İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ.
5
istifadə olunması, inkişafı, fəaliyyəti və s. məsələləri öyrənir. Bu gün insan tərəfindən mədəniyyət
fenomeninin kəşfi, onun mexanizminin açılması, cəmiyyətin intellektual səviyyəsinin yüksəldilməsini tələb
edir. Bu həm də insanın özünün cəmiyyətdəki yerinin və rolunun müəyyən edilməsinə, bir mədəniyyətin
digərindən fərqlənməsinə kömək edir. Kulturologiya insanın mənəvi aləmini, şəxsiyyətin müəyyən sosio-
kultur rolunu, insanın mədəni təkmilləşməsi,
həyat tərzini, mentalitetini, əxlaqi-mənəvi keyfiyyətlərini və
dəyərlərini, insanla elmin qarşılıqlı münasibətini və s. öyrənir. Bu mənada qloballaşan dünyada kulturologiya
Azərbaycan cəmiyyəti üçün olduqca zəruri bir elmdir. Bu elm mövcud cəmiyyətdə yeridilən mədəniyyət
siyasətinin əsas prioritetlərini müəyyən edir. Mədəniyyət üçün prioritet olan kulturologiya sahəsi bu gün
bəşəriyyətin min illərlə yığıb saxladığı, zənginləşdirdiyi və gələcək nəsillərə layiqli səviyyədə çatdırdığı
mənəvi sərvətlər toplusudur ki, bu toplunu qorumağa isə biz hamımız borcluyuq.
İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ.
6
İBTİDAİ DÖVRÜN MƏDƏNİYYƏTİ VƏ İNCƏSƏNƏTİ
Yer üzündə yaşamış insanlar öz həyat tərzləri ilə bağlı tarixi-kulturoloji iz qoyub getmişlər.
Keçmişə
aid olan maddi mənbələr (əşyalar), yazılı qaynaqlar bu günə qədər qalır və tarixi, kulturoloji baxımdan
öyrənməyə imkan verir. Maddi mənbələr əsasən yaşayış yerlərindən və qəbir abidələrindən əldə edilir. Yazılı
qaynaqlar, kitabələr isə qayalar, daşlar, sümük və gil lövhələr, papirus və s. əşyalar üzərindədir.
Maddi mədəniyyət abidələri (yaşayış yerləri, qəbir abidələri, qayaüstü təsvirlər və s.) və tədqiqat
nəticəsində əldə edilmiş materiallar (əmək alətləri, silahlar, bəzək əşyaları və s.)
qədim keçmişi öyrənmək
üçün çox əhəmiyyətli tarixi-kulturoloji mənbələrdir. Bu abidələr vasitəsilə qədim insanların yaşayış evləri,
istifadə etdikləri əmək alətləri,
adət-ənənələri, dini görüşləri haqqında məlumatlar əldə edilir, onların yaşayış
və məişət tərzi, məşğuliyyəti və ictimai münasibətləri kulturoloji baxımdan öyrənilir.
Müxtəlif tipli qəbir abidələri-daş qutu qəbirlər, torpaq qəbirlər, kurqanlar, küp qəbirlər, taxta qutu,
katakomba və onlardan əldə edilmiş materiallar qədim insanların adət-ənənələri, dünyagörüşləri, dini
inancları və s. haqqında geniş kulturoloji məlumatlar verir.
Qəbir abidələri insanlar arasında müxtəlif dəfn mərasimlərinin mövcud olduğunu göstərir. Mərhumun
qırmızı oxra ilə boyanması, parçalanaraq, yandırılaraq dəfn edilməsi adətləri olmuşdur. Dəfn adətləri və
qəbir avadanlıqları qədim insanların axirət dünyasına inamlarının olduğunu göstərir.
Təqribən beş min il bundan əvvəl bəzi xalqlarda yazı meydana gəlmişdir. Papirus, gil lövhələr, ağac,
daş, dəri, parça, kağız və s. üzərində yazılı tarixi mənbələr dövrümüzə qədər gəlib çıxmışdır. Hələ qədimdə
əl ilə kitablar yazılmışdı. İsgəndəriyyə kitabxanasında 700 min cild əlyazmasında kitab olmuşdur. İndiyə
qədər qalmış yazıların çoxu oxunmuşdur, lakin hələ də alimlərin oxuya bilmədiyi bəzi yazılı mənbələr var.
Alimlər bu yazılı tarixi mənbələr (sənədlər) əsasında tarixi-kulturoloji biliklər əldə edirlər.
Qədim Şərq ölkələri geniş coğrafi ərazidə təmsil olunmuşdu. Ən
qədim Şərq dövlətləri Misir,
İkiçayarası (Mesopotamiya), Aralıq dənizinin şərqində, Kiçik Asiya, İran, Hindistan, Çin və digər ölkələrin
ərazisində meydana gəlmişdi. Qədim ölkələrin siyasi və ictimai-iqtisadi problemlərinin, mədəniyyət və etnik
proseslərinin öyrənilməsi bu ölkələrin ayrı-ayrılıqda tarixi, ümumi, fərdi və özünəməxsus cəhətləri barədə
təsəvvür yaratmağa imkan verir. Fərqli cəhətlərinə baxmayaraq, qədim Şərq
ölkələri vahid orqanizm idi, biri
digəri ilə siyasi, iqtisadi, mədəni və etnik təmasda inkişaf tapırdı.
Qədim Şərq dövlətləri bir neçə inkişaf mərhələsi keçmişlər. İlkin mərhələni sinifli cəmiyyət və
dövlətin meydana gəlməsi dövrü təşkil edir. Bu mərhələnin e.ə. IV minilliyin sonu - III minilliyin xronoloji
çərçivəsində müəyyənləşdirmək olar. Bu zaman Şərqin erkən dövlət qurumları meydana gəlmiş və bəziləri
həmin dövrdə də tənəzzülə uğramışlar. Bununla yanaşı, quldarlıq ictimai-iqtisadi münasibətlərin ilk
ünsürləri özünü büruzə vermiş, işğalçılıq siyasətinin əsası qoyulmuş, xarici və daxili ticarət inkişaf
etmişdi.
Orta mərhələ yeni, əvvəlki dövrə nisbətən sayca daha çox dövlət qurumlarının meydana gəlməsi,
işğalçılıq müharibələrinin güclənməsi, quldarlıq istehsal üsulunun bərqərar olması, siyasi, iqtisadi və mədəni
əlaqələrin genişlənməsi və nəhayət, bu dövrün dövlətlərinin tənəzzülə uğraması ilə səciyyələnir. Eyni
zamanda, “imperiya” xüsusiyyətli dövlətlərin yaradılmasına meyl artır. Bu mərhələ xronoloji cəhətdən e.ə. II
və I minillikləri əhatə edir. Bundan sonrakı mərhələdə rəqabət aparan dövlət və sülalələr meydana gəlir,
quldarlıq quruluşunun böhranı başlayır və feodalizm ünsürləri üzə çıxır. Eyni zamanda, bir sıra qədim
dövlətlər siyasi təsir dairəsini genişləndirmək uğrunda mübarizə aparır. Bu mərhələ e.ə. IV əsrdən eramızın
III-IV əsrlərinə qədər davam edir.
İbtidai-icma quruluşunun dağılması və sinifli cəmiyyətin meydana gəlməsi ilk dəfə qədim Şərqdə baş
vermişdir. Quruluşa xas olan bir sıra təsərrüfat formaları,
dini təsəvvürlər, adət-ənənələr, incəsənət
formalarının izləri sonrakı tarixi mərhələlərdə də öz əksini saxlamışdır.
Dövlət də ilk dəfə Qədim Şərqdə meydana gəlmişdir. Dövrün ideologiyasının əyani vasitəsi olan dini
“idarələr”-məbədlər ilk dəfə Qədim Şərqdə meydana gəlmişdi. Sadə məbədlər ilə yanaşı əzəmətli, bir neçə
mərtəbəli zikkuratlar (qülləli məbədlər) inşa edilirdi. Məbədlərdə xidmət edən kahinlər təbəqəsi yaranmışdı.
Ön Qafqaz və Orta Asiya ölkələrində dövlətlərin meydana gəlməsi bu mərhələnin müxtəlif dövrlərinə
təsadüf edir.
Qədim Şərqdə mədəniyyət və incəsənətin müxtəlif sahələri inkişaf etmişdi. Əfsanəvi nağıllar janrı,
tarixi-əfsanəvi ədəbiyyat nümunələri, ədəbiyyat, fəlsəfi fikirlər,
təsviri sənət, elmi istiqamətlər qədim Şərq
xalqlarının fəaliyyətinin və bədii yaradıcılığının bəhrəsi olmuşdur. Xüsusilə Babil, Hind, Misir, Fələstin
ölkələrindən bu sahəyə aid zəngin təsviri sənət nümunələri dövrümüzə gəlib çatmışdır.
İlk yazı növü - piktoqrafiya (şəkli yazı, heroqlif) qədim Şərqdə icad edilmişdir. Qədim şumerlər,
hindlilər, elamlar pıktoqrafik yazı sistemini yaratmış və bundan təsərrüfat hesabı aparmaq uçun istifadə
etmişlər. E.ə. IV minilliyin sonunda piktoqrafiya artıq tətbiq olunurdu. Piktoqrafiyanın ümumi oxşar
cəhətlərinə baxmayaraq, onu işlədən hər bir xalqın ayrılıqda müstəqil yazı yaradıcılığı olmuşdur.
Şəkli yazı mürəkkəb fikirləri ifadə edə bilmirdi. Elamda şəkli yazı əsasında xətti yazı yaradılmışdı.