İmran axundov



Yüklə 15,97 Kb.
Pdf görüntüsü
səhifə37/37
tarix21.06.2018
ölçüsü15,97 Kb.
#50141
1   ...   29   30   31   32   33   34   35   36   37

 
113 
tamaşada  H.  Qurbanova  üçün  mürəkkəb  və  cazibəli  bir  cəhətə 
çevrilir. Amandanın xatirələrini danışarkən keçirdiyi coşqun hisslər, 
sonra onun çaxnaşmalı, təlaşlı məqamları, dərdli anları, sadəlövlüyü, 
zərifliyi rejissor və aktrisa tərəfindən dəqiq işlənmişdir. 
Hökümə  Qurbanovanın  Amandası  həyatsevərdir,  ancaq 
yaşamağı bacarmır, keçmişi xatırlamaqla günlərini başa vurur. Onu 
bu  günlə  bağlayan  Lauranın  taleyi  ilə  əlaqədar  nigaranlığıdır. 
Amanda  oğluna  daha  təsir  edə  bilmədiyi  üçün  əzab  çəkir.  Aktyor 
onun gələcək qarşısındakı qorxu hissini, daxilən zərif ola-ola bəzən 
zahirən  qəddarlaşmasının  səbəblərini  də  izahsız  qoymur.  O,  teatrın 
mayasını təşkil edən əsl sirayətedici oyun nümayiş etdirir... 
Tamaşada H.Qurbanovanın ifasında biz əvvəllər ərini, sonralar 
isə qızı üçün adaxlı gözləyən bədbəxt bir qadınla tanış oluruq”. 
Müəyyən  yaş  həddində  olan  bir  sənətkarın  belə  mürəkkəb 
obrazı  ifa  etməsi,  şübhəsiz  istedadın  böyüklüyünə  dəlalət  edir. 
Hökümə Qurbanova kimi dahi bir aktrisanın ifa etdiyi bütün rolları 
kimi,  Amanda  obrazıda  aktrisanın  yaradıcılıq  tərcümeyi-halında 
xüsusi yer tutan bitkin səhnə qəhrəmanıdır. 
Əfsuslar olsun ki, bu gözəl tamaşa və bu mükəmməl ifa cəmi 
bir dəfə nümayiş  olundu. Yersiz səbəblərə  görə tamaşanın  göstəril-
məsi bir daha baş tutmadı. Təəssüf... 
 
* * * 
 
1987-ci  may  ayının  21-də  Hökümə  Qurbanovanın  kiçik  qızı, 
respublikanın  əməkdar  artisti,  Dövlət  mükafatı  laureatı  Vəfa  Nüsrət 
qızı  Fətullayeva 42 yaşında həyatla vidalaşdı. Bu ağır itkidən sarsılan 
Hökümə xanım 1988-ci ildə noyabr ayının 2-də 75 yaşında dünyasını 
dəyişdi. 
SSRİ xalq artisti, Dövlət mükafatı laureatı Hökümə Qurbano-
vanın ölümü, o dövrün çox millətli sovet teatrı üçün ağır itki idi. O 
dövrün  respublika  mətbuatında  Hökümə  Qurbanovanın  vəfatı  ilə 
əlaqədar nekroloqlar imzalandı. Hökümə xanımın tabutu Akademik 
Milli  Dram  Teatrında  postamentin  üzərinə  qoyuldu.  Onu  son  dəfə 


 
114 
görməyə tamaşaçılar axın-axın gəldilər, böyük sənətkarla göz yaşla-
rını boğa-boğa vidalaşdılar. Hökümət nümayəndələri və pərəstişkar-
ları  Hökümə  Qurbanovanın  cənazəsini  çiyinlərində  aparıb,  birinci 
Fəxri xiyabanda torpağa tapşırdılar. 
 
 
 
 


 
115 
IV FƏSİL 
AKTRİSANIN KİNO FƏALİYYƏTİ 
 
Mən hər dəfə Hökümə xanımın 
yeni bir roluna baxdığım 
zaman ürəyimdən bir arzu keçir: 
bu sənətkarın böyük imkanları 
səviyyəsində bədii obraz yaratmaq! 
 
Xalq şairi, akademik Bəxtiyar Vahabzadə 
 
 
Hökümə Qurbanovanın kinoya gəlişi teatrdan əvvəl baş verib. 
Lakin o da Əzizə Məmmədova, Mərziyə Davudova, Sona Hacıyeva, 
Barat Şəkinskaya kimi filmə çox çəkilməyib.  Bu adlarını çəkdiyim 
sənətkarlar sırf teatr aktrisası olublar. 
1934-cü ildə çəkilişə başlanan “Almaz” filmində Yaxşı roluna 
dəvət  alan  Hökümə  xanım  o  günləri  belə  xatırlayırdı;  ““Azərbay-
canfilm”  kinostudiyasında  C.  Cabbarlının  ssenarisi  və  rejissorluğu 
ilə  “Almaz”  filmi çəkilirdi.  O, təsadüfən fotoqraf vitrinində  mənim 
şəklimi  görüb  Yaxşı  roluna  sınamaq  üçün  soraqlaşmışdı.  Sınaq 
uğurlu oldu. Çəkildim. Film də müvəffəqiyyət qazandı” (16). 
“Cəfər Cabbarlı, Yaxşı rolunu ifa edəcək adamın məhz Hökü-
mə Qurbanova olacağını qət etdi. Hökümənin sifəti, iri qara gözləri, 
pərişan  baxışları  Yaxşı  roluna  uyğun  gəlirdi.  Cəfər  Cabbarlı  studi-
yaya qayıdıb “Almaz” filminin quruluşçu qruppası adından Hökümə 
Qurbanovanı studiyaya dəvət etdi. Hökümə xanım məşq etdi. Onun 
aydın  diksiyası,  daxili  coşqunluğu,  ifa  edəcəyi  vəziyyəti  dərindən 
hiss edib tamaşaçılara çatdırmaq bacarığı, qəşəng xarici görünüşü ilə 
ayrılmaz  bir  vəhdət  təşkil  edirdi.  Quruluşçu  qruppa  Yaxşı  rolunu 
yekdilliklə Hökümə Qurbanovaya tapşırdı” (8). 
C.  Cabbarlının  ölümündən  təxminən  iki  il  vaxt  keçmişdir. 
1936-cı ildə dekabr ayının 25-də “Almaz” filminin ekranlara çıxma 
vaxtı  çatdı.  Film  ekranlara  buraxılmazdan  əvvəl  yaradıcı  heyyət 


 
116 
Cəfər  Cabbarlının  məzarı  üstə  gedib,  filmin  hazır  olması  barədə 
böyük dramaturqa raport verdilər. 
Film  C.  Cabbarlının  eyni  adlı  əsəri  əsasında  ekranlaşmışdır. 
Bu filmə C.Cabbarlı özü quruluş verməli idi. Hətta filmin ekranlaş-
dırılması  ilə  əlaqədar  bütün  hazırlıq  işlərini  də  görüb  tamamla-
mışdır. Ancaq amansız ölüm onun bu arzusunu yarımçıq qoydu və 
Almaz kinomuzun sonuncu səssiz filmi oldu. 
Dram janrında çəkilmiş “Almaz” filminin quruluşçu rejssorları 
Ağarza  Quliyev  və  Qriqori  M.  Braginski,  ssenari  müəllifi  C. 
Cabbarlı, bəstəkarları Niyazi və Zülfüqar Hacıbəyov idi. 
Bu  filmdə  biz  görürük  ki,  Hökümə  Qurbanovanın  ifa  etdiyi 
Yaxşı  incə  duyğulara,  sevən  ürəyə,  gözəl  təbiətə  malik  kəndli 
qızıdır. Onun qəlbinə təmiz xalq mənəviyyatı hakimdir. Yaxşı-Qur-
banova  təmiz  və  saf  məhəbbətə,  zəngin  daxilə  malikdir.  Yaxşıda 
olan bütün bu gözəl keyfiyyətləri Almaz ilk görüşdə hiss edir. Lakin 
buna  baxmayaraq  Yaxşı-Hökümə  xanım  azad  deyil,  onun  heç  bir 
hüququ yoxdur, o, acizdir. Onu sevmədiyi bir insana zorla ərə ver-
mişlər, cəhalətin qara yelkəni öz işini görmüşdür. Əri uzun müddət 
Sibirdə olduğu zamanlarda Yaxşı-Qurbanovanın bir övladıda dünya-
ya  gəlmişdir.  Bu  uşaq  onu  kənddə  biabır  edir,  cahil  insanlar  ona 
təhnə edirlər. Almaz bu işlərə qarışır, ona kömək edir. Almaz Yax-
şının  köməyinə  gəlir,  uşağı  ondan  alıb  özü  saxlayır,  Yaxşını  fəla-
kətdən qurtarır. 
Yaxşı-Hökümə  xanımın  ilk  ekran  işi  olmasına  baxmayaraq 
ona böyük uğur qazandırdı. Azərbaycan incəsənətinə yeni və böyük 
bir istedadın gəldiyini təsdiqlədi. 
“Almaz” filmi daxil olmaqla Hökümə  Qurbanova irili-xırdalı 
beş filmə çəkilib ki, bunlara “Bir ailə” də Leyla (rej. Qriqori Alek-
sandrov,  ssenari  Yev  Vaysenberq,  Mir  Cəlal,  İosif  Prut.,  1943); 
“Onu  bağışlamaq  olarmı?”  filmində  professor  Kəmalə  xanım  (rej. 
Rza  Təhmasib,  ssenari  Məmmədhüseyn  Təhmasib.,  1959);  “Həyat 
öyrədir” də həkim (rej. Zeynəb Kazımova, ssenari V. Bulov., 1961); 
“Əmək  və  qızıl  gül”  də  Bikətu  (rej.  Tofiq  Tağızadə,  ssenari  İdris 
Bazorkin,  T.  Tağızadə.,  1962);  “İnsan  məskən  salır”  filmində 


 
117 
Şamama  (rej.  Arif  Babayev,  ssenari  İmran  Qasımov.,  1967)  rolları 
aiddir. 
Dram  janrında  çəkilmiş  “Bir  ailə”  filmində  Hökümə  xanımın 
ifa etdiyi Layla son dərəcə təbii və inandırıcıdır. Böyük Vətən müha-
ribəsinin  ağır illərində bəhs edən bu filmdə ki, Hökümə Qurbanova-
nın yaratdığı Leyla təbii və inandırıcı olmaqla yanaşı həmdə gözəl və 
ismətlidir. Aktrisa Leylanın faciəsini, keçirdiyi əzablı və işgəncəli hə-
yatını  düşünülmüş  şəkildə,  inandırıcı  boyalarla  tamaşaçılara  çatdırır. 
Onun əri ilə olan kadrları misilsizdir. Xüsusən son kadrlarda Hökümə 
xanımın nikbin ruhunu unutmaq çətindir. Bu obraz sənət aləminə yeni 
gəlmiş gənc bir aktrisanın sözün tam mənasında qələbəsi sayıla bilər. 
Hökümə  xanımın  bu  obrazdakı  mimikaları,  pauzaları  son  dərəcə 
inandırıcı  və  düşündürücüdür.  Aktrisa  obrazı  düzgün  dərk  edib,  ifa 
etməklə tamaşaçılarda ona qarşı dərin sevgi yarada bilmişdir. 
1959-cu  ildə  Bakı  kinostudiyası  Məmmədhüseyn  Təhmasibin 
qələmə aldığı “Bahar” pyesinin motivləri əsasında “Onu bağışlamaq 
olarmı?”  (rej.  R.  Təhmasib,  ssenari  M.  Təhmasib)  filmini  istehsal 
edib,  tamaşaçıların  sərancamına  verdi.  Bu  filmdə  görkəmli  aktyor-
lardan  Veriko  Ançaparidze,  İsmayıl  Talıblı,  Mehdi  Məmmədov, 
Qriqori  Tonuns,  Həsənağa  Salayev,  Məmmədrza  Şeyxzamanov  və 
bir neçə görkəmli sənətkarlarla  yanaşı Hökümə xanımda bu filmdə 
Tərlanın  bacısı  professor  Kəmalə  xanım  (Laçın)  obrazına  çəkilmiş 
və bu rolu öz sənətinin yüksək zirvəsinə qaldıra bilmişdir. 
Dram və detektiv janrda çəkilmiş bu filimdə Hökümə Qurbano-
vanın ifa etdiyi professor Kəmalə xanım obrazı son dərəcə mənalı və 
ürək titrədəndir. Aktrisa bu balaca epizod rolu o qədər təkmilləşdirib, 
ətə-qana gətirmişdir ki, onu baş rollar səviyyəsinə ucaldıb, Azərbay-
can  kinosunda  ən  dolğun  obrazlar  səviyyəsinə  qaldırmağa  müvəffəq 
olmuşdur.  Filmdə  cəmi  3-4  dəfə  görünən  bu  kiçik  bir  rol  aktrisanın 
yaradıcılıq  tərcümeyi  halında  xüsusi  yer  tutur.  Bircə  bu  filmdə  ki, 
Kamələ  xanım-H.  Qurbanovanın  ifası,  onun  böyük  sənətini  işıqlan-
dıran  nadir  sənət  hadisələrindən  biridir.  İndinin  özündə  də  bu  filmə 
baxanda  Hökümə  xanımın  böyük  sənətinə  valeh  olmamaq  olmur. 
Onun  qardaşı  və  anası  ilə  olan  səhnələrində  ürək  parçalayan  kədər 


 
118 
vardır  ki,  onu  da  ancaq  Hökümə  xanım  kimi  nadir  sənətkarlar 
tamaşaçıların qəlbinə hakim edə  bilər. Aktrisanın  kiçik, lakin böyük 
sənət  əsəri  olan  Kəmalə  xanım  obrazı,  Azərbaycan  kinosunun  nadir 
incilərindəndir.  Hökümə  xanım  bu  obraz  ilə  tamaşaçılara  öz  böyük 
sənətini az da olsa nümayiş etdirə bildi. 
1962-ci ildə T. Tağızadə bioqrafik janrda “Əmək və qızıl gül” 
(“Mən rəqs edəcəyəm”) filmini (ssenari İ. Bazorkin və T. Tağızadə) 
çəkib, tamaşaçıların müzakirəsinə verdi. 
Məşhur  balet  artisti,  xoreoqraf,  estrada  rəqqası,  SSRİ  xalq 
artisti (1974), Sosialist Əməyi Qəhrəmanı (1984) Mahmud Esemba-
yevə (15.07.1924-07.01.2000) həsr olunmuş bu filmdə Hökümə Qur-
banova Mahmudun anası Bikətu obrazını ekranda canlandırır. Bu fil-
mə dörd SSRİ xalq artistləri çəkilib: Mahmud Esambayev (Mahmud), 
Vladimir  Txapsayev  (Mahmudun  atası-ƏliSultan),  Hökümə  Qur-
banova (Mahmudun anası-Bikətu), Adil İsgəndərov (klub müdiri). 
Hökümə  xanımın  bu  filmdə  ki,  ana  obrazı,  öz  səmimiliyi  və 
istiqanlığı  ilə  fərqlənirdi.  Elə  bil  obrazda  bir  istilik,  təmizlik  var. 
Bikətu-Qurbanova  əri  ilə  oğlunun  arasındakı  dağa  bənzəyir.  Hər 
ikisi öz şikayətlərin ona deyirlər. Bəzən onun üstünə acıqlanırlar da. 
Lakin,  Bikətu-Hökümə  xanım  onlara  təmkinlə,  səbirlə  cavab  verir, 
doğru  yol  göstərməyə  çalışır.  Ərinin  yanında  oğlunun,  oğlunun 
yanında ərinin tərəfini saxlayır. Haqqın, ədalətin pozulmasına mane 
olur.  Bu  kiçik  həcmli  obrazda  Hökümə  xanım  böyük  iş  görür.  Bu 
obrazı tamaşaçılara sevdirir. 
1967-ci ildə İmran Qasımovun ssenarisi əsasında rejissor Arif 
Babayev  böyük  kinoda  ilk  müstəqil  işi  olan  “İnsan  məskən  salır” 
filmini tamaşaçılara təqdim etdi. Dram janrında çəkilmiş bu filmdə 
Hökümə Qurbanova yenə də ana obrazını – Şamamanı ifa edirdi. 
Dəniz  qəhrəmanlarının  həyatından  bəhs  edən  bu  film  də  biz 
Şamama-Qurbanova ilə ilk dəfə filmin proloqunda rast gəlirik. Onun 
həkim  Şirəli  (bu  rolu  xalq  artisti  İsmayıl  Əfəndiyev  ifa  edirdi)  ilə 
olan  dialoqunda  nə  qədər  paklıq  və  mehribanlıq  vardır.  Bikətudan 
fərqli olaraq Şamamada bir az ötkəmdir. Bu onun ikinci kadrda oğlu 
ilə  olan  söhbətlərində  hiss  olunur.  Şamama-Hökümə  xanım  ərini 


 
119 
cəbhədə itirmiş və oğlu Ramizi (bu rolu Ələsgər İbrahimov ifa edir-
di) canından  artıq istəyən anadır. Onun oğlu  ilə  olan kadrlarında o 
qədər istilik var ki, ana-övlad məhəbbətini bundan artıq tamaşaçılara 
çatdırmaq mümkün deyil. 
SSRİ xalq artisti Hökümə Qurbanovanın yaradıcılığı Azərbay-
can kinosu çox az işlənib. O, özü də buna o qədər əhəmiyyət vermə-
yib. Çünki teatrda işi həddindən artıq çox olması, həm də tamaşalarda 
ifa  etdiyi  obrazlara  son  dərəcə  məsuliyyətlə  yanaşması,  onun  kino 
sahəsində  ki,  fəaliyyətini  ləngidib.  Lakin,  buna  baxmayaraq  Azər-
baycan  kinosunda  Hökümə  xanımın  bir  səs  obrazı  var  ki,  bu  səs  ol-
masa idi, əksər filmlərin baş qəhrəmanlarının ifası sönük görünərdi. 
“Qara  daşlar”da  (1956)  Lətifə  (Nəzakət  Hüseynova),  Qızmar 
günəş altında” (1957) filmində Nərminə (Töhfə Əzimova), “Uzaq sa-
hillərdə”  (1958)  filmində  Anjelika  (Aydar  Yelikoyeva),  “Ögey 
ana”da  (1958)  Dilarə  (Həcibə  Məlikova),  “Kölgələr  sürünür”də 
(1958)  Afət  (Sürəyya  Qasımova),  “Onun  böyük  ürəyi”  (1958)  fil-
mində Səmayə (Tamilla Ağamirova), “Aygün”də (1960) Aygün (Nə-
cibə  Məlikova),  “Bizim  küçə”  (1961)  filmində  Sara  (Rimma  Məm-
mədova),  “Böyük  dayaq”da  (1962)  Maya  (Tamilla  Rüstəmova), 
“Romeo  mənim  qonşumdur”  (1963)  filmində  Nona  (Ariadna 
Şengelaya),  “Əhməd  haradadır”da  (1963)  Leyla  (Töhfə  Əzimova) 
Hökümə Qurbanovanın səsi ilə danışırlar. Mən cəsarətlə deyə bilərəm 
ki,  əgər  müxtəlif  xarakterli  bu  obrazları  Hökümə  Qurbanova  səslən-
dirməsəydi, bəlkə də onlar böyük ictimaiyyətə bu qədər sevilməzdi. 
 
 
 
 
 
 


 
120 
NƏTİCƏ 
 
Hökümə Qurbanovanın mövqeyi Azərbaycan teatrında 
 elə bir əlçatmaz zirvədədir ki, hər aktyor və aktrisa  
ora sahib ola bilməz. 
 
Fəlsəfə doktoru İmran Axundov 
 
 
XX  əsr  aktyorluq  sənətinin  ən  görkəmli  nümayəndələrindən 
biri olan SSRİ xalq artisti Hökümə Qurbanovanın fövqəladə aktyor-
luq  qabiliyyəti Azərbaycan teatrının kimliyini təyin  edir. Bu böyük 
yaradıcılığın  kökü  dərinə  işləyərək,  zirvəsi  buludlarla  görüşən 
nəhəng  bir  ağaca  bənzəyir.  “İstedad  və  əməksevərlik,  yaradıcılıq 
işinə şüurlu münasibət, öz əməyindən ilham almaq bu kamil sənət-
karın əsas xüsusiyyətləridir. Onun öz sənət və həyat prinsipləri var. 
Hər  hansı  obraz  olursa  olsun,  bu  misilsiz  istedad  sahibi  ona  ciddi 
yanaşır. O, obrazın dili-diksiyası üzərində çalışmağı, hər sözün, hər 
pauzanın və vurğuların yerli-yerində olmasını aktyor yaradıcılığının 
əsas şərtlərindən hesab edir. Təbiət H. Qurbanovaya kamil sənətkar-
lara  xas  olan  bütün  xüsusiyyətləri  vermişdir.  O,  öz  istedad xəzinə-
sinin incilərindən böyük ustalıqla, səmərəli istifadə edir. 
Hökümə  Qurbanova  səhnədə  başqalaşmağı,  yaratdığı  obrazın 
simasını almağı bacarır. Sünilik ona yaddır. O, həmişə sadə, təbii və 
inandırıcıdır”(12). 
H. Qurbanova öz üzərində daim çalışan, sənətinə düşüncə ilə, 
həvəslə  münasibət  bildirən  sənətkar  idi.  O,  yaxşı  başa  düşürdü  ki, 
ərsəyə  gələn  hər  bir  obraz  aktyor  üçün  böyük  bir  imtahandır.  “... 
aktrisa  Azərbaycan  səhnəsinə  misilsiz  töhfələr  vermişdir.  Onların 
içərisində  Səhər,  Südabə,  Kleopatra  kimi  zəngin  yaradıcılıq  tacına 
həkk olunmuş ləl, cəvahir, gövhər vardır” (16). 
“Aktrisa sözsüz düşüncələri, sükutları ilə səhnədə çox mənalı 
görünür.  O,  obrazın  forma  ilə  mündəricəsi  arasında  harmoniya 
yaradır.  Onun  səhnədə  istifadə  etdiyi  bədii  vasitələr  xarakterin 
şərhinə xidmət edir, səhnə materialını cana gətirir, xarakterin idrak 


 
121 
əhəmiyyətini  yüksəldir.  Belə  hallarda  onun  yaratdığı  obraz  özü  bir 
tamaşaya  çevrilir.  Aktrisanın  güclü  istedadı,  duymaq,  dərk  etmək 
bacarığı  obrazı  ümumiləşdirməyə,  onu  tamamlamağa  imkan  verir. 
Hökümə xanımın Germionası, Kleopatrası, Sevinci, Bənövşəsi məhz 
bu cəhətdən səciyyəvidir” (1). 
Hökümə xanım qüdrətli  bir sənətkar olduğundan Azərbaycan 
teatrında yaşayan realist və romantik ənənələrdən məharətlə istifadə 
edərək,  ifa  etdiyi  obraza  navator  prinsipi  ilə  yanaşır,  onu  öz  sənət 
süzgəcindən keçirib, yüksək bədiilik səviyyəsinə çatdıra bilirdi. Bu 
yol  böyük  və  həqiqi  bir  istedadlı  sənətkarın  yoludur.  SSRİ  xalq 
artisti Hökümə Qurbanova daim bu yol ilə gedərək, sənət aləmində 
öz cığırını açmış, öz sözünü demiş, nadir sənətkarlardandır. 
 
2014 


 
122 
İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT 
 
1. Allahverdiyev M. Müasir teatrda ənənə və novatorluq məsə-
lələri. Bakı, Azərnəşr, 1974, s. 39, 81. 
2. Cəfərov C. Əzizbəyov adına Azərbaycan Dram Teatrının 75 
illiyi. Bakı, Azərnəşr, 1949. 
3. Cəfərov C. Azərbaycan Dram Teatrı. Bakı, Azərnəşr, 1951. 
4. Cəfərov C. Azərbaycan Dram Teatrı. Bakı, Azərnəşr, 1959. 
5. Cəfərov C. H. Azərbaycan Teatrı. Bakı, Azərnəşr, 1974. 
6.  Cəfərov  M.  C.  Sənət  yollarında.  Bakı,  Gənclik,  1975,               
s. 311, 313 və 326. 
7. Əlioğlu M. Tənqidçinin düşüncələri. Bakı, Azərnəşr, 1968, 
s. 139-173. 
8. Əyyubov T. Hökümə Qurbanova. Bakı, Az.TC, 1964. 
9. Hüseyn M. Ədəbiyyat və sənət məsələləri. Bakı, Azərnəşr, 
1958, s. 557 və 576-577. 
10.  Hüseynov  R.  Cəfər  Cabbarlının  tarixi  dramlarının  səhnə 
təcəssümü. Bakı, Maarif, 1971, s. 201 və 287. 
11. İbrahimov M. Ədəbi qeydlər. Bakı, Azərnəşr, 1970, s. 286, 
291 və 295-296. 
12.  İsmayılova  A.  Azərbaycan  qadınları  səhnədə.  Bakı,  İşıq. 
1977, s. 107-111. 
13. Kərimov  İ. Azərbaycan peşəkar teatrının tarixi və inkişaf 
mərhələləri. Bakı, Maarif, 2002. 
14.  Kərimov  İ.  Azərbaycan-Türkiyə  teatr  əlaqələri.                 
Bakı, 2000, s. 112. 
15.  Məmmədov  M.  Teatrlar.  Aktyorlar.  Tamaşalar.                  
Bakı, Azərnəşr, 1966, s. 165-172. 
16. Məmmədov M. Onun sənət ulduzu. Bakı, İşıq, 1983. 
17.  Mərdanov  M.  Əlli  il  Azərbaycan  səhnəsində.                    
Bakı, Uşaqgəncnəşr, 1959. 
18. Mərdanov M. Xatirələrim. Bakı, Azərnəşr, 1964. 
19.  Rəhimli  İ.  Akademik  Milli  Dram  Teatrı.  Birinci  kitab, 
Bakı, Qann-Poliqraf, 2002. 


 
123 
20.  Rəhimli  İ.  Akademik  Milli  Dram  Teatrı.  İkinci  kitab,       
Bakı, Qann-Poliqraf, 2002 
21. Rəhimli İ. Səhnəmizin fədailəri. Birinci kitab, Bakı, Qann-
Poliqqraf, 2002, s. 213-218. 
22. Səfərov C., Babayev A. Şərəfli yol. Bakı, Azərnəşr, 1974. 
23.  Səfərov  C.  Teatr  və  dramaturgiya.  Bakı,  Yazıçı,  1982,            
s. 83-87. 
24.  Təhmasib.T.  Hüseyn  Cavid  və  teatr.  Bakı,  İşıq,  1988,             
s. 96. 
25.  Vahabzadə  B.  Sadəlikdə  böyüklük.  Bakı,  Yazıçı,  1978,          
s. 192-197. 
26.  Юсифбейли  Т.  Шекспир  на  сцене  театра  им.  Азиз-
бекова. Баку. 1964. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
124 
BAŞLIQLAR 
 
 
GİRİŞ ............................................................................................. 3 
 
I FƏSİL 
Həyatı və axtarışlar dövrü (1913-1943) ......................................... 4 
 
II FƏSİL 
Məhsuldar dövr (1944-1960) ......................................................... 20 
 
III FƏSİL 
Sənətin zirvə dövrü (1961-1988) ................................................... 75 
 
IV FƏSİL 
Aktrisanın kino fəaliyyəti (1936-1967) ......................................... 115 
 
NƏTİCƏ ........................................................................................ 120 
 
İstifadə olunmuş ədəbiyyat ............................................................ 122 
 
 
 
 
 
 


 
125 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
126 


 
127 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Имран Адиль оглы Ахундов 
ОКЮУМА КУРБАНОВА 
монография 
(на азербайджанском языке) 
Баку – Мутарджим – 2015 
 


 
128 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Üz qabığının dizaynı  – Мятанят ГАРАХАНЛЫ 
Kompyuter operator – Xədicə TAĞIYEVA 
 
 
 
 
Чапа имзаланыб: 06.03.2015 
Формат: 60x84 1/16. Гарнитур: Тимес. 
Щяъми: 8 ч.в. Тираж: 100. Сифариш № 47. 
 
 
 
ТЯРЪЦМЯ 
ВЯ НЯШРИЙЙАТ-ПОЛИГ РАФИЙА 
МЯРК ЯЗИ
Аз 1014, Бак ы
, Рясул Рза к цч., 125
596 21 44; 497 06 25; (055) 715 63 99 
e-mail: mutarjim@mail.ru
 
www.mutercim.az 
 

Yüklə 15,97 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə