İmran axundov



Yüklə 15,97 Kb.
Pdf görüntüsü
səhifə15/37
tarix21.06.2018
ölçüsü15,97 Kb.
#50141
1   ...   11   12   13   14   15   16   17   18   ...   37

 
46 
““Türkiyədə”  dramı  nəinki  mənası,  ideyası  və  daxili  nizamı 
ilə, həm də bütün zahiri rəsmi etibarilə monumental bir tamaşa idi... 
Pyesdə  hadisələr  də,  iştirakçı  da  çox  idi.  Elə  görünə  bilərdi  ki, 
pyesin  səhnə  təfsirində  “illüstrasiyaçılıqdan”  qaçmaq  mümkün  ol-
mayacaqdır.  Lakin  rejissor  bu  təhlükədən  yan  keçə  bilmişdi.  Əsas 
surətlərin emosional şərhi konfliktlərin psixoloji cəhətdən kəskinləş-
dirilməsi və əsaslandırılması, zidd cəbhələr toqquşmasının dramatik 
ifadəsi  bütün  bunların  parlaq  və  bədii  həyəcan  doğuran  səhnələr 
şəklində  canlandırılması,  həmçinin  tamaşanın  monumental  üslubu 
ilə bağlı başqa məsələlər müvəffəqiyyətlə həll edildi” (5). 
Bu  monumental  tamaşada  Hökümə  xanım  sülh  müdafiə  cə-
miyyətinin  sədri  həkim,  jurnalist  Xətcə  obrazını  öz  sənətinə  layiq 
səviyyədə ifa etdi. 
“Rolun  ifaçısı  Hökümə  Qurbanova  Xətcəni  həm  evdə-ailədə, 
həm  də  onun  ictimai  işlərdə  fədakar  insan  kimi  tanıtdırır.  O,  ərini, 
ailəsini  sevən  qadın,  xalqını,  vətənini  sevən  vətəndaş  və  mətin 
ictimayyətçi-sülh mübarizidir” (16). 
S.  Rüstəm  “Kommunist”  qəzetində  (29.03.1953)  yazır  ki; 
“Hökümə Qurbanova sadə, namuslu, gözəl insan olan Xətcəni istər 
mübarizə,  istərsə  məişət  səhnələrində  rəngarəng  boyalarla  tamaşa-
çılara sevdirə bilir”. 
Ə.  Məmmədxanlı  “Bakinski  raboçi”  qəzetində  (29.03.1953) 
qeyd  edir  ki;  “Aktrisa  H.  Qurbanova  qabaqcıl  türk  qadının  həlim 
təbiətli,  mərd  xasiyyətli  obrazını  gözəl  canlandırır.  Onun  Xətcəsi 
dostları üçün həlim və mehriban, vətənin düşmənləri qarşısında isə 
amansızdır, mətindir”. 
M. Hüseyn “Vışka” qəzetində (01.04.1953) yazır ki; “Aktrisa-
nın  yaratdığı bu mərd qadının cismi, mənəvi işgəncələrə baxmaya-
raq  iradəsi  qırılmayan  Xətcənin  surəti  tamaşaçının  zehnində  möh-
kəm iz buraxır”. 
Göründüyü kimi tənqid Hökümə Qurbanovanın ifa etdiyi Xət-
cə  obrazını  yüksək  qiymətləndirmiş,  həmişə  olduğu  kimi  bu  rolda 
tamaşaçıların yaddaşına həkk olunmuşdur. 


 
47 
İctimai baxışı (23 iyul, 1954) Yerevan şəhərində olan M. İbra-
himovun  “Həyat”  pyesinin  ikinci  quruluşunun  premyerası  1954-cü 
ildə sentyabr ayının 11-də (rej. A. İsgəndərov) oldu. İlk dəfə 1937-ci 
il  aprel  ayının  28-də  A.  İsgəndərov  tərəfindən  səhnəyə  qoyulan 
“Həyat”  dramında  baş  rol  oynayan  Həyat-Mərziyə  Davudovanın 
ifası tamaşaçıların yaddaşında dərin iz buraxmışdır. Mərziyə xanım-
dan sonra bu rolu ifa etmək, şübhəsiz ki, H. Qurbanovanın məsuliy-
yətini birə on artırdı. “I“Həyat”ın mövzusu müəyyən mənada aktual-
lığını itirdiyi üçün tamaşası 1937-ci ildəki təmtəraqla qarşılanmadı. 
Bununla  belə,  Hökümə  Qurbanovanın  Həyat  rolu  nailiyyət  kimi 
qeyd olundu” (19). 
“Üstündən iyirmi ilə  yaxın bir müddət keçəndən sonra 1954-
cü ildə həmin pyes həmin teatrda yenidən tamaşaya qoyuldu və baş 
rollarda Hökümə Qurbanova (Həyat) ilə Ələsgər Ələkbərov (Süley-
man)  çıxış  elədilər.  Konfliktsizliklə  zədəli  pyeslərin  bolluğu  şərai-
tində  teatrın  yenidən  “Həyat”  dramına  müraciət  etməsi  təbiidir  və 
qanunidir.  Bu  əsər  həm  də  əlvan,  bitkin  xarakterlərlə  zəngindir. 
Müasir  məzmunlu  kəskin  konflikt,  bitkin  səhnə  xarakterləri  tez-tez 
dəyişən və şiddətlənən dramatik mübarizə! Bütün bunlar rejissor A. 
İsgəndərovu  və  ifaçıları,  əlbəttə,  maraqlandırır,  cəzb  edir.  Lakin 
eyni  zamanda onların  çiyninə  ağır  yük, böyük  yaradıcılıq məsuliy-
yəti  də  qoyur.  Məsuliyyətin  ağırlığını,  ciddiliyini  ilk  növbədə  H. 
Qurbanova hiss edir” (16). 
Əsərin qəhrəmanı Həyat-Qurbanova qorxmaz insan, möhkəm 
iradə sahibi idi. O, sadə insanlara sadiq, düşmənlərə isə dərin nifrət 
edirdi.  Aktrisa  öz  mübarizəsini  qəti  və  ardıcıl  aparırdı.  H. 
Qurbanovanın ifasındakı Həyat həm ictimai xadim, həm də sadə bir 
insan idi. 
“Bakinski  raboçi”  qəzeti  (02.10.1954)  yazır  ki;  “Həyat  rolu-
nun  ifaçısı  Azərbaycan  qadınının  cazibədar,  bitkin  obrazını  yarat-
mağa müvəffəq olub... Aktrisanın yaratdığı Həyat obrazının ən qüv-
vətli cəhəti onun iradə gücündə görsənir”. 
Həyatın rayona gəlişi ciddi ictimai-siyasi hadisəyə səbəb oldu. 
Biliyə  və  təcrübəyə  malik  olan  Həyat-Qurbanova  təkbaşına  iş 


 
48 
görmürdü nə edirdisə xalqa arxayın  idi. Qətiyyətli və bütöv xarak-
terə malik olan Həyat obrazını böyük sənətkarlıqla ifa edən Hökümə 
Qurbanova  bir  daha  tamaşaçılara  görkəmli  səhnə  xadimi  olduğunu 
sübut etdi. 
“Ədəbiyyat və incəsənət” qəzeti (09.10.1954) yazır ki; “Aktri-
sa  incə  və  təbii  ştrixlərlə  Həyatın  sinfi  instinktini  tamaşaçıya  çatd-
ırır. Hər bir işdə partiyalılıq Həyat xarakterinin başlıca xüsusiyyəti-
dir.  Bunu  həqiqi  sənətkarlıqla  açıb  göstərmək  isə  Hökümə  Qur-
banovanın aktrisalıq məharətidir”. 
Hökümə Qurbanova mərd, qeyrətli Azərbaycan qızının dolğun 
obrazını  yaratmağa  müvəffəq  olmuşdur.  Aktrisa  Həyat  rolunu  ifa 
edərkən öz talantında layiqincə bəhrələnmişdir. 
“Həyat-Hökümə  Qurbanova  sözün  əsl  mənasında  vətəndaşlıq 
borcunu  yerinə  yetirir,  siyasi  xadim  vəzifəsi  daşıyır.  Bu  mənada  o, 
C. Cabbarlı dramaturgiyasındakı Sevil, Almaz, Gülsabah kimi qadın 
obrazlarının  varisi  və  davamçısıdır.  İkincisi,  Həyat  surəti  təkcə  hə-
yati məzmununa görə  yox, həm  də  bədii təcəssümünə  görə  aktrisa-
nın əvvəlki obrazlarından fərqlənir. Onun xarakteri, həyat mövqeyi 
yalnız  məram  (proqram)  xasiyyəti  daşımır,  obrazın  səhnə  həyatına, 
fəaliyyət meydanında, konkret hadisələrdə, münasibətlərdə, işdə tə-
cəssüm tapır, görünür, duyulur və tamaşaçı tərəfindən qəbul olunur. 
Hökümə  Qurbanova  Həyat  obrazına  ikinci  dəfə  səhnə  həyatı 
verərkən  onun  müstəsna  ləyaqətlərindən  ikisini-Həyatın  inamını  və 
iradəsini  bu  rolun  şah  damarına  çevirir.  Həyat-Hökümə  Qurbanova 
ətrafındakılara  yalnız  şübhə  eləmir,  həm  də  inanır.  Onun  şübhəsi 
inamından, inamı isə sayıqlığından ayrı deyildir. Bu nöqtədə aktrisa 
rolun yozumunu əvvəlki ifadan tamam fərqləndirir və aradan keçən 
iyirmi  ilin  nəticələrini  hesaba  alır.  İradə  məsələsinə  gəlincə  demək 
lazımdır ki, iradə güclü, qaynağı Hökümə xanımın səhnə istedadının 
özünə xas olan, bu istedadın  özünü səciyyələndirən fitri keyfiyyət-
dir... Aktrisa Həyatın siyasi əqidəsini onun vətəndaş inamına, inamı-
nı isə onun qırılmaz, yorulmaz iradəsinə çevirməklə dəyanətli, səda-
qətli bir ... obraz yaradır, ona üzvi, təbii təcəssüm verir. Həyatın hə-


Yüklə 15,97 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə