18
ÖLKƏ İQTİSADİYYATI VƏ NEFT FONDU
İLL
İK HESABAT
2012
İLL
İK
HESABAT
2012
AZ
Ə
RBAYCAN RESPUBL
İKASI
DÖVL
Ə
T NEFT FONDU
AZ
Ə
RBAYCAN RESPUBL
İKASI
DÖVL
Ə
T NEFT FONDU
ÖLKƏ İQTİSADİYYATI VƏ NEFT FONDU
19
2.3. Neft Fondunun xərcləri
2012-ci ildə Neft Fondunun xərcləri 10 573,6 milyon manat təşkil etmişdir. Fondun vəsaitlərinin
istifadəsi aşağıdakı istiqamətlər üzrə həyata keçirilmişdir:
1) Dövlət büdcəsinə transfert;
2) Sosial layihələrin maliyyələşdirilməsi;
3) İnfrastruktur layihələrinin maliyyələşdirilməsi;
4) İnsan kapitalının inkişaf etdirilməsi;
5) Fondun idarə edilməsi ilə bağlı xərclər.
Qrafi k 2.3.1.
Neft Fondunun 2012-ci il üzrə xərclərinin strukturu (milyon manat ilə)
Dövlət büdcəsinə transfert. 2012-ci ildə 9 905,0 milyon manat Neft Fondundan dövlət büdcəsinə
transfert edilmişdir ki, bu da Fondun ümumi xərclərinin 93,7%-ni təşkil etmişdir. 2003-cü ildən
etibarən Neft Fondundan dövlət büdcəsinə transfertlərin ümumi məbləği 35 085,0 milyon manat
təşkil etmişdir.
Qrafi k 2.3.2.
2003-2012-ci illərdə Neft Fondundan dövlət büdcəsinə transfertin illər üzrə
bölgüsü (milyon manat ilə)
Sosial və infrastruktur layihələrinin maliyyələşdirilməsi. 2012-ci ildə Neft Fondunun vəsaiti
hesabına aşağıdakı mühüm infrastruktur və sosial yönümlü layihələrin, habelə ölkənin insan
kapitalının inkişaf etdirilməsi ilə bağlı Dövlət Proqramının maliyyələşdirilməsi davam etdirilmişdir:
Qaçqınların və məcburi köçkünlərin sosial-məişət və məskunlaşma məsələləri ilə bağlı bəzi
tədbirlər. 2012-ci ildə bu tədbirlərin maliyyələşdirilməsinə 300,0 milyon manat vəsait ayrılmışdır.
2001-ci ildən etibarən bu tədbirlərin maliyyələşdirilməsinə ümumilikdə 1 157,8 milyon manat
vəsait yönəldilmişdir. Bu tədbirlər çərçivəsində 20 778 ailə üçün fərdi evlərdən ibarət 61 qəsəbə,
hündürmərtəbəli binalar və bir çox sosial-infrastruktur obyektləri tikilmişdir. Tədbirlərin əsas
məqsədi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində öz doğma yurdlarından
didərgin düşmüş qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət
vəziyyətinin yaxşılaşdırılması üçün yaşayış evlərinin, müvafiq sosial-mədəni və digər obyektlərin
tikintisini həyata keçirməkdir.
Samur-Abşeron suvarma sisteminin yenidən qurulması. 2012-ci ildə bu layihənin
maliyyələşdirilməsinə 200,0 milyon manat vəsait ayrılmışdır. 2006-cı ildən maliyyələşdirilən bu
layihə üzrə ümumilikdə 895,5 milyon manat vəsait ayrılmışdır. Layihənin sifarişçisi olan Meliorasiya
və Su Təsərrüfatı ASC-nin sifarişlərinə əsasən 2012-ci ildə ayrılmış vəsaitin 82,9 milyon manatı
Taxtakörpü su anbarının Su Elektrik Stansiyası ilə birgə tikintisinə, 80,8 milyon manatı Taxtakörpü-
Ceyranbatan kanalının tikintisinə, 35,8 milyon manatı Vəlvələçay-Taxtakörpü kanalının tikintisinə,
0,5 milyon manatı layihə işçi qrupunun saxlanılmasına ayrılmışdır. Layihənin əsas məqsədi Bakı
və Sumqayıt şəhərlərinin su təchizatı sistemləri üçün sabit su sərfinə malik etibarlı su mənbəyi
yaratmaq, suyun nəqlində mövcud enerji sərfini aradan qaldırmaq və bunun müqabilində 25 MVT
gücündə enerji istehsal etməkdir.
Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsi. 2012-ci ildə bu layihənin maliyyələşdirilməsinə
119,0 milyon manat ayrılmışdır. 2007-ci ildən maliyyələşdirilən bu layihə üzrə ümumilikdə 341,5
milyon manat vəsait ayrılmışdır. Layihənin əsas məqsədi Trans-Avropa və Trans-Asiya dəmir yolu
şəbəkələrinin birləşdirilməsi, yük və sərnişinlərin birbaşa olaraq Azərbaycan, Gürcüstan və Türkiyə
ərazilərindən keçməklə Avropa və Asiyaya çıxarılmasını təmin etmək və bununla region ölkələrinin
tranzit potensialının artırılmasıdır. Bu məqsədlə Türkiyə ərazisində 76 km və Gürcüstanın ərazisində
26 km uzunluğunda olan Qars-Axalkalaki dəmir yolu xəttinin tikintisi və Gürcüstan ərazisində
160 km uzunluğunda Marabda-Axalkalaki yolunun reabilitasiya-rekonstruksiyası işlərinin həyata
keçirilməsi nəzərdə tutulur.
20
ÖLKƏ İQTİSADİYYATI VƏ NEFT FONDU
İLL
İK HESABAT
2012
İLL
İK HESABAT
2012
AZ
Ə
RBAYCAN RESPUBL
İKASI
DÖVL
Ə
T NEFT FONDU
AZ
Ə
RBAYCAN RESPUBL
İKASI
DÖVL
Ə
T NEFT FONDU
ÖLKƏ İQTİSADİYYATI VƏ NEFT FONDU
21
İnsan kapitalının artırılması
2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı.
Bu proqramın icrası sayəsində “qara qızılın insan kapitalı”na çevrilməsi ideyası reallığa çevrilir.
2008-ci ildən maliyyələşdirilən bu layihə üzrə ümumilikdə 54,8 milyon manat vəsait ayrılmışdır.
2012-ci il ərzində Dövlət proqramının maliyyələşdirilməsi üçün 20 milyon manat məbləğində
vəsait istifadə olunmuşdur. Bu vəsait Dövlət Proqramı çərçivəsində xarici ölkələrdə təhsil alanların
yaşayış (11,9 milyon manat), təhsil haqqı (6,6 milyon manat), yol (0,8 milyon manat), tibbi sığorta
(0,3 milyon manat), viza və qeydiyyat (0,1 milyon manat), digər (0,3 milyon manat), o cümlədən
Dövlət Proqramı çərçivəsində Azərbaycanlı gənclərin xaricdə təhsilini təşkil etmək məqsədilə Təhsil
Nazirliyinin əməkdaşlıq etdiyi beynəlxalq tərəfdaş qurumların idarəetmə və təşkilati xərclərinin
(0,13 milyon manat) ödənilməsinə yönəldilmişdir. 01 yanvar 2013-cü il tarixinə bu proqram
vasitəsi ilə xaricdə təhsili maliyyələşdirilmiş tələbələrin sayı 1 590-a çatmış və 370 tələbə məzun
olmuşdur. 2007-2012-ci illərdə qeyd olunan proqramda Təhsil Nazirliyi tərəfindən müəyyən
olunmuş prioritet sahələr üzrə təhsil alan tələbələr arasında tibb, dövlət idarəetməsi, sənaye və
informasiya və kommunikasiya texnologiyaları ixtisaslarında təhsil alan tələbələr üstünlük təşkil
etmişdir. Xaricdə təhsil alan tələbələrin ölkələr üzrə bölgüsü Qrafik 2.3.3.-də verilmişdir.
Qrafi k 2.3.3.
Xaricdə təhsil alan tələbələrin ölkələr üzrə bölgüsü
Fondun idarə edilməsi ilə bağlı xərclər. Dövlət Neft Fondunun 2012-ci il üzrə təsdiq edilmiş
büdcəsinin “Dövlət Neft Fondunun idarəetmə xərcləri” maddəsi çərçivəsində hesabat ili ərzində
Fond tərəfindən 29,6 milyon manat vəsait ayrılmış və bu vəsait Fondun büdcə xərclərinin 0,3 %-ni
təşkil etmişdir.
Dövlət Neft Fondunun idarə edilməsi ilə bağlı xərclərin tərkibində əməyin ödənişi fondu üzrə
xərclər 2,35 milyon manat, malların (işlərin və xidmətlərin) satınalınması ilə bağlı xərclər 0,94
milyon manat, təqaüdlər və sosial müavinətlər 0,06 milyon manat, qrant və digər ödənişlər 0,04
milyon manat, digər xərclər 4,59 milyon manat, qeyri-maliyyə aktivlərinin alınması ilə bağlı xərclər
21,64 milyon manat təşkil etmişdir.