Əvvəllər belə qeyd olunurdu ki, dezinfeksiya m əqsədilə iş
lədilən bütün kimyəvi maddələr mikrob hüceyrəsinə eyni cür
təsir göstərir. Nəticədə mikrob hüceyrəsində avtoliz, lizis və
koaqulyasiya xarakterli morfoloji dəyişdiklər baş verir. Sonralar
biologiya elminin hərtərəfli inkişafı nəticəsində ayrı-ayrı qrup
kimyəvi dezinfeksiya vasitələrinin təsiri ilə əlaqədar olaraq ora
da baş verən dəyişdiklər ətraflı şəkildə öyrənildi. Xüsusilə qə
ləvilərin, turşuların, xlorlu birləşmələrin hər birinin mikrob
hüceyrəsinə spesifik təsiri dəqiq şəkildə izah edildi.
Məlum oldu ki, mikrob hüceyrəsinə xlorlu birləşm ələrlə tə
sir etdikdə fəal təsirli xlor və atom halında oksigen hüceyrə
membranının tamlığını pozmadan mikrob hüceyrəsinin daxilinə
keçir. Belə nüfuzetmə sadə diffuziya yolu ilə baş verir. Hücey
rənin nukleotidi dəyişikliyə uğrayır. Belə ki, burada nazik fıb-
rinlərin bir-birinə yapışması, qıvrım borucuqlar və sapların
əmələ gəlməsi baş verir. Sonra nukleotid denaturasiya və sito-
plazmanın sıxlaşması də əlaqədar olaraq hüceyrənin daxilini ta
mamilə doldurur. Ən nəhayət xlorun təsirindən sitoplazma, sito-
plazmatik membran və hüceyrə divarında dərin struktur dəyişi-
liklər baş verir ki, bu da hüceyrənin məhvinə səbəb olur.
Turşuların mikrob hüceyrəsinə təsir mexanizmi onların H
ionları ilə əlaqədar izah edilir və göstərilir ki, bu ionlar mikrob
hüceyrəsi üçün toksikidir. Turşular hüceyrə divarı və sitoplaz-
matik membranın bütövlüyünü pozmadan daxilinə keçir və əsas
dəyişdikləri onun sitoplazmasında və nukleotitində törədir.
Müəyyən olunmuşdur ki, turşular ən az dozada belə sitoplazma-
nın zülallarına təsir edir. Mikrob hüceyrəsi daxilində bir çox fer-
mentativ proseslər gedir, nəticədə hüceyrə məhv olur.
Qələvilər mikrob hüceyrəsi ilə qarşılıqlı təsirdə olduqda onların
çox hissəsi hüceyrə meınbranında təsbit olunur. Hüceyrə membra-
nında lipidlər çoxdur və qələvillərin təsirindən onların sabunlaşma-
sı meydana çıxır. Nəticədə hüceyrə divarı kəskin şəkildə parçalanır.
102
Kimyəvi dezinfeksiya vasitələrinin təsirindən mikrob hü
ceyrəsində gedən dəyişdiklərin öyrənilməsinin həm nəzəri,
həm də praktiki əhəmiyyəti vardır. Çünki, bunun əsasında
kimyəvi maddələrin mikroba təsirinin proqnozlaşdırılması və
dezinfeksiyanın səmərəliliyi müəyyən edilir.
Kimyəvi maddələrin təsirindən mikrob hüceyrəsində gedən
prosesləri öyrənməklə, həmin maddələrin bakteriostatik və bak-
teriosid təsirlərinin fərqi də müəyyənləşdirilir. Bakteriostatik
təsir zamanı mikrob hüceyrəsində baş verən proseslər geri dö
nən xarakterə malikdir və əlverişli şəraitdə itirilmiş xüsusiyyət
lər bərpa olunur. Bakteriosid təsirdə isə yaranmış dəyişdiklər
stabildir, geri dönən deyil və mikrob hüceyrəsi məhv olur.
Dezinfeksiyanın növləri.
Epizootoloji əhəmiyyətinə görə
dezinfeksiyanın profilaktik və məcburi növləri mövcuddur.
Profilaktik dezinfeksiya sağlam təsərrüfatlarda aparılmaqla,
məqsəd infeksion xəstəliklərin baş verməsinin qarşısını almaq
dır. Belə dezinfeksiya quşçuluq binalarında mikrobların ümumi
miqdarını azaldır. Profilaktik dezinfeksiyanı aparan zaman pato-
gen mikroblarla bərabər, həm də potensial-patogen mikroblar
məhv olur. Məlumdur ki, xarici mühit obyektlərində yayılıb ço
xalan patogen-potensial mikroblar bir neçə dəfə həssas quş or
qanizmindən təbii şəraitdə passaj olunduqda patogen hala keçir
və xəstəliklərin baş verməsinə səbəb olur.
Profilaktik dezinfeksiya 2 yerə bölünür: quş binalarının istis
marından əvvəl apardan dezinfeksiya və texnoloji dezinfeksiya.
Profilaktik dezinfeksiyanın birinci növü quş binaları tikildikdən
sonra istismara verilməzdən əvvəl aparılır. Bu zaman quş bina
ları və onun ətraf sahələri, yem anbarları və yem hazırlanan sex
lərin hamısı əsaslı şəkildə dezinfeksiya edilməlidir.
Texnoloji dezinfeksiya təsərrüfatın böyüklüyündən, kiçikli
yindən və quşçuluq məhsulları istehsalının texnoloji xüsusiyyət
lərindən asılı olaraq aparılır. Bundan əlavə epizootiya əleyhinə
103
kütləvi tədbirlərdən sonra mütləq dezinfeksiya aparılmalıdır.
Kəsim şöbəsində kəsim prosesi qurtardıqdan sonra, soyuducu
larda isə onların doldurulmasından əvvəl və boşalmasından son
ra, aparılmalıdır.
Məcburi dezinfeksiya infeksion xəstəliklər qeyd edilən za
man aparılan dezinfeksiya deyilir, məcburi dezinfeksiya cari və
son dezinfeksiyaya bölünür.
Cari dezinfeksiya təsərrüfatlarda infeksion xəstəliklərin baş
verdiyi dövrdə sistematik olaraq aparılan dezinfeksiyaya deyilir.
İnfeksion xətsliklərlə mübarizədə cari dezinfeksiya mühüm
əhəmiyyətə malikdir. Məhz bu dezinfeksiya vasitəsilə infeksion
xəstəliyin ocağında patogen mikrobların məhvi həyata keçirilir.
İnfeksion xəstəliklərin xarakterindən asılı olaraq cari dezinfek
siya ya hər yeni xəstə quş aşkar edilən gün, yaxud 5,10 gündən
bir aparılır. Yüksək kontagioz infeksion xəstəliklər zamanı dezin
feksiya hər gün aparıldıqda daha yaxşı nəticə verir.
Son dezinfeksiya təsərrüfatlarda infeksion xəstəliklərlə
mübarizənin son tədbiri olub, karantin və ya məhtutlaşmanın
götürülməsindən sonra aparılır. Bu tədbir infeksiya ocağında in-
feksiya törədicilərinin tam məhvinə yönəldilir. Dezinfeksiyadan
əvvəl quş binaları və onun ətraf sahələrində tam mexaniki tə
mizlik aparılmalıdır.
Dezinfeksiya üsulları və vasitələri.
Dezinfeksiya aparılan
obyektlərin müxtəlifliyi ilə əlaqədar olaraq bu tədbiri aparmaq
üçün müxtəlif üsul və vasitələrdən istifadə edilir. Dezinfeksiya
aparmaq üçün fiziki, kimyəvi və bioloji üsullar tətbiq olunur.
Fiziki dezinfeksiya müxtəlif fiziki vasitələr, yəni mexaniki
təmizlik, qurutma, günəş şüaları, yüksək temperatura, radiasiya,
ultrasəs və s. istifadə edilir. Mexaniki təmizlik aparılan zaman
peyin, yem qalıqları və s. ilə birlikdə müəyyən qədər mikroblar-
da kənar edilir. Təmizlik aparmaq üçün güclü su axımından isti
fadə edilir ki, belə təmizlik sanitar təmizlik adlanır.
104
Quruma mikroorqanizımlərin həyat fəaliyyətinə mənfi təsir
göstərir. Çünki susuzlaşmış mühitdə pH dəyişir və mikrobların
inkişafı kəskin şəkildə aşağı düşür düşür. Vegetativ formalı mik-
roblar ya tə lə f olur, yaxud onların patogenliyi zəifləyir. Məlum
olmuşdur ki, bir çox patogen mikroblar günəş şüalarının təsirin
dən məhv olur. Günəş şüalarından əlavə süni şüa mənbələrin
dən, xüsusilə ultrabənövşəyi şüalar verən civə-kvars lampala
rından istifadə edilir.
Fiziki dezinfeksiya vasitələrindən ən çox yüksək tempera
turla zərərsizləşdirmədən istifadə edilir. Bu məqsədlə alov,
qaynar su, axan isti buxar, quru isti hava, yüksək təzyiq və s. tət
biq olunur.
Alovdan müxtəlif obyektlərin səthinin zərərsizləşdirilməsi
üçün, isti su ilə m üxtəlif avadanlıqları zərərsizləşdirilir.
Axar buxarla dezinfeksiya aparmaq üçün Kox aparatından,
quru isti buxarla zərərsizləşdirmə aparmaq üçün Paster peçin
dən, yüksək təqyiq altında zərərsizləşdirmə aparmaq üçün avto-
klavlardan istifadə edilir.
Ultrasəs dalğaları bir çox növ mikroblara təsir göstərir. Bu
nun mikroblara təsir mexanizmi kavitasion mexaniki və kavita-
sion elcktrokimyəvi nəzəriyyələrlə izah edilir. Birinci nəzəriyy
əyə görə ultrasəs dalğaları maye mühitdən keçdikdə burada ka
vitasion qabarçıqlar əm ələ gəlir və bu qabarcıqlar maye buxarı
ilə dolur. Həmin qabarcıqlarm maye mühiti sıxışdırması nəticə
sində burada olduqca yüksək təzyiq yaranır. Belə təzyiq mikro-
orqanizmləri məhv edir.
İkinci nəzəriyyəyə görə ultrasəs dalğaları maye mühitdən
keçdikdə burada hidroksil radikalları, atom halında hidrogen
əm ələ gəlir və güclü elektrik cərəyanı nəticəsində buradan
bütün növ mikroblar 5-10 dəqiqəyə məhv olur.
Kimyəvi dezinfeksiya üsulu.
Kimyəvi dezinfeksiya məqsə
dilə müxtəlif kimyəvi maddələrdən istifadə edilir. Kimyəvi
105
Dostları ilə paylaş: |