İmran axundov



Yüklə 15,97 Kb.
Pdf görüntüsü
səhifə17/37
tarix21.06.2018
ölçüsü15,97 Kb.
#50141
1   ...   13   14   15   16   17   18   19   20   ...   37

 
52 
mək, təzə fikir, təzə söz demək o qədər də asan deyil. Hökümə Qur-
banova bu təsadüfdə də çətin yolu üstün tutmuş, təkrardan və təqlid-
dən uzaq olmuşdur. Sona roluna onun gətirdiyi yenilik diqqətəlayiq-
dir.  Aktrisa  əsasən  lirik  səpgidə  yazılmış  bu  rolun  daxili  dramatiz-
mini, dramatik boyalarını üzə çıxartmış və bununla tamaşanın ideya-
emosional  istiqamətdə  Sonanın  rolunu  və  iştirakını  fəallaşdıra  bil-
mişdir” (16). 
H.  Qurbanovanın  yaratdığı  Sona  nikbin  idi.  Aktrisa  obrazın 
günahsız olduğunu tamaşaçılara mənalı detallarla göstərirdi. Eşqinin 
daşa dəydiyini bildikcə Hökümə xanımın Sonası bədbinləşirdi, tale-
yinin amansız olduğunu görüb fəryad qoparırdı. O, Baxşıdan ayrılıq 
səhnəsini  məharətlə  ifa  edirdi.  H.  Qurbanova  nakam  məhəbbətin 
faciəli yekununu romantik boyalarla tamaşaçılara təqdim edirdi. 
Hökümə  Qurbanovanın  sənətinin  ən  böyük  keyfiyyəti  onun 
səmimi olmasındadır. O, inanmadığı hər hansı bir sözü tamaşaçılara 
diktə eləməz. Bu həqiqətən də belə olmalıdır. Əgər aktyor ağzından 
çıxan sözə özü inanmırsa, tamaşaçılar da ona heç vaxt inana bilməz. 
Aktrisanın daxilindən gəlməyən hər hansı bir söz Hökümə xanımın 
yaradıcılığına  zidd  idi.  Onun  ifasının  arxasında  dərin  hisslər  və 
mənalı duyğular dayanmışdır. Hökümə Qurbanova sənətini yüksək-
lərə qaldıran bu hiss və duyğulardır. 
1955-ci il oktyabr ayının 22-də Vilyam Şekspirin “Qış nağılı” 
əsri  (tərcümə  T.  Əyyubov)  Ə.  Şərifovun  quruluşunda  səhnəyə  qo-
yuldu və Hökümə xanım Qurbanova Germiona (bəzi kitab və məqa-
lələrdə Hermiona da yazılır) rolunu misilsiz sənətkarlıqla ifa etməsi 
tamaşanın gözəl alınmasına səbəb olmuşdur. 
“Səhnənin mərkəzində ağ mərmərdən bir heykəl dayanmışdır. 
Salondakılar,  lojadakılar,  amfiteatrdakılar  nəzərlərini  çəkmədən, 
heyrət  içində  diqqətlə  bu  heykələ  tamaşa  etməkdədirlər.  Yalnız, 
tamaşa salonunu ağzına kimi doldurmuş tamaşaçılar deyil, səhnədə-
kilərin də diqqəti bu heykələ dikilmişdir... Bu mərmər heykəl hamı-
nı  heyran  qoymuş,  hamının  ürəyində  keçmiş  acı  və  şirin  xatirələri 
canlandırmışdır... 


 
53 
Bu heykəl-Şekspir dühasının yaratdığı Germionadır. Bu həmin  
Germionadır ki, dosta mehriban, acizlərə, zavallılara kömək olmuş-
dur.  Bu  həmin  Germionadır  ki,  öz  əri  Leontun  (bu  rolu  xala  artisti 
Əjdər  Sultanov  ifa  edirdi-İ.A.)  çirkin  böhtanlarına  məruz  qalmış, 
hamilə  ola-ola  zindanlara  atılmış,  hakimlər  qarşısında,  müttəhimlər 
kürsüsündə  dayamışdır.  Lakin  o  yenə  də  öz  təmizlik  və  vüqarını 
itirməmiş, öz namusunu, şərəfini sona kimi müdafiə etmişdir. 
Ancaq bu nədir? Heykəl hərəkət edir! Elə bu zaman salondan 
gurultulu alqışlar qopur, bu alqışlar bitib-tükənmək bilmir, heykəlin 
canlanmasından  vəcdə  gələn  tamaşaçıların  sevinci,  səhnədəkilərin 
sevincinə qarışır. 
Heykəlin canlanması, hərəkət etməsi, dahi bir aktyorun səhnə-
dən  söylədiyi  odlu-alovlu,  ehtiraslı  bir  monoloqun  təsirini  bağışla-
yır.  Bu  heykəlin  yalnız  bircə  addım  atması,  başının  azca  hərəkəti 
gərgin bir dramatik səhnənin doğurduğu həyəcanlar kimi, əkssədalar 
yaradır. 
Vilyam Şekspirin ecazkar qələminin məhsulu olan Germiona, 
beləliklə, tamaşaçıların qəlbindən xəbər verir. Germionanın dəqiqə-
lər  ərzində,  təxminən  bütün  bir  şəkil  boyu  mərmər  heykəl  kimi  lal 
dayanıb  yavaş-yavaş  canlanması,  xeyrin  şərə,  günəşin  zülmətə 
qələbəsinin təntənəsidir. 
Lakin  biz  bu  əsəri  kitabdan  oxumuruq,  biz  buna  səhnə  əsəri 
kimi  tamaşa  edirik,  deməli,  bu  səhnəni,  bu  dramatik  vəziyyəti,  bu 
rolu  yaradan bir səhnə sənətkarı,  həm  də  çox qüdrətli  bir ustad  gə-
rəkdir. 
Bu səhnə sənətkarı, bu ustad Hökümə Qurbanovadır. 
Hökümə  Qurbanova  “Qış  nağılı!”  pyesindəki  kraliça  Ger-
miona  roluna  uzun  illərin  zəhməti,  axtarışları,  səyləri  və  cəhdləri 
nəticəsində gəlib çıxmışdır. 
Ancaq bu axtarışlar, bu zəhmət bircə şərtə bağlıdır. Bu şərtin 
adı-istedaddır.  Çünki  incəsənətdə  çalışan  hər  bir  adamın  əməyi, 
zəhməti hələ onun tamaşaçılar arasındakı müvəffəqiyyəti, sevilməsi 
demək deyildir. Bu müvəffəqiyyəti, bu xalq məhəbbətini təmin edən 
əsas amil istedaddır” (8). 


 
54 
H. Qurbanovanın Germionası bitkin səhnə qəhrəmanı olmaqla 
yanaşı,  zəngin  daxili  olan  bir  insan  idi.  Onun  yaratdığı  Germiona 
yalnız bir xətdən ibarət deyildi. Bu obrazın ayrı-ayrı cizgiləri aktri-
sanın məharətli ifası ilə bir-birinə qarışaraq sənət qələbəsinə çevril-
mişdir. 
““Qış nağılı” tamaşasının müvəffəqiyyətlə çıxmasına Hökümə 
Qurbanovanın  Germiona  surətini  gözəl  yaratması  da  səbəb  oldu... 
Bu rolu Hökümə Qurbanova böyük məharətlə ifa edir, inandırıcı və 
real boyalarla yaradılmış  heykəlin dirilməsi səhnəsi xüsusilə nəzəri 
cəlb edir. Cəsarətlə demək olar ki, Germiona-Qurbanova səhnəmiz-
də Şekspir repertuarı tarixində şöhrət tapan surətlər silsiləsində gör-
kəmli yer tutur” (18). 
Germiona  Hökümə  xanımın  Oliviyadan  sonra  ikinci  Şekspir 
qəhrəmanı  idi.  Şekspirin  böyük  sənətkarlıqla  qələmə  aldığı  Ger-
miona obrazını Hökümə xanım ədibə layiq səviyyədə ifa etmişdir. 
M.  Rəfili  “Ədəbiyyat  və  incəsənət”  qəzetində  yazır  ki;  “Ger-
miona-Hökümə  Qurbanova  haqsızlığın  günahsız  qurbanıdır.  Tama-
şada  Hökümə  Qurbanova  sevən  və  pak  bir  qadının  alçaq  şübhələr 
nəticəsində çəkdiyi iztirabları ustalıqla nümayiş etdirir. “Qış nağılı” 
tamaşasında  dərin  bir  təsir  bağışlayan  və  alqışlara  səbəb  olan  hey-
kəlin dirilməsi səhnəsidir: Germionanın duruşunda, baxışımda, göz-
lərində belə, günahsız çəkilən iztirabların qəmli əlamətləri görünür... 
Aktrisa  Germionanın  simasında  yalnız  günahsız  bir  qadının 
iztirablarını deyil, eyni zamanda, pak və müqəddəs bir qadının daxili 
gözəlliyini realist cizgilərlə açmağa çalışır”. 
Aktrisa  səbirli  və  vüqarlı  Germionanın  günahsız  bir  kraliça 
olduğunu,  nahaqdan  təhqir  olunduğunu,  zindanlara  salınan  bir 
insanın bütün incəliklərlə tamaşaçılara göstərirdi. 
“Pafos və patetika, poeziya və yüksək lirika tərtibatda, rejissor 
fikrində,  işində  yox,  başlıca  olaraq  aktyorların  ifasında,  ifaçılıq 
üslubunda  görünürdü.  Bu  mənada  Hökümə  Qurbanova  aparıcı  rol 
oynayır,  yaxşı  cəhətdən  fərqlənirdi.  O,  Şekspirin  poetikasını,  “Qış 
nağılı”  pyesinin  mürəkkəb  janr  və  üslub  xüsusiyyətlərini  düzgün 
duymuş,  elə  buna  görə  də  tamaşanın  mərkəzində  dayanmış,  onun 


Yüklə 15,97 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə