İmran axundov



Yüklə 15,97 Kb.
Pdf görüntüsü
səhifə5/37
tarix21.06.2018
ölçüsü15,97 Kb.
#50141
1   2   3   4   5   6   7   8   9   ...   37

 
15 
Hökümə  Qurbanovanın  ifasında  Məryəm  sadəcə  qısqanc 
deyildir, o eyni zamanda aldanılmış və alçaldılmış bir qadının, həm 
də duyğulu bir ananın faciəsini ifa edirdi. 
“... nəcib və fədakar ana Məryəmin obrazını Hökümə Qurba-
nova ... romantik sənət boyaları ilə yaratmışdı...” (22). 
Tamaşaçı  Məryəm-Qurbanovanın  intiqam  almaq  qüdrətinə 
malik  olduğuna  inanırdı.  Aktrisanın  ifasında  Məryəm  qoçaq,  sözü 
bütöv bir insan idi. 
“Məryəm  obrazının  səhnə  təcəssümü  ən  yüksək  qiymətə 
layiqdir. Çünki yüksək tələblərə cavab verən, böyük sənətin meyarı 
ilə  ölçülə  bilən  yaradıcılıq  işidir.  Təsadüfü  deyildir  ki,  teatr 
ictimaiyyəti Hökümə xanımı Məryəm roluna təqdir elədi. Aktrisanın 
pərəstişkarlarının  sayı  birə  on  qat  artdı.  Tamaşaçılar  onun  sifətində 
teatra yeni, böyük bir istedad gəldiyinə inandı... 
...  Məryəm  obrazı  aktrisanın  ...  bütün  yaradıcılığında  əlamət-
dar hadisədir, onun inkişaf yolunda bir sıçrayışdır... 
... Məryəm  əsərin əsas  qəhrəmanı olmasa da tamaşanın  ideya 
pafosunun düzgün səslənməsində, o vaxt üçün aktual səpki ilə işıq-
landırılmasında  onun  da  fəal  iştirakı  və  xidməti  vardır.  Aktrisanın 
ifası  zülmə,  təzyiqə  qarşı  etiraz  fikri,  azadlığa  və  insan  səadətinə 
xidmət ideyası ilə bilavasitə və möhkəm surətdə bağlı olduğu üçün, 
bu  işıqlı  ideya  ilə  daxilən  alovlandığı  üçün  gözəl  təsir  bağışlamış, 
yekdilliklə yüksək qiymətləndirilmişdir” (16). 
Beləliklə, Məryəm obrazı Hökümə Qurbanovanın ilk yaradıcı-
lıq  uğurlarının  ən  gözəl  nəticəsidir.  H.  Qurbanova  Məryəm  obrazı 
ilə sübut etdi ki, Azərbaycan səhnəsinə istedadlı bir aktrisa gəlib. 
1942-ci il avqust ayının 16-da Adil İsgəndərovun quruluşunda 
M. Hüseynin lirik romantik səpgidə qələmə alınmış “Nizami” pyesi 
tamaşaçılara təqdim edildi və Hökümə Qurbanova Nizaminin həyat 
yoldaşını-Afaqı ifa etdi. 
“Adil  İsgəndərov  tərəfindən  hazırlanan  bu  tamaşada  Rza 
Əfqanlı (Nizami), Sona Hacıyeva və Hökümə Qurbanova (Afaq) ... 
Sidqi Ruhulla və Ələsgər Ələkbərov (Əbdək) ... Mərziyə Davudova 
(Məhsəti)  ...  maraqlı  və  yadda  qalan  obrazlar  yaradaraq,  böyük 


 
16 
Nizaminin  mühiti,  zəmanəsi  və  mənəvi  aləmi  haqqında  müasir-
lərimizə aydın təsəvvür verə bildilər” (22). 
Müəllif tərəfindən zəngin boyalarla işlənmiş Afaq obrazını ifa 
etmək  aktrisadan  böyük  bacarıq  tələb  edirdi.  Çünki  bu  obraz  təbiət 
etibarı ilə mərd və zərif qəlbə malik olan bir xanım idi. Ona görə bu 
rolu  ifa  edən  aktrisanın  istedadı  kifayət  qədər  olmalıdır  ki,  obrazın 
səhnə  taleyini  düzgün  şərh  edə  bilsin.  Hökümə  Qurbanova  bunu 
bacardı. O, obrazın incə xarakteri və yüksək romantikası ilə bərabər 
vətənpərvərlik hisslərini də tamaşaçılara çatdıra bildi. 
“Afaqın xəzərlərlə qarşılaşdığı, qılınclaşdığı epizod tamaşanın 
görkəmli  və  ifadəli  yerlərindən  biri  kimi  canlanır  və  bir  qayda 
olaraq  tamaşaçılar  tərəfindən  həmişə  alqışlarla  müşayiət  olunurdu. 
Bu epizod Hökümə Qurbanovanın da ən uğurlu epizodu idi”(16). 
Aktrisa  analıq  məhəbbətini,  Nizaminin  sevgisini  və  Afaqın 
faciəvi  həyatını  parlaq  şəkildə  təsvir  edə  bilirdi.  Hökümə  xanım  ifa 
etdiyi qəhrəmanının xarakterini tamaşaçılara göstərməyə nail olurdu. 
1943-cü il  yanvar ayının 10-da C. Cabbarlının  “Almaz”  əsəri 
S.  Turabovun  quruluşunda  tamaşaya  qoyuldu  və  Yaxşı  rolunu  H. 
Qurbanova ifa etdi. 
Hökümə  xanımın  ifasında  Yaxşı  daxilən  azad  olmayan, 
hüquqsuz bir kəndli idi. 
“Yaxşı obrazı ilə Hökümə xanım ikinci dəfə görüşür. O, “Al-
maz” filmində müəlliflə bərabər görülən işin təcrübəsindən, səmərə-
sindən faydalanaraq indi əsərə  və  öz roluna daha artıq bələdçiliklə, 
daha  dərin  idrakla  yanaşır.  Xalis  realistik  planda  yazılmış  bu  rolun 
səhnə rəsmində o, indi şairanəlik meyli, onun səhnə həyatında gizli 
dönüşlər, tamaşanın sonunda isə gözlənilməz bir sıçrayış, güclü bir 
partlayış  tapır.  İlk  səhnələrdə  kölə  şüuru  ilə  yaşayan  yazıq,  aciz 
Yaxşı ilə axırda yoxlama iclasında səhnəyə atılan Yaxşı arasındakı 
fərqi, obrazın aqibətindəki dönüşü, onun şüurundakı intibahı aktrisa 
dərindən  duyur,  hadisələrə  uyğun  bir  məntiqlə  və  eyni  zamanda 
emosional hərarətlə oynayır” (16). 
H. Qurbanova Yaxşısı nəcib duyğulara, sevən ürəyə malik bir 
insan  idi.  Onun  varlığına  təmiz  mənəviyyat  hakim  idi.  Almazın 


 
17 
ətrafında  baş  verən  hadisələrə  münasibətlər  Yaxşı-Qurbanovanın 
daxili aləmini sarsıtmışdır, onu mübariz etmişdir. 
“Hər bir həqiqi sənətkarın çoxlu mövzular içərisində öz möv-
zusu, özünə məxsus yaradıcılıq aləmi olur. O, həyat haqqındakı də-
runi fikirlərini, həyat və sənət diləklərini, vətəndaşlıq və insanlıq ar-
zularını özünün doğma mövzusu əsasında daha gözəl təcəssüm etdi-
rir. Hökümə xanımın əsas səhnə mövzusunu böyük insan təbiətləri, 
qəhrəman,  mübariz,  möhtəşəm  xarakterlər,  öz  faciəli  taleyi,  aqibəti 
ilə  insaniyyəti,  həqiqəti  və  ülviyyəti  təsdiq  edən,  yüksək  bəşəri 
ideallara çağıran obrazlar təşkil edir” (15). 
1943-cü  il  mayın  7-də  R.  Rzanın  ilk  səhnə  əsəri  olan  “Vəfa” 
pyesi A. İsgəndərov və Ə. Şərifovun quruluşunda səhnələşdirildi və 
prokuror Vəfa obrazını Hökümə xanım ifa etdi. 
Vəfa  indiki  Akademik  Milli  Dram  Teatrının  səhnəsində  H. 
Qurbanovanın  ilk  baş  rolu  idi.  Aktrisa  Vəfa  obrazı  ilə  özünün 
misilsiz bir səhnə ustası olacağına tamaşaçıları inandırdı. 
M.  Arif  “Kommunist”  qəzetində  (16.05.1943)  yazır  ki;  “Hö-
kümə Qurbanova bu məsuliyyətli rolu müvəffəqiyyətlə ifa edir”. 
H. Qurbanova Vəfanın daxili və xarici keyfiyyətlərini birləşdi-
rərək dolğun bir obraz yaratmışdır. O, Vəfanın namuslu, əməksevər, 
dostluğa və  sevgiyə  sədaqətini  tamaşaçılara dəqiq  boyalarla təqdim 
edirdi. 
Ə.  Şərif  “Bakinski  raboçi”  qəzetində  (12.05.1943)  qeyd  edir 
ki; “... tamaşada ən mürəkkəb, ən çətin vəzifə bizim gözümüzün qa-
bağında  belə  sürətlə  inkişaf  edən  gənc  aktrisa  H.  Qurbanovanın 
payına düşmüşdür”. 
“Çox mürəkkəb obrazlar olan Bahadır və Vəfa rollarının tam, 
dolğun səhnə təcəssümünü tapmaq, xarakterləri tamaşada yüksək sə-
viyyədə  yaratmaq  R.  Əfqanlı  və  H.  Qurbanovadan  böyük  səy, 
bacarıq,  istedad  tələb  edirdi.  Buna  görə  də  aktyorlar  öz  müasirləri 
olan  bu  qəhrəmanların  ümumiləşmiş,  inandırıcı,  həyati  obrazlarını 
yaratdılar  və  tamaşaçılara  onların  daxili  təbəddülatını  çatdıra 
bildilər. Aktyorlar onların böyük ədəb-ərkan, ictimaiyyət qarşısında 
mənəvi borc tələb edən mürəkkəb psixoloji vəziyyətlərə düşən, bir-


Yüklə 15,97 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə