İmran axundov



Yüklə 15,97 Kb.
Pdf görüntüsü
səhifə2/37
tarix21.06.2018
ölçüsü15,97 Kb.
#50141
1   2   3   4   5   6   7   8   9   ...   37

 

...  məni  teatra  gedən  yollara  yaxınlaşdıran  ilk  cığır  Ələsgərlə 
və İşçi teatrı ilə tanışlığımdan başlayıb. 
...  1932-ci  ildə  İşçi  teatrı  artıq  Gəncə  şəhərinə  köçürüldü. 
Ələsgərlə toyumuzdan sonra onunla bərabər mən də ora getdim... 
...  Başqa  ixtisas  seçməyim  təsadüf,  ya  tərəddüd  nəticəsində 
baş verməyib. İndicə elə bunu demək istəyirdim. Bu işdəki son qə-
rarım özümün öz iradəmlə qəbul elədiyim şüurlu qərardır. Bir müd-
dət  mən  konservatoriyada  da  oxudum.  Fortepiano  şöbəsində.  Uşaq 
yaşlarından buna həvəsim vardı. Hazırlığım da kifayət edirdi. Lakin 
bu fikirdən də daşındım... Nə pianoçu, nə də müəllimə olmadığıma 
peşman deyiləm” (16). 
Hökümə  Qurbanova  1936-cı  ildə  Azərbaycan  Dövlət  Dram 
Teatrının  (Akademik  Milli  Dram  Teatr)  yardım  heyətinə  işə  qəbul 
olunub. 
“H. Qurbanovanın teatrı özünə peşə seçməsi bir təsadüflə bağ-
lı olsa da, bir həqiqətdir ki, o, səhnəyə gəlməyə özündə daxili ehti-
yac hiss etmiş, bu yolu şüurlu olaraq seçmişdir. Bəlkə də, Hökümə 
xanım  öz  fikrini,  həyata,  hadisələrə  münasibətini  aydın  demək,  bir 
sənətkar kimi dövrün aktual məsələlərini, Azərbaycan qadınının ağıl 
və zəkasının nəyə  qadir  olduğunu isbat  etmək üçün bu formanı, bu 
yolu, bu sənəti seçmişdir” (12). 
Azərbaycanın teatr tarixi ilə məşğul olan mütəxəssislərin təd-
qiqatlarında  qeyd  edilir  ki,  H.  Qurbanovanın  ilk  rolu  S.  Vurğunun 
“Vaqif” mənzum dramındakı gürcü qızı Tamara obrazı olub. 
Lakin  apardığımız  araşdırmalar  nəticəsində,  əlimə  keçən 
proqramda  göstərilir  ki,  Hökümə  xanım  ilk  dəfə  1936-cı  ildə  05 
oktyabrda  Ağəli  Dadaşovun  quruluşunda  C.  Cabbarlının  “Almaz” 
əsərində Sürmə rolu ilə səhnəyə çıxıb. 
1938-ci  ildə  H.  Qurbanova  əsas  heyətə  keçdi.  Həmin  ilin  05 
oktyabrında  ilk  dəfə  tamaşaya  qoyulan  S.  Vurğunun  “Vaqif”  mən-
zum dramında (rej. A. İsgəndərov) Tamara obrazını Hökümə xanım 
1939-cu il fevral ayının 01-də ifa etdi. 
Hökümə  Qurbanova  (Ələsgər  Ələkbərovla  nigahda  olduğu 
üçün o dövrün afişa və proqramlarında Hökümə Qurbanovanın soy 


 

adı  Ələkbərova  yazılırdı)  Qacar  tərəfindən  əsir  götürülmüş  gürcü 
qızı Tamaranın keçirdiyi iztirabları tamaşaçıya dəqiq boyalarla rəsm 
etdirirdi. 
Aktrisa  özü  qeyd  edir  ki;  “Tamara  rolunda  ilk  dəfə  səhnəyə 
çıxmışam. Özü də hansı səhnəyə! Kimlər ilə! Bu bir səbəb. Tamara 
rolunu məndən  əvvəl  Barat Şəkinskaya oynamışdı. Gözəl oynamış-
dı,  yüksək  qiymət  almışdı.  O  vaxt  Barat  xanım  da  gənc  aktrisalar 
cərgəsində  gedirdi.  Amma  teatra  məndən  neçə  il  əvvəl  gəlmişdi  və 
görkəmli mövqe tuturdu. Deməli, mən istər-istəməz bu ilk addımda 
özümdən təcrübəli bir aktrisa ilə müqayisə edilməli, özgə sözlə, ya-
rışmalı  idim.  Bu  ikinci  səbəb.  Bunu  da  nəzərə  alın  ki,  mən  hazır, 
bitkin bir tamaşaya kiçik hazırlıqla, bir necə məşqdən sonra yolüstü, 
tələsik  daxil  olurdum.  Bu  da  üçüncü  səbəb.  Bunların  üçü  bir  yerdə 
ciddi məsuliyyət, böyük həyəcan demək idi. 
Birinci şərti məni əhatə eləyən aktyorların məharətində, kolle-
ktivin  mənə  qarşı  gözəl,  nəcib,  qayğıkeş  münasibətində  görürəm. 
Mən  tək  deyildim.  Teatra  ayaq  açan  gənclərin  sayı  çox  idi.  Usta 
aktyorlarımız  bizə  həqiqətən  böyük  ehtiyatla  yanaşır,  gənclərə 
böyük  qayğı  göstərirdilər.  Burdan  keçəndən  sonra  ikinci  şərti  də 
əhəmiyyətli hesab eləyirəm. Bu rolda nə müvəffəqiyyət qazana bil-
mişəmsə, gecəni gündüzə qatıb çəkdiyim zəhmətin sayəsində qazan-
mışam.  Tamara  rolu  mənim  üçün  bir  növ  “diplom  işi”  olub.  Onu 
indi də əziz tuturam” (16). 
Əsərdə Tamara epizodik obraz olmasına baxmayaraq Hökümə 
xanım onu əsas rollar səviyyəsinə çatdırmağa nail olmuşdur. Onun 
Tamarası daxilən fəryad keçirən bir əsir idi. 
“O axşamkı “Vaqif” tamaşasında bütün tamaşaçıların diqqəti-
ni  cəlb  edən  Hökümə  xanım  idi.  Tamaşaçılar  bu  teatrın  səhnəsində 
çıxış edən aktrisaları yaxşı tanıyırdı. Lakin bu təzə aktrisa onlara ta-
nış deyildi. Bu ilk tanışlıq isə çox sevindirici, çox maraqlı, çox ürək-
açan idi. 
Bir  həqiqət  var  ki,  bəzi  aktyor  və  aktrisalar  bu  və  ya  digər 
tamaşada  ilk  dəfə  çıxış  edərkən  heç  kəsin  diqqətini  cəlb  etmir, 
oyunları heç bir iz buraxmadan keçib gedir. Lakin Hökümə xanımın 


 

bu tamaşada oynadığı  gürcü qızı Tamara  əsas rollardan olmasa da, 
aktrisanın  məharəti  nəticəsində  bu  rol  əsas  rollar  cərgəsinə  daxil 
olmuşdu.  Tamaşa  salonu  Tamaranın-Hökümə  xanımın  simasında 
azadlıq  sevən  gürcülərin  azadlıq  uğrundakı  mübarizələrini  diqqətlə 
izləyir,  Tamaranın  şəxsi  taleyinə  ürəkdən  yanır,  onun  iniltilərinə, 
fəryadlarına şərik olurdular” (8). 
Gürcü qızı Tamara ilə Hökümə Qurbanova özünün həqiqi iste-
dad sahibi olduğunu sübut etmişdir. Böyük müvəffəqiyyət qazanan 
Tamara  obrazından  Hökümə  xanım  ruhlandıraraq,  daha  ciddi  axta-
rışlar aparmağa nail olmuşdur. 
Teatr təhsili almamış Hökümə xanımın inkişafına müxtəlif xa-
rakterli obrazlar kömək olmuşdur. Belə obrazlardan biri də Tamara 
idi.  Səhnəyə  ilk  dəfə  qədəm  qoyan  bu  aktrisa,  aktyorluq  sənətində 
böyük həyat yolu keçmiş Sidqi Ruhulla və Rza Əfqanlı kimi bir sə-
nətkarlara tərəf müqabili olması və onun ifasının alqışlanması, şüb-
həsiz ki, istedadın böyüklüyündən xəbər verirdi. 
“Hökümə  Qurbanovanın ilk çıxışı iki cəhətdən əlamətdar he-
sab edilə bilər. Birincisi, səhnəyə yeni aktrisa gəlmişdi. Fitri isteda-
da  malik,  təbiət  vergisilə  zəngin,  daxili  və  zahiri  keyfiyyətlərinə 
görə cazibədar bir aktrisa. Adamı ilk görüşdən, aktyoru isə ilk çıxı-
şından tanımaq çətin olur. Lakin bununla belə ilk təəssürat çox şey 
deyə  bilir.  Hökümə  Qurbanova  “Vaqif”  tamaşasına  sonradan  daxil 
olsa da səhnədə həyəcanlı və kövrək davransa da tamaşaya üzvi su-
rətdə  daxil olub  tamaşaçıların qəlbinə dərhal  yol  tapmışdı.  Ona ba-
xanlar Vaqif, Vidadi, Eldar və  Gülnarla  yanaşı Tamaranın da obra-
zında  xalq  faciəsinin  dürüst  timsalını,  emosional təmsilini  görmüş-
lər. İkinci cəhət, daha çox subyektiv məzmun daşıyır. Çünki şəxsən 
aktrisanın özünün yaradıcılıq yoluna və sənətkarlıq simasının yaxın 
illərdəki formalaşma prosesinə aiddir. Gənc aktrisa bu balaca obrazı 
ifa edərkən onun faciə damarını düzgün tutmuş, ehtimal ki, instinkt 
gücünə  tapdığı  doğru  açarla  təkcə  bu  obrazı  deyil,  həm  də  öz 
gələcəyinin  qapılarını  açmış,  ona  xas  və  məxsus  olan  bir  aləmin 
astanasına qədəm basmışdır”(16). 


Yüklə 15,97 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə