İmran axundov



Yüklə 15,97 Kb.
Pdf görüntüsü
səhifə29/37
tarix21.06.2018
ölçüsü15,97 Kb.
#50141
1   ...   25   26   27   28   29   30   31   32   ...   37

 
89 
isə bu eybəcər ehtiras bəndləri qırır, kor bir qüvvəyə, kar bir iradə-
yə, küt bir silaha çevrilir, ta Səyavuşu məhv edənə qədər, tamaşanın 
sonuna  qədər  onu  izləyir,  təqib  edir.  Südabə-Hökümə  xanım  ikinci 
pərdədən sonra bir daha səhnəyə çıxmasa da, onun təqibləri, fitnələri 
səhnədən-səhnəyə  davam  edir,  bu  obrazı  qiyabi  surətdə,  lakin 
aktrisanın rəsm etdiyi əyaniliklə, bütün dəhşəti ilə yaşadır” (16). 
Hökümə Qurbanovanın səhnədə canlandırdığı Südabə son dərə-
cə gözəl qadın idi. Səhnəyə ilk dəfə çıxanda tamaşaçılarda xoş ovqat 
yaranırdı.  Lakin  Südabə-Qurbanovanı  daxilində  qıvrılıb  yatan  ilan 
oyandıqca, tamaşaçılarda bu mərkli qadına qarşı nifrət baş qaldırırdı. 
“... Hökümə xanım, Südabənin  yeni keyfiyyətlərini, yeni psi-
xoloji amillərini, kəşf etmiş və bu cəhətləri yüksək, ehtiraslı, poetik 
səviyyəyə qaldırmağı bacarmışdır” (8). 
Hökümə xanım Südabəni şəkildən şəklə inkişaf etdirdikcə, ob-
razın  xarakterini  tamaşaçılara  göstərdikcə  ifa  etdiyi  obraza  qarşı 
kəskin  nifrət  yatarmağa  nail  olurdu.  Onun  Südabəsi  məkrdən  yoğ-
rulmuş  gözəl  bir  qadın  idi.  “Hökümə  Qurbanova  öz  aktyorluq  fəh-
minin  gücü  hesabına  ehtiraslı,  coşqun  məhəbbətlə  sevən  romantik 
Südabəni dramaturqun ruhuna doğma tərzdə oynayırdı” (20). 
Hökümə  Qurbanova  Səyavuşla  birinci  və  ikinci  görüşləri 
fərqli  ifa  edirdi.  O,  birinci  görüşdə  nisbət  yumşaq  olurdusa,  ikinci 
görüşdə ehtiraslı, qəddar, qaniçən bir cəllada çevrilirdi. Aktrisa Key-
kavusla  olan  səhnəsində  özünü  günahsız  göstərməsini,  dəqiq  düşü-
nülmüş hərəkətlərlə həyata keçirirdi və ərini Səyavuşun xəyanətinə 
inandırırdı. Bütün  bu fitnə-fəsadı  Südabə-Hökümə Qurbanova  yük-
sək peşəkarlıqla ifa edirdi. Onun Südabəsi Azərbaycan teatr tarixin-
də  yaranan  mənfi  obrazlar  içərisində  öz  bitkinliyi  ilə  seçilən  sənət 
nümunəsi idi. 
1964-cü il aprel  ayının 23-də  dahi  ingilis  dramaturqu Vilyam 
Şekspirin  400  illiyi  münasibəti  ilə  Akademik  Milli  Dram  Teatrı 
onun ən məşhur faciələrində biri olan “Antoni və Kleopatra” əsərini 
T.  Kazımovun  quruluşunda  (tərcümə  T.  Əyyubov)  tamaşaya 
qoyuldu. Bu tamaşada Hökümə Qurbanova teatr tarixində ən məşhur 
rolu  olan  Kleopatranı  sözün  tam  mənasında  yaratdı.  Ümumiyyətlə 


 
90 
Hökümə  xanım  ona  tapşırılan  heç  bir  obrazı  oynamayıb,  yaradıb. 
Aktrisanın obrazlar qalereyasının baş tacı Kleopatradır. 
“Tamaşanın  təsirli  və  müasir  səslənməsində  Ə.  Zeynalovla 
(Antoni)  və  H.  Qurbanova  (Kleopatra)  rejissora  yardımçı  oldular. 
Teatrın və tamaşaçıların uzun müddətdən bəri arzu etdikləri, gözlə-
dikləri möhtəşəm, işıqlı, humanist bir tamaşa yarandı. Bu tamaşada 
həm də teatrın novatorluq səylərinin nəticəsi özünü göstərdi” (13). 
Hökümə  Qurbanova  Kleopatranı  səhnədə  kamilləşdiyi  bir 
dövrdə  yaratdı.  Onun  Kleopatrası  dünya  səhnələrini  titrədən,  sənət 
nailiyyəti idi. 
““Antoni və Kleopatra” faciəsi öz mürəkkəbliyi, siyasi və lirik-
dramatik hadisələrin konfliktini tez-tez yeni məcaralara yönəltməsi ilə 
Şekspirin  tarixi  pyesləri  arasında  xüsusi  yer  tutur.  Antoni  və  Kleo-
patra  xarakterləri  biri-birinə  məhəbbət  təmasında,  həmçinin  fərdi, 
siyasi-ictimai,  mənəvi-psixoloji  durumda  çox  mürəkkəb  mahiyyətə 
malikdirlər,  ziddiyyətlidirlər,  çətin  anlaşılandırlar.  Hətta  o  dərəcədə 
mürəkkəbdirlər  ki,  Dünya  teatrı  təcrübəsində  bəzən  ən  qüdrətli 
aktyorlar  belə,  bu  rolların  ifasında  dramaturqun  əsas  məqsədini  tuta 
bilmirlər,  siyasət  və  məhəbbət  mövzularının  qovuşuğunda  surətlərin 
davranışlarını düzgün, səlist müəyyənləşdirməyi bacarmırlar. 
Tofiq  Kazımovun  səhnə  yozumunda,  Hökümə  Qurbanova  ilə 
Əli Zeynalovun ifasında təzadlı, mürəkkəb, qərar və hətəkətlərində 
dəyişkənlikləri gizlətməyən Antoni və Kleopatranın möhtəşəm sadə, 
həyati obrazları canlanırdı... 
Hökümə  Qurbanovanı  əvvəllər  Səməd  Vurğunun,  Nəcəf  bə-
yin, Şekspirin, Mehdi  Hüseynin,  Hüqonun... faciə obrazlarında  gö-
rən tamaşaçı, “Antoni və Kleopatra” tamaşasında onunla tamam ye-
ni  biçimli  fəci  rolda  üzləşirdi.  Şekspir  faciəsinin  möhtəşəm  əhatə 
dairəsini, ideya yükünü, xarakter toqquşmasının əzəmətini təcəssüm 
etdirən  tamaşada  Kleopatra  obrazı  həm  rejissorun  ali  məqsədinə 
rəğmən,  həm  də  Hökümə  xanımın  dərin  mənalı  oyunu  baxımından 
mərkəzdə dururdu. 
Teatrşünas  Cabir  Səfərovin  yazdığı  kimi,  “Antoni  və  Kleo-
patra” tamaşası “ən kədərli məhəbbət dastanına çox yaxın idi”. İnsa-


 
91 
nın  ilahi  təbiətini  eybəcərləşdirən,  əxlaqi  tərəddüdə,  mənəvi  güzəşt-
keşliyə  səbəb  olan  ictimai-siyasi  mövzunun  məhəbbət  dastanında, 
bəşəri  duyğular  qaynağında  həlli  üçün  Kleopatranın  belə  şəkildə 
hadisələr mərkəzinə gətirilməsi vacib idi. Bu, əslində Şekspirin özünə 
istinaddır,  onun  faciəsini  müasir  gözlə  oxumağın  bir  vasitəsidir. 
Bunları idrakla dərk edib emosiya ilə canlandırmağa çalışan Hökümə 
Qurbanovanın  Kleopatrası  Antoniyə  dəfələrlə  xəyanət  edən  “rəqib”, 
hökm-fərmaya  nəsibliyini  unutmayan  tiran,  hüsnü  ilə  bütün  ürəkləri 
fəth  edən  qənirsiz  gözəl  olsa  da,  ilk  növbədə,  ürəyi,  duyğusu, 
emosiyası olan insandır. Məhz buna görə də finalda ölümə məhkum 
Kleopatra-Hökümə  Qurbanova  daha  şahanə  görkəmlə  səmimi, 
nəhayətdə,  məhəbbətini  siyasi  mənfurluğun  girdabıdan  çıxarıb  uca 
tutmağa  çalışandır,  etirafında  ləyaqətlidir.  Ürəyinin  duyğularını  “bə-
zəyib-boyamadan” titrək kövrəkliyilə təqdim edən sevgilidir” (20). 
H. Qurbanovanın Kleopatrası Antonini böyük bir məhəbbətlə 
sevirdi.  Aktrisa  bu  böyük  sevgini  birinci  pərdənin  beşinci  şəklində 
aydın  göstərirdi.  Tamaşada  sevgi  xətti  inkişaf  etdikcə,  əsərin 
finalında faciəyə ilə nəticələnirdi. 
M. Arif “Kommunist” qəzetində (13.05.1964) yazır ki; “Kleo-
patra  rolunda  H.  Qurbanova  öz  istedadının  yeni  hələ  bizə  məlum 
olmayan  bir  cəhətini  də  nümayiş  etdirdi.  Hiss  olunur  ki,  aktrisa 
Şekspirin  bu  qəribə  məxluqunu  dərindən  öyrənmişdir,  onu  drama-
turqun düşdüyü mənada yaratmağa çalışmışdır. 
... Kleopatranın ölümü əzəmətli bir ölümdür. H. Qurbanova bu 
səhnədə  nə  qədər  cazibəli  və  şairanədir!  Burada  Kleopatra  həyatın 
mənfəətpərəstlik ehtiraslarından təmizlənərək öz gözəl, nəcib, insani 
sifətləri ilə qarşımızda canlanır. Burada birinci dəfə onu şahanə ge-
yimdə  görürük.  Lakin  bu  geyim,  bu  şahanə  əda  hakimiyyət  ehtira-
sından çox, azad insan ləyaqətinin təntənəsini andırır”. 
Hökümə  xanımın  gözəl  və  cingiltili  səsi  Kleopatra  obrazına 
xüsusi  təravət  verirdi.  O,  elə  bil  bu  dünyaya  Kleopatra  oynamaq 
üçün gəlmişdi. 
“Südabə və Kleopatra aktrisanın son illərdə yaratdığı obrazlar-
dır. Bunlardan birincisi ikincisi üçün hazırlıq hesab edilə bilər. Hö-


Yüklə 15,97 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə