İmran axundov



Yüklə 15,97 Kb.
Pdf görüntüsü
səhifə32/37
tarix21.06.2018
ölçüsü15,97 Kb.
#50141
1   ...   29   30   31   32   33   34   35   36   37

 
98 
daim qayğı göstərən insan idi. Onun günəşə, buludlara və müqəddəs 
torpağımıza  etdiyi  müraciətdə  Hökümə  xanımın  ürəkdən  gələn 
sözləri  son  dərəcə  təsirli  və  insanları  düşündürməyə  vadar  edən 
çağırış  idi.  Xatirələrlə  zəngin  olan  Tolqonayın  keçirdiyi  hissləri, 
psixoloji  vəziyyətləri  aktrisa  sözün  tam  mənasında  böük  ustalıqla 
açır, tamaşaçılara təbii və incə detallarla çatdırırdı. 
Müharibədə ərini və oğullarını itirən Tolqonay-Qurbanova öz 
bütün  mehrini  vaxtsız  dul  qalmış  gəlininə  salır.  Gəlininin  uğursuz 
taleyi  onu  düşündürür,  dərdə  çevirir.  Tolqonay-Qurbanova  bilir  ki, 
cavan gəlin gec-tez ondan ayrılacaq, lakin buna baxmayaraq yenə də 
ona qayğı ilə yanaşır. Bu iki gəlin və qaynana münasibəti tamaşanın 
ən  uğurlu  səhnələridir  ki,  Hökümə  xanım  bu  təsirli  səhnələri 
tamaşaçılara yüksək peşəkarlıqla çatdıra bilmişdir. 
1967-ci  il  fevral  ayının  sonunda  teatr  qısa  müddətli  İrəvan 
şəhərində qastrolda oldu. V. Şekspirin “Antoni və Kleopatra” (25 və 
26  axşam)  və  C.  Cabbarlının  “Oqtay  Eloğlu”  (26  gündüz  və  27 
axşam) tamaşaları Sundukyan adına teatrda nümayiş olundu. Fevral 
ayının  25-də  oynanılan  “Antoni  və  Kleopatra”  faciəsinə  Ermənis-
tanın bütün hökumət üzvləri tamaşa etmişdilər. 
1967-ci  il  iyun  ayının  2-də  Şıxəli  Qurbanovun  “Sənsiz”  əsəri 
T.  Kazımovun  quruluşunda  tamaşaya  qoyuldu  və  Sevinc  rolunu 
SSRİ xalq artisti Hökümə Qurbanova ifa etdi. 
““Sənsiz”  tamaşasında  dolğunluğu  ilə  diqqəti  cəlb  edən 
obrazlardan  biri  də  H.  Qurbanovanın  emosionallıqla  yaratdığı 
Sevincdir. O, nakam məhəbbətli, ağır iztirab çəkmiş bir qadının ürək 
çırpıntılarını  elə  sənətkarlıqla  canlandırır  ki,  onun  dərdlərinə  şərik 
olmaya bilmirsən” (1). 
Cəmi  dörd  iştirakçısı  olan  bu  əsərdə  Hökümə  xanım  təmiz 
əxlaqlı Sevinci sevərək, tamaşaçılara sevdirdi. Onun Sevinci repres-
siya  dövrünün  qurbanı  olmuş  Tərlanın  sevgilisi  və  onu  qəlbində 
unuda bilməyən, sadiq bir insan idi. 
““Sənsiz”  əsəri  tamaşaçını  belə  bir  aləmə  salır,  əvvəldən  axıra 
qədər  faciə  mühitində  saxlayır,  faciəvi  idrak  prosesindən  keçirir. 
Amma  nəticə  etibarilə  ona  ruh  yüksəkliyi,  nikbinlik  təlqin  edir.  Ta-


 
99 
maşaçı bu prosesi və bu yolu iştirakçılarla bərabər keçir. Dörd iştirakçı-
dan birinci tanış olduğumuz Sevinc-Hökümə Qurbanovadır. Məharətlə 
söylənən monoloqlar, əyani, bəzən qiyabi dialoqlar bizi Sevincin dərdi, 
kədəri  ilə  tanış,  daha  doğrusu  həmdərd  edir.  Vüsal  gecəsi  öz  ardınca 
hicran illərini gətirmişdir. Bircə günün gəlini 18 ildir ki, öz sevgili əri 
cavan  geoloq  Tərlandan  ayrı  düşmüşdür.  Pyesin  fakturasına  uyğun 
olaraq aktrisa öz rolunu əsasən qəlbdən duyulmuş duyğulardan, dərin 
yaşantı  tellərindən  hörür.  Hadisələr  və  münasibətlər  həlli  mümkün 
olmayan  bir  müşgülə  çevrildikcə  Sevincin-H.  Qurbanovanın 
həyəcanları, əzabları kimi intizarı da  dərinləşir. Onunla bərabər tama-
şaçının da intizarı artır. O həm Sevincin taleyini, həm idrakın son mən-
zilini intizarla izləyir. Tamaşanın rejissoru T. Kazımovun və H. Qurba-
novanın  düzgün  fikri  və  fikrin  uğurlu  təcəssümü  nəticəsində 
tamaşadakı  hadisələr,  münasibətlər,  habelə  Sevincin  dərdi-əzabı 
fərdilik  və  xüsusilik  çərçivəsində  qalmır.  Onların  mənası,  mahiyyəti 
ümumilik  və  bədii  ümumiləşdirmə  dərəcəsinə  çatdırılır.  Rejissoru  və 
aktrisanın emosional-bədii təfəkkürü hamı üçün ibrətli olan həyat düşü-
ncələrinə  yol  açır.  Biz  tamaşaya  baxdıqca,  Sevincin  çətin  həyatına 
bələd  olduqca,  öz  səadətini  nəhayət  belə  çətinliklə,  əzabla  tapdığını 
görüncə dərk edirik ki, quran, yaradan, dünyanı dəyişdirən və gözəlləş-
dirən  insan  üçün  yaşamaq  –  mübarizədir.  Yaşamaq  çətinliklərə  qalib 
gəlməkdir. Aktrisa beləliklə, öz qəhrəmanının həyata və səadətə, haqqa 
və ədalətə inamını dəmir iradə ilə öz tamaşaçılarına təlqin edir” (16). 
“İfalarında obrazın faciə yükünü daşıdıqlarına açıq işarə vuran 
Məlik  Dadaşov  və  Hökümə  Qurbanova  lirik  psixologizmi  sakit 
tərzdə, əsasən sifət ifadələrində, gözlə və səs variasiyalarında oyna-
yırdılar” (20). 
“...Hökümə Qurbanovanın yardıcıllığındakı fəci qüvvət “Sən-
siz” də yeni bir cilvə ilə parladı. Biz səhnəyə ilk gəlişində Hökümə 
xanımın əzəmətli bir qadın obrazı yaradıcılığını duyduq. O, gəlinlik 
örpəyinə qara bağlamış bu gənc qadının dəyanət və hünərini, dözüm 
və  sədaqətini  bəzən  zərif,  bəzən  də  qatı  boyalarla  göstərə  bilir. 
Sevinc-Qurbanova  Tərlanla  münasibətində  nə  qədər  mülayimdirsə, 
Fərhada  münasibətində  ciddidir,  tədbirlidir,  ağlın  hökmünə  qulaq 


 
100 
asandır. H. Qurbanovanın Sevinci həm də qayğıkeşdir. Bu cəhətdən 
qısqanclıq oduna yanan Maral ilə onun söhbəti nə qədər mənalı və 
təbiidir! 
Ümumiyyətlə  müqtədir  sənətkarımız  öz  qəhrəmanının  çətin 
həyat  yolunu,  mürəkkəb  duyğular  aləmini  səhnədə  ləyaqətlə 
canlandırmış, müasirlərimizin bir sıra yüksək mənəvi keyfiyyətlərini 
özündə cəmləşdirən bir obrazla bizi sevindirmişdir” (22). 
Sevinc  obrazı  Hökümə  Qurbanovanın  misilsiz  ifası  ilə  sənət 
hadisəsinə çevrilə bildi. O, Sevincin əziyyətini, dərdini, düşüncəsini 
və o dövrdə əzab və zillətlərə düçar olmuş insanların faciəsini parlaq 
cizgilərlə  tamaşaçıların  yaddaşına  həkk  etdi.  Hökümə  Qurbanova 
Sevinci yüksək bədiilik səviyyəsinə qaldırmağa müvəffəq oldu. 
1967-ci il noyabr ayının 7-də Ə. Şərifovun quruluşunda tama-
şaya  qoyulan  Mirzə  İbrahimovun  “Közərən  ocaqlar”  pyesində  H. 
Qurbanova Mazar bəyin ömür gün yoldaşı Maral xanımı ifa etdi. 
Aktrisanın  ifasında  Maral  xanım  qəm-qüssəsini  gizlədə  bil-
məyən, öz-özünü aldatmağa çalışan, sədaqəti itmiş, möhkəm iradəli, 
dözümlü, namuslu bir qadın idi. 
X. Əlimirzəyev “Bədii həqiqət uğrunda” (1984, s.219) kitabın-
da yazır ki; “Səhnəmizin fəxri olan Hökümə Qurbanova Maral xanı-
mın vəziyyətini, daxili aləmini, hiss və düşüncələrini çox yaxşı duy-
duğu  üçün  gözəl,  təsirli  bir  obraz  yaratmışdır.  Hökümə  xanımın 
Maralı düşdüyü mühitə qarşı üsyankarlıqla etiraz edən, ərinin yara-
mazlığı üçün də vicdan  əzabı çəkən bir qadın,  yaxşı ana, humanist, 
xeyirxah  qəlbli  bir  insandır.  Biz  onun  halına  acıyırıq,  onun  dərd-
lərinə şərik çıxırıq. Tamaşaçı Hökümə xanımı bu rolda alqışlayır...” 
Hökümə Qurbanovanın Maral xanımı “qızıldan don geyinmiş” 
kədərli bir insan idi. Aktrisa bu obrazda üzdə gülürsə, daxilində göz 
yaşları axıdırdı. Öz halına, düşdüyü mühitə acıyırdı. 
“Hökümə  Qurbanova  Maralı  düşüncəli,  həssas,  yaşadığı  mü-
hitlə barışmayan mütərəqqi görüşlü bir qadın kimi tamaşaçılara sev-
dirə bilirdi. Nərimanın maarifçi ideyaları, azadlıq mübarizəsi Maral-
Hökümə  xanım  üçün  doğma  və  əziz  idi.  Aktrisa  öz  qəhrəmanının 
incə  qəlbini,  ruhi  sarsıntılarını  böyük  psixoloji  dərinliklərlə  açır, 


Yüklə 15,97 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə