İmran axundov



Yüklə 15,97 Kb.
Pdf görüntüsü
səhifə8/37
tarix21.06.2018
ölçüsü15,97 Kb.
#50141
1   ...   4   5   6   7   8   9   10   11   ...   37

 
25 
H. Qurbanovanın ifasında Zeynəb inqilab ruhunda tərbiyə al-
mış mərd bir insan idi. Aktrisa Zeynəb obrazı ilə özünü bir daha ma-
hir sənətkar kimi təsdiqləmişdir. 
1945-ci ilin ikinci yarısında Mehdi Məmmədov indiki Akade-
mik Milli Dram Teatrına rejissor ştatına götürüldü və bu teatrın səh-
nəsində  ilk  quruluş  verdiyi  tamaşa  böyük  ingilis  dramaturqu  V. 
Şekspirin “On ikinci gecə” komediyası oldu. 
Ə.  Şərif  “İzvestiya”  qəzetində  (19.05.1946)  yazır  ki;  “  “On 
ikinci gecə” tamaşası həm aktyor ifası, həm də rejissor işi baxımın-
dan M. Əzizbəyov teatrının böyük müvəffəqiyyətidir. Komediyanın 
məlahətini, onun şən, bayramsayağı xüsusiyyətini əks etdirmək teat-
ra nəsib olmuşdur. Şekspir komediyası üzərindəki bu iş teatrın yeni 
istedadlı aktyor qüvvələrinin aşkara çıxmasına səbəb olmuşdur”. 
On il səhnədə oynanılan “On ikinci gecə” tamaşası “Şıltaq qı-
zın yumşalması” (tərcümə Həsən Səbri Abdullazadə, rej. A. A. Tu-
qanov, 18.02.1929)  əsərindən sonra V. Şekspirin ikinci  komediyası 
idi ki, Azərbaycan səhnəsində tamaşaya qoyulurdu. 
1946-cı  il  aprel  ayının  20-də  Mirzə  İbrahimovun  tərcümə 
etdiyi V. Şekspirin “On ikinci gecə” komediyası Mehdi Məmmədo-
vun  quruluşunda  tamaşaya  qoyuldu  və  rejissor  Oliviya  obrazını  H. 
Qurbanovaya həvalə etdi. 
Hökümə  xanım  “Kommunist”  qəzetində  Oliviya  obrazı  üzə-
rində ki, işi haqqında yazır ki; “Mən... Şekspirin yaradıcılığı ilə ya-
xından tanış olur və onun “12-ci gecə yaxud hər nə istəsəniz” kome-
diyasında  Oliviya  rolunda  çıxış  edirəm.  Ümumiyyətlə,  Şekspirin 
surətləri  üzərində  işləmək  aktyor  yaradıcılığı,  onun  inkişafı  üçün 
böyük bir vəsait və məktəbdir” (18). 
Bu  obraz  Hökümə  xanımın  yaradıcılığında  irəliyə  doğru  atıl-
mış mühüm bir addım oldu.  Aktrisa Oliviyanın  düşdüyü vəziyyəti, 
dərin psixoloji anları olduqca düzgün ifa edirdi. H. Qurbanova tama-
şaçı ruhunu oxşayan, dolğun obraz yaratmağa müvəffəq olmuşdur. 
Aktrisa  müsahibəsində  qeyd  edir  ki;  “...bu  rola  hazırlaşanda 
səhnəyə  ilk  çıxışımda  olduğundan  artıq  həyəcan  keçirirdim.  Daha 
artıq.  O  ilk,  bu  isə  yeni  və  çətin  sınaq  idi.  Mən  ilk  Şekspir  obrazı 


 
26 
oynamalıydım.  Dünya  klassik  repertuarında  ilk  əsər,  ilk  rol!  O 
mənim  qarşımda  dünya  dramaturgiyasının,  klassiklər  aləminin 
qapılarını açırdı. Şekspir, Şiller, Hüqo, Qoldoni, Çexov dünyasının 
qapılarını... Mən astanada dayanmışdım” (16). 
“Oliviya-Hökümə Qurbanovanın Şekspir əsərlərində ifa etdiyi 
ilk  roldur.  Buna  baxmayaraq  aktrisa  çox  maraqlı,  canlı,  tamaşaçı-
ların rəğbətini qazanan dəyərli bir obraz yaratdı” (17). 
“Kommunist” (Yerevan) qəzeti (10.07.1954) yazır ki; “Tama-
şanın  ifaçıları  sırasında  hamıdan  əvvəl  Oliviya  rolunu  ifa  edən 
Hökümə  Qurbanovanı  qeyd  etmək  lazımdır.  Eşqindən  kədərlənən 
Oliviya-Hökümə  xanım  nə  qədər  qəşəngdirsə,  məhəbbətin  qələbəsi 
dəqiqələrində bir o qədər parlaq, bir o qədər cazibədardır. O, tama-
şanın  ilk  səhnələrində  həyatın  ləzzətindən,  nemətindən  əl  çəkib  öz 
kədərinə qapılır, lakin Violanı görərkən bu həyat hissi, bu məhəbbət 
duyğusu onda coşub çağlayır. Məhəbbətin Oliviyanın qəlbinə gətir-
diyi bu təbəddülatı, sənətkar aktrisa əla yaradır. Oliviya Hökümə xa-
nımın ifasında cəsarətli, aktiv bir şəxsiyyətə çevrilir. Lakin bu cəsa-
rət, bu aktivliklə yanaşı, Hökümə xanım Oliviyanın cazibədarlığını, 
məlahətini itirmir”. 
“Bu tamaşada komediyanın lirik axarı, Violanın, Hersoq Orsi-
nonun  və  Oliviyanın  romantik-xəyalpərvər  mövzusu  daha  parlaq 
təcəssüm tapmışdır... Qurbanovanın  Oliviyası  böyük temperamenti, 
fəal  məqsəd  yönümü  ilə  fərqlənir.  Eyni  zamanda  o,  öz  incəliyi, 
zərifliyi və gözəl davranışı ilə seçilir” (26). 
“Bu yolda zəhmətə dözənlər, qeyrət göstərənlər, çox çalışanlar 
daha artıq nail olurdu. Hökümə Qurbanova-Oliviya çox nail olanların 
sırasında istedad və əməksevərlik timsalı kimi yadımda qalmışdır... 
...  Barat  xanım  və  Hökümə  xanım  bu  tamaşada  əlbəttə,  daha 
artıq  müvəffəq  olmuşdular.  Halbuki  mürəkkəbliyinə  görə  Viola  və 
Oliviya rolları daha çətindir... 
Oliviya-Hökümə  xanımın  tamaşadakı  ilk  çıxışı  eyni  zamanda 
həm rəsmi-təntənəli, həm də təmkinli və sadə idi. O, aşağı mərtəbə-
dən (orkestrdən) ağır və ahəstə addımlarla xanımların və qaraqulun 
müşayiəti  ilə  yavaş-yavaş  səhnəyə  qalxır,  otağın  ortasında  ayaq 


 
27 
saxlayıb  uzun  sükuta  dalır,  burda  qalacağına  qərar  verir  kimi 
rübəndini qaldırır və öz kreslosunda əyləşir. Hərəkətsiz halda əvvəl 
əlindəki  incilə,  sonra  isə  uzaqlara  bir  nöqtəyə  baxırdı.  Bu  oturuş, 
baxış  bu  qara  libas,  dalğın  çöhrə,  dizlərin  üstündə  çarpazlaşaraq 
kiçik incili sıxan bəyaz əllər mahir rəssam fırçası ilə işlənmiş şəkilə 
bənzəyirdi. Daha dəqiq deyilsə, Oliviya rolunda Hökümə xanım özü 
intibah  rəssamının  tablosundan  düşmüş  bir  gözəli  andırırdı.  Bu 
kədərli əhval, ibadət atributu qara cildli incil, qara paltar biri-birinə, 
onların  hamısı  isə  Hökümə  xanıma  çox  yaraşır,  onu  son  dərəcə 
məlahətli və cazibədar göstərirdi” (16). 
Qibtəyə  layiq  olan  gözəllik  simvoluna  çevrilmiş  Oliviya-
Qurbanova  sevmək,  sevilmək  üçün  dünyaya  gəlmiş  olan  bu  incə 
məxluq hər bir eşqə və məhəbbətə layiq idi. 
“...  Oliviya  obrazı  Hökümə  xanımın  yaradıcılığında  irəliyə 
doğru atılmış mühüm bir addım oldu... 
Bizim Azərbaycan tamaşaçıları həqiqətən fəxr edə bilərlər ki, 
qabaqcıl aktrisamız Hökümə xanım başqa respublikalarda da yalnız 
öz  sənətkarlığına  deyil,  bütün  Azərbaycan  teatrına  şan  və  şöhrət 
qazandırır... 
O,  Oliviyanın  düşdüyü  mürəkkəb  vəziyyətləri,  dərin  psixoloji 
momentləri  düzgün  yaşayır  və  tamaşaçıları  da  bu  hisslərlə  yaşadır. 
Qardaşının ölümü münasibəti ilə yas saxlayan Oliviya ilə sevən Olivi-
yanın arasında nə qədər kəskin, nə qədər dərin fərq vardır! Bu çətin, 
mürəkkəb keçidləri addım-addım tamamlamaq, bunları inandırıcı bir 
şəkildə  yaratmaq  və  beləliklə  tamaşaçını  yeni  konfliktə,  yeni 
vəziyyətə hazırlamaq məsələsini Hökümə xanım ustalıqla həll edir. 
Aktrisamızın hər vəziyyətin öz daxili ritmini tapmaq məharəti 
həyəcanlarda, hərəkətlərdə, danışıq tərzlərində təzahür edir” (8). 
On səkkiz şəkildən ibarət olan bu tamaşada Oliviya-Qurbano-
va cəmi altı şəkildə görünürdü. Tamaşada az görünməsinə baxmaya-
raq Oliviya-Qurbanova səhnədə baş verən hadisələrdə iştirak edirdi. 
Dəqiq  işlənmiş  bu  komediyada  lirik-romantik  xətt-Orsino  –  
Ə.  Sultanov,  Oliviya-H.  Qurbanova,  Viola-B.  Şəkinskaya  son  də-
rəcə maraqlı və incə idilər. 


Yüklə 15,97 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə