İ. Hüseynov, N. Əfəndiyeva
. QƏDİM DÜNYA MƏDƏNİYYƏTİ.
9
qəbiləni daha çox qida ilə təmin edirdi. Beləliklə, yığıcılıqdan əkinçilik meydana. gəldi.
İnsanlar ilk dəfə iti əhliləşdirmişlər. İt və oxla ov uğurlu olurdu. İt ovu axtarıb tapır, insan ovu uzaqdan
oxla vura bilirdi. Bu da qəbilədə qida bolluğu yaradırdı. İnsanlar quzu, çəpiş, donuz balası, buzovu və digər
heyvan balalarını kəsmədilər, onları saxlayıb böyütdülər. Beləliklə, ovçuluqdan maldarlıq meydana gəldi.
İnsanlar indiyə kimi təbiətdə olan heyvanları ovlayır, balıq tutur, bitki toplayırdılar. Əkinçilik və maldarlıq
yaranandan sonra insanlar özləri əkir, taxıl toplayır, heyvan saxlayır, öz tələbatlarını ödəyirdilər. Yığıcılıq və
ovçuluq artıq yardımçı təsərrüfat sahələrinə çevrildi.
Neolit dövründə insanlar cilalı daş baltalardan, balıqçılıqda tordan, harpundan,
qarmaqdan istifadə
etmiş, əkinçiliyin inkişafı ilə oturaq həyat tərzinə keçmişdi. Neolit dövründə gil (saxsı) qablar istehsalı,
əyiricilik, toxuculuq meydana gəlmişdir. Kətan nə yun liflərindən sap əyirir, sapdan parça toxuyur,
parçalardan dəriyə nisbətən yüngül və rahat paltar tikirdilər. Alimlər bu yenilikləri “neolit inqilabı”
adlandırmışlar.
Avropanın şimalında meşə zolağında ovçu və balıqçı tayfalar su yaxınlığında, çay kənarlarında
məskən salırdılar. Sibirdə ən qədim neolit mədə-niyyəti V minilliyə aiddir. Türkmənistanda
Çeytun əkinçilik
məskəni, Anadoluda Çayönü və “Çatal hüyük” mədəniyyətləri Neolit dövründə yaranmışdır. E.ə. VII
minillikdə ehtimal ki, Zaqros dağlarında əkinçilik və maldarlıq meydana gəlmişdir. Zaqros dağları və
Anadolu buğdanın və arlanın vətəni olmuş və buradan dünyanın digər ərazilərinə yayılmışdır.
Eneolit (“eneos” - latınca mis, “litos” isə yunanca daş deməkdir, mis-daş) dövrü e.ə. VI-IV minillikləri
əhatə edir. Bəşər tarixində metal əsri mis dövrü ilə başlayır. İnsanın istifadə etdiyi ilk metal mis olmuşdur.
Mis emalının qədim izləri Ön Asiyada təqribən 7 min il bundan əvvəl Anadoludakı Çayönü,
Çatal hüyük
məskənlərində və Mesopotamiyada tapılmışdır. İnsanlar misdən balta, xəncər, nizə, bəzək əşyaları, evdə
işlənən əşyalar düzəltməyə başladılar. Mis yumşaq olduğuna görə daşı sıxışdıra bilmədi. Mislə yanaşı daş
alətlər də işlədilirdi. Elə buna görə də bu dövrə mis-daş dövrü deyirlər. Bu dövrdə toxa əkinçiliyi üstünlük
təşkil edirdi, çiy kərpicdən evlər tikilir, gildən qadın fiqurları düzəldilir, boyalı qab istehsalı genişlənirdi.
Eneolit dövründə əhali cənubda əkinçilik, maldarlıqla, sənətkarlığın müxtəlif sahələri ilə məşğul
olurdular. Lakin şimalda əhalinin əsas məşğuliyyəti ovçuluq və yığıcılıq idi.
Torpaq toxa ilə becərilir, taxıl
sümük və buynuzdan düzəldilmiş oraqlarla biçilir, əl dəyirmanında üyüdülürdü. Əkinçilər oturaq həyat
tərzində yaşayırdılar. Eneolit dövrünə aid abidələr Anadoluda, Mesopotamiyada, Orta Asiyada (Anau,
Hamazqantəpə və s.), Ukraynada (Tripolye mədəniyyəti və s.) Azərbaycanda (Kültəpə, Şoumtəpə və s) və
digər ərazilərdə aşkar edilmişdir.
Qədim insanların birlikdə çalışdıqları nə ümumi əmlaka birlikdə sahib olduqları Neolit dövründə gil
(saxsı) qablar istehsalı, əyiricilik, toxuculuq meydana gəlmişdir. Kətan nə yun liflərindən sap əyirir, sapdan
parça toxuyur, parçalardan dəriyə nisbətən yüngül və rahat paltar tikirdilər. Alimlər bu yenilikləri “neolit
inqilabı” adlandırmışlar.
Avropanın şimalında meşə zolağında ovçu və balıqçı tayfalar su yaxınlığında, çay kənarlarında
məskən salırdılar. Sibirdə ən qədim neolit mədəniyyəti V minilliyə aiddir. Türkmənistanda Çeytun əkinçilik
məskəni, Anadoluda Çayönü və “Çatal hüyük” mədəniyyətləri Neolit dövründə yaranmışdır. E.ə. VII
minillikdə ehtimal ki, Zaqros dağlarında əkinçilik və maldarlıq meydana gəlmişdir. Zaqros dağları və
Anadolu buğdanın və arlanın vətəni olmuş və buradan dünyanın digər ərazilərinə yayılmışdır.
İbtidai (buna arxaik də deyirlər) mədəniyyət bəşəriyyət tarixinin ilkin mərhələlərində meydana
gəlmişdir. İbtidai (arxaik) mədəniyyətin bir sıra xüsusiyyətləri diqqəti cəlb edir. Hər şeydən əvvəl, ibtidai
mədəniyyət ən qədim mədəniyyət tipidir, o bütövlükdə ibtidai insanların bütün tarixi boyu onların varlığını
müəyyən edir. İkincisi, bizimlə «yanaşı» yaşayan və bir sıra adamların təkəbbürlə primitiv
mədəniyyət
adlandırdığı xalqların ibtidai, arxaik mədəniyyəti müasir dövrdə də vardır. Üçüncüsü, qədim mədəniyyət
müasir mədəniyyətin üzvi və olduqca əhəmiyyətli hissəsini təşkil edir. Tədqiqatçılar mədəniyyətin insanlara
öz davranışını təşkil etmək üçün bir sıra strategiyalar bəxş etdiyini göstərirlər. İbtidai, arxaik
mədəniyyətlərdə təqlid strategiyası mühüm yer tutur. İkinci strategiya məkan-zaman əlaqələri və
asılılıqlarının fərdi-sistematik müşahidəsidir. Bu barədə çoxlu misallar gətirə bilərik.
Onlardan bir neçəsini
nəzərdən keçirək. «Qara pəncə» adlı hindu qəbiləsi qabaqcadan baharın gəlişini öldürülmüş dişi bizonun
(vəhşi öküzün) bətnindəki rüşeymin inkişaf səviyyəsi ilə xəbər verə bilirdilər. Bu cür qabaqcadan
xəbərvermə adətən dəqiq olurdu. Yaxud da hindu osaqa qəbiləsi vəhşi bitkilər-qarğıdalı və vəhşi öküzü
ovsunda birləşdirirdi. Bu çulğaşma aşağıdakı kimi izah olunurdu. Yayda osaqa qəbiləsi çöldə qarğıdalı
çiçəklənənə qədər vəhşi öküzü ovlayırdı. Onlar yaxşı bilirdilər ki, qarğıdalı çiçək açdıqdan az sonra
yetişməyə başlayır. Bu o demək idi ki, qarğıdalı məhsulunu yığmağa qayıtmaq vaxtı gəlib çatmışdır.
Üçüncü strategiya analogiyaya görə əqli nəticənin çıxarılmasıdır.
Animist təfəkkürün oxşar
əlamətlərini ayırmaq zərurəti buradan doğur. Animistik təfəkkür isə yer üzünü, təbiəti ilahi qüvvələr, ruhlar
və iblislərlə doldurur. Bu strategiyanı təsdiq edən nümunələr çoxsaylıdır. Məlum olduğu kimi, piqmey
tayfalarının biri dişə bənzər çovdar mahmızı ilan vuran zamanı çarə kimi tətbiq edirdilər.
Yaxud da paleolit
dövründə bəşəriyyətin mədəni inkişafında böyük inqilab sayılan odu götürək. Bütün xalqların mifologiya və