İmran axundov



Yüklə 15,97 Kb.
Pdf görüntüsü
səhifə12/37
tarix21.06.2018
ölçüsü15,97 Kb.
#50141
1   ...   8   9   10   11   12   13   14   15   ...   37

 
37 
yaranmış  səhnələrdə  ətraflı  görürük,  onu  yüksək  şüurlu  zəngin 
mənəvi aləmə malik, qüvvətli, iradəli bir qadın kimi tanıyırıq”. 
“Gənc Azərbaycan aktrisalarının ən yaxşı nümayəndələrindən 
biri  Hökümə  Qurbanovadır.  Onun  gözəl  səhnə  qabiliyyəti  vardır. 
Qısa müddət içərisində o, gənc ... qızların bir çox maraqlı və xatırda 
qalan  obrazlarını  yaratmışdır.  Onun  qəhrəmanlarının  çox  sadə  və 
aydın  tərcümeyi-halı  vardır...  Prokuror  Vəfa  (“Vəfa”),  həkim  Sü-
rəyya (“İntizar”), mühəndis Gülarə (“İşıqlı yollar”), mühəndis Şəfəq 
(“Bahar  suları”)  belə  qəhrəmanlardandır.  Bunlar  əsl  həyata  indicə 
qədəm  qoymuşlarsa  da,  fikirləri  açıq,  siyasi  şüurları  yetkin,  ictimai 
vəzifə anlayışları dərindir. H. Qurbanovanın qəhrəmanları, əksərən, 
qüvvətli  və  iradəli  adamlardır;  xaraktercə  möhkəm,  köhnəliyə  və 
mühafizəkarlığa  düşməndirlər.  Həm  lirika,  həm  də  qəhrəmanlıq 
keyfiyyətlərini  ifadəli  bir  şəkildə  canlandıran  H.  Qurbanova  öz 
oyunu  ilə  inandırır  ki,  onun  qəhrəmanları  yeni  adamlardır,  onların 
ayrıca,  “xüsusi”  həyatı,  qapalı  şəxsi  aləmləri  yoxdur,  istər  sevinc, 
istərsə  də  əzablı  dəqiqələrdə  onlar  tənhalıq  hiss  etmirlər.  Onlar 
daxilən  zəngin  və  yeni  adamlardır.  Bu  adamların  hiss  və  arzularını 
H. Qurbanova təbii və sadə bir şəkildə ifadə edir” (3). 
Görkəmli səhnə ustası Hökümə Qurbanova 1951-1955-ci illər-
də  C.  Cabbarlının  “Od  gəlini”  faciəsində  Solmaz  (rej.  Ə.  Şərifov, 
20.03.1951); Ə. Məmmədxanlının “Od içində”pyesində Reyhan (rej. 
A.  İsgəndərov,  05.05.1951);  M.  Təhmasibin  “Çiçəklənən  arzular” 
əsərində  Nərgiz  (rej.  M.  Məmmədov,  13.06.1951);  H.  Muxtarovun 
“Ailə  namusu”nda  Zina  (rej.  T.  Kazımov,  30.10.1951);  K. 
Haldoninin  “Məzəli  hadisə”  komediyasında  Janniana  (tərcümə  S. 
Rəhman, rej. T. Kazımov, 04.01.1952); A. Şirvanzadənin “Namus” 
əsərində Süsən (rej. A. İsgəndərov, 17.05.1952); A. Qəhharın “İpək 
naxışlar”ında  Hafizə  (tərcümə  C.  Məcnunbəyov,  rej.  Ə.  Şərifov, 
20.09.1952);  S.  Vurğun  “Fərhad  və  Şirin”  mənzum  dramında 
Məryəm (rej. A. İsgəndərov, 06.10.1952); N. Hikmətin “Türkiyədə” 
əsərində  Xətcə  (çevirəni  Ə.  Babayev,  rej.  A.  Isgəndərov, 
20.03.1953);  S.  Rəhmanın  “Nişanlı  qız”  komediyasında  Bənövşə 
(rej.  A.  İsgəndərov,  11.  12.  1953);  M.  İbrahimovun  “Həyat”  dra-


 
38 
mında Həyat (rej. A. İsgəndərov, 11.09.1954); İ. Əfəndiyevin “Ata-
yevlər ailəsində” pyesində Lətafət (rej. T. Kazımov, 09.10.1954); C. 
Cabbarlının  “1905-ci  ildə”  dramında  Sona  (rej.  A.  İsgəndərov, 
29.01.1955);  V.  Şekspirin  “Qış  nağılı”nda  Germiona  (tərcümə  T. 
Əyyubov, rej. Ə. Şərifov, 22.10.1955) kimi müxtəlif xarakterli mü-
rəkkəb obrazlar qalereyası yaratmışdır. 
1951-ci il mart ayının 20-də C. Cabbarlının “Od gəlini” faciəsi 
beşinci  dəfə  tamaşaya  qoyuldu.  1928-1939-cu  illərdə  (16.02.1928, 
rej.  A.  Tuqanov;  18.12.1930,  rej.  A.  Tuqanov  və  Ə.  Əliyev; 
02.12.1933, rej. S. Mayorov və Ə. Tiriniç; 29.09.1939, rej. İ. Hida-
yətzadə)  “Od  gəlini”  faciəsi  dörd  dəfə  tamaşaya  qoyulmuş,  böyük 
müvəffəqiyyət qazanmışdır. On iki il sonra yəni 1951-ci ildə rejissor 
Ə. Şərifov bu əsərə müraciət  etdi və Solmaz obrazını Barat  Şəkin-
skaya  ilə  Hökümə  Qurbanovaya  tapşırdı.  Azərbayacan  teatrında 
Solmaz  rolunun  böyük  ifaçıları  olub.  1928-ci  ildə  Solmazı-M. 
Davudova, Y. Olenskaya, S. Hacıyeva; 1930-cu ildə S. Hacıyeva, Y. 
Olenskaya; 1933-cü ildə M. Davudova, S. Hacıyeva, Y. Olenskaya; 
1939-cu ildə F. Qədri, H. Qurbanova kimi sənətkarlar ifa ediblər. 
Ə. Şərifovun quruluşundakı “Od gəlini” əvvəlki quruluşlardan 
fərqli  olaraq  müvəffəqiyyət  qazana  bilmədi.  Bu  da  rejissorun 
aktyorları düzgün seçməməsində idi. 
Hökümə Qurbanovanın Solmazı haqqında mən bu kitabın bi-
rinci  fəslində  bəhs  etmişəm.  İndi  də  bəzi  qeydləri  etməyi  özümə 
borc bilirəm. 
H.  Qurbanovanın  ifasında  Solmaz  öz  məhəbbətinə  sadiq  bir 
insan idi. Onun Solmazı məhkum qadın olmasına baxmayaraq, bar-
mağında  atəşgahın  müqəddəs  üzüyünü  gəzdirən,  daxilən  azad  bir 
insan idi. 
“Hökümə Qurbanova Solmaz rolunu ... Barat Şəkinskaya kimi 
məharətli bir aktrisa ilə yanaşı, yaradıcılıq yarışı şəraitində oynamış-
dır. İki aktrisanın  yaradıcılıq siması, sənətkarlıq xüsusiyyətləri ara-
sındakı fərq, əlbəttə, bu rolun hazırlanma prosesində, ifasında özünü 
göstərməyə  bilməzdi.  Buna  görədir  ki,  tənqidçi-teatrşünas  Cəfər 
Cəfərov  “Od  gəlini”  faciəsinin  həmin  beşinci  quruluşuna  həsr  elə-


 
39 
diyi  məqaləsində  iki  Solmaz  haqqında  söhbət  açır.  O,  bu  tamaşanı 
bütünlükdə qənabəbəxş hesab eləməsə də ayrı-ayrı ifaçıların, o cüm-
lədən “iki Solmazın” ifasındakı müvəffəqiyyəti və kəsirləri göstərir, 
xüsusilə onların arasındakı ifa fərqlərini aşkarlayır. Solmaz-Hökümə 
Qurbanova  tənqidçinin  müşahidəsinə  görə  “qəhrəman  təbiətli  bir 
qızdır və onun xarakterinin başlıca xüsusiyyəti fədakarlıqdır”. Tən-
qidçinin  fikrincə  aktrisanın  ifasında  Solmazın  sevgi  mövzusu  da 
güclü  təcəssüm  tapır:  aktrisa  “sevən  Solmazı  səmimi  və  inandırıcı 
oynayır. O, Elxana bəslədiyi məhəbbətin müsibətlərlə bağlı olduğu-
nu  hiss  edir,  çünki  o,  həyata  qarşı  daha  gözüaçıqdır,  ətrafında  baş 
verən vuruşların qara günlər gətirəcəyini başa düşür” .” (16). 
Tamaşa  boyu  hadisələr  cərəyan  etdikcə  Solmaz-Qurbanova 
daha  fəal  olur.  Aktrisa  öz  ifası  ilə  faciənin  nikbin  ruhunu 
gücləndirir, tamaşanın poetikasını artırır. 
“H. Qurbanova ... Solmaza daha yaxın bir surət yaradırdı. O, 
Solmazın  məhəbbətini  lirik  boyalarla  çatdırır,  öz  məhəbbətinin 
müsibətlərini də yaxşı duyurdu” (10). 
Beş  dəfə  tamaşaya  qoyulan  “Od  gəlini”nin  iki  quruluşunda 
(1939,  1951)  Solmazı  səhnədə  canlandıran  H.  Qurbanovanın  ifası 
tamaşaçıları  mütəəssir  etdi  və  obrazın  taleyinin  nə  ilə  sona 
çatacağını aktrisa maraqlı boyalar ilə tamaşaçılara çatdırdı. 
1951-ci il may ayının 5-də Ə. Məmmədxanlının İran Azərbay-
canında  milli  azadlıq  hərəkatından  bəhs  edən  “Od  içində”  pyesi  A. 
İsgəndərovun quruluşunda tamaşaçılara təqdim olundu. Bu tamaşa-
da  Hökümə  xanım  ilk  dəfə  yaşlı  qadını-ana  obrazını  Reyhanı 
yaratdı. 
H. Qurbanova Azərin anası olan Reyhanı elə ifa edirdi ki, obraz 
səhnədən-səhnəyə inkişaf etdikcə yaş məsələsi də aradan qalxırdı. 
“Ədəbiyyat”  qəzeti  (16.05.1951)  yazır  ki;  “Reyhan-Hökümə 
xanım son səhnələrdə “təsirlidir, həyəcanlıdır, səmimidir”. 
Aktrisanın  ifasında  Reyhan  övladı  Azəri  və  vətənini  böyük 
məhəbbətlə  sevirdi.  Həm  vətəni  və  həm  də  ovladı  üçün  həyəcan 
keçirən  H.  Qurbanova  öz  təbii  və  inandırıcı  ifası  ilə  tamaşaçılarda 
vətənpərvərlik hissini aşılayırdı. 


Yüklə 15,97 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə