14
ÖLKƏ İQTİSADİYYATI VƏ NEFT FONDU
İLL
İK HESABAT
2012
İLL
İK HESABAT
2012
AZ
Ə
RBAYCAN RESPUBL
İKASI
DÖVL
Ə
T NEFT FONDU
AZ
Ə
RBAYCAN RESPUBL
İKASI
DÖVL
Ə
T NEFT FONDU
ÖLKƏ İQTİSADİYYATI VƏ NEFT FONDU
15
Qrafi k 2.1.9.
2001-2012-ci illər ərzində Dövlət Neft Fondunun yığım səviyyəsi
Fiskal dayanıqlığın təmin edilməsi. Son illərdə ölkədə fiskal dayanıqlığın təmin edilməsində
Neft Fondunun rolu artmaqda davam etmişdir. 2008-ci ildən sonrakı illərdə Dövlət Neft
Fondundan dövlət büdcəsinə edilən transfertlərin həcmində ciddi artımlar baş vermişdir. 2012-ci
ildə Neft Fondundan 9 905,0 milyon manat dövlət büdcəsinə transfert edilmiş və bu vəsait dövlət
büdcəsinin gəlirlərinin formalaşmasında əhəmiyyətli yer tutmuşdur.
Qrafi k 2.1.10.
2003-2012-ci illər ərzində Dövlət Neft Fondundan transfertin dövlət büdcə
gəlirlərində nisbəti
Dövlət Neft Fondunun fəaliyyətinin mühüm istiqamətlərindən biri olaraq, 2012-ci ildə Fondun
vəsaitinin bir hissəsi ölkənin sosial-iqtisadi inkişafını təmin edən strateji əhəmiyyətli ümummilli
layihələrin maliyyələşdirilməsinə yönəldilmişdir. 2012-ci ildə Neft Fondunun vəsaiti hesabına
yoxsulluğun azaldılması üzrə dövlət proqramları və tədbirlər həyata keçirilmiş, infrastruktur
sahələri, habelə xaricdə təhsil hesabına insan kapitalının inkişafı üzrə vəsaitlərin ayrılması təmin
edilmişdir.
Xarici ticarət. Qlobal iqtisadi böhranın mənfi təsiri xarici ticarətdən də yan keçməmişdir. Dünya
ticarət dövriyyəsində qabaqcıl ölkələrin mövqeyi əvvəlki ilə nisbətən daha da zəifləmişdir. Belə ki,
2012-ci ildə qabaqcıl ölkələrdə ixracın artım həcmi 2011-ci ildəki 5,6%-dən 2,1%-ə qədər, inkişaf
edən ölkələrdə 6,6%-dən 3,6%-ə qədər aşağı düşmüşdür.
2012-ci ildə dünya bazarlarında xam neftin qiymətlərinin yüksək olması ilə əlaqədar xarici ticarətdə
Azərbaycanın mövqeyi əlverişli olmuşdur. Xarici ticarət dövriyyəsi 33 560,8 milyon ABŞ dolları, o
cümlədən ixrac əməliyyatlarının həcmi 23 908,0 milyon ABŞ dolları, idxal əməliyyatlarının həcmi
isə 9 652,9 milyon ABŞ dolları təşkil etmişdir. Xarici ticarət balansı təqribən 14 255 milyon dollar
həcmində profisitlə bağlanmışdır (Mənbə: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi).
Eyni zamanda ixrac əməliyyatlarının həcmində ötən il ilə müqayisədə 10%, idxal əməliyyatlarının
həcmində isə 1%-dən artıq azalma olmuşdur. 2012-ci ildə ölkə ixracında azalmaya neft sektorunda
hasilatın azalması təsir göstərmişdir.
2.2. Neft Fondunun gəlirləri
2012-ci il Neft Fondunun gəlirlərinin formalaşma mənbələrini Azərbaycan Respublikasının payına
düşən karbohidrogenlərin satışından əldə edilmiş gəlirlər, tranzit haqları ilə bağlı ödənişlər, bonus
ödənişləri, akrhesabı ödənişlər, Fondun vəsaitlərinin idarə edilməsindən əldə edilən gəlirlər və
digər daxilolmalar təşkil etmişdir. Ötən il ərzində göstərilən mənbələr üzrə Fonda ümumi həcmi
13 674,1 milyon manat (17 405,4 milyon ABŞ dolları) təşkil edən vəsait daxil olmuşdur.
Qrafik 2.2.1.
2012-ci il ərzində Neft Fondunun gəlirlərinin formalaşma mənbələri (milyon
ABŞ dolları ilə)
Mənfəət neftinin və qazın satışından əldə edilən gəlirlər. 2012-ci
il ərzində Azərbaycan
Respublikasının payına düşən karbohidrogenlərin satışından Neft Fonduna 13 117,4 milyon manat
və ya 16 695,8 milyon ABŞ dolları daxil olmuşdur. Gəlirlərin strukturu Qrafik 2.2.2.-də göstərilir.
16
ÖLKƏ İQTİSADİYYATI VƏ NEFT FONDU
İLL
İK HESABAT
2012
İLL
İK HESABAT
2012
AZ
Ə
RBAYCAN RESPUBL
İKASI
DÖVL
Ə
T NEFT FONDU
AZ
Ə
RBAYCAN RESPUBL
İKASI
DÖVL
Ə
T NEFT FONDU
ÖLKƏ İQTİSADİYYATI VƏ NEFT FONDU
17
Qrafi k 2.2.2.
2012-ci il ərzində mənfəət nefti və qazın satışı üzrə gəlirlərin yataqlar üzrə
strukturu (milyon ABŞ dolları ilə)
0,2
0,9
8,6
9,0
9,1
9,7
12,5
23,0
16 257,3
365,5
Azəri-Çıraq-Günəşli
Şahdəniz
Balaxanı
Binəqədi
Zığ-Hövsan
Kürsəngi-Qarabağlı
Suraxanı
Kürovdağ
Neftçala
Bahar
Mənfəət neftinin satışı ilə bağlı məbləğlər Dövlət Neft Fonduna köçürülərkən neftin nəql edilməsi
üzrə məsrəflər, bank, gömrük rəsmiləşdirilməsi, müstəqil nəzarət (sörveyer), marketinq və sığorta
xərcləri Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən tutulur.
Neft Fondunun vəsaitlərinin idarə olunmasından əldə edilən gəlirlər. Neft
Fondunun vəsaitlərinin
idarə edilməsindən əldə edilən gəlirlər 544,0 milyon manat və ya 693,5 milyon ABŞ dolları təşkil
etmişdir. 2012-ci ildə Neft Fondunun vəsaitlərinin idarə edilməsi ilə bağlı gəlirliliyi 2,2% təşkil etmişdir.
Tranzit haqları ilə bağlı daxilolmalar. 2012-ci ildə Neft Fondunun digər daxilolma mənbəyini
karbohidrogenlərin Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər
(tranzit haqqı) təşkil etmişdir və bu mənbə üzrə Fondun gəlirləri 7,9 milyon manat və ya 10,0
milyon ABŞ dolları səviyyəsində olmuşdur. Tranzit haqları ilə bağlı Fonda daxilolmalar Cədvəl
2.2.1.-də göstərilir.
Cədvəl 2.2.1.
2012-ci ildə Neft Fondunun tranzit haqları ilə bağlı daxilolmaları
Vəsaiti köçürən
qurumun adı
Tarix
Məbləğ
mln. ABŞ dolları
mln. AZN
ABƏŞ
12.01.2012
0,6
0,5
ABƏŞ
14.02.2012
1,0
0,8
ABƏŞ
02.04.2012
0,9
0,7
ABƏŞ
12.04.2012
1,0
0,8
ABƏŞ
24.05.2012
1,0
0,7
ABƏŞ
14.06.2012
0,4
0,3
ABƏŞ
12.07.2012
0,4
0,3
ABƏŞ
14.08.2012
1,0
0,8
ABƏŞ
13.09.2012
1,0
0,8
ABƏŞ
12.10.2012
0,9
0,7
ABƏŞ
14.11.2012
0,8
0,7
ABƏŞ
13.12.2012
1,0
0,8
Cəmi
10,0
7,9
Akrhesabı ödənişlər ilə bağlı daxilolmalar. Neft Fondunun digər daxilolma mənbəyini
karbohidrogen ehtiyatlarının işlənməsi ilə əlaqədar xarici sərmayəçilər tərəfindən müqavilə
sahəsindən istifadə üçün ödənilən akrhesabı ödənişlər təşkil etmişdir. Hesabat ilində Dövlət Neft
Fonduna daxil olmuş akrhesabı ödənişlərin ümumi məbləği 3,0 milyon manat və yaxud 3,8 milyon
ABŞ dolları təşkil etmişdir. Şirkətlər üzrə akrhesabı ödənişlər Cədvəl 2.2.2.-də göstərilir.
Cədvəl 2.2.2.
2012-ci ildə Fondun akrhesabı ödənişlər ilə bağlı daxilolmaları
Vəsaiti köçürən qurumun adı
Yatağın adı
Tarix
Məbləğ
mln.ABŞ
dolları
mln.
AZN
GDF SUEZ E&P ABŞERON Bi.Vi.
Abşeron
28.06.2012
0,5
0,4
Total E & P Azərbaycan Bi.Vi.
Abşeron
29.06.2012
1,0
0,7
BP İnternational
Şəfəq-Asiman
29.06.2012
2,1
1,7
Bahar Enerji Opereytinq Limited
Bahar və Qum-dəniz 10.10.2012
0,2
0,2
Cəmi
3,8
3,0
Bonus ödənişlərindən əldə edilən gəlirlər. Neft-qaz sazişlərinin imzalanması və ya icrası ilə bağlı
sərmayəçilər tərəfindən ödənilmiş bonuslar (mükafatlar) Neft Fondunun növbəti daxilolmasını
təşkil etmişdir. 2012-ci ildə Fonda daxil olmuş bonus ödənişlərinin ümumi məbləği 1,6 milyon
manat və yaxud 2,0 milyon ABŞ dolları təşkil etmişdir (Cədvəl 2.2.3.).
Cədvəl 2.2.3.
2012-ci ildə Neft Fonduna bonus ödənişləri ilə bağlı daxilolmalar
Vəsaiti köçürən
qurumun adı
Yatağın adı
Tarix
Məbləğ
mln.ABŞ
dolları
mln. AZN
UQE-LANSER
Balaxanı
02.02.2012
2,0
1,6
CƏMİ
2,0
1,6
Digər gəlirlər və daxilolmalar. Hesabat ilində neft-qaz sazişləri
çərçivəsində sərmayəçilər
tərəfi ndən (xarici neft şirkətləri) verilən aktivlərin (köhnəlmiş və ya istifadə olunmayan metal
qırıntıları, borular) satışı təşkil olunmuş və bu aktivlərin satışından Dövlət Neft Fondunun
daxilolmaları 0,2 milyon manat və yaxud 0,3 milyon ABŞ dolları təşkil etmişdir.