İmmunologiya


) Pollinozlu xəstələrə nə zaman dəridaxili sınaq qoyulur?



Yüklə 1,35 Mb.
səhifə6/15
tarix17.11.2017
ölçüsü1,35 Mb.
#10733
1   2   3   4   5   6   7   8   9   ...   15

353) Pollinozlu xəstələrə nə zaman dəridaxili sınaq qoyulur?
A) Müsbət anamnez və skarifikasiya sınağının yalançı-müsbət nəticələri olduqda

B) Müsbət anamnez və skarifikasiya sınağının mənfi nəticələri olduqda

C) Müsbət anamnez və skarifikasiya sınağının şübhəli nəticələri olduqda

D) Müsbət anamnez və skarifikasiya sınağının inandırıcı nəticələri olduqda

E) Mənfi anamnez və skarifikasiya sınağının mənfi nəticələri olduqda
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.420
354) Pollinoz zamanı provakasion allergik sınaqlar nə zaman tövsiyə olunur?
A) Müsbət skarifikasiya və mənfi dəridaxili sınaqlar zamanı

B) Anamnez və dəri sınağı nəticələri üst-üstə düşmədikdə

C) Dəri sınağı nəticələrindən asılı olmadan

D) Mənfi skarifikasiya və müsbət dəridaxili sınaqlar zamanı

E) Anamnez və kliniki nəticələr dəri sınağı ilə üst-üstə düşdükdə
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.421
355) Provakasion konyuktival testi aparmaq nə zaman məqsədəuyğundur?
A) Qabarıq şəkildə tozcuq riniti olduqda

B) Rinokonyuktival sindrom zamanı

C) Tozcuq astması təcrid olunduğu zaman

D) Tozcuq konyuktiviti təcrid olunduğu zaman

E) Tozcuq riniti olduğu zaman
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.421
356) Tozcuq allergenləri ilə provakasion konyuktival test hansı qatılıqda aparılır?
A) Allergeni 4 dəfə durulaşdırdıqda

B) Allergeni 10 dəfə durulaşdırdıqda

C) Quru tozcuqla

D) Allergeni 8 dəfə durulaşdırdıqda

E) Allergeni 2-qat durulaşdırdıqda
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.421
357) Provakasion nazal testləri nə zaman aparmaq məqsədəuyğundur?
A) Tozcuq astması təcrid olunduğu zaman

B) Tozcuq konyuktiviti təcrid olunduğu zaman

C) Sadalananların hamısı

D) Rinokonyuktival sindrom zamanı

E) Atrofik rinit zamanı
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.421
358) Tozcuq allergenləri ilə provakasion inqalyasiya testlərini aparmaq nə zaman məqsədəuyğundur?
A) Bronxial astma ilə rinokonyuktival sindrom uyğun gəldikdə

B) Tozcuq bronxial astması təcrid olunduğu zaman

C) Rinitin istənilən kliniki variantında

D) Rinokonyuktival sindrom zamanı

E) Pollinozun istənilən kliniki variantında
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.421
359) Pollinoz zamanı spesifik terapiya nəyə təsir edir?
A) Patogenezin immunoloji mərhələsinə

B) Patogenezin patokimyəvi mərhələsinə

C) Sensibilizasiya dövrünə

D) Patogenezin patofizioloji mərhələsinə

E) Patogenezin patokimyəvi və patofizioloji mərhələsinə
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.524
360) Pollinozların spesifik terapiyası necə həyata keçir?
A) Qlükokortikosteroidlərlə

B) Allergenlərin ekstraktları ilə

C) İltihabəleyhinə medikamentlərlə

D) Histaminlə

E) Antihistamin preparatlarla
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.524
361) Pollinozun spesifik müalicəsi zamanı bunlardan hansı yerli allergik reaksiyaya aiddir?
A) Allergik konyuktivit

B) Arterial təzyiqin qalxması

C) Arterial təzyiqin düşməsi

D) Temperaturun artması

E) Suluq və allergenin yeridildiyi yerdə eritema
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.524
362) Pollinozun qeyri-spesifik terapiya üsulu hansıdır?
A) Antihistamin preparatlarının təyini

B) Allergenin tamamilə eliminasiyası

C) Allergen ekstraktlarının yeridilməsi

D) Allergenin qismən eliminasiyası

E) Histamin preparatlarının təyini
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.524
363) Pollinozların qeyri-spesifik terapiyası nəyə yönəlmişdir?
A) Patogenezin patofizioloji mərhələsinə

B) Patogenezin patokimyəvi mərhələsinə

C) Patogenezin immunoloji mərhələsinə

D) Sensibilizasiya dövrünə

E) Patogenezin eyni zamanda bütün mərhələlərinə
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.524
364) Qida allergiyasının inkişafına hansı endogen faktor meyilli deyildir?
A) Sadalananların heç biri

B) Həzm traktının fermentlər sisteminin çatışmazlığı

C) Tranzitor immundefisit

D) Atopiyaya irsi meyillik

E) Həzm orqanlarının xroniki xəstəlikləri
Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.188
365) Qida allergiyasına daha çox nə vaxt rast gəlinir?
A) Qoca yaşlarında

B) Doğulduqdan sonra ilk aylarda və illərdə

C) Ahıl yaşlarında

D) Yeniyetmə yaşlarında

E) Yetkin yaşda
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.407
366) Uşaqlarda qida allergiyasının inkişafına hansı faktor meyilli deyil?
A) Mədə-bağırsaq traktının fermentlər sisteminin çatışmazlığı

B) Süni qidalanmanın artım tezliyi

C) Uzun müddət döşlə əmizdirmə

D) Sadalananların heç biri

E) Atopiyaya genetik meyillik
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.407
367) Qida allergiyasının əsasında hansı immunoloji reaksiya durmur?
A) Tez tipli reaksiya

B) İmmunkompleks reaksiyası

C) Sitotoksik reaksiya

D) İmmunoqlobulinlərin təyini reaksiyası

E) Ləng tipli reaksiya
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.407
368) Sekretor immunoqlobulin A qida allergiyasının inkişafında hansı rola malikdir?
A) Qida allergenlərinə allergik reaksiyanın inkişaf etməsinin qarşısını alır

B) Qida allergenlərinə ləng allergik reaksiyanın inkişaf etməsinin qarşısını alır

C) Qida allergenlərinə ləng allergik reaksiyanın inkişafını induksiya edir

D) Qida allergenlərinə tez allergik reaksiyanın inkişafını induksiya edir

E) Qida allergenlərinə allergik reaksiya törədir
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva “Klinik immunologiya” 2007-ci il, səh.106
369) Qida allergiyasının daha çox tipik kliniki təzahürü hansıdır?
A) Həzm traktının və ürək-damar sisteminin zədələnməsi

B) Tənəffüs orqanlarının zədələnməsi və miqrenəbənzər baş ağrıları

C) LOR-orqanları və tənəffüs orqanlarının zədələnməsi

D) Həzm traktının zədələnməsi və dəri təzahürləri

E) Dəri təzahürləri və miqrenəbənzər baş ağrıları
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.413
370) Qida allergiyası zamanı mədə-bağırsaq yolunun zədələnməsinin birbaşa simptomu bunlardan hansı deyil?
A) Diareya

B) Ürəkbulanma və qusma

C) Qarnın köpməsi

D) Zülal itkisi ilə enteropatiya

E) Qarında ağrılar
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva “Klinik immunologiya” 2007-ci il. səh.166
371) Qida allergiyası zamanı dəri təzahürlərindən hansı tipikdir?
A) Sadalananların heç biri

B) Dermatit

C) Övrə

D) Dəri gicişməsi



E) Sadalananların hamısı
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva “Klinik immunologiya” 2007-ci il. səh.168
372) Bunlardan hansı qida allergiyasının spesifik diaqnostika üsulu deyil?
A) Allerqoloji anamnez

B) Qida gündəliyinin aparılması

C) Leykopenik və trombositopenik testlər

D) Eliminasiya sınağı və provakasion test

E) Dəri sınağı
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva “Klinik immunologiya” 2007-ci il. səh.168
373) Qida allergiyasının diaqnostikasının spesifik laborator üsulu hansıdır?
A) Sadalananların hamısı

B) Leykopenik test

C) Trombositopenik test

D) Sadalananların heç biri

E) Radioimmun və immunferment üsulu ilə qida allergeninə spesifik anticismin təyini
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva “Klinik immunologiya” 2007-ci il. səh.303
374) Bunlardan hansı qida allergiyasının profilaktikasına aid deyil?
A) Sadalananların hamısı

B) Hipoallergen pəhrizdən istifadə

C) Mədə-bağırsaq traktı xəstəliklərinin korreksiyası

D) İmmunoloji pozulmaların korreksiyası

E) Uuzun müddət uşağı döşlə əmizdirmə
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva “Klinik immunologiya” 2007-ci il. səh169
375) Dərman allergiyasında hansı səciyyəvidir?
A) Eyni zamanda bir neçə orqan və sistemlər zədələnir

B) Yalnız dəri təzahürləri qeyd olunur

C) Dəri və tənəffüs sisteminin zədələnməsi xarakterdir

D) Dəri və ürək-damar sisteminin zədələnməsi xarakterdir

E) Dəri və selikli qişanın zədələnməsi xarakterdir
Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.194
376) Fiksə olunan dermatitlər daha çox hansını tətbiq etdikdə baş verir?
A) A qrupu vitaminlərini

B) B qrupu vitaminlərini

C) Penisillini

D) Sulfanilamidləri

E) Asetilsalisil turşusunu
Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.186
377) Dərman allergiyası zamanı hansı urtikar elementlər olur?
A) Göynəmə ilə müşayiət olur

B) Ağrı ilə müşayiət olur

C) Gicişmə ilə müşayiət olur

D) Subyektiv hisslər törətmir

E) Sadalananların hamısı
Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.194
378) Dəridə urtikar elementlər nə zaman mövcud olur?
A) 5 gün

B) 10 gün

C) 1-2 gün

D) 9 gün


E) 7 gün
Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г., стр.194
379) Övrə zamanı ilkin elementlər hansıdır?
A) Daima suluq verir

B) İz qoymadan ötüb keçir

C) Qabıq və piqmentasiya olur

D) Qabıq verir

E) Möhkəm piqmentasiya qalır
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.552
380) Dərman allergiyası zamanı düyünlü eritema harada lokalizə olur?
A) Kürəkdə

B) Selikli qişalarda

C) Qarında

D) Sinədə və qarında

E) Üzdə və ətraflarda
Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г.,стр.195
381) Çox formalı ekssudativ eritema zamanı ilkin elementlər hansıdır?
A) Sadalananların hamısı

B) Papula, vezikula, ləkə

C) Qaşınma

D) Qabıqvermə

E) Göynəmə
Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г.,стр.195
382) Stivens-Conson sindromu necə səciyyələndirilir?
A) Ağız boşluğunun selikli qişasının təcrid olunan zədələnməsi

B) Yalnız burnun selikli qişasının zədələnməsi

C) Dərinin , gözün selikli qişasının, ağız boşluğu,burun,cinsiyyət orqanlarının zədələnməsi

D) Gözün selikli qişasının təcrid olunan zədələnməsi

E) Yalnız dərinin zədələnməsi
Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г.,стр.195
383) Stivens-Conson sindromu adətən necə başlayır?
A) Xroniki olur

B) Müxtəlif variantlarda olur

C) Qusma ilə başlayır

D) Kəskin başlayır

E) Yarımkəskin başlayır
Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г.,стр.195
384) Eritrodermiya necə xarakterizə olunur?
A) Səpginin polimorfizmi

B) Sadalananların hamısı

C) Sadalananların heç biri

D) Selikli qişanın zədələnməsi

E) Hiperemiya və dərinin ödemi
Ədəbiyyat: Е.И.Соколов «Клиническая иммунология», 1998г., стр.212
385) Eritrodermiya üçün hansı xarakterdir?
A) Sadalananların hamısı

B) Sadalananların heç biri

C) Lövhəli qabıqvermə

D) Yüngül piqmentasiya

E) Qabarıq şəkildə piqmentasiya
Ədəbiyyat: Е.И.Соколов «Клиническая иммунология», 1998г., стр.212
386) Fiksə olan dermatitlərin elementləri hansıdır?
A) Göynəmə ilə müşayiət olunur

B) Suluq və gicişmələrlə müşayiət olunur

C) Suluqlar olur

D) Güclü gicişmə ilə müşayiət olunur

E) Mötədil gicişmə ilə müşayiət olunur
Ədəbiyyat: Е.И.Соколов «Клиническая иммунология», 1998г., стр.212
387) Layella sindromu necə xarakterizə olunur?
A) Sadalananların hamısı

B) Yarımkəskin başlanğıcla

C) Xroniki gedişi ilə

D) Sadalananların heç biri

E) Kəskin, qaynar başlanğıcla
Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г.,стр.195
388) Layella sindromunun ağırlaşması hansı ola bilər?
A) Dəri və selikli qişalara irinli infeksiyanın birləşməsi

B) Böyrək çatışmazlığı

C) Sadalananların hamısı

D) Sadalananların heç biri

E) Pnevmoniya
Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г.,стр.195
389) Layella sindromu üçün hansı xarakterdir?
A) Sadalananların hamısı

B) Kəpəkşəkilli qabıqvermə

C) Lövhəli qabıqvermə

D) Epidermal nekroliz

E) Sadalananların heç biri
Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г.,стр.195
390) Layella sindromu zamanı hansının zədələnməsi ola bilər?
A) Sadalananların hamısı

B) Sadalananların heç birinin

C) Ürək-damar sisteminin

D) Mədə-bağırsaq traktının

E) Mərkəzi sinir sisteminin
Ədəbiyyat: Р.М.Хаитов «Иммунология» 2006 г.,стр.195
391) Allergik kontakt dermatitin diaqnostikası üçün hansından istifadə edirlər?
A) Applikasiya testi

B) Skarifikasiya testi

C) Sadalananların hamısı

D) Prik- test

E) Dəridaxili test
Ədəbiyyat: Е.И.Соколов «Клиническая иммунология», 1998г., стр.212
392) Allergik kontakt dermatit nə zaman formalaşır?
A) Sadalananların heç biri

B) Medikamentləri venadaxili vuran zaman

C) Medikamentlərin daxilə qəbulu zamanı

D) İstənilən preparatın tətbiqi zamanı

E) Maddələrin dəri ilə bilavasitə kontaktı zamanı
Ədəbiyyat: Е.И.Соколов «Клиническая иммунология», 1998г., стр.212
393) Dərman allergiyasının ilk simptomları zamanı nə etmək lazımdır?
A) Müalicəni davam etdirmək, preparatın dozasını azaltmaq

B) Xəstə qəbul etdiyi preparatları dayandırmalıdır

C) Daha çox ehtimal olunan “günahkar” preparatı dayandırmaq

D) Müalicəni davam etdirmək, preparatın dozasını artırmaq

E) Antihistamin preparatları təyin etmək
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.433
394) Dərman allergiyası zamanı ürək-damar sistemində hansı dəyişiklik baş vermir?
A) ST seqmentinin azalması

B) Bradikardiya

C) Nəbzin sürətlənməsi

D) Taxikardiya

E) Ritmin pozulması
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.433
395) Bunlardan hansı mədə-bağırsaq traktının daha çox dərmanla allergik zədələnməsidir?
A) Enterit

B) Qastroenterokolit

C) Qastrit

D) Sadalananların heç biri

E) Kolit
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.433
396) Dərman allergiyasının spesifik-diaqnostik mərhələsi hansıdır?
A) Provakasion testin aparılması

B) Allerqoloji anamnezin toplanması

C) Dəri testinin aparılması

D) Sadalananların hamısı

E) Sadalananların heç biri
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.433
397) Zərdab xəstəliyi zərdabı ilk dəfə vurduqdan sonra nə vaxt inkişaf edir?
A) Zərdab vurulduqdan 12 saat sonra

B) Zərdab vurulduqdan 3-5 gün sonra

C) Zərdab vurulduqdan 6 saat sonra

D) Zərdab vurulduqdan 15-20 dəqiqə sonra

E) Zərdab vurulduqdan 8-10 gün sonra
Ədəbiyyat: Р.В.Петров «Иммунология» 1987г., стр.75
398) Zərdab xəstəliyi zərdabı təkrar vurduqdan sonra nə vaxt inkişaf edir?
A) Zərdab vurulduqdan 8-10 gün sonra

B) Zərdab vurulduqdan 2-6 saat sonra

C) Zərdab vurulduqdan 12 saat sonra

D) Zərdab vurulduqdan 20 dəqiqə sonra

E) Zərdab vurulduqdan 3-5 gün sonra
Ədəbiyyat: Р.В.Петров «Иммунология» 1987г., стр.75
399) Zərdab xəstəliyinin yüngül kliniki variantında çox vaxt hansı baş verir?
A) Qlomerulonefrit

B) Qızdırma

C) Hepatit

D) Miokardit

E) Polilimfoadenopatiya
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva “Klinik immunologiya” 2007-ci il, səh.155
400) Zərdab xəstəliyinin orta-ağır gedişatı necə xarakterizə olur?
A) Parenximatoz orqanların zədələnməsi ilə qızdırma və dəri təzahürlərinin uyğunluğu xarakterdir

B) Yalnız dəri təzahürləri və qızdırma olur

C) Heç vaxt parenximatoz orqanların zədələnməsinə rast gəlinmir

D) Yalnız qızdırma xarakterdir

E) Yalnız dəri təzahürləri xarakterdir
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva “Klinik immunologiya” 2007-ci il, səh.155
401) Zərdab xəstəliyi üçün dəridə tipik hansı dəyişikliklər olur?
A) Yalnız suluq olur

B) Yalnız qızılçayabənzər səpgilər

C) Yalnız angionevrotik ödem

D) Yalnız övrə

E) Müxtəlif dəri səpgiləri
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva “Klinik immunologiya” 2007-ci il, səh.155
402) Zərdab xəstəliyi zamanı hansı səciyyəvidir?
A) Ürək-damar sisteminin zədələnməsinə rast gəlinmir

B) Daha çox miokard infarkt mümkündür

C) Allergik miokardit mümkündür

D) Daha çox perikardit xarakterdir

E) Daha çox stenokardiya xarakterdir
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.505
403) Zərdab xəstəliyi üçün hansı daha çox xarakterdir?
A) Meningit

B) Beyin qan dövranının pozulması

C) Radikulit

D) Poliradikulonevrit

E) Araxnoidit
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.503
404) Zərdab xəstəliyi zamanı tənəffüs orqanlarının daha xarakter zədələnmələri hansıdır?
A) Krupoz pnevmoniya

B) Sadalananların hamısı

C) Absess

D) Ocaqlı pnevmoniya

E) Eozinofil pnevmoniyası
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г, стр.503
405) Zərdab xəstəliyi bunlardan hansını vurduqdan sonra inkişaf edir?
A) Tetanusəleyhinə zərdab(TƏZ)

B) Sadalananların hamısı

C) Allergenlərin duzlu ekstraktları

D) Antibiotiklər

E) Tetanus anatoksini
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva “Klinik immunologiya” 2007-ci il, səh.320
406) Zərdab xəstəliyi allergen yeridildikdən sonra nə vaxt inkişaf edir?
A) 1 aydan sonra

B) 8-10 gündən sonra

C) 20 gündən sonra

D) 3 gündən sonra

E) 15-20 dəqiqədən sonra
Ədəbiyyat: Р.В.Петров «Иммунология» 1987г., стр.75
407) Tetanusəleyhinə zərdabla(TƏZ) dəri sınağı hansı anticismi aşkar etməyə imkan verir?
A) IgE sinfi TƏZ-ə

B) IgG sinfi TƏZ-ə

C) At kəpəyi allergeninə

D) IgA sinfi TƏZ-ə

E) At əti allergeninə
Ədəbiyyat: Е.И.Соколов «Клиническая иммунология», 1998г., стр.181
408) Tetanusəleyhinə zərdabla(TƏZ) dəri sınağı nə zaman tövsiyə olunur?
A) Allergik konstitusiya olmadıqda

B) Allergik konstitusiya və at ətinə allergiya zamanı

C) At kəpəyinə allergiya zamanı

D) Allergik konstitusiya və at kəpəyinə allergiya zamanı

E) Allergik konstitusiya zamanı,lakin at kəpəyinə allergiya olmadıqda
Ədəbiyyat: Е.И.Соколов «Клиническая иммунология», 1998г., стр.181
409) Zərdab xəstəliyi zamanı qlükokortikosteroid hormonları tətbiq olunurmu?
A) Xəstəliyin yalnız remissiya dövründə tətbiq olunur

B) Zərdab xəstəliyinin profilaktikası üçün tətbiq olunur

C) Xəstəliyin gedişatının ağır variantında tətbiq olunur

D) Xəstəliyin gedişatının yüngül variantında tətbiq olunur

E) Heç vaxt tətbiq olunmur
Ədəbiyyat: Е.И.Соколов «Клиническая иммунология», 1998г., стр.181
410) Zərdab xəstəliyinin profilaktikası hansıdır?
A) Zərdabı hazırlayan zaman Diaferm-1(2) üsulundan istifadə

B) Zərdabla dəri sınağının qoyulması

C) Zərdab vurulmazdan əvvəl histamin preparatlarının təyini

D) Zərdab vurulmazdan əvvəl antihistamin preparatlarının təyini

E) Zərdabla konyuktival test
Ədəbiyyat: Е.И.Соколов «Клиническая иммунология», 1998г., стр.181
411) Heterogen (at) zərdabı yeritmək üçün hansı allergiya tamamilə əksgöstərişdir?
A) At kəpəyinə epidermal allergiya

B) Balıq qida allergiyası

C) Pollinoz

D) Penisillinə dərman allergiyası

E) Tozcuğa qarşı allergiya
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г., стр.433
412) Dərman allergiyasının diaqnostikasında allerqoloji anamnezin rolu hansıdır?
A) Peşə faktorlarını aydınlaşdırmağa imkan verir

B) Əhəmiyyətli rolu yoxdur

C) “Səbəbkar” dərman allergiyasından şübhələnməyə imkan verir

D) Sensibilizasiya spektrini aşkar etməyə imkan verir

E) Allerqoloji irsiyyəti dəqiqləşdirməyə imkan verir
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.433
413) Xəstədən dərmana qarşı allergiyası olduğunu soruşmazdan əvvəl nəyi dəqiqləşdirmək lazımdır?
A) Qida faktorlarının təsirini

B) Allerqoloji irsiyyəti

C) Peşə faktorlarını

D) Məişət faktorlarının təsirini

E) Tozcuğun təsirini
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.433
414) Pollinozlu xəstəyə müalicə təyin edərkən hansı preparatları tətbiq etmək olmaz?
A) Analgini

B) Dimedrolu

C) Sulfanilamidləri

D) Fitoterapiyanı

E) Aspirini
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.524
415) Göbələk xəstəlikləri zamanı hansı antibiotiklər qrupunu təyin etmək olmaz?
A) Tetrasiklin

B) Penisillini

C) Aminoqlikozidlər

D) Makrolidov

E) Sadalananların hamısını
Ədəbiyyat: Г.Н.Дранник «Клиническая иммунология и аллергология» 2003 г. стр.446
416) Aktiv immunizasiyanın aparılması üçün hansından istifadə olunmur?
A) Anatoksinlər

B) Diri vaksinlər

C) Kimyəvi vaksinlər

D) Öldürülmüş vaksinlər

E) İmmunoqlobulinlərdən
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva “Klinik immunologiya” 2007-ci il, səh.320
417) Aşağıdakılardan hansı diri vaksinə aiddir?
A) Poliomielit

B) Göyöskürək

C) Qızılça

D) Sadalananların hamısı

E) Tetanus
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva “Klinik immunologiya” 2007-ci il, səh.320
418) Aşağıdakılardan hansı öldürülmüş vaksinə aiddir?
A) Tetanus

B) Qızılça

C) Göyöskürək, vəba

D) Poliomielit

E) Sadalananların hamısı
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva “Klinik immunologiya” 2007-ci il, səh.320
419) Aşağıdakılardan hansı kimyəvi vaksinə aiddir?
A) Qarın yatalağı, tetanus

B) Vəba


C) Sadalananların hamısı

D) Sadalananların heç biri

E) Göyöskürək
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva “Klinik immunologiya” 2007-ci il, səh.320
420) Bunlardan hansının profilaktikası üçün anatoksindən istifadə olunur?
A) Göyöskürək

B) Poliomielit

C) Difteriya, botulizm, tetanus

D) Sadalananların heç biri

E) Sadalananların hamısı
Ədəbiyyat: A.A.Əyyubova,G.M.Nəsrullayeva “Klinik immunologiya” 2007-ci il, səh.320


Yüklə 1,35 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə