140
ƏLAVƏ
İLL
İK HESABAT
2012
İLL
İK HESABAT
2012
AZ
Ə
RBAYCAN RESPUBL
İKASI
DÖVL
Ə
T NEFT FONDU
AZ
Ə
RBAYCAN RESPUBL
İKASI
DÖVL
Ə
T NEFT FONDU
ùSANTYAQO PRİNSİPLƏRİú
141
Prinsip 8.
İdarəetmə orqan(lar)ı SF-in maraqları
çərçivəsində fəaliyyət göstərməli və öz
funksiyalarını həyata keçirmək üçün aydın
şəkildə müəyyən olunmuş mandata, müvafiq
səlahiyyət və səriştəyə malik olmalıdır.
Fondun Müşahidə Şurasının müvafiq
səlahiyyətini təmin etmək üçün, Müşahidə
Şurası Milli Məclis, Hökumət və Elmlər
Akademiyasının nümayəndələrindən təşkil
olunur. Müşahidə Şurasının bütün vəzifələri
müvafiq normativ qanunvericilikdə aydın
şəkildə müəyyən olunmuşdur.
Daha ətraflı məlumat üçün bax:
http://www.oilfund.az/az/content/25/154
Prinsip 9.
SF-in
əməliyyat idarəetməsi onun
strategiyalarını müstəqil əsasda və aydın
şəkildə müəyyən olunmuş öhdəliklərə uyğun
olaraq həyata keçirməlidir.
“ARDNF-nin
Əsasnaməsi”, “Azərbaycan
Respublikası Dövlət Neft Fondunun valyuta
vəsaitinin saxlanılması, yerləşdirilməsi və
idarə edilməsi haqqında Qaydalar” (bundan
sonra “İnvestisiya qaydaları”) və “ARDNF-nin
büdcəsinə dair qaydalar” İcraçı direktorun rol
və öhdəliklərini aydın şəkildə müəyyən edir.
Bu rol və öhdəliklərə müvafiq olaraq, İcraçı
direktor Fondun əməliyyat idarəetməsində
müstəqilliyə malikdir.
Daha ətraflı məlumat üçün bax:
http://www.oilfund.az/az/content/25/154
Prinsip 10.
SF-in əməliyyatlarına dair hesabatlılıq sistemi
müvafiq qanunvericilik, nizamnamə, digər
təsisat sənədləri və ya idarəetmə razılaşmasında
aydın şəkildə müəyyən olunmalıdır.
ARDNF-də hesabatlılıq sistemi “ARDNF-
nin Əsasnaməsi”, “İnvestisiya qaydaları” və
“ARDNF-nin büdcəsinə dair qaydalar”da
aydın şəkildə müəyyən olunmuşdur. Fondun
fəaliyyətini əks etdirən rüblük hesabatlar və
audit olunmuş illik hesabatlar müntəzəm olaraq
hazırlanaraq ictimaiyyətə açıqlanır. ARDNF-nin
fəaliyyətinə dair bütün məlumatlar Fondun
daimi yenilənən rəsmi internet səhifəsində
mövcuddur. Fond həmçinin vaxtaşırı olaraq
mətbuat konfransları təşkil edir.
Daha ətraflı məlumat üçün bax:
http://www.oilfund.az/az/content/25/154
http://www.oilfund.az/uploads/Inv_QAY.pdf
http://www.oilfund.az/az/content/25/156
Prinsip 11.
SF-in əməliyyatları və fəaliyyəti üzrə illik
hesabatı və onu müşaiyət edən maliyyə
hesabatları nizamlı şəkildə tanınmış beynəxalq
və ya Milli mühasibat standartlarına uyğun
olaraq hazırlanmalıdır.
ARDNF fəaliyyətə başladığı ildən illik hesabatlar
və onu müşaiyət edən maliyyə hesabatlarını
hazırlamışdır.
Fondun bütün illik hesabatları və onu müşaiyət
edən, müntəzəm qaydada Beynəlxalq Maliyyə
Hesabatı Standartlarına (İFRS) uyğun olaraq
hazırlanan maliyyə hesabatları ARDNF-nin
rəsmi internet səhifəsində yerləşdirilir.
Daha ətraflı məlumat üçün bax:
http://www.oilfund.az/az/content/25/154
http://www.oilfund.az/az/account
142
ƏLAVƏ
İLL
İK HESABAT
2012
İLL
İK HESABAT
2012
AZ
Ə
RBAYCAN RESPUBL
İKASI
DÖVL
Ə
T NEFT FONDU
AZ
Ə
RBAYCAN RESPUBL
İKASI
DÖVL
Ə
T NEFT FONDU
ùSANTYAQO PRİNSİPLƏRİú
143
Prinsip 12.
SF-in əməliyyatları və maliyyə hesabatları
beynəlxalq və ya milli audit standartlarına
uyğun olaraq ardıcıl surətdə illik audit
olunmalıdır.
ARDNF fəaliyyətə başladığı ildən nüfuzlu
müstəqil audit şirkətləri tərəfindən audit olunur.
ARDNF-nin fəaliyyətinə dair bütün illik hesabatlar
və onu müşaiyət edən maliyyə hesabatları
Fondun rəsmi internet səhifəsində yerləşdirilir.
ARDNF-də eyni zamanda müntəzəm olaraq
daxili audit hesabatlarını hazırlayan daxili
auditor fəaliyyət göstərir.
Daha ətraflı məlumat üçün bax:
http://www.oilfund.az/az/content/25/154
http://www.oilfund.az/az/account
Prinsip 13.
Peşəkar və etik standartlar aydın şəkildə
müəyyən olunmalı, SF-in idarəetmə orqanının,
rəhbərliyinin və işçi heyətinin üzvlərinə
bildirilməlidir.
Davranış və etik standartlar “İnvestisiya
qaydaları”nda aydın
şəkildə müəyyən
olunmuşdur.
Fondun vəzifəli şəxsləri və əməkdaşlarının
peşə davranışı Beynəlxalq Maliyyə Bazarları
Assosiasiyasının (ACİ, Paris) Davranış Məcəlləsi
ilə təsbit edilmiş etik normalara və davranış
qaydalarına uyğun gəlməlidir.
Daha ətraflı məlumat üçün bax:
http://www.oilfund.az/uploads/Inv_QAY.pdf
Prinsip 14.
SF-in əməliyyatlarının idarə olunması
məqsədi ilə üçüncü tərəflərlə qurulmuş bütün
münasibətlər maliyyə və iqtisadi əsaslara
söykənməli, eyni zamanda aydın qayda və
prosedurlara əsaslanmalıdır.
Fondun üçüncü tərəflərlə əlaqəli fəaliyyəti
maliyyə və iqtisadi əsaslara söykənir. Fondun
“İnvestisiya qaydaları” və “İnvestisiya siyasəti”
üçüncü tərəflərlə münasibətlərini tənzimləyir.
Daha ətraflı məlumat üçün bax:
http://www.oilfund.az/uploads/Inv_QAY.pdf
http://www.oilfund.az/pub/tiny_upload/
Inv_policy.pdf
Prinsip 15.
SF fəaliyyət və əməliyyatlarını həyata keçirdiyi
ölkələrin bütün normativ qaydalarına və
şəffaflıq tələblərinə riayət etməlidir.
Fond əməliyyat və fəaliyyətlərini həyata
keçirdiyi ölkələrin bütün müvafiq normativ
qaydalarına və şəffaflıq tələblərinə riayət edir.
Prinsip 16.
SF-in idarəetmə strukturu, məqsədləri, eləcə
də SF-in ali idarəedici orqandan əməliyyat
müstəqilliyi ictimaiyyətə açıqlanmaldır.
Fondun idarəetmə strukturu, məqsədləri və
əməliyyat müstəqilliyi müvafiq qanunvericilikdə
aydın şəkildə müəyyən olunmuşdur.
Daha ətraflı məlumat üçün bax:
http://www.oilfund.az/az/content/25/154
Prinsip 17.
SF, beynəlxalq maliyyə bazarlarında sabitliyin
təmin edilməsinə dəstək vermək, eləcə də
investisiya etdiyi ölkələrdə etibarını artırmaq
zəminində öz fəaliyyətinin iqtisadi və
maliyyə istiqamətlərinə dair müvafiq maliyyə
məlumatlarını ictimaiyyətə açıqlamalıdır
Fondun illik olaraq hazırlayıb, ictimaiyyətə
açıqladığı hesabatlarda eyni zamanda audit
olunmuş maliyyə hesabatları da yer alır.
Rüblük hesabatlar və Fondun fəaliyyətinə
dair bütün digər maliyyə məlumatları Fondun
rəsmi internet səhifəsində yerləşdirilir. Fondun
vəsaitinin ümumi məbləği, vəsaitlərinin
bölüşdürülməsi, seçilmiş bençmark, illik
gəlirlilik səviyyəsi və s. bu kimi maliyyə
məlumatlarına daxildir.
Daha ətraflı məlumat üçün bax:
http://www.oilfund.az/az/account
http://www.oilfund.az/az/content/20/249
144
ƏLAVƏ
İLL
İK HESABAT
2012
İLL
İK HESABAT
2012
AZ
Ə
RBAYCAN RESPUBL
İKASI
DÖVL
Ə
T NEFT FONDU
AZ
Ə
RBAYCAN RESPUBL
İKASI
DÖVL
Ə
T NEFT FONDU
ùSANTYAQO PRİNSİPLƏRİú
145
C. İnvestisiya və Riskin idarə olunmasının Əsasları
Prinsip 18.
SF-in investisiya siyasəti aydın, eyni zamanda
ali idarəedici orqan və ya idarəetmə orqan(lar)ı
tərəfindən müəyyən olunan Fondun
məqsədlərinə, risk dözümlülüyünə, investisiya
strategiyasına uyğun olmalı və fundamental
portfel idarəetməsi prinsiplərinə əsaslanmalıdır.
Alt-prinsip 18.1.
İnvestisiya siyasəti SF-in maliyyə risklərinin
səviyyəsini və borclanmadan mümkün
istifadəni müəyyən etməlidir.
Alt-prinsip 18.2.
İnvestisiya siyasəti daxili və (ya) xarici
investisiya menecerlərindən hansı dərəcədə
istifadə olunma səviyyəsini, onların fəaliyyət və
səlahiyyət çərçivələrini, eyni zamanda onların
seçilməsi və icrasına nəzarət prosesini təyin
etməlidir.
Alt-prinsip 18.3.
SF-in İnvestisiya siyasətinin məzmunu
ictimaiyyətə açıqlanmalıdır.
Fondun investisiya və risklərin idarə olunması
siyasəti “İnvestisiya Qaydaları”na və hər il
Müşahidə Şurası tərəfindən baxıldıqdan sonra
Prezident tərəfindən təsdiq olunan “İnvestisiya
Siyasəti”nə əsaslanır.
Maliyyə riski üzrə tələblər Neft Fondunun
“İnves tisiya Qaydaları”nda təyin olunmuşdur
ki, bu qaydalara görə də ARDNF hər hansı bir
borclanmadan istifadə edə bilməz. Derivativlər
(svop, forvard, fyüçers və s.) yalnız mümkün
riskin minimuma endirilməsi (hedcinq) və ya
investisiya portfelinin valyuta tərkibinin və aktivlər
strukturunun optimallaşdırılması məqsədi ilə
istifadə oluna bilər.
Xarici menecerlərlə əlaqəli bütün məsələlər
Fondun fəaliyyətinə dair müvafiq sənədlərdə
aydın şəkildə müəyyən olunmuşdur. Fondun
xarici menecerləri yalnız “İnvestisiya Qaydaları”
çərçivəsində təyin olunan aktiv növlərinə
investisiya edə bilərlər. Xarici menecerlərin
təyin olunması “Dövlət Satınalmaları”
haqqında Azərbaycan Respublikasının mövcud
qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.
Xarici menecerlər menecerin kredit reytinqi,
idarə olunmada olan aktivlərin həcmi, aktivlərin
idarə olunması sahəsində təcrübə, təklif olunan
gəlirlilik və risk dərəcəsi, təklif olunan ödəniş
norması və s. kimi meyarlar əsasında seçilir.
Xarici menecerlərin investisiya fəaliyyətinin
onların mandatına uyğunluğu gündəlik əsasda,
portfellərinin gəlirliliyi isə aylıq əsasda yoxlanılır.
Fondun “İnvestisiya Qaydaları” və “İnvestisiya
Siyasəti” Fondun rəsmi internet səhifəsi vasitəsi
ilə ictimaiyyətə açıqlanır.
Daha ətraflı məlumat üçün bax:
http://www.oilfund.az/uploads/Inv_QAY.pdf
http://www.oilfund.az/pub/tiny_upload/
Inv_policy.pdf
Prinsip 19.
SF-in investisiya qərarları Fondun investisiya
siyasətinə uyğun olaraq risklər nəzərə
alınmaqla gəlirlərin maksimallaşdırılmasına
istiqamətlənməli, eləcə də maliyyə və iqtisadi
əsaslara söykənməlidir.
Alt-prinsip 19.1.
Əgər investisiya qərarları iqtisadi və maliyyə
əsaslarına malik olmazsa, bu qərarlar,
investisiya siyasətində aydın şəkildə əks
olunmalı və ictimaiyyətə açıqlanmalıdır.
Alt-prinsip 19.2.
SF-in vəsaitlərinin idarə edilməsi bu sahədə
özünü doğrultmuş, qabaqcıl prinsiplərə
əsaslanmalıdır.
“İnvestisiya Siyasəti”nə əsasən Fondun
investisiya qərarları risklər nəzərə alınmaqla
gəlirliliyin maksimumlaşdırılması məqsədinə
əsaslanır. Fondun bütün investisiyaları
vəsaitlərin idarə olunması sahəsində qabaqcıl
təcrübəyə əsasən sırf iqtisadi və maliyyə
qərarlarına söykənir.
Daha ətraflı məlumat üçün bax:
http://www.oilfund.az/pub/tiny_upload/Inv_
policy.pdf
Prinsip 20.
SF, özəl qurumlarla rəqabət şəraitində ikən hər
hansı xüsusi əhəmiyyətli informasiyadan və ya
dövlətin təsir vasitələrindən faydalanmamalıdır.
“ARDNF-nin Əsasnaməsi”nə əsasən Fond
daxili bazarda investisiya edə bilməz.
“İnvestisiya Qaydaları”na əsasən ARDNF öz
investisiya qərarlarını tam müstəqil şəkildə
qəbul edir. ARDNF-nin hüquqi əsasları onun
hər hansı xüsusi əhəmiyyətli informasiyadan
istifadəsinin qarşısını alır.
Daha ətraflı məlumat üçün bax:
http://www.oilfund.az/uploads/Inv_QAY.pdf
http://www.oilfund.az/az/content/25/154
146
ƏLAVƏ
İLL
İK HESABAT
2012
İLL
İK HESABAT
2012
AZ
Ə
RBAYCAN RESPUBL
İKASI
DÖVL
Ə
T NEFT FONDU
AZ
Ə
RBAYCAN RESPUBL
İKASI
DÖVL
Ə
T NEFT FONDU
ùSANTYAQO PRİNSİPLƏRİú
147
Prinsip 21.
SF səhmdar mülkiyyət hüquqlarını onun
səhmlərə investisiya dəyərinin əsas elementi
hesab edir. SF öz səhmdar hüquqlarından
istifadə etdikdə, bunu SF-in investisiya siyasətinə
uyğun şəkildə, investisiyaların maliyyə dəyərinə
ziyan vurmadan həyata keçirməlidir.
SF, onun səhmdar hüquqlarından istifadəsini
müəyyən edən əsas meyarlar da daxil olmaqla,
səsvermə hüququna sahib, katirovka olunmuş
qurumların səhmlərinə ümumi yanaşmanı
ictimaiyyətə açıqlamalıdır.
2012-ci ildə ARDNF səhmlərə investisiya
etməyə başladı. İlkin mərhələdə, səhmlərə
investisiyalar xarici menecerlər vasitəsi ilə
və passiv investisiya mandatı ilə həyata
keçirilir. ARDNF indiki mərhələdə mülkiyyət
hüquqlarının icra olunmamasına qərar
vermişdir.
Prinsip 22.
SF, onun investisiya fəaliyyəti ilə bağlı riskləri
müəyyən edən, qiymətləndirən və idarə edən
struktura malik olmalıdır.
Alt-prinsip 22.1.
Risklərin idarə edilməsi sistemi etibarlı
informasiyaya, müntəzəm hesabatvermə
sistemlərinə əsaslanmalı və bunlar da
öz növbəsində müvafiq risklərin məqbul
hesab olunan ölçü və səviyyələrdə, nəzarət
və həvəsləndirmə mexanizmləri, davranış
kodeksləri, fasiləsiz işgüzar iş planı və müstəqil
audit funksiyası çərçivəsində monitorinqi və
idarə edilməsinə imkan verməlidir.
Fondun əməliyyatı ilə bağlı risklərin müəyyən
edilməsi, qiymətləndirilməsi və idarə edilməsi
Fondun ümumi idarəetmə sistemində
həlledici rol oynayır. Müvafiq qanunverici baza
(“İnvestisiya Qaydaları”, “İnvestisiya Siyasəti”
və s.), ayrıca struktur bölməsi (Risklərin idarə
edilməsi departamenti), daxili və xarici audit
funksiyaları, eləcə də RiskMetrics-in məhsulu
olan RiskManager 4 proqramı və Fond
daxilində hazırlanmış modellər ARDNF-də
risklərin idarə edilməsi sistemini dəstəkləyir.
“İnvestisiya Qaydaları” və
“İnvestisiya
Siyasəti” risklərin idarə edilməsi sisteminin
əsas prinsiplərini təyin edir və bazar, kredit,
mərkəzləşmə və likvidlik riskləri üzrə əsas
faktorlar üzrə məhdudiyyətləri müəyyənləşdirir.
Bu faktorlar əsasında treyddən öncəki limitlər
müəyyən olunur. Bundan başqa, bu risk faktorları
davamlı risk və gəlirlilik hesabatları vasitələri ilə
nəzarətdə saxlanılır. “İnvestisiya Qaydaları” və
“İnvestisiya Siyasəti”ndə müəyyən olunmuş
faktorlardan əlavə, aşağıdakılar vasitəsi ilə bazar
riskinin daha detallı təhlili və monitorinqi həyata
keçirilir: faiz dərəcəsi həssaslıq təhlili (“key rate”
durasiya, PV01 və s.), riskin mərkəzləşməsinin
təhlili (qruplar üzrə durasiya, qruplar üzrə VaR,
marjinal VaR və s.) və “tail” hadisələri (şərti VaR,
stress testlər) və ssenario təhlili.
Alt-prinsip 22.2.
SF-in risklərin idarə edilməsi sisteminə ümumi
yanaşması ictimaiyyətə açıqlanmalıdır.
ARDNF-nin əməliyyat riskləri daxili prosedur
və qaydalar, eləcə də fasiləsiz işgüzar iş planı
əsasında idarə olunur.
Daha ətraflı məlumat üçün bax:
http://www.oilfund.az/uploads/Inv_QAY.pdf
http://www.oilfund.az/pub/tiny_upload/Inv_
policy.pdf
Prinsip 23.
SF-in vəsait və investisiyalarının gəlirliliyi
(bençmarkdan istifadə olunduğu təqdirdə,
mütləq və bençmarkla nisbətdə) aydın
müəyyən olunmuş prinsip və standartlara
uyğun olaraq hesablanmalı və bu informasiya
hesabat şəklində Fondun ali idarəedici
orqanına göndərilməlidir.
ARDNF-nin vəsaitləri ilə bağlı ətraflı
məlumatlar (xarici valyutalar, kredit reytinqləri,
yerləşdirilmə müddəti və coğrafi regionlar
üzrə təsnifata dair məlumatlar daxil olmaqla)
rüblük pres-relizlər vasitəsi ilə ictimaiyyətə
çatdırılır. Fondun investisiyalarının gəlirliliyi
bu sahədə mövcud olan ən yaxşı təcrübə
əsasında hesablanır və illik hesabata daxil
edilir. İllik hesabatlar və rüblük məlumatlar
Fondun rəsmi internet səhifəsində yerləşdirilir.
Daha ətraflı məlumat üçün bax:
http://www.oilfund.az/az/account
Prinsip 24.
ÜQPN-nin tətbiqi SF və ya onun verdiyi
səlahiyyətlər əsasında başqa bir qurum
tərəfindən müntəzəm olaraq nəzarətdə
saxlanılmalıdır.
Bu hesabat ilk dəfə ARDNF-nin rəsmi
internet səhifəsində 2011-ci ilin aprel ayında
yerləşdirilmişdir və illik əsasda nəzərdən
keçirilir.
Neftçilər prospekti 24, Dalğa Plaza,
Bakı AZ1000, Azərbaycan Respublikası
+99412 498 77 53
www.oilfund.az
Dostları ilə paylaş: |