İmamların siması tarix guşəsində



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə52/57
tarix15.03.2018
ölçüsü2,8 Kb.
#32088
1   ...   49   50   51   52   53   54   55   56   57

İmamların siması tarix guşəsində
 
..................................................................................................................... 
152 
 
şə
hərinizdəki bütün şiələrim və o tərəflərdə haqdan dönməyən bütün şəxslər 
bizə çatdırılacaq şəri vergiləri  brahim ibn Əbduha, o isə Raziyə, ya da onun 
dediyi bir şəxsə təhvil verməlidir. Bu, mənim əmrimdir...”
1
  
Bu məktubdan şiələrin maddi vəziyyətini dirçəltməkdə böyük rol oynayan 
şə
ri  vergilərin  yığılması  məsələsindən  əlavə,  belə  başa  düşülür  ki,  mamın 
nümayəndələrinin  müəyyən  mərtəbələri  olmuş,  hər  birinin  fəaliyyət  dairəsi 
həmin mərtəbəyə əsasən, müəyyən edilmişdi. Toplanmış şəri vergilər axırda 
ə
sas nümayəndəyə, ondan da birbaşa  mama çatdırılmalı idi.  
Görkəmli  tarixçi  Məhəmməd  ibn  Cərir  Ət-Təbəri  yazır:  “Əhməd  ibn 
shaq  Qummi  Əşəri  Şeyx  Səduqun  müəllimi  və  mam  Həsən  Əskərinin  (ə) 
nümayəndəsi  olmuşdur.  mam  Həsən  Əskəri  (ə)  vəfat  etdikdən  sonra  isə 
Həzrət  Sahib  əz-Zamanın  (ə)  nümayəndəsi  olmuşdur.  O  Həzrət  ona 
məktublar  yazır,  o  da  Qum  və  onun  ətraf  məntəqələrindən  şəri  vergiləri 
toplayıb ona çatdırırdı.” O, (Əhməd ibn  shaq) Qum şiələrindən topladığı yüz 
altmış kisə qızıl-gümüşü  mam Zamana (ə) çatdırır ki, bu da toplanmış şəri 
vergilərin külli miqdarda olduğunu göstərir.
2
  
Ə
hvazlı  brahim  ibn  Məhziyar  da  mam  Həsən  Əskərinin  (ə) 
nümayəndələrindən  biri  olmuşdur. O,  topladığı  bir  qədər  şəri  vergini  mam 
Həsən Əskəriyə (ə) çatdıra bilməmiş, o Həzrətin şəhadətindən sonra  brahim 
xəstələndiyindən  oğlu  Məhəmmədə  vəsiyyət  edir  ki,  yığılmış  şəri  vergiləri 
Həzrət  Məhdi  əleyhissəlama  çatdırsın.  O,  atasının  vəsiyyətini  yerinə 
yetirərək atasının əvəzinə on ikinci  mamın nümayəndəsi təyin olunur.
3
  
mam  Həsən  Əskərinin  (ə)  nümayəndələrinin  başında  Məhəmməd  ibn 
Osman Əmri dururdu. Digər nümayəndələr isə onun vasitəsilə  mamla əlaqə 
saxlayırdılar.  Onlar  adətən  topladıqları  şəri  vergiləri  Məhəmmədə,  o  isə 
onları  mam Həsən Əskəriyə (ə) çatdırırdı.
4
  
 
 
 
 
                                                            
1
 
Biharul-ənvar, c.50, səh.219-223 
2
 
Dəlailul-imamə, səh.272 
3
 
Ə
l-ehticac, səh.257 
4
 Mərifyətur-rical, səh.532 
 
 


.............................................................................................................  
İmamların siması tarix guşəsində 
153 
 
Qasidlər və məktublar 
 
mam  Həsən  Əskəri  (ə)  tərəfdarları  mərkəzlərində  nümayəndələr  təyin 
etməkdən  əlavə,  qasidlər  vasitəsilə  də  şiələrlə  əlaqə  saxlayır  və  bu  yolla 
onların  müşkülatını  həll  edirdi.  Bu  sahədə  mam  Həsən  Əskərinin  (ə)  ən 
yaxın  dostlarından  biri  olan  Əbül-Ədyanın  misilsiz  xidmətlərini  nümunə 
göstərmək  olar.  O,  mamın  məktublarını  müxtəlif  yerlərdə  yaşayan  şiələrə 
çatdırır,  eləcə  də  şiələrin  mama  yazdığı  məktubları,  sualları,  həmçinin 
onların  çətinlik  və  müşkülatını,  habelə  mama  göndərdikləri  şəri  vergiləri 
Samirraya gətirərək  mama çatdırırdı.  
Qasidlərdən  başqa  mam  Həsən  Əskəri  (ə)  məktublaşma  yolu  ilə  də 
ş
iələrlə  əlaqə  saxlayır  və  onları  öz  hidayət  qanadı  altına  alırdı.  mamın  ibn 
Babəveyhə yazdığı məktub bu məktublaşmalardan bir nümunədir.
1
  
Bundan əlavə, o Həzrət Qum və Ave şəhərlərinin şiələrinə də iki məktub 
yazmışdır.  Bu  məktublar  hədis  kitablarında  dərc  olunmuşdur.  (Həmin 
mənbə) 
 Müxtəlif  münasibətlərlə  o  Həzrətin  yazdığı  başqa  məktublar  da  vardır. 
Bir rəvayətə görə  mam Həsən Əskəri (ə) şəhadətindən bir neçə  gün  qabaq 
hicrətin  iki  yüz  altmışıncı  ili  rəbiül-əvvəl  ayının  səkkizində  Mədinə 
camaatına çoxlu məktub yazmışdır.
2
  
 
3.
  Gizli siyasi fəaliyyətlə
 
Abbasilər hökumətinin ciddi nəzarətinə baxmayaraq  mam Həsən Əskəri 
(ə) bir sıra gizli siyasi fəaliyyətlər aparmış, bu fəaliyyətlər zamanı çox incə 
və  gizli  metodlardan  istifadə  edərək  saray  casuslarının  gözündən  uzaq 
olmuşdur.  Bu  fəaliyyətlərə  dair  çoxlu  nümunələr  vardır,  lakin  biz  aşağıda 
qeyd etdiyimiz iki nümunə ilə kifayətlənirik: 
1)  mam  Həsən  Əskərinin  (ə)  ən  yaxın  və  səmimi  dostlarından  olan 
Osman ibn Səid Əmri yağ satmaq adı altında gizli fəaliyyət göstərirdi. Şiələr 
şə
ri  vergilərini  mama  göndərmək  istəyəndə  onu  Osmana  verir,  o  isə  yağ 
qablarına qoyub onu  mama çatdırırdı.
3
 
                                                            
1
 
Biharul-ənvar, c.50, səh.317 
2
 
Biharul-ənvar, səh.331 
3
 
Ə
l-ğeybə, səh.214 


İmamların siması tarix guşəsində
 
..................................................................................................................... 
154 
 
2)  mam  Həsən  Əskərinin  (ə)  hamamını  qızdırmaq  üçün  odun  daşıyan 
Davud  ibn  Əsvəd  deyir:  Bir  gün  mam  məni  çağırıb  mənə  qalın,  uzun  və 
dairəvi  bir  çubuq  verib  buyurdu  ki,  bu  çubuğu  apar  ver  Osman  ibn  Səidə. 
Mən çubuğu götürüb yola düşdüm. Yolda bir nəfər su daşıyanla rastlaşdım. 
Onun  qatırı  yolu  kəsmişdi.  O,  məndən  qatırı  kənara  çəkmək  üçün  kömək 
istədi.  Mən  mamın  verdiyi  çubuğu  qaldırıb  qatıra  çəkdim.  Çubuq  sındı, 
gözüm  çubuğun  içərisində  olan  məktublara  sataşdı.  Tez  çubuğu  qoltuğuma 
vurub  geri  qayıtdım.  Su  daşıyan  isə  məni  söyə-söyə  qaldı...  mamın  evinə 
çatdıqda  o  Həzrətin  xadimi  qabağıma  çıxıb  dedi:  “Ağa  deyir  ki,  nə  üçün 
çubuğu  qatıra  vurub  sındırdın?”  Dedim  ki,  bilmirdim  çubuğun  içərisində 
məktub var.  mam buyurdu: “Nəyə görə elə bir iş görürsən ki, sonradan üzr 
istəməli olasan? Bundan sonra bir də belə bir iş görmə. Əgər eşitsən ki, bir 
nəfər  bizi  söyür,  yenə  də  işin  olmasın,  çıx  yolunu  get.  Biz  çox  pis  şəhərdə 
yaşayırıq.  Sən  ancaq  öz  işini  gör.  Bunu  da  bil  ki,  sənin  bütün  işlərin  bizə 
çatdırılır.”
1
  
Bu  hadisədən  məlum  olur  ki,  mam  Həsən  Əskəri  (ə)  gizli  məktubları 
çubuğun  arasına  qoyub  sirsaxlayan  və  etimadını  doğrultmuş  Osman  ibn 
Səidə göndərir. Özü də bu işi vəzifəsi hamam qızdırmaq üçün odun daşıyan 
və heç kəsin gümanına gəlməyən bir şəxsə tapşırır. Ancaq onun ehtiyatsızlığı 
ucbatından az qala bu sirrin üstü açılacaqdı. 
 
4.
  Şiələri maddi cəhətdən təmin etmə
 
mam  Həsən  Əskərinin  (ə)  fəaliyyətlərindən  biri  də  şiələri,  xüsusən  də, 
yaxın  dostlarını  maddi  cəhətdən  təmin  etmək  idi.  O  Həzrətin  həyatı  barədə 
mütaliə  edilsə,  bəzi  vaxtlar  şiələrdən  bir  neçəsinin  mamın  hüzuruna  gedib 
yoxsulluqdan  şikayətlənməsinin,  mamın  da  onların  maddi  ehtiyacını 
ödəməsinin  şahidi  olarıq.  Hətta  bəzi  vaxtlar  özləri  şikayətlənməzdən  qabaq 
mam özü onların maddi ehtiyacını aradan qaldırırdı.  mam Həsən Əskərinin 
(ə)  bu  hərəkəti  şiələrin  maddi  çətinlik  ucbatından  hökumətə  tərəf  cəlb 
olunmasının  qarşısını  alırdı.  Buna  dair  aşağıdakı  nümunələri  qeyd  etmək 
olar: 
                                                            
1
 
Mənaqib, c.4, səh.427 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə