
qrızlar (4.400 nəfər) və udinlər (3.800 nəfər), 0,02 %-ini
xınalıqlar (2.200 nəfər), 0,1 %-ini (9.500 nəfər) isə digər
millətlərin nümayəndələri təşkil edirlər.
20
Hazırkı Azərbaycan etnosunun tarixinə retrospektiv
nəzər göstərir ki, əhalinin böyük əksəriyyətini təşkil edən
azərbaycanlılardan başqa, bu etnosun təşəkkülündə hələ lap
qədim dövrlərdən bu torpaqlarda yaşayan müxtəlif azsaylı
xalqlar, etnik və milli qruplar da yaxından iştirak etmişlər.
Azərbaycan əhalisinin əsas hissəsi azərbaycanlılardan və
ölkənin bəzi ərazilərində yığcam halda yaşayan 30-dan artıq
azsaylı millət və etnik qruplardan ibarətdir. Onların arasında
türk dil qrupuna daxil olan tatarlar, ahısqa türkləri, həmçinin
hind-avropa (tatlar, talışlar, dağ yəhudiləri, kürdlər), qafqaz
20
http://www.stat.gov.az/source/demoqraphy/ap/
KİV millətlərarası və dövlətlərarası münasibətlərin təkmilləşdirilməsi faktoru kimi
50
(udinlər, ləzgilər, avarlar, saxurlar, buduqlular, ingiloylar,
qrızlar, xınalıqlar), slavyan (ruslar, malakanlar,
ukraynalılar) və s. dil qruplarının təmsilçiləri də vardır.
Azərbaycan hökuməti insan haqları, o cümlədən
milli azlıqların hüquqlarının müdafiəsinin yüksək səviyyədə
və beynəlxalq normalara uyğun təmin edilməsi məqsədi ilə
bir çox nüfuzlu beynəlxalq təşkilatlarla yaxından
əməkdaşlıq edir, insan haqları və milli azlıqların müdafiəsi
ilə bilavasitə bağlı 50-dən çox beynəlxalq konvensiyaya
qoşulmuşdur. Ölkəmizdə milli azlıqların məsələləri ilə
məşğul olan xeyli sayda qeyri-hökumət təşkilatları,
mədəniyyət mərkəzləri, xeyriyyə cəmiyyətləri və s. ictimai
birliklər fəaliyyət göstərir.
YUNESKO-nun 2005-ci il oktyabrın 20-də qəbul
etdiyi “Mədəni özünüifadə müxtəlifliyinin qorunması və
təşviqi haqqında” Konvensiyaya uyğun olaraq, ölkəmizdə
yaşayan milli azlıq və etnik qrupların mədəniyyəti
Azərbaycan mədəniyyətinin tərkib hissəsi kimi qorunur və
inkişaf etdirilir. Ölkəmizin azsaylı xalqlarının milli
mədəniyyətlərinin, incəsənətlərinin, adət-ənənələrinin və
dillərinin qorunub saxlanılması təcrübəsi bir çox ölkələr
üçün paradiqma rolunu oynaya bilər. Əsrlər boyudur ki,
Azərbaycanda müxtəlif etnosların nümayəndələri əmin-
amanlıq şəraitində dinc-yanaşı yaşayırlar. Bu tarixi təcrübə
azsaylı etnosların və etnik qrupların yoxa çıxması
təhlükəsinin aradan qaldırılmasının, etnik və konfessional
fərqlərdən asılı olmayaraq, insanların sülh və həmrəylik
Dostları ilə paylaş: |