İmran axundov



Yüklə 15,97 Kb.
Pdf görüntüsü
səhifə9/37
tarix21.06.2018
ölçüsü15,97 Kb.
#50141
1   ...   5   6   7   8   9   10   11   12   ...   37

 
28 
1947-ci il iyul ayının 19-da İ. Əfəndiyevin “İşıqlı yollar” pyesi 
A. İsgəndərovun quruluşunda tamaşaçılara təqdim olundu. Rejissor 
bu tamaşada Gülarə obrazını H. Qurbanovaya tapşırdı. 
“Teatra  mövzu  təzəliyi,  dramaturji  üslub  yeniliyini,  psixoloji 
realizmi,  müasir  obrazlar  toplusunu  İlyas  Əfəndiyev  “İşıqlı  yollar” 
dramı  ilə  gətirdi.  Tamaşanın  quruluşçu  rejissoru  Adil  İsgəndərov 
pyesdəki təzəlik nəfəsini tamaşada ustalıqla saxlaya bilmişdi. “İşıqlı 
yollar”  tamaşası  ilə  Akademik  teatr  realist  psixoloji  üslubun  açıq 
formasının  başlıca  prinsiplərini  bəyan  etdi.  Bu  üslub  altmışıncı 
illərdə  təşəkkül  tapan  lirik-psixoloji  üslubun  müəyyən  mənada 
təməli oldu” (19). 
“Əsərdə  mühəndis  Gülarə  rolunu  istedadlı  aktrisa  Hökümə 
Qurbanova ifa edirdi. O, açıq fikirli, siyasi cəhətdən yetişmiş, möh-
kəm iradəli gənc ... qızın obrazını yaratmağa müvəffəq oldu” (17). 
Bu tamaşada Hökümə xanım Gülarənin  Elmara  olan münasi-
bətini  düzgün  göstərməyə  çalışmış  və  buna  nail  olmuşdur.  Aktrisa 
sevgi xəttini incə boyalara rəsm etdirirdi. 
M. Hüseyn “Kommunist” qəzeti (30.07.1947) yazır ki; “Güla-
rənin  rolunu  ifa  edən  Hökümə  Qurbanova  bu  surəti  bütöv  göstər-
məyə  müvəffəq  ola  bilmişdir,  yəni  o,  Gülarəni  əvvəldən  axıracan 
eyni ahəngdə, təbii və sadə bir şəkildə inkişaf etdirir. İncə, psixoloji 
ştrixlərə  xüsusi  fikir  verən  Qurbanova,  səhnədə  özünü  sərbəst  hiss 
edir  və  yalnız  aydın  tələffüzlə  kifayətlənməyib,  xəsis,  lakin  ifadəli 
hərəkətlər də seçməyi bacarır. Bunu biz ən çox altıncı şəkildə, Güla-
rə Səlimlə Elmar haqqında söhbət edərkən daha aydın görürük”. 
H. Qurbanovanın ifası təbiiliyi ilə diqqəti cəlb edirdi. Hökümə 
xanım obrazı əvvəldə sonadək eyni ritmlə, inandırıcı və sadə bir for-
mada inkişaf etdirmiş, nəticədə dolğun bir obraz meydana gəlmişdir. 
1947-ci  il  noyabr  ayının  7-də  A.  İsgəndərov  quruluşunda  Ə. 
Məmmədxanlının “Şərqin səhəri” pyesi tamaşaya qoyuldu, H. Qur-
banovada Nataşanı ifa etdi. 
“Tamaşada Əjdər Sultanov (Bəhruz), Barat Şəkinskaya (Dila-
rə),  Mərziyə  Davudova  (Ana),  Əminə  Sultanova  (Nazlı),  Hökümə 


 
29 
Qurbanova  (Nataşa),  Kazım  Ziya  (general  Tomson)  və  digər 
aktyorlar da canlı, həyati surətlər yaradırdılar” (13). 
H.  Qurbanovanın  ifasında  Nataşa  tamam  başqa  bir  obrazdır. 
Bu  obraz  xarakterinə  görə  Hökümə  xanımın  əvvəl  yaratdığı  obraz-
lara  bənzəmir.  Aktrisanın  ifa  etdiyi  Nataşada  vətənə  məhəbbət  və 
əqidə də azadlıq əsas meyar idi. 
“Rus  qızı  Nataşa-Hökümə  Qurbanova  Azərbaycanı  Azərbay-
canın  övladı  kimi,  doğma  torpağı  kimi  sevir,  onun  yolunda  ağrıya, 
əzaba, məhrumiyyətlərə dözür, ən qorxulu vaxtda cəsarətli görünür, 
fədakarlıq nümunəsi  göstərirdi. Aktrisanın  çadraya bürünmüş halda 
səhnəyə ilk gizli gəlişi, dənizdə ingilis katerləri ilə vuruşma haqqın-
dakı  həyəcanlı  nağılı,  neçə  günün  müddətindəki  aclıqdan,  yorğun-
luqdan  sonra  burda  özündən  bixəbər  dərin  yuxuya  dalması  tama-
şanın ən gözəl, dramatik epizodlarından biri hesab edilə bilər” (16). 
H.  Qurbanovanın  Nataşası  Fərhadı  (bu  rolu  xalq  artisti  Rza 
Əfqanlı ifa edirdi) dərin məhəbbətlə sevən insan idi. Nataşa-Qurba-
nova və Fərhad-Əfqanlı bir-birini ağır döyüş imtahanlarında, hər an 
ölüm təhlükəsi olan mühitdə sevmişdilər. Bu pak məhəbbətə sevinc 
və xoşbəxtlik hakim idi. 
Hökümə Qurbanova rola düzgün yanaşırdı, obrazın daxili alə-
minə  nüfuz  edirdi,  onu  təhlil  etməyi  bacarırdı.  O,  sadəcə  müəllifin 
yazdığı mətni əzbərləyib, tamaşaçıya diktə etmirdi, hər sözün məna-
sını,  məğzini,  məqsəd  və  hədəfini  müəyyənləşdirməyi  bacarırdı. 
Bundan  sonra  aktrisanın  dramaturqdan,  rejissordan,  rəssamdan  tə-
ləbi  meydana  gəlirdi.  Obrazı  hər  tərəfli  mənimsəməklə,  yaratdığı 
qəhrəmanın  tərcüməyi  halını  mənimsəməklə  qane  olmurdu.  O, 
bütün əsərin təhlilinə önəm verirdi, onu yaradıcılıq süzgəcindən ke-
çirirdi.  Hər  hansı  bir  obrazı  gözəyarı  hazırlamaq  Hökümə  Qurba-
nova  yaradıcılığına  zidd  idi.  Bu  görkəmli  sənətkar  səhnəyə  nəyə 
görə  çıxdığını,  hansı  sözü  harda  və  hansı  mizandan  sonra  dediyini 
yaxşı bilirdi. Nəticədə aktrisanın ifa etdiyi hər hansı bir obraz bitkin 
sənət nümunəsinə çevrilirdi. Aktrisanın obraza bu cür münasibəti ol-
masa  idi,  onun  oyunu  tamaşa  boyu  bu  qədər  müvəffəqiyyətli  alın-


 
30 
mazdı.  Hökümə  xanım  obrazı  nöqtə-nöqtə  təhlil  etməsi,  tamaşanın 
uğur qazanmasında həlledici rol oynayırdı. 
1948-ci il martın 6-da Amerika yazıçıları Ceyms Qou və Arno 
D’Nyussonun  “Dərin  köklər”  əsəri  tamaşaya  qoyuldu  (tərcümə  S. 
Rüstəm, quruluş M. Haşımov və S. Turabov). 
Müasir  imperialist  Amerikasının  mənfur  irq  siyasətini,  qərb 
burjua demokratiyasının riyakarlığını ifşa edən “Dərin köklər” tama-
şası da teatrın bu illərdə gördüyü müvəffəqiyyətli işlərindəndir” (2). 
Bu tamaşada dövlətli senator Lenqdonun qızı Cenevrə obrazı 
Hökümə  Qurbanovaya  tapşırıldı.  Cenevrə-Qurbanova  zənci  Çarlz 
Brettini müdafiəsinə qalxır, onu təmiz məhəbbətlə sevir. 
“Ədəbiyyat” qəzeti (19.03.1948) yazır ki; “Hökümə Qurbano-
vanın yaratdığı bu gözəl gənc qız surəti, əlbəttə, istedadlı aktrisanın 
ən yaxşı rollarından biridir”. 
H. Qurbanovanın ifasında Cenevrə Brettini saf məhəbbətlə se-
vən,  mehriban,  təmiz  ürəkli  bir  qız  idi.  “Onlar  tamaşada  zənci 
Brettin (İ. Dağıstanlı) senator Lenqdonun qızı Cenevrənin (H. Qur-
banova)  məhəbbəti  ucundan  çəkdiyi  iztirabları  çox  bədii  və  təsirli 
bir şəkildə şərh etmişdilər” (18). 
Tamaşada  hadisələrin  eyni  məkanda  cərəyan  etməsinə baxma-
yaraq, rejissorlar ağ dərili, qara vicdanlı Amerika sahibkarlarının zən-
cilərə bəslədiyi nifrəti, irqçilik siyasətinin acı nəticələrini patetik vü-
sətlə canlandırmağa müvəffəq olmuşdular. H. Qurbanovanın (Cenev-
rə),  R.  Əfqanlının  (senator  Lenqdon),  İ.  Dağıstanlının  (Çarlz  Brett) 
böyük  peşəkarlıqla  canlandırılmış,  arzu  və  mübarizələri  ilə  bir-
birindən seçilən obrazları böyük emosional təsir qüvvəsinə malik idi. 
Məhərrəm Haşımov və Səftər Turabov tərəfindən hazırlanmış 
bu gözəl tamaşada Mərziyə Davudova, Hökümə Qurbanova, Fatma 
Qədri, Rza Əfqanlı, Mirvari Novruzova, Əjdər Sultanov kimi sənət-
karlar da iştirak edirdilər. Teatr ictimaiyyətinin və mətbuatın yüksək 
qiymətləndirdiyi  bu  səhnə  əsəri  teatrın  müharibədən  sonrakı  dinc 
quruculuq  dövrünün  ilk  illərində  hazırladığı  böyük  ideya-estetik 
dəyərə malik bir tamaşa idi” (22). 


Yüklə 15,97 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə