Ş ə k i l 2 . M ü h ə r r i k l i O M P - 2 “ O l e n ”
ç i l ə y i c i s i
Ş ə k i l 4 . V D M - 2 b a y t a r l ı q
d e z i n f e k s i y a e d i c i m a ş ı n
Ş ə k i l 3 . B ö y ü k K Z ə l h i d r o p u l t u
Ş ə k i l 5 . L S D - 3 M d e z i n f e k s i y a
q u r ğ u s u
DEZİNSEKSİYA
Heyvanlara və quşlara ziyan yetirən və müxtəlif xəstəlik tö
rədicilərinin yayılmasında mühüm rolu olan haşaratlara qarşı
aparılan kompleks mübarizə tədbirləri dezinseksiya adlanır.
Dezinseksiyanın aparılmasının mühüm epizootoloji, epidemio-
loji və gigiyenik əhəmiyyəti vardır.
Quşçuluğa iqtisadi ziyan yetirən həşaratlardan gənələri, qan-
soran ikiqanadlı haşaratları, milçəkləri və s. göstərmək olar.
G ənələr infeksion xəstəlik törədicilərinin quşlar arasında
yayılmasında mühüm rol oynamaqla bərabər bəzən də infeksiya
törədicilərinin ehtiyat mənbəyinə çevrilir. Gənələr vasitəsilə
müxtəlif xəstəlik törədicilərinin xəstələrdən sağlamlara veril
məsi transovarial və transfazal baş verir. Gənə cinsləri içərisin
də iksoid, arqazid, qamazid gənələri habelə bir çox tük və pər
qu yeyənlər quşçuluğa daha çox ziyan yetirir.
Ümumiyyətlə qansoran həşaratlar quşlara hücum edərək qa
nını sorur, xəstəlik törədiciləri ilə onları yoluxdurur, zəhərli
tüpürcəkləri ilə orqanizmi zəhərləyir və quşları narahat edir.
Gənələrin quşları yoluxdurması nəticəsində onlar inkişafdan və
yumurtlama qabiliyyəti 10-70% aşağı düşür, cücələrdə fars gə
nəsi ilə yoluxdurmada 50-80%, toyuq gənəsi ilə yoluxdurmada
isə 2-5% ölüm baş verir.
Birə ilə yoluxmuş quş binalarında quşların yumurtalaması
19%, çəki artımı isə 20% aşağı düşür.
Həşaratlarla mübarizə məqsədilə mexaniki, fiziki, bioloji və
kimyəvi üsullardan istifadə edilir.
Quş binaları və onun ətraf sahələrində sistematik olaraq pe
yin və yem qalıqlarının kənar edilməsi binaların sanitariya sə
viyyəsinin yaxşılaşdırılması mexaniki üsula aiddir. Belə vasitə
lərin tətbiqi ilə yalnız həşaratların qismən azalması təmin edilir.
Fiziki dezinfeksiya üsulu genələrin və birələrin məhvi məq-
sədilə tətbiq edilir. Bu məqsədlə isti buxar, qaynar su, alov və s.
istifadə edilir.
Bioloji dezinseksiya üsulu həşaratların təbii düşmənlərinin
istifadəsinə əsaslanmışdır. Bu məqsədlə qüşlardan, heyvanlar
dan, antoqonist həşaratlardan, mikrob kulturalarından istifadə
edilir. Süni yolla döllük qabiliyyəti olmayan erkək fərdlərin və
həşaratlarda xəstəlik törədən mikrobların əldə edilməsi pers
pektivli olsa da hələlik tam şəkildə mühüm nailiyyətlər əldə
edilməmişdir.
Kimyəvi dezinfeksiya üsulunda müxtəlif təsirə malik olan
kimyəvi vasitələrdən istifadə edilir. Təsir xüsusiyyətlərinə görə
inseksid maddələr 4 qrupa - kontakt inseksidlərri, bağırsaqdan
sorulmaqla təsir edən inseksidlər, fumiqantlar və repelentlərə
bölünür.
Kontakt təsirli inseksidlər həşaratların orqanizminə onun xa
rici örtüyü vasitəsilə daxil olur. Bunlar aerozol, dust və məhlul
halında hazırlanır.
Bağırsaqdan sorulmaqla təsir edən inseksidlər həşaratların
orqanizminə alimentar yolla daxil olur və bağırsaqdan sorularaq
onu tələf edir.
Fumiqant təsirli inseksidlər həşaratların orqanizmə tənəffüs
yolu ilə daxil olaraq onu öldürür.
Repelentlər həşaratları qovmaq xüsusiyyətinə malik olan iy
li inseksidlər qrupuna daxildir. Binaların nümayəndələrinə mi
sal olaraq dimetilftalat, dietiltoluamid, benzimin, siodrin, karbo-
fos və s. göstərmək olar.
Şəharatlara qarşı mübarizə profilaktik və qırıcı olmaqla 2 ye
rə bölünür. Profilaktik tədbirlər həşaratların yaşaması və çoxal
masının qarşısını almağa yönəldilir. Burada əsas iş təsərrüfatlar
da gündəlik olaraq zibil və peyinin toplanıb kənar edilməsindən,
bununla da həşaratların çoxalma yerlərinin ləğv edilməsindən
ibarətdir.
116
Şəharatlarla mübarizədə qırıcı tədbirlər daha mühüm əhə
miyyətə malikdir. Bu tədbirlər həşaratların müxtəlif inkişaf
dövrlərində onların tələfatına səbəb olur. Şəharatları qırmaq
üçün 5%-li polixlorpinen, 1%-li trixlorofos, 10%-li naftalizol və
10%-li kreolin emulsiyasından istifadə edilir. Bu iksoid maddə
lər hər m2 sahəyə 3-5 litr hesabı ilə işlədilir. Milçəklərə qarşı
mübarizə məqsədilə peyinin üzərinə qonur rəngli təbəqə alına
na qədər quru xlorlu əhəng tökülür.
Quş binalarının gənələrdən azad edilməsi üçün 0,5%-li xo-
lofos, 0,5%-li karbofos və 0,5%-li trixlormetafos məhlullarından
istifadə edilir. Quşların üzərində qu və pərqü yeyənləri məhv et
mək üçün sevin dustu hər m2 sahəyə 6 qram işlədilir. Mallofaq-
larla yoluxmuş quşlara 0 ,1%-li neosidinol, 0 ,1%-li sevin, 0,1-
0,2%-li karbofos, 0,2-0,5%-li trolen hər başa 25-30 ml hesabı ilə
tətbiq edilir.
Dezinseksiya aparan şəxslər öz şəxsi gigiyenalarının gözlə
məli və bu məqsədlə fərdi qoruyucu vasitələrdən istifadə etmə
lidirlər.
DERATİZASİYA
Epizootoloji və epidemioloji cəhətdən təhlükəli olan və
böyük iqtisadi zərər yetirən gəmiricilərə qarşı aparılan kom
pleks mübarizə tədbirlərinə deratizasiya deyilir.
cəmiricilərin çoxlu növü mövcuddur və bunlardan sinantrop
gəmiricilər (yunanca sun - birlikdə və anthrapos - insan) hevan-
darlığa və quşçuluğa daha çox ziyan vurur. Sinantrop gəmirici
lərə misal olaraq boz və qara siçoıulu, həmçinin ev siçanlarını
göstənnək olar.
Bir il ərzində siçovullar 2-3 dəfə, siçanlar isə 4-5 dəfə bala-
layır. Hər dəfədə 4-5-dən 13-15-ə qədər bala doğulur. Eksperi
mental yolla müəyyən edilmişdir ki, siçovulların hər 100 kq can
117
Dostları ilə paylaş: |