İmran axundov



Yüklə 15,97 Kb.
Pdf görüntüsü
səhifə4/37
tarix21.06.2018
ölçüsü15,97 Kb.
#50141
1   2   3   4   5   6   7   8   9   ...   37

 
12 
yaratmağa  ciddi  həvəs  göstərmişdir.  Onun  bir  çox  sənətkarlıq 
qələbələri  məhz  müasir  pyeslərin  səhnə  təcəssümü  ilə  əlaqədardır. 
Artist  həyata  fəal  münasibət  bəsləməklə  onun  inkişafına  bilavasitə 
kömək  etmək  istəyir.  O,  müasir  pyeslərin  tamaşalarında  oynadığı 
hər bir rolda həyat hadisələrinə öz vətəndaşlıq münasibətini, məhəb-
bət  və  nifrətini  aydın  şəkildə  təzahür  etdirir.  Onun  qəhrəmanları 
həmişə  ideal  adam  olmur,  bəziləri  həyatın  çətin  yollarında  səhv  də 
edir;  lakin  bu  qəhrəmanlar  öz  təmiz  mənəviyyatları  ilə  hər  cür 
çətinliklərə, məhrumiyyətlərə qalib gəlirlər”(23). 
Hökümə  Qurbanova  səhnədə  yaratdığı  müxtəlif  mövzulu  ob-
razlar içərisində komediya janrı xüsusi yer tutur. Bu baxımdan onun 
1941-ci  il  yanvar  ayının  23-də  A.  İsgəndərov  və  Ş.  Bədəlbəylinin 
quruluşunda  tamaşaya  qoyulan  “Xoşbəxtlər”  komediyasındakı  İnci 
obrazı Hökümə xanımın yaradıcılığında xüsusi yer tutur. 
S. Rəhmanın ikinci səhnə əsəri olan “Xoşbəxtlər” komediyası 
“Toy”  dan  fərqlidir.  Bu  lirik  komediyada  ailə-məişət  məsələsi  ön 
plana çəkilmişdir. 
“Hökümə  xanım  bu  pyesdə  İncinin  rolunu  çox  incə  bir 
üslubda, zərif bir yumorla yaratdı” (8). 
“Lirik  qəhrəmanların  surətlərini  yaradan  Barat  (Gülər),  H. 
Qurbanova  (İnci),  M.  Sənani  (Sadıq)  və  M.  Mərdanov  (Mürşüd) 
böyük  həvəslə  oynayır,  incə  və  səmimi  duyğuların  gözəlliyini  hifz 
edirlər.  Onlar  öz  qəhrəmanlarını  aydın  fərdi  xüsusiyyətləri  ilə  gös-
tərirlər... 
H. Qurbanovanın yaratdığı İnci ... daha səmimi və sadə bir var-
lıq  olduğundan,  özünə  yaraşmayan  küsülü  rolunu  axıra  qədər  ciddi 
oynaya bilmir. Onun “inadkarlığı” inandırıcı deyildir. Buna görə də o, 
bu  ayrılığın  acısını  başqalarından  daha  çox  hiss  edir  və  öz  hərəkəti 
üçün Gülərdən daha çox peşimançılıq çəkir. İncinin sadəliyi, Mürşü-
dün isə zahiri sarsılmazlığı səmimi gülüş doğurur” (4). 
M.  Hüseyn  “Kommunist”  qəzetində  (29.01.1941)  yazır  ki; 
“Gənc  aktrisalardan  Barat  (Gülər),  Hökümə  (İnci),  Əminə  (Maral) 
öz  rollarını  əvvəldən  axıra  qədər  böyük  bacarıqla  oynayırlar. 
Baratın,  Hökümənin  və  Əminənin  aktyor  sənəti  sahəsində  belə 


 
13 
sürətlə boy atmasında, köhnə teatr ştamplarına qarşı inadla vuruşan 
və aktyorların istedadından maksimum istifadə etməyi bacaran Adil 
İsgəndərovun böyük xidməti olmuşdur”. 
“Hökümə Qurbanova İnci rolunda həqiqətən bir inci idi. Barat 
Şəkinskaya  Gülər  obrazını  böyük  ustalıqla  yaratdı.  Yeri  gəlmişkən 
deyim ki, Barat Şəkinskaya və Hökümə Qurbanova geniş diapazona 
malik  sənətkarlardırlar.  Onların  ifasında  gördüyümüz  ...  rəngarəng 
xarakterlər teatr tariximizdə mühüm yer tutur”(18). 
“Aktrisalardan H. Qurbanova (İnci) və B. Şəkinskaya (Gülər) 
qabarıq  fərdi  xüsusiyyətləri  ilə  fərqlənən,  lakin  xarakterləri  etibarı 
ilə bir-birinə yaxın olan iki gənc azərbaycanlı qadının surətində incə 
və səmimi duyğuların gözəlliyini ifadə edirdilər” (5). 
H.  Qurbanovanın  ifasında  İnci  komediyada  əsas  obrazlardan 
biri  idi.  Bunların  dördüdə  (Sadıq,  Gülər,  Mürşüd,  İnci)  bir-birinə 
bənzəməyən  xarakter  olmasına  baxmayaraq,  tamaşada  ümumi 
ansamblı yarada bilirdilər. 
“İnci-Hökümə  Qurbanova  üçün  ailə  münaqişəsi  və  onun  həlli 
ailənin səlamətliyi, möhkəmliyi məqsədi ilə bağlıdır. Hökümə xanım 
öz obrazını, hər şeydən əvvəl, həqiqətən ərini sevən və həqiqətən ailə-
sini qoruyan qadın kimi təqdim edir. O, məqsədində haqlıdır. Tama-
şaçılar  bunu  yaxşı  başa  düşür.  Amma  ərinə  qarşı  rəftarında,  id-dia-
sında, tələblərində isə haqlı deyil. Tamaşaçı bunu da yaxşı başa düşür. 
Məqsədlə  iddia,  istəklə  rəftar  arasındakı  bu  təzad  aktrisanın  ifasında 
xarakterin mahiyyətinə və gülüşün mənbəyinə çevrilir” (16). 
H.  Qurbanovanın  ifa  etdiyi  İnci  onun  komediya  janrında  bir 
növ  sınağı  idi.  Və  aktrisa  bu  obraz  ilə  sübut  etdi  ki,  o,  gələcəkdə 
daha mürəkkəb xarakterli komik obrazlar yarada bilər. 
1941-ci il noyabr ayının 6-da A. İsgəndərovun quruluşunda S. 
Vurğunun  üçüncü  səhnə  əsəri  olan  “Fərhad  və  Şirin”  mənzum 
faciəsi tamaşaçıların ixtiyarına verildi və H. Qurbanova bu tamaşada 
çox möhtəşəm Məryəm obrazını yaratdı. 
“Qəhrəmanlıq  pafosu,  romantik  ruhu,  monumental  təfsiri, 
vətənpərvərlik, sevgi və ülviyyət mövzularının poetik təcəssümü ilə 


 
14 
Səməd Vurğunun “Fərhad və  Şirin” faciəsi  teatrın  yeni  və  mühüm, 
təravətli və möhtəşəm sənət qələbəsi oldu” (19). 
Bu  qələbədə  Hökümə  xanımın  da    payı  var  idi.  Faciəvi  sima 
olan Məryəm-Qurbanova öz mükəmməl ifası ilə tamaşaçıları ovsun-
lamağı  bacardı.  Onun  Məryəmi  namuslu  olmaqla  yanaşı,  həm  də 
qəhrəman  bir  qadın  idi.  Məryəm-Qurbanova  ilk  səhnədən  (Şirinlə 
görüş səhnəsi) başlamış son səhnəyə (oğlu Şiruyə ilə döyüş səhnəsi) 
qədər öz ifasını tamaşaçılara dəqiq göstərirdi. 
H.  Qurbanova  müsahibəsində  qeyd  edir  ki;  “Yadımdadır 
“Fərhad  və  Şirinin  məşqində  Məryəm  özünü  öldürdüyü  epizodun 
ümumi  əzəmətli  mənzərəsi-kompozisiyası  tapılmışdı.  Amma  mən 
bu mənzərənin mərkəzində dayanmalı ikən uzun müddət bunu eləyə
öz son monoloqumu təbii tərzdə söyləyə bilmirdim. Rejissor səbirlə 
gözləyir,  bu  epizod  üzərindəki  işi  bitirməyi  gündən-günə  təxirə 
salırdı. Ancaq son məşqlərin birində bu monoloq səsləndi, rejissorun 
işarəsi,  təlqini  ilə  mən  bu  sıldırım  dağlar  arasında,  iki  qoşun 
əhatəsində  öz  yalnızlığımı  hiss  elədim,  duydum  ki,  monoloqu 
səhnədəkilərə yox, bütün dünyaya, yerlərə, göylərə, bütün insanlara, 
taleyə, tanrıya, öz qarabaxtıma müraciətlə söyləməliyəm” (16). 
“Hökümə  yaxşı  duyulmuş,  ətraflı  düşünülmüş  ana  və  qəhrə-
man  surəti  ilə  tamaşaçını  sarsıdır...  Hökümə  Şiruyə  ilə  qarşılaşdığı 
səhnədə  ana  qəlbinin  sızıltılarını  və  qorxmaz  bir  cəngavərin  iradə 
möhkəmliyini  sənətkarlıqla  uyuşduraraq,  özünü  tamaşaçıya  sev-
dirir” (9). 
Tamaşada  ən  qüvvətli  və  orijinal  səhnələrdən  biri  olan  Mər-
yəm-Qurbanovanın  oğlu  Şiruyə  ilə  üz-üzə  gəldiyi  səhnədir  ki, 
burada aktrisa tamaşaçıları öz bənzərsiz ifası ilə sarsıdırdı. 
“Məryəm tam mənası ilə fəci obrazdır. Janr və üslub cəhətdən 
tamam və kamil surətdir. Yəqin elə buna görə də aktrisanın istedadı 
Məryəm  obrazında  daha  çox  parlayır.  Pyesin  ən  yüksək  faciə 
zirvələrindən biri (Məryəmin öz oğlu ilə vuruşu və ölümü) Hökümə 
xanımın  ifasında  tamaşanın  da  ən  yüksək  zirvəsinə  çevrilir.  O  bu 
rolu əsil faciə duyğusu ilə ifa edir” (15). 


Yüklə 15,97 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə