İmran axundov



Yüklə 15,97 Kb.
Pdf görüntüsü
səhifə33/37
tarix21.06.2018
ölçüsü15,97 Kb.
#50141
1   ...   29   30   31   32   33   34   35   36   37

 
101 
Nərimanovun  şəxsiyyətinə,  sənətinə  və  mübarizəsinə  rəğbətini  də 
real şəkildə göstərirdi” (22). 
Maral xanım Hökümə Qurbanovanın yaradıcılığında müvəffə-
qiyyətli obrazlarından biri olmaqla yanaşı, “hər şey var, heç nə yox-
dur” prinsipinə əsaslanan səhnə qəhrəmanı idi. 
“Hökümə Qurbanovanın çöhrəsində Cakondanın sirli təbəssü-
mü  vardı.  Aktirsa  o  təbəssümün  sehrindən  və  hüsnündən  dramatik 
rollarda məharətlə istifadə edirdi. O dramatik rollarda ki, onların hə-
yat amalları insanpərvərliklə, xeyirxah əməllərlə yoğrulub” (21). 
1969-cu  il  aprel  ayının  19-da  Bəxtiyar  Vahabzadənin  “İkinci 
səs” pyesini Ə. Quliyev tamaşaya qoydu və Arzu obrazını yaratmağı 
Hökümə xanıma həvalə etdi. 
Ailə-məişət  mövzusuna  toxunulmuş  bu  əsərdə  insan  psixolo-
giyasının  bəzi  problemli  düyinlərini  acmaq  müəllifin  əsas  məqsədi 
olmaqla yanaşı həqiqi məhəbbətin paklığını bu üç obrazda (Arzu (H. 
Qurbanova),  Həyat  (L.  Bədirbəyli)  və  Rəşad  (H.  Salayev))  göstər-
məyə çalışmışdır. 
Lirik  təmayüllü  psixoloji  obrazlardan  olan  Arzunu  H.  Qurba-
nova öz istedadının gücü ilə sənətinin zirvəsinə qaldırmağa nail ola 
bildi.  Aktrisa  “...təbii  və  parlaq  oyununda  yüksək  əxlaqi  sifətlərə 
malik, fədakar, alicənab, müasir bir Azərbaycan qızının mənəvi uca-
lığı”nı  (Y.  Qarayev,  “Kommunist”  qəzeti,  29.06.1969)  yaratmağa 
müvəffəq oldu. 
“Mənəvi ucalıq, iradə qəhrəmanlığı Arzu surətində (H. Qurba-
nova) dərin psixoloji ifadəsini tapırdı” (5). 
“Tənqidi  məqalələrdə  Hökümə  Qurbanovanın  bu  rolu  (Arzu-
İ.A.)  təbii  oynadığı,  mənəvi  ucalığa,  yüksək  əxlaqi  sifətlərə  malik, 
möhkəm  iradəli,  alicənab,  müasir  Azərbaycan  qızının  obrazını 
yaratdığı göstərilir” (16). 
“Hökümə xanımın son illərdə böyük məharətlə yaratdığı səhnə 
obrazları arasında Kleopatra (“Antoni və Kleopatra”), Sevinc (“Sən-
siz”), Arzu (“İkinci səs”) və Maral (“Gözərən ocaqlar”) öz canlılığı, 
ehtitaslı səhnə təcəssümü ilə diqqəti cəlb edir. Bu obrazlarda aktrisa-
nın ecazkar sənəti yüksək zirvəyə qalxır” (12). 


 
102 
SSRİ  xalq  artisti  Hökümə  Qurbanova  1970-1985-ci  illərdə, 
yaşının müdriklik dövründə Azərbaycan və dünya dramaturgiyasın-
da  müxtəlif  xarakterlərə  malik  olan  mürəkkəb  obrazlar  yaratdı  ki, 
bunlara A. Safronovun “Kişilərə  inanmayın” komediyasında Nayd-
yonova  Aleksandra  İvanovna  (tərcümə  M.  İbrahimov,  rej.  Ə.  Quli-
yev,  13.06.1970);  S.  Vurğunun  “İnsan”  mənzum  faciəsində  Səhər 
(rej. M. Məmmədov, 01. 03.1974); Avkisenti Saqarelinin “Xanuma” 
komediyasında  Xanuma  (tərcümə  T.  Əyyubov,  rej.  Ə.  Şərifov, 
07.06.1975);  N.  Hikmətin  “Məhəbbət  əfsanəsi”  əsərində  Məhmənə 
banu (tərcümə İ. İbrahimov, rej. Ə. Şərifov, 07.05.1977); A. Paron-
yanın  “Şərqli  diş  həkimi”  komediyasında  Marta  (tərcümə  H.  Oru-
cov, rej.  H. Qaplanyan,  09.05.1981);  V. Şekspirin “Maqbet” faciə-
sində  Ledi  Maqbet  (tərcümə  A.  Şaiq,  rej.  M.  Fərzəlibəyov, 
19.11.1981); Q. Rəsulovun “Qarabağ əfsanəsi” pyesində Günəş (rej. 
M. Fərzəlibəyov, 15.09.1984); Tennesi Uilyamsın “Şüşə heyvanxa-
na”  əsərində  Amanda  (tərcümə  İ.  İbrahimov,  rej.  B.  Osmanov, 
02.06. 1985) kimi obrazlar aiddir. 
1970-ci il iyun ayının 13-də Mirzə İbrahimovun tərcüməsində 
A. Safronovun “Kişilərə inanmayın” komediyası Ə. Quliyevin quru-
luşunda  tamaşaya  qoyuldu  və  Naydyonova  obrazını  H.  Qurbanova 
ifa  etdi.  Onun  böyük  sənəti  imkan  verirdi  ki,  bu  obraza  öz  naxış-
larını  vursun  və  bənzəri  olmayan  sənəti  ilə  Azərbaycan  səhnəsini 
zənginləşdirsin. 
“Aktrisanın  komediya  istedadı  “Kişilərə  inanmayın”  tamaşa-
sında yenidən parlamışdır. O, janrın təbiətində qalmaq şərtilə həyat 
məzmunu, ideyası etibarilə mürəkkəb, zəngin bir xarakter yaratmış-
dır.  Uğursuz  ailə  həyatından  və  bir  dəfə  sevib,  amma  cavabında 
vəfasızlıq  görəndən  sonra  kişilərə  inamı  qırılan  Naydyonova-H. 
Qurbanova tamaşa boyu kişilərə inamsızlıqdan inama, geniş mənada 
isə insanlara inama doğru məntiqli bir yol keçir. O, bu inamı komik, 
bəzən  dramatik  vəziyyətlərdə,  daxili  mübarizədə,  incə  psixoloji 
ştrixlərlə, aktyorluq palitrasının əlvan boyalarından məharətlə istifa-
də edərək qazanır. Təəccüblü deyildir ki, tamaşaçılarla, tənqidçilərlə 
bərabər  əsərin  müəllifi  Anatoli  Safronov  da  Hökümə  xanımın  ifa-


 
103 
sından  razı  qalmış,  onun  istedadına  heyran  olmuşdur.  O,  demişdir: 
“Mən şadam ki, əsərim Hökümə Qurbanova kimi görkəmli ustaların 
çalışdığı  bir  teatrın  səhnəsində  tamaşaya  qoyulmuşdur.  Bu  aktrisa 
saysız-hesabsız zərif boyaları bərq vuran parlaq və yüksək istedada 
malikdir”. Müəllifin  təəssüratı gerçəkdir. Çünki  tamaşaçılar və  tən-
qidçilər də aktrisanın yaratdığı obrazın qadın kimi füsünkarlığından, 
emosiyalı, çılğın və coşqun olmasından, eyni zamanda dərin ağlı və 
mühakiməsi ilə rəğbət oyatdığından ağız dolusu danışırlar” (16). 
Hökümə  Qurbanovanın  Naydyonovası  böyük  sənətin  gözəl 
bəhrəsi  idi.  Aktrisa  bu  obrazda  komik  çalarlardan  son  dərəcə 
məharətlə istifadə edərək, ifa etdiyi rola xüsusi ahəng verirdi. 
“Burada,  əlbəttə,  qüdrətli  sənətkarımız  Hökümə  xanımın  oyu-
nu, bu oyundakı rəngləri, çalarları, özünəməxsus cizgi və xırdalıqları 
da qeyd etməliyik. Birinci pərdədə öz faciəli həyatını, keçmiş iztirab-
larından və məhəbbətindən danışarkən Hökümə xanımın qəhqəhəsini 
unutmaq  olmaz.  Bu  kinayəli  qəhqəhə  min  cümlədən  güclüdür, 
doludur.  Hökümə  xanımın  bir  sənətkar  kimi  yaradıcılıq  yolunu 
izləyən sənətşünas, mən istərdim ki, bu acı qəhqəhəyə qulaq assın. Bu 
qəhqəhə zirvədə dayanan, lakin dünəndən tam mənada ayıla bilməyən 
bir  əzabkeşin  öz  taleyinə  qarşı  acı  kinayəsidirmi?  Bu  qəhqəhə 
Naydyonovanın  iztirablı  həyatının  son  dəqiqəsidirmi?  Bu  qəhqəhə 
məhəbbətin əlindən sinəsi dağ-dağ olan kimsəsiz bir qadının dünənə 
təəssüfüdürmü?  Üsyanıdırmı?  Bu  qəhqəhə,  dumanlı  göylər  kimi 
tutulan bir qəlbin acı hönkürtüləridirmi? Mən deyərdim hamısıdır. 
“Hökümə xanım Naydyinova obrazını gözəl  yaradır”-cümləsi 
bu boya üçün çox azdır. Mən deyərdim ki, bu rola Hökümə xanımın 
maralı əlavələri var. Nədir bu əlavələr? Onun yaratdığı obrazın qa-
dın kimi füsunkarlığı, çılğınlığı, emosiyası və bununla bərabər dərin 
ağlı, mühakiməsi, düşüncəsi. O, səhnədə alışıb yanır, dəqiqədə neçə 
rəngə,  neçə  hala,  neçə  vəziyyətə  düşür.  Düşünürsən,  görəsən  bu 
rəngləri, bu halları mahir sənətkar necə  yaşayır? Mən hər dəfə  Hö-
kümə  xanımın  yeni  bir  roluna  baxdığın  zaman  ürəyimdən  bir  arzu 
keçir: bu sənətkarın böyük imkanları səviyyəsində bədii obraz yarat-
maq! Nə edəsən ki, arzu başqa, imkan başqa!” (25). 


Yüklə 15,97 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə