İmran axundov



Yüklə 15,97 Kb.
Pdf görüntüsü
səhifə34/37
tarix21.06.2018
ölçüsü15,97 Kb.
#50141
1   ...   29   30   31   32   33   34   35   36   37

 
104 
SSRİ xalq artisti Hökümə Qurbanovanın ifa etdiyi Naydyino-
va obrazı aktrisanın yetmişinci illərin əvvəlində yaratdığı ən dolğun 
səhnə  qəhrəmanlarından  biridir.  Onun  bir  sənətkar  kimi  obraza 
yaradıcı  münasibəti  o  qədər  geniş  və  hərtərəfli  idi  ki,  bu  da  ona 
obrazın dəqiq açılmasına imkan verirdi. Nəticədə, Hökümə xanımın 
yaratdığı  hər  bir  obraz,  yaşından,  mühitindən,  mövqeyindən  asılı 
olmayaraq sənət hadisəsinə çevrilirdi. 
1974-cü  il  mart  ayının  1-də  S.  Vurğunun  “İnsan”  mənzum 
faciəsi  Mehdi  Məmmədovun  quruluşunda  ikinci  dəfə  tamaşaya  qo-
yuldu və flosof Şahbazın həyat yoldaşı, bəstəkar Səhər obrazı Hökü-
mə Qurbanovaya tapşırıldı. 
Bu tamaşada SSRİ xalq artistləri Hökümə Qurbanova (Səhər) 
və  Mehdi  Məmmədovun  (böyük  Şahbaz)  son  dərəcə  maraqlı  və 
yaddaşlardan silinməyən ifaları var idi. 
Tamaşada iki Şahbaz və iki Səhər var. Bunlar gah cavan, gah 
da  yaşlı  görünürlər.  Hər  iki  obrazı  eyni  aktyorlar  böyük  məharətlə 
ifa  edirdilər.  “Tamaşadakı  hadisələr  belə  cərəyan  edir  ki,  tamaşaçı 
gah cavan, gah da qoca Səhəri görür... Hər ikisinin rolunu Hökümə 
Qurbanova  ifa  eləyir.  Psixoloji  cəhətcə  və  səhnəlik  tərəfdən 
mürəkkəb olan bu “dəyişmə” elə bir ustalıqla və o qədər sadə, təbii 
tərzdə  baş verir ki,  guya bizi hər dəfə  sehrin  gücü ilə gah keçmişə,  
gah da hazıra köçürürlər və biz gah məhəbbətlə,  yaradıcılıq ilhamı 
ilə çoşan gənc Səhəri-H. Qurbanovanı, gah da kədərdən, iztirabdan, 
çətin sınaqlardan üzülən, amma yenə də vüqarını itirməyən xoşbəxt 
ananı,  qəhrəman  atasının  xatirəsini  əziz  tutan  bir  oğul  böyüdən 
dəyanətli ananı görürük” (“Baku” qəzeti, 24.03.1974). 
Hökümə  xanımın  ifa  etdiyi  Səhər  sənətkarlıqdan  yoğrulmuş 
bir  səhnə  qəhrəmanı  idi.  Onun  ifasında  Səhər  mənalı  və  təbii  idi. 
Səhər-Qurbanova  bir  qadın,  ana  və  nəhayət  vətəndaş  kimi  ömrünü 
namusla başa vurmuş, gözəl əsərlər yaratmış, ərini pak məhəbbətlə 
sevmiş, daim məhəbbətinə sadiq qalmış, ağıllı və tərbiyəli bir övlad 
böyütmüşdür. 
M.  İbrahimov  yazır  ki;  “Səhər  rolunda  çıxış  edən  SSRİ  xalq 
artisti  Hökümə  Qurbanovanın  çox  gözəl  oyununu  qeyd  etməliyik. 


 
105 
Hökümə xanım surətin psixoloji aləmini, sevinc və iztirablarını yax-
şı  açır,  musiqi  ilə  bağlı  səhnələrdə  mənalı,  ehtiraslı  jestlər  və  hissi 
ifadələr tapır”. 
Səhər-Hökümə xanımın ərinin orduya gedəcəyini düşündükcə 
keçirdiyi iztirabları unutmaq çətin idi: 
Bəzən bağçadakı bir çocuq səsi
Ya bir bəstəkarın ürək nəğməsi
Ya mənalı bir söz, məsum bir baxış, 
Qışdakı qar tarı, yazdakı yağış, 
Yaşıl yamacdakı bir ayaq izi
Qəmli bir insanın pərişan üzü
Bir gülüş... bir bayram... ya da ki, bir yas, 
Bir insan vüqarı, bir qəşəng libas 
Yerdə olmasaydı insan sönərdi
Gözəl xəyallar da heçə dönərdi. 
“Leteraturnaya qazeta” (10.07.1974) yazır ki; “H. Qurbanova 
Səhər obrazını başdan-başa öz ürəyinin hərarəti ilə, qadın şəfqəti və 
mehtibanlığı ilə isidir”. 
Aktrisanın  yaratdığı  Səhər  ərini  böyük  məhəbbətlə  sevməklə 
yanaşı, ona çox böyük hörmət edirdi. Aktrisa bunu xüsusi cizgilərlə 
göstərirdi. 
“Sovetskaya  kultura”  (02.06.1974)  qəzeti  yazır  ki;  “H.  Qur-
banova  Şahbazın  arvadı  bəstəkar  Səhərin  parlaq  obrazını  yaradıb... 
Onun ifası insani və qəhrəmani keyfiyyətlərlə, zərif cizgilər və incə 
psixologizm ilə fərqlənir”. 
H. Qurbanovanın  ifasında Səhər otuz ildir ki,  ərinə olan sev-
gisi  və  musiqinin  gücü  ilə  yaşayır.  O,  özünün  daxilindəki  qüvvəyə 
arxayın  olan,  hər  əzaba  qalib  gələn  insan  idi.  “Hökümə  Qurbano-
vanın  oyunundakı  səmimilik  və  xalislik  hamı  üçün  örnəkdir” 
(“Pravda” qəzeti, 05.05.1974). 
“Səhər rolunda ... Hökümə Qurbanovanın surətin psixoloji alə-
mini, sevinc və iztirablarını mənalı, ehtiraslı jestlərlə, hərəkətlərlə və 
hisslərlə açması ... coşqunluq və inandırıcılıq səhnəmizdə “İnsan”ın 
ikinci həyatının parlaq və uğurlu olmasına zəmin yaratdı” (13). 


 
106 
“Sevinc, Tolqonay və Səhər obrazları başqa qütbün adamları, 
faciə aləminin sakinləridir. Onların qismətində, taleyində bir yaxın-
lıq var. Hər üçü əzabkeşdir. Qaragünlü, gözüyaşlı, sinədağlıdır. Hər 
üçü  hicran  yolçusudur.  Onlar  intizar,  həsrət  içində  yaşayır,  yaşayır 
və  gözləyirlər.  “Sənsiz”,  “Ana  torpağı”  və  “İnsan”  pyeslərində 
ölümlər, qaraxəbərlər, qanlar, qurbanlar olmasa idi belə bu üç qadın 
obrazı  həmin  əsərlərə  faciə  vüsəti,  ülviyyəti  verər,  onları  əsil  faciə 
səviyyəsinə qaldıra bilərdi. 
Xüsusilə Hökümə Qurbanovanın ifasında! 
Aktrisa hicran mövzusunu, vüsalə çatmaq ehtirasını, kama çat-
mazlığın  əzabını  dərindən  duyduğu  kimi,  dərin  idrak  və  emosiya  ilə 
də  canlandırır.  Əsil  faciəviliyin  və  faciə  janrında  yazılmış  əsərlərin 
nəzdində böyük iztirabla dərin idrak bir-birinə qarışır və qovuşur. On-
lar hadisə ilə mahiyyətin, forma ilə məzmunun qovuşduğu kimi qovu-
şur, vəhdət daxilində birləşirlər. Bu vəhdət eyni zamanda ahəngə çev-
rilir, musiqi sədaları kimi səslənir, dinlənir, şeriyyətin dili ilə şairanə 
bir  dillə  bizə  həyatın,  xilqətin  sirlərini  açır.  Deməli  idrak  aləminin 
qapılarını  açır.  Faciə  səpgili  pyeslərdə  iştirakçıların  çəkdiyi,  bizim 
canyanğısı ilə duyduğumuz əzab, iztirab, əlbəttə, idrak və özünü idrak 
vasitəsi, həyat əlaməti və nəticə etibarilə nikbinlik nişanəsidir... 
Səhər obrazı Sevinc və Tolqonayla müqayisəedilməz dərəcədə 
əzəmətlidir, monumentaldır. Onun təmsil etdiyi, hicran, vəfa, səda-
qət  teması  da  bu  əsərdə  genişəhatəli,  fəlsəfi  vüsətlidir.  Səhər-H. 
Qurbanova  fəlsəfi-monumental  səpkili  bu  tamaşaya  onun  üzvi  his-
səsi  kimi  daxil  olur.  Şahbazla  bərabər  onun  ideya-konflikt  özəyini 
yaradır.  Əslində  tamaşanı  Səhər  başlayır  və  o  da  tamama  yetirir. 
Səhər-Qurbanova  hamıdan  əvvəl  səhnənin  önünə  çıxıb  royal  arxa-
sında əyləşir, olub-keçənləri qəmli, ibrətli bir dastan kimi nəzərində 
canlandıraraq  uzaqlara  baxır,  sonra  şirmayı  dillərdə  “Hicran  nəğ-
məsi” adlanan simfoniyanın ilk akkordlarını səsləndirirdi... 
“Hicran  nəğməsi”  pərdə-pərdə  ötür,  dalğa-dalğa  ucalır,  sanki 
tamaşa salonundan çıxıb uzaqlara yayılırdı. Səhər “Otuz il əvvəl...” 
deyə  xəyalın  gücü  ilə  keçmişi  hazıra  qaytarır,  tamaşaçıların  gözü 
qabağında  bir  anda  özü  də  otuz  il  cavanlaşırdı.  Tamaşaçı  ona 


Yüklə 15,97 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə