İlkin Əsgər azərbaycan dilində MƏhsuldarliq yaradan qeyri-məhsuldar şƏkilçILƏR (Monoqrafiya) Monoqrafiya Naxçıvan Dövlət Universitetinin Elmi şurasının 28 noyabr 2014-cü IL tarixli iclasının 03 № LI protokoluna əsasən çap olunur



Yüklə 6,47 Mb.
Pdf görüntüsü
səhifə41/43
tarix31.10.2018
ölçüsü6,47 Mb.
#76886
1   ...   35   36   37   38   39   40   41   42   43

128
İlkin Əsgər
lar  aparan  tədqiqatçı  alim  prof.Ə.Rəcəbli  bu  münasibətlə 
özünün “Qədim türk yazısı abidələrinin dili” adlı kitabın-
da yazır: “Bu şəkilçi də (-tır,-tir,-tur,-tür şəkilçisi nəzərdə tu-
tulur-İ.Ə) təsirli feillərdə təsirliliyi qüvvətləndirir, təsirsiz 
feillərdən təsirli feillər düzəldir; məsələn:
yan<< qayıtmaq >>-yantur (T45) qaytarmaq;
kon <>-kontur (KT ş 21) qondurmaq;
kəl <>-kəltür (T 54) gətirmək;
ağ <>- ağtur (T 25) qaldırmaq və s.”.( 36.,511)
Araşdırmaq  sözü  hətta  müasir  Türkiyə  türkcəsində 
“araştırmaq” şəklində işlənməkdədir. 


129
Azərbaycan dilində məhsuldarlıq yaradan qeyri-məhsuldar şəkilçilər
 2.2. DIALEKT VƏ ŞIVƏLƏRIMIZDƏ 
SÖZ YARADICILIĞI
 
 Ədəbi dilimizdə olduğu kimi, dialekt və şivələrimizdə 
də morfoloji yolla söz yaradıcılığı olduqca zəngin və rən-
garəngdir. Ədəbi dilimizdə işlənən sözdəyişdirici və söz-
düzəldici  şəkilçilər  dialektlərimizdə  bu  və  ya  digər  dərə-
cədə  işlənməkdədir.  Hətta  bəzi  məqamlarda  şəkilçilərin 
müxtəlif variantlarına, ədəbi dildə olmayan qarşılıqlarına 
da  təsadüf  olunur.  Belə  şəkilçilərin  içərisində  qeyri-məh-
suldar şəkilçilər mühüm əhəmiyyət kəsb edir.  
Dialekt  və  şivələrimizdə  də  qeyri-məhsuldar  şəkilçilər 
mənşə  və  işlənmə  etibarı  ilə  bir-birindən  əsaslı  şəkildə 
fərqlənir.  Ədəbi  dildə  hamı  tərəfindən  işlədilən  və  başa 
düşülən  şəkilçilərlə  müqayisədə  dialekt  və  şivələrimizdə 
işlənən  şəkilçilərin  əhatə  dairəsi  olduqca  məhdud  olub, 
məhəlli xarakter daşıyır. Müəyyən bir coğrafi arealda isti-
fadə olunan morfem başqa bir coğrafi arealda işlədilməyə 
bilər. Belə şəkilçilərin ədəbi dildə əsasən qarşılığı olur.
 Canlı danşıq dili və ayrı-ayrı dil faktları üzərində apa-
rılan müşahidələr onu göstərir ki, bu qrupa aid morfemlə-
rin böyük bir hissəsini əsasən, milli və rus mənşəli şəkil-
çilər təşkil edir və bu şəkilçilərin içərisində də isim və sifət 
düzəldənlər daha çox nəzərə çarpır. 
Bizim dialekt və şivələrə aid verdiyimiz qeyri-məhsul-
dar şəkilçilər bu qrupa daxil olan şəkilçilərin müəyyən bir 
hissəsini əhatə edir və əsasən aşağıdakılardan ibarətdir:


130
İlkin Əsgər
-noy. Bu şəkilçi rus dilindən keçmişdir. Şifahi danşıq dili 
üçün xarakterikdir. Yazılı dilimizdə rast gəlinmir. Dilimiz-
dəki dördvariantlı –li şəkilçisinin, qismən də -xana şəkilçi-
sinin sinonimidir. Qoşulduğu sözdə əlamət, keyfiyyət, yer, 
məkan çaları əmələ gətirir. Məsələn: spirtnoy, pivənoy və s.
-ata. Dilimizdə“lağlağı”sözünün sinonimi olan“lağata” 
sözündə rast gəlinən söz-şəkilçidir. Danışıq dili, dialekt və 
şivələrimiz üçün səciyyəvidir.
-av. Tərəf, istiqamət ifadə edən söz düzəldir. Ədəbi di-
limizdə tam sabitləşməyib, danışıq dili üçün xarakterikdir. 
Qərb qrupu dialekt və şivələrində işlənir. Məsələn: yanav
-dəş. Bu şəkilçi addan ad düzəldən qeyri-məhsuldar şə-
kilçidir. Dialekt və şivələrdə işlənən “səydəş” sözündə rast 
gəlinir.
-dərəm.  Bu  şəkilçi  –dəş  şəkilçisi  ilə  sinonimlik  keyfiy-
yətinə  malik  olub,  atributiv  səciyyəli  “səydərəm”  sözünü 
əmələ gətirir.
-ənək.  Qərb  qrupu  dialekt  və  şivələri  üçün  xarakterik 
olan, ad düzəldən qeyri-məhsuldar şəkilçilər qrupuna aid-
dir. Dialektlərdəki “səyənək və gicənək” sözlərində təsadüf 
olunur. 
Qeyd  edək  ki,  -dəş,-dərəm,-ənək  qeyri-məhsuldar  şəkil-
çilərinin işlənmə arealı daha məhduddur və bunlar dildə 
arqotizm səviyyəsində olan vulqar sözlər hesab olunur.
-ski. Bu şəkilçi keçən əsrin ikinci yarısında dilimiz üçün 
daha xarakterik olmuşdur. Vaxtilə şəkilçinin –skiy,-skaya,-
ski formaları işlənmiş, bəzi antroponimlərin və toponim-
lərin əmələ gəlməsində iştirak etmişdir. Lakin hazırda rus 
mənşəli olan bu şəkilçi, demək olar ki, işləkliyini tamamilə 
itirmək üzrədir. Şəkilçinin –ski formasına ərazi adını ifadə 
edən “komsomolski” sözündə işlənir. 


131
Azərbaycan dilində məhsuldarlıq yaradan qeyri-məhsuldar şəkilçilər
-ok.  Dialekt  və  şivələrimizdə  sifətdən  isim  düzəldən 
qeyri-məhsuldar şəkilçi kimi çıxış edir. Məsələn: bicok 
-ska. Dialekt və şivələrdə şəkilçi kimi bəzən söz kökü də 
mənşə etibarilə alınma olur. –ska şəkilçisi ədəbi dilimizdə-
ki “içkili”, “sərxoş” sözlərinin şifahi danışıq dilində sino-
nimi olan “pyan” sözünə artırılıb, əşya, şəxs, hal-vəziyyət 
ifadə edən “pyanska” sözünü düzəldir.
-es.  Sifətdən  atributiv  səciyyəli  söz  əmələ  gətirən  qey-
ri-məhsuldar şəkilçi olub, ədəbi dildəki –uş (koruş) şəkil-
çisinin qrammatik sinonimi kimi çıxış edir. Qərb və Cənub 
qrupu dialekt və şivələrinin söz yaradıcılığı prosesində iş-
tirak edir. Məsələn: Kores, gonbules.
-uç,-üç.  Ədəbi  dildəki  feildən  feil  düzəldən  –uş,-üş  şə-
kilçisi  ilə  qrammatik  sinonimlik  təşkil  edir.  Qərb  qrupu 
dialekt və şivələri üçün xarakterikdir. Məsələn: soruçmaq, 
sürüçmək və s.
-ne. Danışıq dilində işlənən rus mənşəli qeyri-məhsul-
dar ön şəkilçidir. Qoşulduğu sözdə əsasən, əlamət, keyfiy-
yət, xüsusiyyət, zahiri görkəm, əksilik məzmunu yaradır. 
Məsələn: nestandart.
-nı. Bu şəkilçi də danışıq dilində, məişət üslubunda iş-
lənən Rus-avropa mənşəli qeyri-məhsuldar şəkilçi və söz-
lərin sonuna qoşularaq əlamət, keyfiyyət bildirən sözlər 
əmələ gətirir. Məsələn: formalnı, normalnı, naturalnı və s.
-unnuq. Ədəbi dilimizdəki feildən sifət düzəldən –nuq 
şəkilçisinin dialektlərdəki fonetik variantıdır. Əsasən, Qərb 
qrupu dialektlərində işlənir. Məsələn: yorunnuq.
-m.  Dialekt  və  şivələrdə  zərfdən  zərf  düzəldən  qey-
ri-məhsuldar şəkilçi kimi çıxış edir. Məsələn: hələm


Yüklə 6,47 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə