İmran axundov



Yüklə 15,97 Kb.
Pdf görüntüsü
səhifə20/37
tarix21.06.2018
ölçüsü15,97 Kb.
#50141
1   ...   16   17   18   19   20   21   22   23   ...   37

 
61 
Məhəbbət  sevinclərini  yenicə  duymuş  bu  qız  ilk  səhnələrdə 
dağ şəlaləsini andırırdı. Onun şən gülüşü, şux yerişi, sevinc və mə-
həbbət  dolu  baxışları  Xumarın  daxilində  gizlənmiş  həyat  eşqinin 
alovlandığını göstərirdi. Xumar-H. Qurbanova Sənanla görüş səhnə-
lərində xüsusilə incə və füsunkar görünürdü. 
Sonrakı səhnələrdə Sənan təqib və təhqirə məruz qaldıqda bu 
hal təmkinli bir kədərə çevrilirdi. 
Xumarın-Hökümə  Qurbanovanın  iştirak  etdiyi  səhnələr 
tənqidin  də  qeyd  etdiyi  kimi,  tamaşanın  ən  maraqlı  və  təsirli 
səhnələri idi” (24). 
Aktrisa Xumarın məhəbbətini və bu sevginin gücünü bacarıqla 
göstərirdi.  Xumar-Qurbanovanın  bu  pak  məhəbbəti  iki  mühit 
arasında çırpınırdı. Bunardan biri yaşadığı mühit, digəri isə Sənana 
olan  böyük  sevgisi  idi.  Aktrisa  bu  iki  xətti  yüksək  sənətkarlıqla 
nümayiş etdirə bilirdi. 
“Hökümə  Qurbanova  Cavid  dramaturgiyasında  Xumar  obra-
zında özünün temperamentinə, səhnə üslubuna uyğun olan, ona zən-
gin yaradıcılıq qidası verən bir xəzinə tapmışdır. Xumar əsasən şai-
ranə-lirik  obrazdır.  Aktrisa  onu  belə  rəftarla  da  ifa  eləyir.  Bu  rolda 
aktrisa öz obrazının romantik-poetik təbiətini, daxili zərifliyini, incə 
qəlbini, məsum, pak mənəviyyatını ifadəli boyalarla əyan eləyir. O, 
Sənanı qəlbən duyduqca, dərindən sevdikcə, yüksək tutduqca özü də 
yüksəlir, tamaşaçıların nəzərində ucalır, ülviləşir” (16). 
Akademin  Milli  Dram  Teatrı  1957-ci  il  iyunun  14-dən  iyulun 
25-nə  qədər  Yerevanda,  1960-cı  il  iyun  ayının  28-dən-avqust  ayının 
7-dək Tiflisdə qastrolda olmuşdur. Bu müddətdə Hökümə Qurbanova 
Yerevanda on bir dəfə, Tiflisdə və azərbaycanlılar yaşayan rayonlarda 
altı dəfə Xumar rolunda tamaşaçılar qarşısında çıxış etmişdir. 
A.  Alşilova  “Zarya  Vostoka”  qəzetində  yazır  ki;  “Xumar  ro-
lunda çıxış edən ... Hökümə Qurbanova lirik təmayüllü bir sənətkar-
dır. Hökümə Qurbanova öz eşqi yolunda heç bir çətinlik çəkməyən, 
fədakar  hisslərə  malik  olan  cəsarətli  gürcü  qızının  obrazını  böyük 
məhəbbət və takt ilə yaratmışdır”. 


 
62 
Hökümə Qurbanova Xumarın düşüncəsindəki inkişafı, öz mə-
həbbəti uğrunda hər şeyə qadir olmağı göstərməyi bacarırdı. Aktrisa 
obrazı məntiqlə əvvəldən axıra kimi elə dəqiq və düzgün aparırdı ki, 
tamaşaçı onun hər bir hərəkətinə inanırdı. Xumarının ən ali məqsədi 
eşq  idi  ki,  Hökümə  xanımda  onu  yüksək  peşəkarlıqla  tamaşaçılara 
çatdırmışdır. 
1957-ci il fevral ayının 16-da H. Qurbanovaya “Vaqif” tama-
şasında Xuraman obrazı tapşırıldı. Əlbəttə bu əsər Hökümə xanıma 
tanış idi. O, səhnəyə gəldiyi ilk illərdə “Vaqif”də gürcü qızı Tamara 
rolunu ifa etmişdir. Bütün tamaşaya və obrazların xarakterinə bələd 
olan aktrisa indi Vaqifin ömür-gün yoldaşı Xuramanı ifa etməliydi. 
Bu rol epizod olsa da onu ifa etmək məsuliyyət tələb edirdi. Çünki 
Xuramanın ilk tamaşadan keçən iyirmi ilə yaxın bir müddətdə onun 
Fatma  Qədri  kimi  əvəzsiz  bir  ifaçısı  var  idi.  Tamaşaçılar  da  Xura-
man  rolunda  başqa  bir  aktrisanı  qəbul  etmirdilər.  Lakin  Hökümə 
Qurbanova bu rolun məsuliyyətini dərk etdi və Xuramanı öz sənət-
kar qəlbinin süzgəcindən keçirərək, tamaşaçılara gözəl bir ifa nüma-
yiş etdirdi. 
Hökümə  xanımın  Xuramanı  meşşan,  xəyanətkar,  zavallı  bir 
qadın  idi.  Aktrisa  bu  üç  ayrı-ayrı  xətləri  kiçik  bir  obrazda  elə  mə-
harətlə birləşdirirdi ki, onun böyük sənətinə heyran olmamaq müm-
kün deyildir. 
1957-ci il sentyabr ayının 14-də M. Hüseynin “Cavanşir” qəh-
rəmanlıq dramı A. İsgəndərovun quruluşunda tamaşaya qoyuldu və 
cəngavər,  hiyləgər,  qorxaq  Bəhramın  qızı  Reyhan  obrazına  H. 
Qurbanova səhnə həyatı verdi. 
Q. Sundukyan teatrı Bakıda qastrolda olarkən iyun ayının 13-
də onlara “Cavanşir” tamaşası (premyeradan əvvəl) göstərilmişdi. 
“Müəllifin  fikrini,  əsərdə  cərəyan  edən  dövrün  əsas  xüsusiy-
yətlərini əks etdirən rejissor, tamaşanın müasir səslənməsini əsas gö-
türmüşdü. Ə. Ələkbərov (Cavanşir), İ. Dağıstanlı (Bəhram), H. Qur-
banova (Reyhan) ... və digər aktyorlar tutarlı səhnə obrazları  yarat-
dılar” (13). 


 
63 
Aktrisanın  lirik  səpgidə  ifa  etdiyi  Reyhan  öz  təmiz  məhəb-
bətinə sadiq qalan bir insan idi. 
“Reyhan-H.  Qurbanova  sevgilisinin  yolunu  ürək  çırpıntısı  ilə 
gözləyən, titrək hərəkətlərlə boylanan nazlı, şux bir qız kimi təbii və 
canlıdır. Elçinin günahsız yerə öldürülməsinə kəsik-kəsik, lakin də-
rindən  hiddətlənən,  məhəbbətini  qəlbində  saxlayıb  özü  ilə  torpağa 
aparan həyalı, ürkək bir sevgilinin könül hıçqırıqlarını, cəfakeşliyini 
yaradarkən də istedadlı aktrisamız xüsusi səy və  zəhmət göstərmiş-
dir” (7). 
H. Qurbanovanın Reyhan obrazı vasitəsilə məhəbbətin nə ol-
duğunu, ona hansı meyarla yanaşmağı tamaşaçılara göstərirdi. 
“Müəllif  tərəfindən  əsasən  lirik  planda  yazılmış  Reyhan 
tamaşada,  aktrisanın  ifasında  fədakar  məhəbbətlə  sevən,  öz  sevgisi 
və  sevgilisi  üçün  fəda  olmağa  hazır  qəhrəman  bir  qız  kimi,  özü  də 
faciə  səpgisində  canlanır.  Tənqid  qeyd  edir  ki,  aktrisa  xüsusilə 
tamaşanın  “Sonuncu  pərdəsində  öz  ifasını  böyük  faciə  səviyyəsinə 
çatdırır, faciə ahəngilə səsləndirir”” (16). 
Reyhan obrazı Hökümə xanımın yaradıcılığında tamamilə ye-
nidir. Aktrisa yaratdığı bu obraz ilə roldan-rola dəyişməyin nə oldu-
ğunu  tamaşaçıya  göstərdi.  O,  sübut  etdi  ki,  hər  an  başqalaşmaqın 
həqiqi sənətkarıdır. 
Ə.  Ağayev  yazır  ki;  “O,  (H.  Qurbanova-İ.A.)  daxili  aləmini, 
sevgisini və düşdüyü vəziyyəti inandırıcı cizgilərlə yaradır”. 
Hökümə  Qurbanova  Reyhanın  sevgisini  tamaşaçılara  dəqiq 
göstərdiyi kimi, faciəsi ilə də ürəkləri dağladı. Onun Reyhanı təmiz 
məhəbbətdən qidalanmış, canlı bir səhnə qəhrəmanı idi. 
1957-ci il noyabr ayının sonunda Akademik Milli Dram Teatrı 
Moskvada  keçirilən  Ümumittifaq  festivalında  “Almaz”  və  “Cavan-
şir”  tamaşaları  ilə  təmsil  olunurdu.  A.İsgəndərov,  M.Hüseyn,        
Ə.Ələkbərov,  H.Qurbanova,  M.Sənani,  Ə.Qurbanov,  L.Bədirbəyli 
Ümumittifaq festivalın laureatı adını aldılar. 
Festifalın  sonuna  həsr  olunmuş  yığıncaqda  görkəmli  rejissor 
və  teatrşünaslar  Aleksidze,  Qolberq,  Komissarjevski,  Levin,  böyük 


Yüklə 15,97 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə