44
İNVESTİSİYA STRATEGİYASI VƏ RİSKLƏRİN İDARƏ EDİLMƏSİ
İLL
İK HESABAT
2012
İLL
İK
HESABAT
2012
AZ
Ə
RBAYCAN RESPUBL
İKASI
DÖVL
Ə
T NEFT FONDU
AZ
Ə
RBAYCAN RESPUBL
İKASI
DÖVL
Ə
T NEFT FONDU
İNVESTİSİYA STRATEGİYASI VƏ RİSKLƏRİN İDARƏ EDİLMƏSİ
45
3.4. İnvestisiya məhdudiyyətləri
Neft Fondunun valyuta vəsaitləri, Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli
511 nömrəli Fərmanı ilə təsdiq edilmiş, “Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta
vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar”a (İnvestisiya Təlimatı)
uyğun olaraq yerləşdirilir. Bu Qaydalara əsasən Neft Fondunun vəsaitləri aşağıda sadalanan
aktivlərə investisiya edilə bilər:
●
Mərkəzi (milli), kommersiya banklarındakı və digər maliyyə təsisatlarındakı depozitlər;
●
İnvestisiya dərəcəli kredit reytinqinə (Standard ənd Purz və ya Fiç və ya Mudiz) malik
dövlətlərin, dövlət təsisatlarının, beynəlxalq maliyyə təşkilatlarının,
kommersiya
təşkilatlarının və digər qurumların borc öhdəlikləri;
●
Dövlətlərin, dövlət təsisatlarının, beynəlxalq maliyyə təşkilatlarının, kommersiya
təşkilatlarının və digər qurumların investisiya dərəcəli kredit reytinqinə (Standard ənd Purz
və ya Fiç və ya Mudiz) malik borc öhdəlikləri;
●
Beynəlxalq nüfuzlu səhm bazarı indekslərinə daxil olan səhmlər;
●
Pay fondlarının, o cümlədən alternativ investisiya fondlarının səhmləri (payları);
●
London Qiymətli Metallar Bazarı İştirakçılarının Assosiasiyası tərəfindən tətbiq edilən
tələblərə uyğun olan qızıl külçələr;
●
Daşınmaz əmlak;
●
İnvestisiya portfelinin məcmu dəyərinin 5%-dən artıq olmaması şərtilə qeyri-investisiya
reytinqinə malik, lakin reytinqi “BB-” (Standard ənd Purz, Fiç) və ya “Ba3” (Mudiz) kredit
reytinqindən aşağı olmayan qiymətli kağızlar və ya təsisatlardakı depozitlər. Bu halda
Neft Fondunun valyuta vəsaiti üzrə hesablar açılan, beynəlxalq maliyyə bazarlarında
tərəf müqabili olan və Neft Fonduna qiymətli kağızlar üzrə depozitar xidmətləri göstərən
banklar və digər maliyyə təsisatları qeyri-investisiya reytinqinə (reytinqi “BB-” (Standart
ənd Purz, Fiç) və ya “Ba3” (Mudiz) kredit reytinqindən aşağı olmamaq şərtilə) malik ola
bilər (Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-ci il tarixli 511 nömrəli Fərmanı
ilə təsdiq edilmiş, 21 dekabr 2001-ci il tarixli 607 nömrəli Fərmanı, 1 mart 2005-ci il tarixli
202 nömrəli Fərmanı və 27 oktyabr 2011-ci il tarixli 519 nömrəli Fərmanı ilə əlavə və
dəyişikliklər edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitinin
saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında” Qaydalara əsasən).
Eyni zamanda Neft Fondunun valyuta vəsaitləri idarə edilərkən valyuta arbitrajı, svop, forvard,
fyüçers tipli əməliyyatlar yalnız valyuta bazarlarında əməliyyatların aparılması zamanı qiymətin,
yaxud məzənnənin dəyişməsi ilə əlaqədar mümkün riskin minimuma endirilməsi (hecinq) və ya
investisiya portfelinin valyuta tərkibinin və aktivlər strukturunun optimallaşdırılması məqsədilə
həyata keçirilə bilər.
İnvestisiya siyasəti
Neft Fondunun valyuta vəsaitlərinin idarə edilməsi onun hər il Azərbaycan Respublikası Prezidenti
tərəfindən təsdiq olunan investisiya siyasətinə uyğun olaraq həyata keçirilir.
Sözügedən siyasətə əsasən:
Neft Fondunun vəsaitinin likvidlik dərəcəsi büdcə xərcləri üzrə planlaşdırılan pul və digər
köçürmələrin tam və vaxtında yerinə yetirilməsini təmin etmək üçün yetərli səviyyədə saxlanılmalıdır.
Bu səviyyəni təmin etmək məqsədilə Neft Fondunun vəsaitinin 100 milyon ABŞ dollarından az
olmayan hissəsi nağd vəsait və ya onun ekvivalentlərində saxlanmalıdır. Bu vəsaitin həcminin
göstərilən məbləğdən az olması halı 7 iş günündən çox davam etməməlidir.
Neft Fondunun investisiya portfelinin faktiki ortaçəkili investisiya müddəti (dürasiyası) dünya
bazarlarındakı cari vəziyyətdən asılı olaraq Neft Fondu tərəfindən müəyyən edilir və 48 ayı
üstələməməlidir.
Bir maliyyə qurumunun (depozitar banklar istisna olmaqla) və ya bir investisiya aktivinin investisiya
portfelindəki maksimal xüsusi çəkisi investisiya portfelinin məcmu dəyərinin 15 faizi həddində
müəyyən edilir.
Xarici menecerlər
Azərbaycan Respublikası Prezidentinin 19 iyun 2001-ci il tarixli 511 nömrəli Fərmanı ilə təsdiq
edilmiş, 21 dekabr 2001-ci il tarixli 607 nömrəli, 1 mart 2005-ci il tarixli 202 nömrəli Fərmanı və
27 oktyabr 2011-ci il tarixli 519 nömrəli Fərmanı ilə əlavə və dəyişikliklər edilmiş “Azərbaycan
Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə
edilməsi haqqında Qaydalar”a uyğun olaraq Fondun valyuta vəsaitinin idarə edilməsinə xarici
menecer (bundan sonra menecer) cəlb edildikdə menecerin özünün və ya onun əsas təsisçisinin
kredit reytinqi investisiya dərəcəli kredit reytinqindən (Baa3 (Mudiz) və ya BBB- (Standard ənd
Purz, Fiç)) aşağı olmamalı, və ya onun aktivlərinin idarə edilməsində beş ildən az olmayan müsbət
təcrübəsi, və yaxud dəyəri 1 milyard ABŞ dolları məbləğindən az olmayan aktivlərin idarə edilməsi
sahəsində səriştəsi olmalıdır.
2012-ci ilin fevral ayında ARDNF səhm portfelinin passiv idarə edilməsi üzrə Xidmət Təklifləri
Sorğusu elan etdi. Təqdim olunmuş təkliflərin ətraflı təhlili və qiymətləndirilməsindən sonra State
Street Global Advisors (SSgA) və UBS Global Asset Management (UBS) qalib elan olundu və 2012-
ci ilin iyun ayında ARDNF bu banklar ilə müqavilə imzaladı. Bundan başqa, 2 aprel 2012-ci ildə
Credit Suisse və Clariden Leu birləşdikdən sonra, Credit Suisse Clariden Leu-nun tamhüquqlu
sahibi oldu. Buna müvafiq olaraq, qeyd olunan tarixdən etibarən Clariden Leu-ya olan hər hansı
cari və gələcək istinadlar Credit Suisse-a ünvanlanmalı idi.
31 dekabr 2012-ci il tarixinə Dövlət Neft Fondunun vəsaitlərini idarə edən xarici menecerlər
bunlardır: Dünya Bankı, Deutsche AM, Credit Suisse, SSgA və UBS.