maddələr əsasən məhlul halında, az hallarda isə qz və aerozol
formasında işlədilir.
Su məhlulu halında işlədilən kimyəvi dezinfeksiya maddələ
rinin mikroblara təsir gücü bir çox amillərdən, xüsusilə dezin
feksiya vasitələrinin xassələrindən, dezinfeksiya edilən obyek
tin fiziki və kimyəvi xüsusiyyətlərindən, mikrobların davamlılıq
dərəcəsindən, mikrobla dezinfeksiya məhlulunun təmas müddə
tindən asılıdır.
Kimyəvi dezinfeksiya maddələri aşağıdakı keyfiyyətlərə
malik olmalıdır. Onlar kifayət dərəcədə bakteriosid təsirlə yana
şı, dezinfeksiya edilən obyektləri xarab etməməlidir, heyvan və
quşlara toksiki təsir göstərməməlidir, suda asan həll olmalıdır,
qiyməti ucuz və yerli şəraitdə asan tapılmalı, pis iyli olmamalı
dır.
Dezinfeksiya üçün istifadə edilən kiməyvi m addələr qeyri-
iizvi və üzvi maddələrə bölünür. Qeyri-üzvi maddələrə turşular,
qələvillər, xlorlu birləşmələr və s., üzvi maddələrə isə fenol,
krezollar, formaldehid və s. aiddir.
Turşular dezinfeksiya məqsədilə baytarlıq praktikasında az
işlədilir. Çünki turşuların əksəriyyəti zülal və digər üzvi birləş
mələrlə təmasda olduqda tez inaktivləşir, qiymətləri bahadır və
güclü toksiki təsirə malikdir.
Üzvi turşullardan süd turşusu quş binalarının aerozol dezin-
feksiyasindı istifadə edilir.
Qələvilər baytarlıqda dezinfeksiya məqsədilə çox işlədilir
və suda məhlulları böyük konsentrasiyada hidroksid ionları törə
dir. Qələvilərdən natrium-hidroksid, kalium-hidroksid, sönmüş
əhəng, soda, DEMP, kaspos və s. istifadə edilir. Qələvillər aşı-
layıcı xassəyə malik olduğuna görə onlarla işləyərkən ehtiyatlı
olmaq lazımdır.
Natrium-hidroksid (NaOH) ya məhlul (tərkibində 42%
NaOH) ya da bərk halda (tərkibində 92-95% NaOH) satışa bura
xılır. Bu hiqoskopik kristal maddə olub havadan nəmliyi özünə
çəkir. Suda asan həll olaraq güclü istilik yaradır. Bu, 2-3%-li isti
məhlul halında üniversal dezinfeksiya maddəsi kimi bir çox virus
və bakterial infeksiyaların törədicilərinə qarşı işlədilir.
Kalium-hidroksid (KOH) bütün təsir xüsusiyyətlərinə görə
natrium-hidroksidlə eynidir, ancaq qiyməti baha olduğu üçün
baytarlıqda dezinfeksiya məqsədilə istifadə edilmir.
Sönmüş əhəng Ca(OH)2 10 və 20%-li məhlul halında bina
larda dezinfeksiya və ağardıcı vasitə kimi işlədilir.
Sodanın
m üxtəlif növləri
vardır:
natrium-karbonat
(Na2C03), natrium-hidrokarbonat (NaHC03) və kristal soda
(Na2C03 10 H20). Bu preparat zəif dezinfeksiya xassəsinə ma
likdir, ancaq ucuz olduğu üçün yaxşı yuyucu vasitə kimi dezin
feksiya uğradılacaq vasitələrin səthlərinin yuyulması üçün isti
fadə edilir.
Nurtan - sarımtıl rəngli toz olub zəif toksikdir, metallarda
korroziya törətmir, ona görə də quşçuluq komplekslərində geniş
şəkildə istifadə edilir. Bundan müxtəlif nəqliyyat vasitələrini,
xüsusi geyimləri dezinfeksiya etmək üçün istifadə edilir.
Kaspos - sarı rəngli iysiz maye olub, tərkibində 40-42% nat
rium hidroksid vardır. Bununla quş binaları və quşlara xidmət
əşyaları dezinfeksiya edilir.
DEMP (dezinfeksiyaedici yuyucu preparat) ağ rəngli iysiz
tozdur, suda yaxşı həll olur. Bunun tərkibi kaustik soda, natri
um-karbonat, natrium-fosfat və kasposdan ibarətdir. Quşçuluq
təsərrüfatlarında geniş şəkildə istifadə edilir.
Xlorlu birləşm ələr.
Bu qrupa xlorlu əhəng, xloramin, hi-
poxloritlər və s. misal göstərmək olar. Bunlar güclü oksidləşdi-
rici xüsusiyyətə malik olmaqla əsasə üzvi maddələrə təsir edir.
Xlorlu əhəngi almaq üçün xlor qazını quru sönmüş əhəngdən
keçirirlər. Bu davamsız preparat olub nəmli yerdə saxladıqda
keyfiyyəti pisləşir. Xlorlu əhəngin keyfiyyəti və təsir gücü tər
107
kibindəki fəal xlorun faizlə miqdarından asılıdır. Texniki xlorlu
əhəngdə 30-38% təşkil edir. Dezinfeksiya üçün işlədilən xlorlu
əhəngə isə fəal xlor ən azı 25% olmalıdır.
Kalsium-hipoxlorid - sarımtıl rəngdə toz olub, xlor iyinə
malikdir. Tərkibində 80-90% xlor vardır, suda asanlıqla həll
olur. Məhlulları güclü oksidləşdirici xüsusiyyətə malikdir. Xlor
lu əhəngdən 2,2 dəfə güclü təsir göstərir. Bundan içməli və çir
kab suların heyvandarlıq və quşçuluq obyektlərinin dezinfeksi
yası üçün istifadə edilir.
Xloramin - güclü oksidləşdirici və dezodorasiyaedici xas
səyə malikdir. Suda pis həll olur. Ən çox 2-10% məhlul halında
müxtəlif obyektlərdə dezinfeksiya məqsədilə işlədilir.
Birxlorlu yod (74 - preparatı) güclü bakteriosid və fungisid
təsirə malikdir. Bunu hazırlamaq üçün 10 qram kalium-yodid və
11 qram kalium-yodad, 875 qram xlorid turşusundan həll edilir,
sonra üzərinə 1 litrə çatana qədər su əlavə edilir. Preparat çalxa-
ladıqda uzun müddət xarab olmur. Heyvandarlıq və quşçuluq bi
nalarının dezinfeksiyasında istifadə edilir.
Kalium-permanqanat (KM n04) - güclü oksidləşdirici və zə-
rərsizləşdirici xassəyə malik olmaqla 0,5-2%-li məhlul halında
əllərin dezinfeksiyasında, 2-4%-li məhlul obyektlərin zərərsiz
ləşdirilməsi məqsədilə tətbiq edilir.
Fenollar əsasən mikrobların vegetativ formalarının məhv
edilməsi üçün işlədilir. Toksiki təsiri güclüdür.
Krezol fenoldan fərqli olaraq güclü oksidləşdirici və zəif də
rəcədə toksiki xüsusiyyətə malikdir.
Kreolin - tünd qonur rəngdə yağlı maye olub tərkibi sabit
deyil. M üxtəlif növ kreolinlər öz hazırlanma xüsusiyyətlərinə
görə bir-birindən fərqlənir. Kreolinin bakteriosid xüsusiyyəti
tərkibində fenol və krezolların olması ilə əlaqədardır. Fenollu
kreolin mikrobların vegetativ formasını məhv edir, spor formaya
isə təsir göstərmir.
108
Ksilonaft-5 - tünd qonur rəngdə yağlı maye olub tərkibində
43% ksilenol və 15%-ə qədər su vardır. Yüksək aktivliyinə və
ucuz olmasına görə daha çox istifadə edilir.
Formalin formaldehidin suda 35-40%-li məhlullarına deyil
dir. Bu kəskin qıcıqlandırıcı malik şəffaf maye olub, zəhərlidir.
Faizli məhlullarını hazırlamaq üçün formalin deyil formaldehid
əsas götürülür. Heyvandarlıq və quşçuluq obyektlərinin dezin
feksiyası üçün universal vasitələrdən biridir. Preparat məhlul,
qaz və aerozol halında tətbiq edilir, məhlulları obyektləri xarab
etmir. Hazırda formaldehidin müxtəlif faizli məhlulları kənd tə
sərrüfatı heyvanları və quşların infeksion xəstəlikləri zamanı
obyektlərin zərərsizləşdirilməsi üçün istifadə edilir.
Baytarlıq praktikasında son zamanlar heyvandarlıq və quşçu
luq obyektlərinin dezinfeksiyası üçün parasod, fospar, qlütar alde-
hidi, metafor, aldofor, tiazon və s. preparatlardan istifadə edilir.
Heyvan v ə quşlar olan şəraitdə işlədilən kimyəvi dezin
feksiya vasitələri.
Son dövrdə heyvan və quşlar olan şəraitdə
dezinfeksiyanın aparılması və bu məqsədlə toksiki xüsusiyyətə
malik olmayan kimyəvi vasitələrin seçilib istifadə edilməsi
mühüm əhəm iyyətə malikdir. Hazırda bu məqsədlə hidrogen-
peroksid, natrium-hipoxlorid, nistan, tentosid və s. işlədilir.
Hidrogen-peroksid perhidroldan hazırlanır. Preparat əsasən
quşçuluqda hər m2 sahəyə 100-200 ml miqdarında püskürdiilmə
yolu ilə tətbiq edilir.
Natrium-hipoxloridi hazırlamaq üçün natrium-karbonat və
tərkibində 25% fəal xlor olan xlorlu əhəngdən bərabər nisbət
də, yəni hər birindən 200 qram götürülərək 1 litr suda həll edir
lər. Məhlul 24 saat sakit saxlanır, bunun tərkibində 5-6% fəal
xlor olur. Bundan suya əlavə etməklə 1,5-2%-Ii məhlul hazırla
yıb istifadə edilir.
Xlor-skipidar binalarda havanın dezinfeksiyası üçün işlədilir.
Bunu hazırlamaq üçün 4 hissə xlorlu əhəng və 1 hissə skipidar
109
Dostları ilə paylaş: |