İmran axundov



Yüklə 15,97 Kb.
Pdf görüntüsü
səhifə7/37
tarix21.06.2018
ölçüsü15,97 Kb.
#50141
1   2   3   4   5   6   7   8   9   10   ...   37

 
22 
onların öz xarakterini tamaşaçılara dəqiq göstərmək həqiqətən sənət 
qələbəsi idi. 
1944-cü il dekabr ayının 26-da S. Turabovun quruluşunda M. 
Hüseyn  və  İ.  Əfəndiyevin  müharibə  mövzusunda  müştərək  yaz-
dıqları  “İntizar”  tamaşası  səhnəyə  qoyuldu.  Bu  tamaşada  Hökümə 
Qurbanova ilə Məhluqə Sadıqovaya Sürəyya obrazı tapşırıldı. 
İ.  Rəhimli  qeyd  edir  ki,  H.  Qurbanova  Sürəyya  rolunu  ifa 
etməyib  (19).  Sonra  digər  kitabında  göstərir  ki,  Hökümə  xanım 
Sürəyya  rolunu  oynayıb  (21).  Eyni  müəllifin  ayrı-ayrı  kitablarında 
bir-birinə  zidd  olan  fikirləri.  Lakin  bizim  əlimizə  düşən  akademik 
Məmmədcəfər Cəfərovun, professor Mehdi Məmmədovun və Adilə 
İsmayılovanın tədqiqatlarında göstərilir ki, Hökümə xanım Sürəyya 
obrazını oynayıb. 
“Müəlliflərin fikrincə Sürəyya qoca Alxasın başqa bir timsalı 
kimi dözüm, dəyanət, mərdlik və sədaqət ideyasını daşımalı, bu ide-
yanın  təbliğatçısı  olmalıdır.  Aktrisa  (H.  Qurbanova-İ.  A.)  bu  fikrə 
əsaslanmağa  çalışsa  da,  rolun  səhnə  həyatında  məntiq  və  təbiilik 
axtarmaqda  səy  göstərsə  də  pyesin,  mətnin  özündə  olan  qüsurları, 
oynadığı  rolun  canına  hopmuş  melodramatizmi  tamam  dəf  eləyə 
bilmədi”(16). 
“Bəzən də rejissor öz mizanları ilə aktyoru pis vəziyyətdə qo-
yur. Məsələn, “İntizar”da birinci pərdə də rejissor Turabov Məhluqə 
xanımı aparıb qoyur səhnənin lap dalına və deyir ki, burada dur və 
titrək  bir  səslə  qısqanclıq  odu  ilə  alışıb  yanan  qəlbini  Tofiqə  aç. 
Məhluqə xanım da arxada olduğuna görə ucadan danışmağa məcbur 
olur, səsi qeyri-təbii bir vəziyyət alır. Bir tərəfdən də Zeyniş rolunu 
ifa edən Vəlixanlı dilsiz otursa da məişətə  aid  hərəkətləri ilə  hamı-
nın diqqətini özünə cəlb edir və Məhluqə xanıma imkan vermir ki, 
məhəbbətdən  danışanda  səsinə  lirik  bir  ahəng  verə...  Beləliklə  də 
effekt  pozulur.  Belə  halda  şübhəsiz  ki,  təqsir  rejissordadır.  Ancaq 
Hökümə  xanımın  həmən  bu  şəraitdə  ucadan  danışması  tamamilə 
başqa cür təsir buraxır. Birinci ona görə ki, o bu rolu başqa planda 
oynayır. İkinci ona görə ki, onun növbəsində Zeyniş obrazını Mirza-
ğa Əliyev ifa edir... 


 
23 
Sürəyya  əsərin  ilk  səhnələrində  son  dərəcə  qısqanc,  əsəbi, 
dəymə-düşər bir qızdır. Xüsusilə Hökümə xanımın oyununda bu qıs-
qanclıq və əsəbilik daha şiddətli bir hal alır. Sürəyya bu səhnələrdə 
hələ  kamala  çatmamışdır.  İnsanları  yaxşı  tanıya  bilmir...  Lakin  son 
səhnələrdə  o  dəyişilir.  Cəbhədən  qayıtmış  bir  qəhrəmana,  sadə, 
təmiz ürəkli Cəfərə rast gəlir və başa düşür ki, qızların təmiz məhəb-
bətinə layiq olan oğlanlar necə olarmış. Sürəyya Cəfərə rəğbət bəs-
ləyir... Bu xətt ilə Sürəyya obrazı düzgün, təbii və inandırıcı inkişaf 
etdirilmişdir”(6). 
Beləliklə,  “İntizar”  tamaşasında  qüvvətli  aktyor  ansamblının 
(S. Ruhulla, M. A. Əliyev, M. Mərdanov, A. Gəraybəyli, Ə. Qurba-
nov, M. Vəlixanlı, S. Hacıyeva Ə. Sultanov, H. Qurbanova və s.) ifa 
etməsinə  baxmayaraq,  müəlliflər  və  rejissor  tərəfindən  baş  verən 
qüsurlar öz işini görmüşdür. 
1945-ci  il  aprel  ayının  28-də  A.  İsgəndərov  və  Ə.  Şərifovun 
quruluşunda  M.  S.  Ordubadinin  “Dumanlı  Təbriz”  tarixi  dramı 
tamaşaya qoyuldu və Hökümə Qurbanovaya xalq içərisindən çıxmış 
inqilabçı Zeynəb obrazı tapşırıldı. 
Zeynəb  obrazı  H.  Qurbanovanın  müvəffəqiyyətlə  yaratdığı 
rollar sırasına daxildir. Onun ifasında Zeynəb zəhmətkeş kütlə içəri-
sindən çıxan inqilabçı, fədakar mücahid idi. 
“Əli  Qurbanovla  Hökümə  Qurbanovanın  ifa  etdikləri  Cavad 
ağa və Zeynəb obrazlarının simasında teatr Təbriz zəhmətkeşlərinin 
ən yaxşı nümayəndələrini, xalq azadlığı uğrunda canlarından keçən 
fədakar inqilab mücahidlərini təsvir etmişdir” (13). 
Hökümə xanımın ifasında Zeynəb sözün tam mənasında Şərq 
qadınıdır,  hüququnu  tələb  edən,  mübarizələrə  qoşulan  qadındır. 
Aktrisa obrazı bu aspektdən ifa edirdi. 
“...  Mirzağa  Əliyev  və  Mustafa  Mərdanovun  (Hacı  Salman), 
Ağasadıq  Gəraybəylinin  (Hacı  Mehdi)  ...  Hökümə  Qurbanova  və 
Mirvari  Novruzovanın  (Zeynəb),  Əli  Qurbanovun  (Cavad  ağa)  ... 
oyunu tamaşanın siyasi kəskinliyini və bədii-estetik dəyərini artırır, 
İran Azərbaycanı zəhmətkeşlərinin milli azadlıq mübarizəsinin əzə-
mətli lövhələrini tamaşaçılar qarşısında canlandıra bilirdilər” (22). 


 
24 
H.  Qurbanovanın  yaratdığı  Zeynəb  tamaşada  baş  rol  deyil, 
əsas  roldur.  Hadisələrin  cərəyanı  Zeynəb-Qurbanovanın  ifasından 
əhəmiyyətli dərəcədə asılı idi. 
Zeynəb  obrazı  Hökümə  xanımın  simasında  öz  mükəmməl 
ifaçısını  tapmışdır.  Lazım  olan  bütün  keyfiyyətləri  H.  Qurbanova 
tamaşaçılara inandırıcı boylarla nümayiş etdirirdi. 
“Zeynəb  rolunun  özünə  gəlincə  onu  səciyyələndirən  xarakter 
cizgiləri,  ifaçılıq  boyaları  da  aktrisanın  yaradıcılıq  ehtiyatında  bol 
idi. Rolun fakturasına görə burda qadın gözəlliyi kişi cəsarəti ilə, qa-
dın  həyası  döyüşçü hünəri ilə,  gənclik hərarəti fitri bir müdrikliklə 
uyuşmalıdır. Aktrisada bu cəhətlərin hamısı var idi və ifa prosesində 
onlar  təbii  surətdə  uyuşur,  bütöv  xarakter  nəzdində  birləşirdilər. 
Aktrisa rolun dialektikasını düzgün hiss edir və ona münasib olan bu 
dialektikanı  ifadə  edə  bilən  bioqrafiya  ilə  yaşayırdı.  Bu  səhnə  bio-
qrafiyasının başlanğıcı, inkişafı və intəhası var. Belə ki, biz tamaşa-
nın  əvvəlindəki  Zeynəblə  sonundakı  Zeynəbi  fərqləndirə,  onun 
şəxsiyyətində,  xarakterində  baş  vermiş  təbəddülatı  əyani  surətdə 
görə bilirik. Əvvəllər özü əsarət altında olan, təzyiq və təcavüzə mə-
ruz qalan məzlum Zeynəbin tədricən şüuru dərinləşir, həyata baxışı 
dəyişir,  başqalaşır,  o,  tədricən  özündə  qüvvə  toplayır,  etiraz  səsini 
ucaldır, nəhayət özünün, özü kimi məhkum, məzlum qadınların na-
musunu  qorumaq  üçün  silaha  sarılır.  Aktrisa  bu  mürəkkəb  prosesi, 
xüsusilə  onun  ikinci  hissəsini,  fəal  mübarizə  səhnələrini  çox  təbii 
oynayır,  daha  doğrusu  yaşayır.  Silah  da  Zeynəbin-Hökümə  Qurba-
novanın  əlində  çox  təbii  görünür,  təbii  də  işlənirdi.  O,  heç  də  bir 
səhnə atributu, rekvizit predmeti kimi gəzdirilmir, sahibəsinə bənzər 
tərzdə oynayır, yaşayır, fəaliyyət göstərir. Aktrisanın özü kimi-odlu, 
hərarətli surətdə, inamla və inandıraraq oynayır” (16). 
“Kommunist”  qəzeti  (30.05.1945)  yazır  ki;  “Cavad  ağa  (Əli 
Qurbanov-İ.A.)  ilə  Zeynəbin  (Hökümə  Qurbanova-İ.A.)  simasında 
biz Təbriz zəhmətkeşlərinin ən yaxşı nümayəndələrini, xalq azadlığı 
uğrunda  canlarından  keçən  fədakar  inqilabçı,  qorxmaz  inqilab 
mücahidlərini görürük... Hökümə Qurbanova bu rolu böyük həyəcan 
və hərarətlə oynayır”. 


Yüklə 15,97 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə