40
İNVESTİSİYA STRATEGİYASI VƏ RİSKLƏRİN İDARƏ EDİLMƏSİ
İLL
İK HESABAT
2012
İLL
İK
HESABAT
2012
AZ
Ə
RBAYCAN RESPUBL
İKASI
DÖVL
Ə
T NEFT FONDU
AZ
Ə
RBAYCAN RESPUBL
İKASI
DÖVL
Ə
T NEFT FONDU
İNVESTİSİYA STRATEGİYASI VƏ RİSKLƏRİN İDARƏ EDİLMƏSİ
41
Cari il ərzində Fondun sabit gəlirli qiymətli kağızlar portfelində aşağı kredit reytinqinə malik
istiqrazların həcmi əvvəlki ilə nisbətən daha da artırılmışdır. 2011-ci ilin sonunda Fondun sabit
gəlirli qiymətli kağızlar portfelində istiqrazların kredit reytinqləri üzrə təsnifatında “AAA” və
“AA” reytinqinə malik qiymətli kağızların xüsusi çəkisi müvafi q olaraq 36,44% və 14,30% təşkil
etdiyi halda, bu göstərici 2012-ci ildə müvafi q olaraq 32,96% və 10,98%-ə bərabər olmuşdur.
Hesabat ilində həm ABŞ dolları, Avro və İngilis funt sterlinqində ifadə olunan aktivlərdə inkişaf
etməkdə olan ölkələrin çəkisinin artması, həm də Türkiyə lirəsi və Rusiya rublunda həyata keçirilən
investisiyalarda yalnız yerli emitentlərin nəzərə alınması “A” və daha aşağı kredit reytinqinə malik
qiymətli kağızların portfeldəki həcminin artması ilə nəticələnmişdir.
Qrafi k 3.2.5.
Sabit gəlirli qiymətli kağızlar portfelindəki istiqrazların kredit reytinqinə görə
bölgüsü
Səhmlərə investisiyalar
2012-ci il üçün təsdiq edilən yeni investisiya siyasətinə əsasən Neft Fondunun aktivlərinin
5%-ə qədərinin səhmlərə investisiya edilməsi nəzərdə tutulmuşdur. Bu investisiyalar üçün Fond
tərəfindən dünyanın inkişaf etmiş ölkələrinin önəmli şirkətlərinin səhmlərinin daxil olduğu
MSCİ World indeksi bençmark olaraq seçilmiş və passiv idarəetmə üsulu tətbiq edilmişdir. İlkin
mərhələdə Fond tərəfindən bu investisiyaların xarici menecerlər tərəfindən həyata keçirilməsinə
qərar verilmişdir. Nəticədə UBS Global Asset Management və State Street Global Advisors (SSgA)
şirkətləri Fondun səhm portfelinin idarə edilməsi üzrə xarici menecer seçilmişlər. Bu sahədə lazımi
bilik və bacarıqların toplanılmasından sonra gələcəkdə bu portfelin də daxildə idarə edilməsi
nəzərdə tutulmuşdur.
Xarici menecerlər vasitəsilə Fondun səhmlərə etdiyi investisiyaların həcmi nominal olaraq 600
milyon ABŞ dolları təşkil etmişdir. İlin sonuna Fondun səhm portfelində inkişaf etmiş ölkələrin
1600-dən çox şirkətinin səhmləri yer almışdır.
İnkişaf etməkdə olan ölkələrin özəl səhm fondlarının təşviq edilməsi və onların investorlara
daha yaxından tanıdılması hal-hazırda kifayət qədər prioritet məsələlərdəndir. Hesabat ilində
ARDNF Beynəlxalq Maliyyə Korporasiyası (BMK) ilə birgə Katalizator Fonduna investisiya
edəcəyi ilə bağlı qərar vermişdir. BMK tərəfindən idarə ediləcək Fondun əsas hədəfi inkişaf
etməkdə olan ölkələrdə bərpa olunan enerji və iqlim problemlərinin həllinə yönəlik layihələrin,
eləcə də bu sahədə fəaliyyət göstərən fondların təşviqinin həyata keçirilməsidir. Katalizator
Fondu qeyd edilən sahələrdə mövcud olan fondlara, eləcə də bu sahədə fəaliyyət göstərən
şirkətlərə birbaşa investisiya həyata keçirəcəkdir. Fondun investisiyaların həyata keçirilməsi
ilə bağlı öhdəlik müddətləri fondlar üçün 3 il, müştərək investisiyalar üçün isə 5 il təşkil edir.
ARDNF-nin Katalizator Fonduna (ümumi investisiya həcmi 280 milyon ABŞ dolları) 50 milyon
ABŞ dolları həcmində vəsait yatıracağı nəzərdə tutulmuşdur.
Qeyd edək ki, 2010-cu ildə ARDNF ümumi investisiya məbləği 1 milyard ABŞ dolları həcmində
olan və inkişaf etməkdə olan ölkələrin inkişaf vəd edən şirkətlərinə investisiyaları nəzərdə tutan
BMK-nın Afrika, Latın Amerikası və Karib Fonduna (ALAK) 100 milyon ABŞ dolları məbləğində
sərmayə yatırmaqla bağlı qərar qəbul etmişdi. 2012-ci ilin dekabr ayına ARDNF tərəfindən
54,7 milyon ABŞ dolları həcmində vəsait ALAK Fonduna yatırılmışdır.
Daşınmaz əmlaka investisiyalar
ARDNF 2012-ci ildə Avropanın bir sıra önəmli şəhərlərində müvafiq ofis komplekslərinə sahib
olmaqla daşınmaz əmlaka ilkin investisiyalarını həyata keçirmişdir. Fondun daşınmaz əmlak investisiya
strategiyasının əsas məqsədi bu sahədə kifayət qədər inkişaf etmiş, yüksək şəffaflıq və likvidliklə
səciyyələnən, müvafiq qanunverici bazaya və uzunmüddətli icarə ənənəsinə malik ölkələrin əsas
mərkəz-biznes ərazilərinə birbaşa investisiyaların həyata keçirilməsindən ibarətdir. İlkin mərhələdə
investisiyalar əsasən müxtəlif təyinatlı ofis tipli daşınmaz əmlaka yönəldilmişdir. ARDNF cari il ərzində
müvafiq olaraq London, Moskva və Paris şəhərlərində investisiyalar həyata keçirmişdir:
●
Londonun Seynt Ceyms 78 ünvanında yerləşən və dəyəri 177 350 000 İngilis funt sterlinqi
(285 550 000 ABŞ dolları) təşkil edən ofis kompleksi (investisiya prosesi dekabr ayında
başa çatdırılmışdır);
●
Moskva şəhərinin biznes mərkəzi “Tverskaya 16” ünvanında yerləşən və dəyəri
133 000 000 ABŞ dolları təşkil edən “Qalereya Aktyor” ofis-ticarət mərkəzi (investisiya
prosesi dekabr ayında başa çatdırılmışdır);
42
İNVESTİSİYA STRATEGİYASI VƏ RİSKLƏRİN İDARƏ EDİLMƏSİ
İLL
İK HESABAT
2012
İLL
İK HESABAT
2012
AZ
Ə
RBAYCAN RESPUBL
İKASI
DÖVL
Ə
T NEFT FONDU
AZ
Ə
RBAYCAN RESPUBL
İKASI
DÖVL
Ə
T NEFT FONDU
İNVESTİSİYA STRATEGİYASI VƏ RİSKLƏRİN İDARƏ EDİLMƏSİ
43
●
Paris şəhərinin Vandom meydanı 8 ünvanında yerləşən, dəyəri 135 000 000 avro
(180 000 000 ABŞ dolları) təşkil edən ofis və ticarət obyektlərindən ibarət olan daşınmaz
əmlak kompleksi (investisiya prosesi 2013-cü ilin mart ayında başa çatdırılacaqdır).
Bu əmlaklara investisiyalar Fondun daşınmaz əmlak üzrə investisiya strategiyasının həyata
keçirilməsində uğurlu addım olmuşdur. Dünyanın önəmli şəhərlərinin kommersiya daşınmaz
əmlak bazarlarının güclü fundamental əsasları, eləcə də gələcək illər ərzində əldə ediləcək yüksək
sabit gəlirlilik Fondun daşınmaz əmlak investisiyalarında kifayət qədər önəmə sahib amillərdir.
2013-cü ildə Fond daşınmaz əmlak üzrə investisiya coğrafiyasını genişləndirərək digər regionlara
da investisiyalar həyata keçirmək və beləcə bu portfelin yüksək diversifikasiyasına nail olmaq
niyyətindədir.
Qızıl
ARDNF-nin İnvestisiya qaydalarına əsasən onun vəsaitlərinin 5%-ə qədəri qızıla investisiya edilə
bilər ki, Fond da bu investisiyaları London Qiymətli Metallar Bazarı İştirakçıları Assosiasiyasının
(LQMBİA) tətbiq etdiyi standartlara uyğun qızıl külçələrin alınması yolu ilə həyata keçirir. Qızılın
yüksək qiymət dəyişkənliyi riskinin minimuma endirilməsi məqsədilə, alınması nəzərdə tutulan
qızılın ümumi miqdarının mərhələli şəkildə (həftələr üzrə) bərabər miqdarda bölüşdürülməklə 2 il
müddətində Fondun investisiya portfelinə daxil edilməsi planlaşdırılmışdır.
Fond tərəfindən 1 fevral 2012-ci il tarixindən etibarən həftəlik olaraq LQMBİA-nın üzvü olan
banklardan və həmin qurum tərəfindən tətbiq edilən tələblərə uyğun olan 25 qızıl külçənin (10 000
troya unsiyası) alışına başlanılmışdır. 2012-ci il 31 dekabr tarixinə ARDNF-nin investisiya portfelinə
daxil edilmiş qızılın miqdarı 14 934 kq (480 146 troya unsiyası) təşkil etmişdir. Fond tərəfindən
alınmış qızılın müvəqqəti saxlanılması üçün bu sahədəki müsbət təcrübələri və saxlama xərcləri
nəzərə alınaraq JP Morgan Bankının London anbarı seçilmişdir.
Növbəti mərhələdə strateji əhəmiyyətli rezerv xarakteri daşıyan qızıl ehtiyatlarının ölkəyə gətirilməsi
və burada saxlanılmasının təmin edilməsi nəzərdə tutulmuşdur. Qızıl ehtiyatlarından əlavə gəlirin
əldə edilməsi məqsədilə həmin ehtiyatların bir hissəsi beynəlxalq maliyyə bazarlarında fəaliyyət
göstərən nüfuzlu banklarda qısamüddətli depozitlər şəklində yerləşdirilmişdir.
3.3. Neft Fondunun gəlirliliyi
Gəlirliliyin hesablanması metodologiyası. Neft Fondunun vəsaitlərinin gəlirliliyinin
hesablanması 21 aprel 2009-cu il tarixli 5 nömrəli sərəncam ilə təsdiq olunmuş “Azərbaycan
Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitlərinin və investisiya portfelinin tərkib hissələri
olan sub-portfellərin gəlirliliyinin hesablanması Metodologiyası”na uyğun olaraq hesablanır.
Bu metodologiyaya uyğun olaraq ümumi valyuta vəsaitləri üzrə gəlirliliyin hesablanması baza
valyutası Azərbaycan manatı, ABŞ dolları və ya Avro seçilməklə, həmçinin baza valyutası olmadan
(yəni valyuta məzənnələrinin dəyişməsi nəzərə alınmadan) həyata keçirilir. Sub-portfellər üzrə
gəlirliliyin hesablanması bu portfellərin müvafiq valyutasında (lokal valyuta) və ABŞ dolları baza
valyutası seçilməklə (valyuta komponentinin təsiri göstərilmək şərti ilə) həyata keçirilir.
Gəlirliliyin hesablanması prosesində aşağıda sadalanan zəruri məlumatlardan istifadə olunur:
Günün sonuna portfelin lokal valyutada bazar dəyəri. Günün sonuna portfelin lokal valyutada
bazar dəyərinin müəyyən edilməsi üçün kastodial bankdan alınan və Neft Fondunun istifadə etdiyi
portfelin idarə olunması sisteminin məlumat bazasında saxlanılan qiymətlər istifadə olunur. Ayın
sonuna portfelin lokal valyutada bazar dəyərinin hesablanması zamanı isə kastodial bankdan
alınan, auditdən keçmiş və Neft Fondunun istifadə etdiyi portfelin idarə olunması sisteminin
məlumat bazasında saxlanılan qiymətlər nəzərə alınır.
Dünənki günün sonuna portfelin lokal valyutada bazar dəyəri. Dünənki günün sonuna
portfelin lokal valyutada bazar dəyərinin müəyyən edilməsi üçün kastodial bankdan alınan və
Neft Fondunun istifadə etdiyi portfelin idarə olunması sisteminin məlumat bazasında saxlanılan
qiymətlər istifadə olunur.
Günün sonuna Neft Fonduna daxil olmuş vəsaitlərlə Fonddan xaric olmuş vəsaitlərin fərqi
nəticəsində formalaşan xalis daxilolmalar. Xalis daxilolmalar Neft Fondunun istifadə etdiyi
portfelin idarə olunması sistemindən gündəlik olaraq əldə edilir.
Neft Fondunun 2012-ci ildə gəlirliliyi. Neft Fondunun investisiya portfelinin
ümumi gəlirliliyi
2006-cı, 2007-ci, 2008-ci, 2009-cu, 2010-cu və 2011-ci illərdə müvafiq olaraq 4,2%, 4,5%, 3,8%,
3,3%, 1% və 0,8% təşkil etmişdir. 2012-ci ildə isə vəsaitlərinin idarə edilməsi ilə bağlı ümumi
gəlirlilik 2,2% təşkil etmişdir.
Qrafik 3.3.1.
Neft Fondunun investisiya portfelinin gəlirliliyi