İmran axundov



Yüklə 15,97 Kb.
Pdf görüntüsü
səhifə16/37
tarix21.06.2018
ölçüsü15,97 Kb.
#50141
1   ...   12   13   14   15   16   17   18   19   ...   37

 
49 
qiqi ... siması, ... mövqeyi, xüsusiyyəti də məhz onun iradəsi gücü-
nə, obrazın bu şah damarını tutmaq nəticəsində təzahür tapır” (16). 
H.  Qurbanovanın  səhnədə  canlandırdığı  Həyat  Azərbaycan 
qadınının qəhrəman, mübariz nümunəsidir. Aktrisanın bu obrazdakı 
bütün hərəkətləri və mimikaları başqa rollarda olduğu kimi təbii və 
inandırıcı  idi.  O,  Həyatın  varlığını  dərindən  duyurdu,  onun  başa 
düşərək tamaşaçılara təqdim edirdi. 
Həyat-Qurbanova  Süleyman  kimi  mənfi  tipləri  ifşa  edərək, 
obrazın fikrini aydın ifadə edirdi. Hökümə xanım sözlə həm mühiti, 
həm digər başqa obrazları, həm də özünün daxili bütövlüyü haqqın-
da tamaşaçılarda aydın təsəvvür yarada bilirdi. Aktrisa Həyatın xa-
rakterini  tamaşaçıların  gözləri  qarşısında  yaradırdı.  Hökümə  Qur-
banova  obrazın  hiss  və  düşüncəsini,  mimika  və  jestlərin  müx-
təlifliyini,  bütün  replika,  dialoq  və  monoloqları  ilə  birlikdə  Həyatı 
canlı xarakterə çevirmək qüdrətinə malik nadir istedad sahibi idi. 
1954-cü  il  oktyabr  ayının  9-da  İ.  Əfəndiyevin  üçüncü  səhnə 
əsəri  olan  “Atayevlər  ailəsində”  pyesi  T.  Kazımovun  quruluşunda 
tamaşaya qoyuldu və Lətafətin (Lyalya) obrazını (Bu rolun adını M. 
Məmmədov-Lalə,  M.  Hüseyn  və  İ.  Kərimov  isə  Lətifə  yazıblar) 
səhnədə canlandırmaq H. Qurbanovaya tapşırılır. Hökümə xanımda 
bu obrazın öhdəsindən məharətlə gəlir. 
“Tamaşada Lətafətin obrazını Hökümə Qurbanova son dərəcə 
real boyalarla rəsm edə bilmişdir. Lətafət-Hökümə ibrətamiz bir hə-
yat yolu keçir. Biz ona həm nifrət edirik, həm də acıyırıq, lakin onun 
islah  oluna  biləcəyinə  də  ümidsiz  baxmırıq.  Lətafət  səhnəmizdə  öz 
təzəliyi və təravəti ilə nəzəri cəlb edən maraqlı bir surətdir” (9). 
Tamaşadakı  Lətafət-Qurbanova  konfliktlə  üzvi  surətdə  bağlı 
olan  obrazdır.  Bu  konflikt  Lətafətin  şəxsi  faciəsinə  gətirib  çıxarır. 
Lətafət xalası Dilşad xanımın (B. Şəkinskaya) təkidi ilə Sadıqov (M. 
Mərdanov) kimi yaşlı, dövlət malını mənimsəyən, küt bir insana ərə 
getmişdir.  Sadıqova  nifrət  edən  Lətafət-Qurbanova  yaraşıqlı  insan 
olan zabit Ziyad Şahsuvarova (M. Dadaşov) aşiq olur. Şahsuvarovda 
Lətafətin bu zəif cəhətindən istifadə edir, onu aldadır. Şahsuvarovun 
xəbis  bir adam  olduğunu  Lətafət-Qurbanova  gec  başa düşür, özünə 


 
50 
qəsd etmək istəyir. Onu cavan müstəntiq Cahangir (Ə. Məmmədov) 
ölümdən  qurtarır.  Ailə-məişət  mövzusunda  yazılmış  bu  əsərdə 
Hökümə xanımın ifası öz orijinallığı ilə fərqlənirdi. 
“Əsərdə Sadıqovun qaş-daşına, qızılına aldanıb, xalası Dilşad 
xanımın təsiri altına düşmüş Lyalyanın rolunu H. Qurbanova gözəl 
ifa edirdi” (17). 
“Biz  qayğısız  həyat  sürmək,  naz-nemət  içində  yaşamaq  istə-
yən Lətafətin indi, tamaşa müddətində uyub aldandığını başa düşdü-
yünü,  onun  peşmançılıq  anlarını,  dəyişilmə  və  yenidən  doğulma 
prosesini görürük. Bu proses üçün, əlbəttə, əsasən dramatik boyalar, 
dramatik  yaşantı  tələb  olunur.  Aktrisa  məhz  belə  boyalarla  zəngin 
olan yaradıcılıq palitrasından məharətlə istifadə edərək bu rolda da 
bitkin,  orijinal  bir  xarakterdə  təcəssüm  tapmağa  müvəffəq  olur.  O, 
tamaşanın  yeddinci şəklində  Lətafətin öz günahlarını etiraf elədiyi, 
dərin əzablar içində peşmançılıq keçirdiyi, ölümdən qurtulub, ayılıb 
yenidən  həyata  qayıtdığı  çətin  səhnəni  inandırıcı  tərzdə,  böyük 
ustalıqla ifa edir” (16). 
H. Qurbanovanın ifasında Lətafət müasir mövzularda ifa etdi-
yi obrazlar içərində öz bitkinliyi ilə fərqlənən səhnə qəhrəmanı idi. 
Hökümə  xanım  obrazın  nəbzini  düzgün  tutmuş,  onu  tamaşaçılara 
sevdirmişdir. 
1954-cü  il  iyulun  3-dən  26-dək  Akademik  Milli  Dram  Teatrı 
Yerevan şəhərində qastrolda oldu. Qastrolun açılışı və bağlanışı Q. 
Sundukyan  adına  teatrda  S.  Vurğunun  “Vaqif”  mənzun  dramı  ilə 
oldu. Qastrol müddətində kollektiv S. Vurğunun “Vaqif” (3; 7; 11; 
22 ;25 ;26), “Xanlar” (6; 13), “Fərhad və Şirin” (10; 17; 18; 20; 21; 
23;  25),  S.  S.  Axundovun  “Eşq  və  intiqam”  (16;  19),  M.  İbrahi-
movun “Həyat” (23 ictimai baxış), S. Rəhmanın “Nişanlı qız” (4; 7), 
V.  Şeksprin  “On  ikinci  gecə”  (5;  12)  ,  Lope  de  Veqanın  “Sevilya 
ulduzu”  (8;  14),  N.  Qoqolun  “Müfəttiş”  (18),  A.  Şirvanzadənin 
“Namus”  (11;  15)  tamaşalarında  Hökümə  xanım  Məryəm,  Həyat, 
Bənövşə, Oliviya, Süsən və s. rolları ifa etdi. 


 
51 
1955-ci  il  yanvar ayının  29-da C. Cabbarlının məşhur “1905-
ci  ildə”  pyesi  A.  İsgəndərovun  quruluşunda  tamaşaçılara  təqdim 
olundu və Sona rolunu Hökümə Qurbanova ifa etdi. 
Hökümə Qurbanovanın  oynadığı Sona obrazı öz  səmimiyyəti 
və  təbiiliyi  ilə  fərqlənirdi.  “Sona  rolunda  H.  Qurbanova  böyük  bir 
məhəbbətin  faciəsini  oynayırdı”  (10).  Aktrisa  Sonanın  düşdüyü 
psixoloji anları da gözəl əks etdirirdi. 
M.  Rəfili  “Ədəbiyyat  və  incəsənət”  qəzetində  (05.02.1955) 
yazır  ki;  “Hökümə  Qurbanova  Sonanın  faciəsini,  onun  məftun  və 
həsrətli  təbiətini  şux,  cəsarətli  boyalarla  verir.  Kənd  səhnələrində, 
ölüm otağında Sona-Hökümə Qurbanova cazibədardır”. 
Sona obrazı C. Cabbarlı tərəfindən qələmə alınmış bitkin ob-
razlar  içərisində  nəzəri  cəlb  edən  səhnə  qəhrəmanıdır.  Hökümə  xa-
nım  öz  qəhrəmanının  günahsız  olduğunu  böyük  ifası  ilə  tamaşaçı-
lara göstərirdi. 
“Sona və Solmaz rollarına dair mülahizələrimizə gəlincə, hər 
şeydən əvvəl, onu deməliyəm ki, klassik xəzinəyə daxil olmuş Cəfər 
Cabbarlı  pyesləri  içərisində  bu  iki  əsər  –  “1905-ci  ildə”  və  “Od 
gəlini” öz monumentallığı, ideya-tematik əhatənin genişliyi, kompo-
zisiya  əzəməti  və  güclü  müasirlik  mayası,  duyğusu  ilə  fərqlənirlər. 
Onların biri uzaq, digəri yaxın keçmişimizi əsil müasirlik mövqeyin-
dən  inikas  etdirir.  Buna  görə  hər  iki  pyes  dəfələrlə  müxtəlif  rejis-
sorlar  tərəfindən  tamaşaya  qoyulmuş,  burdakı  obrazları  müxtəlif 
ifaçılar tərəfindən hər dəfə  yeni fikir,  yeni münasibətlə canlandırıl-
mışdır.  “Həyat”  pyesində  və  Həyat  rolunda  olan  kimi  Sona  və 
Solmaz  rollarında  da  Hökümə  Qurbanovanın  qüdrətli  sələfləri  var-
dır:  Mərziyə  Davudova,  Yeva  Olenskaya,  Sona  Hacıyeva!..  Sona 
Hacıyeva  hələ  müəllifin  sağlığında  onun  özünün  rejissorluğu  ilə 
hazırlanan “1905-ci ildə” əsərinin ilk tamaşasında Sona rolunun ilk 
yaradıcısı olmuş  və uzun  illər onun  ən  gözəl,  ən mahir ifaçısı kimi 
qəlblərdə  yaşamışdır.  Solmaz  rolu  da  səhnəmizin  qüdrətli  aktrisa-
larının, o cümlədən Mərziyə xanımın və Yeva xanımın repertuarını 
bəzəmiş, onların simasında şöhrətli ifaçılarını tapmışdır. Belə sələf-
lərə  layiqli  varis  olmaq,  onlardan  sonra  rolun  ifasına  yenilik  gətir-


Yüklə 15,97 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə