İmran axundov



Yüklə 15,97 Kb.
Pdf görüntüsü
səhifə30/37
tarix21.06.2018
ölçüsü15,97 Kb.
#50141
1   ...   26   27   28   29   30   31   32   33   ...   37

 
92 
kümə  xanımın  ifasında  hər  iki  obraz  əzəmətli  yaradılmış  və  yenə 
böyük faciə ruhilə aşılanmışdır... 
Ehtiras girdabına düşmüş insanın fəlakətini, fəlakətli ehtirasla-
rın  dəhşətini,  müdhiş  aqibətini  ustalıqla  əyan  edən  aktrisa  hər  iki 
rolda öz tamaşaçılarını dərindən sarsıdır, onları “katarsis” (“mənəvi 
paklaşma”)  prosesindən  keçirir,  nəticə  etibarilə  yenə  müsbət 
idealları təsdiq edir” (15). 
Hökümə  Qurbanova  Kleopatradan  əvvəl  Mariya  Tüdor  və 
Südabə  kimi  son  dərəcə  mürəkkəb  xarakterli  obrazları  yaratmaqla, 
özünü  görkəmli  faciə  aktrisası  kimi  göstərmişdir.  Kleopatra  obrazı 
ilə Hökümə xanım bu fikri bir daha təsdiq etdi. 
“Ehtirası, fikirləri, məhəbbəti, həyat kredosu müxtəlif müstəvi 
kəsiklərində çarpazlaşan Kleopatra səpkili mürəkkəb faciə obrazları-
nın ən dramatik səhnələrində də aktrisa səslə daxili ehtirasını paralel 
işlətməkdə,  onları  obrazın  mürəkkəb,  psixoloji,  ziddiyyətli  mənəvi 
aləminin açılmasına istiqamətləndirməkdə mahir ustad idi” (21). 
Hökümə xanımın ifa etdiyi Kleopatrada Şərqə məxsus ehtiras 
çox  güclü  idi.  Kleopatranın  xarakterinin  açılmasında  əsas  göstərici 
idi.  H.  Qurbanova  Kleopatranı  ecazkar  sənətin  zirvəsinə  qaldıra 
bilmişdir. 
“Hökümə Qurbanovanın Kleopatrası xüsusilə təsirli və cazibə-
dar görünür. Kleopatra-H. Qurbanova öz sevgilisinə sadiq bir aşiq-
dir, öz eşqi  yolunda hər cür əzablara dözməyə hazırdır. O, əflatuni 
bir  məhəbbətlə  məftun  olduğu  Antoniyə  sadəcə  olaraq  bir  könül 
əyləncəsi kimi baxmır, öz şöhrəti ucundan xəyanətlərə yol versə də 
məhəbbətində  çox  təmiz  və  məğrurdur.  Buna  görə  də  Antoninin 
ölümündən  sonra  alçalmağa  təhqir  olunmağa  dözməyərək  özünü 
həlak edir. 
Kleopatra  surəti  Hökümə  Qurbanovanın  səhnəmizdə  əsl  ka-
milləşmə  dövrü  keçirməyə  başladığı  bir  vaxtın  məhsuludur.  Belə 
çətin və mürəkkəb bir obrazı yaratmaqla o özünün artistlik palitrası-
nın nə qədər zəngin və rəngarəng, təbiətində nə qədər tükənməz iste-
dad və qüvvət olduğunu bütün parlaqlığı ilə nümayiş etdirdi. H.Qur-
banovaya  xas  olan  qızğın  temperament,  alovlu  ehtiras,  səhnə  tə-


 
93 
biiliyi kimi keyfiyyətlər Kleopatra obrazında bütün genişliyi ilə göz-
lərimiz önündə canlandı. Görkəmli sənətkarı “Antoni və Kleopatra” 
tamaşasında görən yüzlərcə tamaşaçı onu səmimi məhəbbət hissi ilə 
alqışladı. Teatrımız böyük zövq və ilhamla hazırladığı bu tamaşanı 
şəhərimizə qonaq gələn  qardaş  respublikaların sənət  adamlarına da 
göstərdi. Əsərə baxan teatr xadimləri-moskvalılar, gürcülər, özbək-
lər, taciklər Hökümə Qurbanovanın Kleopatra kimi mürəkkəb psixo-
logiyaya  malik  obraz  üzərində  işləyərkən  novatorluq  axtarışlarına 
geniş  meydan  verdiyini  və  səhnəmizdə  unudulmaz  bir  sənət 
nümunəsi yaratdığını sevinc və iftixar hissi ilə qeyd etdilər” (23). 
Tənqidçinin qeyd etdiyi kimi Hökümə Qurbanovanın novator-
luq  axtarışlarına  geniş  meydan  verməsi  Kleopatra  obrazında  bütün 
çılpaqlığı ilə görünürdü. 
“Novatorluq  obrazın  ideya-estetik  idealını  poetik  bir  münasi-
bətlə, sənətkarlıqla ifadə etməkdə özünü göstərir. Novatorcasına ya-
ranan  bir  tamaşa  və  ya  obraz  fikircə  dərin,  bədiilik  və  müasirlik 
baxımından  tam  olur.  O,  hissin,  ehtirasın,  mənanın  təcəssümündə 
dinamikaya arxalanır. 
... Hökümə Qurbanovanın Kleopatrası bu baxımdan çox səciy-
yəvidir.  Aktrisa xarakteri  dramatik  və  dinamik  bir ehtirasla  canlan-
dırır. Onun hər bir hərəkəti obrazın daxili məntiqinə tabe edilir. Bu 
zaman o, öz qəhrəmanına dolğun mündəricə və cazibədarlıq gətirir. 
Bu, novator bir sənətkarın yaradıcılıq xüsusiyyətidir. Nəhayət, Qur-
banovanın novatorluğu fikrin obrazlı və bədii ifadəsində, xarakterin 
bütün incəliklərinə qədər açılmasında, aktrisanın ölçü hissini gözlə-
məsində və müasir səslənməsində özünü göstərir” (1). 
H.  Qurbanovanın  tamaşaçılara  nümayiş  etdirdiyi  Kleopatra 
Antoniyə dəfələrlə xəyanət etməsinə baxmayaraq yenə də onu sevir-
di. Ona görə də Hökümə xanımın ifa etdiyi Kleopatra dünya səhnə-
lərində ifa olunan Kleopatralardan fərqli idi. 
“Tamaşanın  təməlində  və  mərkəzində  Kleopatra-Hökümə 
Qurbanova dayanır. Bu Kleopatra bir qadın, bir şəxsiyyət, bir səhnə 
əsəri  kimi  əzəmətlidir.  Aktrisa  qadın  gözəlliyini  xarakterin  monu-
mentallığı  ilə  elə  bir  məharətlə  uyuşdurur  ki,  bunun  özü  obraza 


 
94 
əlavə bir gözəllik gətirir, estetik həzz mənbəyinə çevrilir. Aktrisa bu 
rolda həqiqətən sənətin yüksək pillələrinə ucalmış, istisnasız olaraq 
hamını,  o  cümlədən  öz  tənqidçilərini  də  heyran  qoymuşdur.  Onun 
Kleopatrası obrazı həm zahirən, həm daxilən görmək və qavramaq, 
obrazın cismi və ruhi aləminə nüfuz etmək, eləcə nüfuz etmək yox, 
orda  təcəssüm  tapmaq,  danışıqda,  davranışda,  plastikada,  münasi-
bətlərdə  xarakteri  əyaniləşdirmək  nümunəsi,  yüksək  sənətkarlıq 
timsalıdır.  Tamaşaçılar  və  tənqidçilər  bu  rolun  ifasını  başdan  başa, 
bütünlüklə təqdir eləmişlər” (16). 
Hökümə Qurbanovanın  Kleopatrası məharətli oyun nəticəsin-
də meydana gəlmişdir. Aktrisa bu obraz ilə sənətin yüksək zirvəsin-
də olduğunu sübut etmişdir. Bu monumental səhnə əsəri, H. Qurba-
novanın  böyük  sənətinin  bariz  nümunəsi  idi.  Onun  Kleopatrası 
Azərbaycan səhnəsinin bəzəyidir. Əgər Hökümə xanım təkcə Şeks-
pirin  ən  mürəkkəb  qadın  obrazı  olan  Kleopatranı  yaratmış  olsa  idi, 
yenə də onun  adı  Azərbaycan teatrının tarixində  qızıl həriflərlə  ya-
zılmış olardı. 
Hökümə  Qurbanovanın  Kleopatrası  Azərbaycan  səhnəsində 
tarixi  hadisədir.  Bu  misilsiz  ifaya  görə  aktrisaya  tamaşanın  bəzi 
yaradıcı heyəti ilə birlikdə 1965-ci ildə M. F. Axundov adına Res-
publika mükafatı (indiki Respublika Dövlət mükafatı) verilmişdir. 
1964-cü  ilin  iyul  ayında  Akademik  Milli  Dram  Teatrı  İrəvan 
şəhərində  qastrolda  oldu.  Qastrola  on  iki  tamaşa  aparılmışdır  ki, 
bunlara C. Cabbarlını “Solğun çiçəklər” (6), H.  Cavidin “Səyavuş” 
(5; 15), S. Vurğunun “Vaqif” (8; 18; 22; 28), S. Rəhmanın “Toy” (4; 
9; 11; 19; 23; 25) və “Əliqulu evlənir” (4; 9; 19; 20; 23; 25; 30), M. 
Hüseynin  “Alov”  (6;  7;  14;  16;  17;  27),  M.  İbrahimovun  “Kəndçi 
qızı”  (1;11;  26;  29),  Ş  Qurbanovun  “Əcəb  işə  düşdük”  (3;  13;  14; 
21; 24; 27), V. Hüqonun “Mariya Tüdor” (3; 13; 31), Lope de Ve-
qanın  “Dəlilər”  (7; 16;  17), Y. Osnos və  V. Vinnikovun  “Hind gö-
zəli” (2; 10; 12; 21; 24), S. Alyoşinin “Palata” (10)  əsərləri aid idi. 
Və bir ay qastrol müddətində teatr 31 tamaşa “Flora” yay teatrında, 
17 tamaşa isə azərbaycanlılar yaşayan rayonlarda tamaşaçılara gös-
tərdi. Cəmi 48 tamaşa nümayiş olundu. Yerevan qastrolu iyul ayını 


Yüklə 15,97 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə