laktiki karantin şöbəsində saxlanmalı və şübhəli hallarda müva
fiq diaqnostika üsulları ilə yoxlanmalıdır.
Fermada müxtəlif yaş qrupları olan şəraitdə hər hansı tədbir
əvvəlcə cavan, sonra isə yaş qruplarında aparılmalıdır.
Quş binaları ilə bərabər yem ambarları və yumurta saxlanan
binalarda həşaratlar və gəmiricilərdən azad olmalı və vəhşi quş
ların bura daxil olmasına şərait olmamalıdır.
Quş binası quşdan azad olunduqdan sonra döşənək kənar
edilməli, əsaslı mexaniki təmizlik apardıqdan sonra dezinfek
siya edilməlidir. Dezinfeksiyanın səmərəliliyini müəyyən et
mək üçün bakterioloji monitorinq aparılmalıdır.
Yem təmiz qapalı konteynerlərdə saxlanmalı, quşların içmə
li suyu kifayətləndirici keyfiyyətdə olmalıdır. Damazlıq ferma
monovalent olmalıdır, yəni burada bir növ quş saxlanmalıdır.
Ana qrup saxlanan binalarda döşənək quru və yaxşı vəziyyətdə
olmalı, yumurta gündə ən azı 2 dəfə toplanmalı, təmiz və əv
vəlcədən dezinfeksiya ədi İmiş konteynerlərə yığılmalıdır. Çirk
li və skorlupasının tamlığı pozulmuş yumurtalar ayrı toplanmalı
və inkubasiya edilməlidir.
Quşçuluq təsərrüfatlarında mikroorqanizmlərlə yoluxmanın
əsas 3 mənbəyi qeyd olunur.
1. Xarici mühitdən yoluxma.
Bura aiddir yaxınlıqdan yo
luxmuş fermalar, müxtəlif xəstəlik törədicilərinin ehtiyat mən
bəyi olan gəmiricilər, vəhşi quşlar və s.
2. M ü x təlif vasitələrdən yoluxma.
Bura aiddir quşçuluqda
işləyən şəxslər, müxtəlif maşınların sürücüləri, ticarət işçiləri,
texniki mütəxəssislər və s.
3. M ik roorqan izm lərlə tək rar yoluxma.
Bir çox mikroor-
qanizmlər əgər dezinfeksiya aparılmırsa uzun müddət xarici
mühit obyektlərində öz virulentliyinini itirmir. Bundan əlavə
nəmli səthlərdə nisbətən əlverişli şəraitdə bioloji qaysaq əmələ
gəlir. Bunlar heterogen bakteriyaların aqlomeratlarından ibarət
122
dir. Bir çox tədqiqatçılar müəyyən etmişlər ki, bioloji qaysaq
müxtəlif ailələrə və cinslərə mənsub olan bakteriyalardan iba
rətdir.
Bioloji qaysaqların formalaşması mürəkkəb heterogen feno
men olub ayrı-ayrı mikroorqanizmlərin xarici mühitin təsirindən
qorunmasında mühüm rol bynayır.
Müəyyən olunmuşdur ki, bioloji qaysağın tərkibində olan
bakteriyalar bir çox təsirlərə, xüsusilə ultrabənövşəyi şüaların,
kimyəvi dezinfeksiya vasitələrinin təsirinə davamlı olur.
Bioloji qaysaqlarla mübarizə aparmaq üçün əsaslı sanitar tə
mizlikdən sonra dezinfeksiya aparılmalıdır.
Quşçuluq fermalarında dezinfeksiyanın aparılması quşların 2
növ mikrob hücumundan qorunmasında əsas rol oynayır.
1. Spesifik infeksion xəstəlik törədiciləri.
Əgər davamlı
immunitet yoxdursa və quşlarda vaksinasiyalar aparılmayıbsa
həmçinin quşlara müxtəlif stresslər təsir göstərirsə onda müxtə
lif bakterial, virus, göbələk, mikroplazma və s. etiologiya xəstə
liklərə tutulur.
2. Xarici mühitin mikrofiorası.
Belə mikrofloranın təsirin
dən quşlarda məhsuldarlığın azalması və alınmış məhsulun əm-
təəlik dəyərinin aşağı düşməsi qeyd olunur.
Quşçuluq binalarında dezinfeksiya aparmaq üçün əvvəlcə
mikroorqanizmlərin mənbəyi və ehtiyat mənbəyi aradan
götürülməlidir ki, bu məqsədlə sanitar təmizlik, həşarat və gə
miricilər üzərində nəzarət əsas sayılır. Bundan sonra dezinfek
siya aparılır.
Dezinfeksiyadan əvvəl obyektlərin səthləri və avadanlıqlar
tamamilə təmizlənməlidir. Dezinfeksiya ilə bərabər dezinsek-
siya və deratizasiya tədbirləri də aparılmalıdır.
Dezinseksiyada məqsəd inseksid və akarasid vasitələrdən is
tifadə etmək m üxtəlif hematofaqları məhv etməkdir. Bu prepa
ratlar çiləmə, aerozol və tüstü şəklində tətbiq edilir.
123
Gəmiricilər xəstəlik törədilərinin yayılmasında mühüm rola
malikdir. Bu məqsədlə müxtəlif rodendosit preparatlardan istifa
də edilir. Preparatlar əsasən aldadıcı yem halında tətbiq edilir.
Q uşçuluqda istifadə edilən su və
yemin sanitar vəziyyətinə n əzarət
İçməli suyun keyfiyyəti ona görə əsas sayılır ki, bu həm quş
ların zootexniki göstəricilərinə, onlardan alınan məhsulların
keyfiyyətinə təsir göstərməklə yanaşı həm də xəstəlik törədici
ləri ilə də zəngin ola bilər ki, bu da xəstəliklərin yayılmasına sə
bəb olur.
Quşçuluq binalarında istifadə olunan su cod olmamalıdır.
Suyun codluğu onun tərkibində olan Ca ilə əlaqədardır. Əgər
suyun hər litrində 4 mq Ca olursa bu onun codluğunu göstərir.
Əgər su coddursa və bundan hər gün istifadə olunursa onda
belə suyun təsirindən müxtəlif avadanlıqların metal və rezin his
sələri zədələnir, əhəng duzları müxtəlif boruların daxili hissəsi
ni tutur və yüksək təzyiqin təsirindən bəzən boru divarı cırılır.
Eyni zamanda müxtəlif dezinfeksiya vasitələrinin keyfiyyəti
aşağı düşür. Digər tərəfdən su həddən artıq yumşaq olduqda tur-
şuluğu artır və metal boralurın korroziyasına səbəb olur.
Quşların saxlanması zamanı onların yüksək keyfiyyətli su ilə
təmin etmək üçün suya müəyyən qədər oksidləşdirici vasitələr
əlavə edilməlidir. Suyun paylanma sisteminə bir sıra dezinfek
siya vasitələri xüsusilə limon turşusu, xlor və ammonyak əlavə
edilməlidir. Suyun dezinfeksiyası onda mikroorqanizmlərin
ümumi miqdarının azalmasına, yosunların inkişafının ləngimə
sinə və bəzi metalların çökməsinin qarşısın azalmasına səbəb
olur. Bu həm də bəzi dərman vasitələrinin effektliyini yüksəl
dir. Beləki, limon turşusu tetrasiklin qrupu antibiotiklərinin həll
olma qabiliyyətini yüksəldir.
124
Yem quşçuluqda yoluxmanın əsas mənbələrindən biri hesab
edilir. Bu salmonellaların, klostridiumların bir çox virusların eh
tiyat mənbəyi rolunu oynayır. Bundan əlavə mikoplazmozun,
pasterellyozun və infeksion bronxitin törədicisinin yayılmasında
mühüm əhəm iyyətə malikdir. Müxtəlif taxıl məhsullarının və
qarğıdalının mikotoksinlərə görə yoxlanması da çox vacibdir.
Mikotoksinlər immunodepressiyaya səbəb olur, nəticədə
bakterial, virus və parazitar infeksiyaların baş verməsinə və in
kişafına səbəb olur.
Mikotoksinlər toksiki vasitə olub taxıl məhsullarının müxtə
lif növlərində müşahidə edilən xüsusi göbələklər tərəfindən is
tehsal olunur. Mikotoksinlərin bir neçə növü olmasına baxmaya
raq aflatoksin Bİ daha təhlükəlidir. Mikotoksinlər heyvanların
immun sisteminə təsir edərək onların xəstəliklərə həssaslığını
yüksəldir. Bunların təsirindən baş verən iti və xroniki gedişli
xəstəliklər böyük iqtisadi ziyana səbəb olur.
Quşların sağlamlığına nəzarət məqsədilə hər körpə quş par
tiyasından nümunə götürülüb analiz edilməlidir. Bu zaman aşa
ğıdakı momentlər nəzərə alınmalıdır.
1. Kliniki müayinələr: omfalit, orqanizmdə susuzluq və inki
şafın çatışmazlıqları.
2. Patanatomiki yarma aparılmalıdır.
3. Bakterioloji müayinələr bağırsaq çöplərinə, qızılı stafılo-
kokka görə aparılmalıdır.
4. Mikoloji analiz aspergillyozun törədicisinə görə aparılma
lıdır.
5. Seroloji müayinələr mikoplazmalara görə aparılmalıdır.
Q uş binalarında mikroiqlimin tənzimi.
Bina daxilində mikroiqlim göstəricilərlə xarakterlənir:
1. Temperatura
125
Dostları ilə paylaş: |