İnformasiya təHLÜKƏSİZLİYİ


İNFORMASİYA   TƏHLÜKƏSİZLİYİ



Yüklə 5,85 Mb.
Pdf görüntüsü
səhifə66/448
tarix31.12.2021
ölçüsü5,85 Mb.
#81396
növüDərs
1   ...   62   63   64   65   66   67   68   69   ...   448
INFORMASIYA-TEHLIKESIZLIYI-DERSLIK-2017

 
İNFORMASİYA   TƏHLÜKƏSİZLİYİ 
 
 
 
________________________ 58 ____________________________ 
 
elektron  rəqəmsal  imzaların  yoxlanması,  açarların  paylanması 
və  çoxlu  sayda  digər  alqoritmlər  daxildir.  Adları  çəkilən 
alqoritmlərin  hər  biri  ehtimal  olunan,  nizam-intizamı  pozan 
(düşmən,  pisniyyətli  və  s.)  şəxs  tərəfindən  müəyyən 
informasiya  təhlükəsizliyinə  qarşı  yönəlmiş  hədələrin  aradan 
qaldırılmasına yardımçıdırlar.  
Əksər  kriptoqrafik  alqoritmlər  riyazı  əsasa  söykənərək 
qurulurlar. 
Kriptoqrafiya  kriptologiya  elminin  hissələrindən  biridir. 
Kriptologiya  elminin  digər  hissəsi  kriptotəhlil  (və  ya 
kriptoanalız)  ilə  məşğul  olur.  XX  əsrin  70-ci  illərinə  kimi  elmin 
bu  sahəsi  şifrələmə  üsullarının  zəif  və  güclü  tərəflərini, 
həmçinin  şifrələrin  sındırılması  üsullarını  öyrənirdi.  İndiki 
zamanda kriptotəhlil kriptoqrafik sistemin müdafiəsi ilə məşğul 
olan elm sahəsidir. Sahə informasiya təhlükəsizliyinin pozulma 
üsullarının  axtarılması  ilə  məşğul  olur  və  cari  sistemin 
informasiya  təhlükəsizliyini  təmin  edir.  Beləliklə,  kriptotəhlil 
şifrələnmiş mətnin açarsız oxunma üsullarını, elektron rəqəmsal 
imzanın  saxtalaşdırılma  üsullarını  və  başqalarını  öyrənir. 
Kriptoqrafiya  və  kriptoanaliz  güclü  elm  sahələri  olsada,  bir-
birinin  əksinə  yönəlmiş  məqsədə  qulluq  edirlər.  Sonuncu 
onilliklərdə  bu  elm  sahələri  fasiləsiz  və  intensiv  inkişaf  edir, 
nəticədə bir sahənin inkişafı digər sahənin inkişafına da səbəb 
olur. 
 
ŞİFRƏLƏMƏ 
 
Şifrləmə  dedikdə  açıq  mətn  adlanan 
M
  başlanğıc 
məlumatının  şifrələnmiş  mətn  (və  ya  şifrmətn)  adlanan 

Yüklə 5,85 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   448




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə