İmamların siması tarix guşəsində



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə41/57
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32088
1   ...   37   38   39   40   41   42   43   44   ...   57

İmamların siması tarix guşəsində
 
..................................................................................................................... 
122 
 
Misrin  görkəmli  müasir  alimi  yazır:  «...Sonra  çox  keçmədi  ki, 
müsəlmanlar  yad  mədəniyyətlərlə,  xüsusi  ilə  Yunan  mədəniyyəti  ilə  və  hər 
ş
eydən çox yunan fəlsəfəsi ilə tanış oldular. Bunlar get-gedə müsəlmanlarda 
təsir  qoyur.  Belə  ki,  müsəlmanlar  o  elmləri  öz  dinlərini  müdafiə  etmək 
vasitəsi kimi qərar verdilər. O zaman daha da böyük addım ataraq ağılı hər 
bir  şeyə  hakim  bildilər.  Və  belə  hesab  etdilər  ki,  bir  tək  ağıl  bütün  mərifət 
sərçeşməsidir.  Beləliklə  tədricən  özlərini  Vəhy  qaynağından  ehtiyacsız 
bildilər.  Ağıl  haqqında  olan  ifrat  dərəcədə  olan  inamları  onları  aldatdı, 
nəticədə ifrata və haqdan uzaqlaşmağa giriftar oldular. Həmin səhvlər səbəb 
oldu  ki,  ixtilaf  qapıları  üzlərinə  açılsın,  hər  bir  cəmiyyət  müəyyən  dəlillərə 
arxalansın. Bu səbəbdən də o zamanda məzhəblərin sayı yetmişi ötdü.
1
  
Ş
übhəsiz o zaman Abbasilərin sarayında elə də təqvalı, canyandıran elm 
adamları yox idi ki, yadların elmi əsərlərini təhqiq və müzakirə etsin. Və onu 
slami  baxış  süzgəcindən  keçirsin.  Qeyri  xalis,  azdırıcı  mövzuları  çıxarıb, 
səhih və iradsız məsələləri  slam ictimaiyyətinin ixtiyarında qoysun. 
Bu  cür  (fikri  və  mədəni)  şəraitin  mövcud  olması  səkkizinci  mamın  (ə) 
öhdəsində böyük bir vəzifə qoyurdu. O,  slamın rəhbər və keşikçisi bu xətərli 
vəziyyətdən  agah  idi.  Buna  görə  də  mam  (ə)  ideologiya  fırtınalarının  və 
xətərli  fikirlərin  qarşısında  möhkəm  müqavimət  göstərdi.  Mübahisə 
məclislərində,  azad  müzakirələrdə  şəxsən  iştirak  edərək,  böyük  filosofların, 
kəlam elm adamlarının və kitab əhli böyüklərinin şübhə və sözlərinin əsassız 
olduğunu açıqladı.  slamın əqidə və mədəniyyətinin əsalətini qorudu.  
Bu  mübahisə  və  müzakirə  məclisləri  ki,  Məmunun  təklifi  ilə  onun 
hüzurunda təşkil olunurdu çox dərin möhtəvalı və  maraqlı idi ki, bu günlər 
də (arasından 1200 il keçməsinə baxmayaraq) elmi müşkül və şübhələri həll 
edərək,  bir  çox  məsələləri  izah  edib  açıqlayır.  Nümunə  olaraq  bu 
müzakirələrin bir neçəsi aşağıdakılardan ibarətdir: 
Məsihi katolikosu ilə müzakirə; Rəsül-calutla müzakirə; Hürbüzi-əkbərlə 
müzakirə;  mrani-sabii ilə müzakirə; Süleyman Mərvəzi ilə müzakirə; Əli ibn 
Məhəmməd  ibn  Cəhimlə  müzakirə;  Bəsrə  şəhərinin  müxtəlif  məzhəb 
başçıları ilə müzakirə. 
Bu  müzakirələrin  hər  biri  elə  əhəmiyyətli  mənaya  malik  olub  ki,  sədası 
ölkəni başdan-başa dildən-dilə dolanıb yaşamışdır. 
                                                            
1
 
Ayineyi  slam, səh.266 


.............................................................................................................  
İmamların siması tarix guşəsində 
123 
 
 
  
 
 
 
 
MAM MƏHƏMMƏD TƏQ  (Ə
 
 
 
 
 
 
 
 
 
mam Məhəmməd Təqinin (ə) həyatı barədə qısa məlumat 
 
Doqquzuncu  mamın  adı  Məhəmməd,  künyəsi  Əbu  Cəfər,  ləqəbi  Təqi 
və Cavad olmuş, hicrətin 195-ci ilində Mədinə şəhərində anadan olmuşdur. 
 Onun  atası  8-ci  mam  mam  Rza  (ə),  anası  isə  Səbikə  xanımdır. 
Peyğəmbərin  həyat  yoldaşı  olmuş  Mariya  Qibtiyyənin  nəslindən  hesab 
olunan Səbikə xanım əxlaqi dəyərlər baxımından yüksək mərtəbədə durur 
və  öz  dövrünün  qadınlarının  ən  üstünü  hesab  olunurdu.
1
 Belə  ki,  mam 
Rza (ə) o xanımı pak, nəcabətli və fəzilətli bir qadın kimi yad edirdi
2
.  
mam  Cavadın  (ə)  atası  vəfat  edərkən  təxminən  səkkiz  yaşı  olmuş,  25 
yaşında  olarkən  şəhadətə  yetişmiş,  Bağdadın  Qüreyş  qəbristanlığında 
babası  mam Kazimin (ə) məzarının yanında dəfn olunmuşdur
3
.  
 
                                                            
1
 
sbatul-vəsiyyə, səh.209 
2
 
Biharul-ənvar, c.50, səh.15 
3
 
Usul-Kafi, c.1, səh.492 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə