2. Nəmlik
3. Havanın sürəti və istiqaməti
4. Havanın qaz tərkibi (ammonyak, oksigen, karbon qazı)
5. Tozun olması
6. Mikroorqanizmlərin olması
Mikroiqlimə nəzarətin pis olması aşağıdakıları törədir:
1. Döşəmənin nəmliyinin artması
2. Tempuratura dəyişilmələri
3. Texniki stresslər
4. Ammonyakın artıqlığı və nəmliyin yüksəlməsi
5. Havanın yeniləşməsi məqsədilə surətin azlığı.
Binada soyuq və nəmli havanın olması nəticəsində körpələrdə
böyrəklərin müxtəlif xarakterli zədələnmələri nəmli və soyuq
döşənək onlarda güclü diareya, havada toz və karbon qazının ol
ması ilə tənəffüz yollarının xroniki xəstəliklərinə səbəb olur.
Temperatura faktoru quşların həyatına və məhsuldarlığına
daha çox təsir göstərir. Quşlar ilk gündən öz temperaturalarının
tənzim edə bilmədikləri üçün bina daxilində temperatura rejimi
dəqiq şəkildə gözlənilməlidir. Bina daxilində havanın tərkibinin
qəflətən dəyişməsi və ya güclü hava axınları quşlarda ilk həftə-
likdə diareya, tük və ləkələrin çirklənməsi və yemin qəbulu və
həzminin pisləşməsinə səbəb olur.
Quş orqanizmə nəmliyin təsiri havanın temperaturasından
asılıdır. Əgər nəmlik yüksəldiksə xarici mühitin 300S tempera-
turasında quşların inkişafı ləngiyir və döşəmənin keyfiyyəti
aşağı düşür. Əgər fermada döşənək pis vəziyyətdədirsə bu onu
göstərir ki, mikroiqlim parametrlərinə yaxşı nəzarət olunmur.
Bina daxilindəki ammonyak quşların tənəffüs orqanlarına
kəskin qıcıqlandırıcı təsir göstərir, nəticədə onlarda imun siste
min fəaliyyəti zəifləyir, yem qəbulu pisləşir və inkişafı zəiflə
yir. Ammonyakın əm ələ gəlməsinə quşların ifrazatı, nəmlik, is
tiliyin çoxluğu və fermentasiya səbəb olur.
126
Ammonyakın əm ələ gəlməsinin qarşısını almaq üçün döşə
mə örtüyünün yaxşı vəziyyətdə saxlanması, bina daxilində nor
mal ventilyasiya, döşənək kimi ağac ovuntusu və samanın tətbi
qi və döşəmənin hər 100 m2 sahəsinə 300-500 kq superfosfat
əlavə edilməsi əsas sayılır.
Bina daxilində tozun çoxluğu mikroorqanizmlər üçün mühit
hesab olunur. Tənəffüs zamanı onlar tənəffüs orqanlarının
müxtəlif xəstəliklərinin əmələ gəlməsinə səbəb olur.
Ventilyasiya qurğularının düzgün işləməsi quşların böyümə
si və inkişafında həlledici rola malikdir. Ventilyasiya qurğuları
nın zəif işləməsi nəticəsində döşənəyin nəmlənməsi və onun
keyfiyyətinin pisləşməsi, ammonyakın bina daxilində çoxalma
sına, quşun temperaturasının yüksəldilməsinə və quşların inki
şafının zəifləməsinə, güclü işləməsi isə bina daxilində həddən
artıq hava axımına, nəticə döşəmənin temperaturasının aşağı
düşməsinə, bina daxilində kəskin temperatura dəyişmələrinə və
yemlərin konversiya səviyyəsinin aşağı düşməsinə səbəb olur.
X üsusi profilaktika təd birlər
Quşlarda spesifik profilaktikanın aparılması üçün müxtəlif
bioloji preparatlarla vaksinasiyalar aparılır. Vaksinasiyanın
məqsədi quşların virus, bakterial və digər qrup infeksiyalara və
parazitar invaziyalara qarşı spesifik immun sistemin aktivləşdi-
rilməsi yolu ilə onların qorunmasını təşkil etmişdir. Vaksinasi
yalar quşların immun sistemini aktivləşdirir və orqanizmin
müdafiə mexanizmini stimulyasiya edir.
Quşların immun sistemi 2 əsas lifoid orqandan fabrisiy kisə
sindən və timusdan və ikincili limfoid orqanlardan, yəni sümük
iliyi, dalaq, qarderiev vəzi, kor bağırsaq vəziləri, peyer yığıntı-
ları və Mekkel divertikullarından ibarətdir.
Birinci limfoid orqanlar anatomik olaraq kötük immun
127
hüceyrələrin 2 növ limfositə - T- və В hüceyrələrə ayrılma ye
ri hesab edilir. Fabrisiy kisəsi və timusda hüceyrələrin təfriqi bu
orqanlarda sekresiya olunan hormonların təsirindən baş verir. B-
limfositlər fabrisiy kisəsindən, T-limfositlər isə timusdan yara
nır.
İkinci limfoid orqanlar limfositlərin depolaşma və digər im-
mun hüceyrələrin, yəni qranulositlərin, monositlərin, hüceyrə-
killer və hüceyrə təbii killerin dezinfeksiya yeridir.
Antitellər və ya immunoqlobulinlər antigen təsirinə, plaz-
mositlərə transformasiya olunmuş B-limfositlər tərəfindən is
tehsal olunur.
Antitellərin əsas xüsusiyyətləri bunların stimulyasiya olun
masına səbəb olan antigenlərlə in vivo və in vitro qarşılıqlı əla
qədə olmasıdır.
Quşlarda əsasən 3 sinif immunoqlobulinlər müşahidə edilir.
1. İmmunoqlobulin G serumun əsas immunoqlobulini və hu
moral immunitetin əsas effektoru hesab edilir. Bunlar cücələrdə
serum immunoqlobulinlərinin 75%-li təşkil edir.
2. İmmunoqlobulin M-antigen təsirindən 2-3 gün sonra yaranır.
3. İmmunoqlobulin A sekretor antigen kimi məlumdur.
Bunlar ən çox öddə və tənəffüs yollarında müşahidə edilir.
Quşçuluqda tətbiq olunan müxtəlif vaksinlər 2 qrupa diri at-
tenuasiya olunmuş və inaktivləşdirilmiş vaksinlərə bölünür.
Diri attenuasiya olunmuş vaksinlər diri virus və ya mikroor-
qanizmlərə malikdir və bunların patogenliyi və təbii ya da süni
yolla zəiflədilir.
İnaktivləşdirilmiş vaksinlər bakterial və ya virus kulturala-
rından ibarət olub ya fiziki ya da kimyəvi üsullarla inaktivləşdi-
rilir.
Diri attenuasiya olunmuş vaksinlərin təsirindən immunitet
tez yaranır və nisbətən uzun müddət davam edir. Belə vaksinlər
daha çox kütləvi vaksinasiya üsulları ilə tətbiq olunur.
128
İnaktivləşdirilmiş vaksinlər əsasən fərdi qaydada dərialtı və
ya əzələiçi infeksiyalar yolu ilə tətbiq olunur.
Quşçuluqda daha çox kütləvi vaksinasiya üsullarından istifa
də edilir.
İçməli su ilə vaksinasiya istehsalat şəraitində daha çox tətbiq
olunan üsuldur. Bu üsulla vaksinasiya səhər vaxtı aparılır. Vak
sinasiya üçün istifadə olunan su təmiz və içmək üçün yararlı ol
malı, üzvi birləşmələrdən və bakteriyalardan azad olmalıdır.
Suyun pH-ı 5,5-7,5 olmalı, tərkibində xlor və digər dezinfeksiya
vasitələri qeyd olunmamalıdır. Suda qalıq xlorun neytrallaşdırıl-
ması və duruldulmuş vaksində virusun müdafiəsi məqsədilə hər
litr suya 2,5 qram quru yağsızlaşdırılmış süd, yaxud 16 mq natri
um tiosulfat əlavə edilməlidir. Suda metal az olmalıdır, çünki
metalların ionları virus və bakterial vaksinləri neytrallaşdırır.
Vaksin məhlulu xüsusi plastmas qablarda hazırlanmışdır.
Vaksinasiya üçün suyun minimal miqdarı 1 günlük 1000 baş
cücəyə 1 litr götürülməklə və sonrakı hər gün üçün bu miqdar 1
litr artırılmalıdır.
Məsələn: 15 günlük 1000 baş cücəyə 15 litr 20 günlük 3000
baş cücəyə isə 60 litr su götürülməlidir.
İlin isti fəsillərində suyun həcmi 1,5-2 dəfə artıq götürülə bi
lər.
Vaksinasiya üçün götürülmüş su hər vaxt təmiz olmadığı
üçün suyun hər litrinə 2,5 qram yağsızlaşdırılmış süd və ya 16
mq natrium-tiosufat əlavə edilməlidir.
Daha yaxşı olar ki, hər 100 litr suya 1 serumun tabletkası əla
və edilsin. Bu preparat qalıq xlorun neytrallaşdırmaqdan əlavə
həm də duruldulmuş vaksini mavi rəngdə boyayır.
Duruldulmuş vaksin təcili olaraq quşlara paylanmalıdır.
Ümumiyyətlə belə aksinlər 1,5-3 saat ərzində quşlar tərəfindən
tam şəkildə qəbul edilməlidir.
Vaksinlərin iri damlalı çiləmə yolu ilə tətbiqi respirator in-
129
Dostları ilə paylaş: |