10
İLL
İK
HESABAT
2012
İLL
İK HESABAT
2012
AZ
Ə
RBAYCAN RESPUBL
İKASI
DÖVL
Ə
T NEFT FONDU
AZ
Ə
RBAYCAN RESPUBL
İKASI
DÖVL
Ə
T NEFT FONDU
ÖLKƏ İQTİSADİYYATI VƏ NEFT FONDU
11
2. ÖLKƏ İQTİSADİYYATI VƏ NEFT FONDU
2.1. Makroiqtisadi mənzərə
Dünya iqtisadiyyatında, xüsusilə də Avrozonada davam edən maliyyə böhranı şəraitində ölkə
iqtisadiyyatı öz dayanıqlığını qoruyub saxlamışdır. Neft hasilatının aşağı düşməsi və buna səbəb
olaraq neft sektorunda Ümumi Daxili Məhsul (ÜDM) istehsalının azalması fonunda qeyri-neft
sektorunda artım makroiqtisadi inkişafın əsas mənbəyinə çevrilmişdir. 2012-ci ildə qeyri-neft
sektorunun hesabına formalaşan ümumi iqtisadi artım 2,2% təşkil etmişdir. 2012-ci ildə qeyri-
neft sektorunda artım 9,7% təşkil edərək qlobal maliyyə böhranından sonrakı dövrdə ÜDM-in
strukturunda ən yüksək səviyyəyə çatmışdır.
2012-ci ildə əsas kapitala 15,3 milyard manat həcmində investisiyalar yatırılmış, bunun təqribən
79%-ni daxili investisiyalar, 21%-ni isə xarici investisiyalar təşkil etmişdir. Adambaşına düşən
ÜDM-in həcmi 5,9 min manat səviyyəsində olmuş, əhalinin gəlirləri real ifadədə 12,5% artmış,
işsizlik 5,2%, yoxsulluq 6%-ə kimi azalmışdır. İnflyasiya əvvəlki illərlə müqayisədə ən aşağı
səviyyəsinə, 1,1%-ə çatmışdır.
Real sektor. 2012-ci ildə neft hasilatında azalma sənaye istehsalı həcminin 3,8%-ə qədər aşağı
düşməsinə səbəb olmuşdur. Real ifadədə ÜDM-in artımı əvvəlki ilə nəzərən daha böyük olmuş,
ÜDM istehsalında və artımında qeyri–neft sektorunun çəkisi neft sektorunu üstələmişdir. Qeyri-
neft sektorunun ÜDM-də çəkisi 52,7%-ə çatmışdır.
Qrafi k 2.1.1.
Qeyri-neft sektorunun ÜDM-də çəkisi
37,8%
45,3%
50,3%
48,8%
52,7%
2008
2009
2010
2011
2012
Mənbə: Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi
ÜDM-in istehsal üzrə strukturunda əsas yeri sənaye istehsalı tutmuş və bu sahənin ÜDM-də
çəkisi 50,0%-ə bərabər olmuşdur. Bununla yanaşı, qeyri-neft sektorunun sahəvi inkişafında da
əhəmiyyətli artımlar baş vermişdir. Belə ki, tikinti sahəsində real artım 18,4%, xidmətlərin istehsalı
sahəsində 7,6%, məhsula və idxala xalis vergilər üzrə 7,0%, kənd, meşə və balıqçılıq təsərrüfatları
sahəsində 5,8% təşkil etmişdir. İstehsal sahələrinin ÜDM-dəki çəkisi və artım dinamikaları Qrafik
2.1.2. və 2.1.3.-də göstərilmişdir.
5,8%
7,0%
7,6%
18,4%
Qrafik 2.1.3.
ÜDM-in
Qeyri-neft
istehsal sah
üzr
ımı
ələri
ə art
Tikinti
Xidmətlərin
istehsalı
Məhsula və idxala
xalis vergilər
Kənd, meşə və
balıqçılıq
təsərrüfatları
Mənbə: Azərbaycan Respublikasının
Mənbə: Azərbaycan Respublikasının
İqtisadi İnkişaf Nazirliyi
İqtisadi İnkişaf Nazirliyi
Yerli və beynəlxalq aidiyyatı təşkilatların proqnozlarına əsasən artımın növbəti ildə daha pozitiv
olması gözlənilir. Belə ki, Dünya Bankının (DB), Beynəlxalq Valyuta Fondunun (BVF), Avropa
Yenidənqurma və İnkişaf Bankının (AYİB), eləcə də Asiya İnkişaf Bankının (AİB) son hesabatlarına
əsasən 2013-cü ildə ölkədə iqtisadi artımın 4% ətrafında olması proqnozlaşdırılır.
Qrafi k 2.1.4.
Gözlənilən iqtisadi artım
4,0%
3,1%
4,1%
4,2%
2013
AY
İB
AİB
BVF
DB
Strateji valyuta ehtiyatları. 2012-ci ilin əvvəlinə 29 800,0 milyon ABŞ dolları təşkil etmiş Fondun
vəsaiti il ərzində 4 329,4 milyon ABŞ dolları və ya 14,5% artaraq ilin sonuna 34 129,4 milyon ABŞ
dolları təşkil etmişdir.
12
ÖLKƏ İQTİSADİYYATI VƏ NEFT FONDU
İLL
İK HESABAT
2012
İLL
İK HESABAT
2012
AZ
Ə
RBAYCAN RESPUBL
İKASI
DÖVL
Ə
T NEFT FONDU
AZ
Ə
RBAYCAN RESPUBL
İKASI
DÖVL
Ə
T NEFT FONDU
ÖLKƏ İQTİSADİYYATI VƏ NEFT FONDU
13
Qrafi k 2.1.5.
2001-2012-ci illər ərzində Dövlət Neft Fondunun vəsaitinin artım dinamikası
(31.12.2012 tarixinə, milyon ABŞ dolları ilə)
Son illər ərzində Neft Fondunun vəsaitinin ÜDM-də çəkisi əhəmiyyətli dərəcədə artmışdır və
2012-ci ildə bu göstərici 50% səviyyəsində olmuşdur.
Qrafi k 2.1.6.
Dövlət Neft Fondunun vəsaitinin ÜDM-ə nisbəti
31 dekabr 2012-ci il tarixinə Mərkəzi Bankın valyuta ehtiyatları ilə birlikdə ölkənin strateji valyuta
ehtiyatlarının həcmi 45,8 milyard ABŞ dollarını keçmişdir ki, bu vəsaitin 74,5%-ə qədəri Neft
Fondunun vəsaiti hesabına formalaşmışdır.
Qrafi k 2.1.7.
Azərbaycan Respublikasının strateji valyuta ehtiyatları (milyard ABŞ dolları ilə)
2001-2012-ci illər ərzində Neft Fondunun daxilolmaları 83,7 milyard ABŞ dolları təşkil etmiş, bu
vəsaitin təqribən 40,8%-i yığıma yönəldilmişdir. Neft Fondunun illər üzrə yığım səviyyəsi Qrafi k
2.1.8.-də göstərilir.
Qrafi k 2.1.8.
2001-2012-ci illər ərzində Neft Fondunun yığım səviyyəsinin dinamikası
(milyon ABŞ dolları ilə)
Ümumilikdə ötən ilin sonuna kimi Fonda daxil olan vəsaitlərin 41%-ə qədəri yığıma, 59%-i isə
istifadəyə yönəldilmişdir.