İmran axundov



Yüklə 15,97 Kb.
Pdf görüntüsü
səhifə27/37
tarix21.06.2018
ölçüsü15,97 Kb.
#50141
1   ...   23   24   25   26   27   28   29   30   ...   37

 
83 
digəri isə son moda ilə bəzənmiş füsunkar və işvəli qız. Bunların hər 
üçü də hamının hüsn-rəğbətini qazanan məlahətli bir insan. Bunların 
hər üçündə də Hökümə xanım cazibədar bir ustaddır” (8). 
“Kəndçi  qızı”  komediyası  haqqında  yazılmış  məqalələrə 
baxanda görürsən ki, tamaşada iştirak edən bəzi aktyorlar haqqında 
xırda qüsurlar qeyd olunur. Bircə Hökümə xanımdan başqa. Bütün 
məqalə  müəllifləri  Hökümə  xanımın  böyük  ustalıqla  yaratdığı 
Bənövşədən  ürək  dolusu  ilə  danışıblar.  O,  bu  tamaşada  üç  obraz 
oynayıb,  yox  oynamayıb,  yaradıb,  özü  də  sözün  tam  mənasında, 
ürəkləri fəth edərək yaradıb. 
““Kəndçi  qızı”  komediyasındakı  çoxcəhətli,  “çoxsifətli” 
Bənövşə  obrazı  belə  bir  təhlil  və  öyrənmə  prosesində,  müəllif  və 
rejissorla birgə  laboratoriya işi aparmaq nəticəsində  bu dərəcə  səlis 
və  aşkar  yaranmışdır.  Bənövşənin-Hökümə  xanımın  “çoxsifətliliyi” 
onun  əsil  sifətini,  vahid  xarakterini  əyan  etmək  üçün  vasitədir.  Bir 
iksir,  bir  turşu  kimi  məişətdəki,  insanların  şüurunda,  fikrində  və 
işindəki pası-paxırı açan və təmizləyən bu müasir kənd qızının çətin 
xarakteri sənətkar məharəti və incəliyi ilə göstərilir” (15). 
H. Qurbanovanın ifasında Bənövşə işində dəqiq, düz bir insan 
idi. Başqalarının halına  acıyan Bənövşə-Qurbanovada qəlb  o qədər 
təmiz və saf idi ki, o, hər insanın ağrı-acısını özününkü bilirdi. Onun 
ifa etdiyi Bənövşə ayıq, zirək və namuslu idi. 
“H. Qurbanovanın Bənövşəsi üç müxtəlif simada çıxış edirdi. 
Ürkək  və  utancaq  kəndli  qızı,  şən,  dəcəl  traktorçu  və  nazlı,  əzilib-
büzülən bir aktrisa. Hər üç halda o, tamaşaçıların rəğbətini qazanan 
cazibəli bir Bənövşə olaraq qalırdı” (22). 
Hökümə xanımın  ifasında  Bənövşə dolğun və canlı surət  idi. 
Aktrisa  Bənövşə  obrazı  ilə  tamaşaçılara  yeni  müsbət  qəhrəmanın 
obrazı təqdim etmişdir. H. Qurbanovanın Bənövşəsində bütün insani 
keyfiyyətlər yeni idi. 
““Kəndçi  qızı”  komediyasındakı  Bənövşə  pyesin  mərkəzi 
obrazı,  əsas  qəhrəmanıdır.  Müsbət  obrazın  komediya  qəhrəmanı 
olması  dramaturgiya  tarixində  nadir  haldır. Janrın  poetikasına  görə 
əsas  qəhrəman  gülüş  hədəfi  olur,  tənqid  və  ifşa  olunur.  Bu  dəfə 


 
84 
tərsinə, əsas  qəhrəman,  yəni  Bənövşə  özü gülür, tənqid  və  ifşa elə-
yir. Bu nadir situasiya janrın təbiətini qorumaq, komikliyin şiddətini 
saxlamaq  üçün  ifaçıdan  xüsusi  hünər  tələb  eləyir.  Bundan  əlavə 
aktrisanın qarşısında bir çətin məsələ də dayanır. O, bir rolda üç rol 
oynamalı, hadisələrin davamında gah kəndçi qızı, gah traktorçu, gah 
da  aktrisa  Nərgiz  cildində  səhnəyə  gəlməlidir.  Bundan  sonra  isə 
aktrisa  tamaşanın  öz  səpkisindəki,  üslubundakı  şətrləri  gözləməli, 
şərti  tamaşa  üsulunu,  realist  ifa  tərzi  ilə  uyuşdurmalı  idi.  Hər  üç 
halda, cilddən-cildə düşdüyü hallarda Bənövşə-Hökümə Qurbanova 
öz əsil simasını saxlayır, yaxşılara yaxşı olur, pislərə, naqis, nacins 
təbiətli,  tüfeyli  xasiyyətli  adamlara  isə  amansız,  hətta,  rəhimsiz 
rəftar göstərir. Ondan ən rəhimsiz rəftar görən Vahiddir. Bənövşənin 
paxırları  açan  kislota  (turşu-İ.A.)  və  iksir  qüvvəsi  Vahidin  astarını 
üzünə  çevirir,  rüsvay  edir,  onu  “ciyərinə  qədər  yandırır”.  Çoxlu 
vəziyyətlərdə çoxlu görkəm alan, gülən və güldürən Bənövşənin əsil 
siması  bunda  görünür  və  elə  buna  görə  də  tamaşaçıda  özünə  qarşı 
dərin rəğbət oyada bilirdi” (16). 
Hökümə  xanımın  Bənövşəsi  həm  Vahidə  (bu  rolu  xalq 
artistləri M. Sənani və H. Turabov ifa edirdilər) nifrət edirdi, həm də 
ona  acıyırdı.  Ona  görə  Vahidə  acıyırdı  ki,  onun  tikanlı,  təsirli 
sözlərə ehtiyacı var idi. 
“H. Qurbanova kəndçi qızı Bənövşə rolunu bədii qüvvətlə ya-
radırdı.  Əsərdəki  hadisələrlə  əlaqədar  olaraq  Bənövşə  müxtəlif  rol-
larda-həkim  Nərgiz,  traktorçu  qız  Bənövşə  və  Vahid  Səfayinin 
təsəvvüründəki sadəlövh kəndçi qızı rolunda çıxış edirdi. Aktrisa bu 
rolların yalnız xarici rəsmini deyil, daxili aləmlərini, xarakter xüsu-
siyyətlərini də düzgün göstərirdi. O, ağıllı və düşüncəli işi, məntiqi 
hərəkətləri ilə sübut edirdi ki, yaşamağın mənasını namuslu əməkdə 
görən,  təmiz  bir  məhəbbətlə  sevməyi  bacaran  Bənövşə,  üst-başını 
bəzəyən,  zəhmət  adamlarını  bəyənməyən  Vahid  Səfayi  kimilərdən 
qat-qat yüksəkdə durur” (13). 
Tamaşadakı  kəndçi  qızı  Bənövşə-Qurbanovanın  həyatdakı 
mövqeyi  yalnız  geyindiyi  kombinzon  və  sürdüyü  traktor  deyildi. 


 
85 
Hökümə  xanım  Bənövşənin  daxili  zənginliyini  bu  atributlarsızda 
çox gözəl əks etdirirdi. 
“Bu tamaşada H. Qurbanova özünün ən yaxşı müasir rolların-
dan birini oynayırdı... Bənövşə surəti ilə ifadə edilən daha nəcib fi-
kir bu idi ki,  həyata  fəal, mübariz,  yaradıcı münasibət  insanlar ara-
sında təmiz, saf və gözəl qarşılıqlı münasibətlərə mənəvi zəmin olur. 
Bənövşə  iş,  əməl  adamı,  mübariz,  temperamentli  bir  qızdır,  o,  heç 
nəyə biganə qalmır, başqalarının taleyi ilə də öz şəxsi taleyi səviyyə-
sində maraqlanır. O, daxilən inanmışdır ki, hər bir adam mənəviyya-
tımıza zidd əxlaqi keyfiyyətlərin hər hansı təzahürünə qarşı amansız 
olmalı  və  ona  mübarizə  elan  etməlidir.  Müasir  azad  insan  həmişə 
ayıq, oyaq və zirəkdir, onda kifayət qədər fantaziya vardır və onun 
həyatda getdiyi yol hər dəfə yeni, hər dəfə qeyri-adidir. Bənövşə də 
məhz  belə  surətdir.  Çoxlarının  səadətini  pozan,  özünə  əmin,  lovğa 
bir  “professor  oğlu”nun  meşşan  mahiyyətini  ifşa  etmək  üçün  o, 
mürəkkəb  bir  yol  seçir.  Artistlik  istedadına  malik  Bənövşə  öz 
məqsədinə nail olmaq üçün dəfələrlə cildən-cildə, roldan-rola girir. 
Bütün bunları yaxşı duyan təcəssüm etdirən H. Qurbanovanın 
Bənövşəsi üç müxtəlif simada çıxış edirdi. Ürkək və utancaq kəndli 
qızı, şən, dəcəl traktorçu və nazlı, əzilib-büzülən bir aktrisa. Hər üç 
halda da o, tamaşaçıların rəğbətini qazanan cazibəli bir Bənövşə ola-
raq qalırdı” (5). 
“Cəsarətlə demək olar ki, “Kəndçi qızı” Hökümə Qurbanova-
nın sənət qələbəsi idi. Mariya Tüdor kimi qanlı faciələr törədən kra-
liçadan sonra komik Bənövşəni oynamaq yalnız istedadların qismə-
tinə nəsib olan səadətdir. 
Hökümə xanım Vahidi çaş-baş salan kəndli Bənövşəni, tələbə 
Bənövşəni və mexanizator Bənövşəni cüzi səsdəyişmə variasiyaları, 
ancaq əsaslı hərəkət davranış toplusunda məharətlə əlaqələndirmək-
lə komediyanın sosial, məişət qatlarında və həmçinin mənəvi təbəd-
dülatlar  burulğanında  əlaqələndirirdi.  Onun  qətiyyətli,  “avam”, 
“sadəlöhv” boyalarında  inandırıcılıq realizmdən şirələnirdi” (20). 
Tamaşadakı  konflikt  Bənövşə-H.  Qurbanova  ilə  bağlı  idi.  O, 
tamaşanın  ideya  təcəssümçüsü  idi.  Hökümə  xanımın  Bənövşəsi 


Yüklə 15,97 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə