İnformasiya təHLÜKƏSİZLİYİ



Yüklə 5,85 Mb.
Pdf görüntüsü
səhifə67/448
tarix31.12.2021
ölçüsü5,85 Mb.
#81396
növüDərs
1   ...   63   64   65   66   67   68   69   70   ...   448
INFORMASIYA-TEHLIKESIZLIYI-DERSLIK-2017

M
ı
  
formasına  çevrilməsi  başa  düşülür.  Nəzərə  almaq  lazımdır  ki, 


 
İNFORMASİYA   TƏHLÜKƏSİZLİYİ 
 
 
 
________________________ 59 ____________________________ 
 
əks  çevirməni  həyata  keçirmək  üçün 
açar  adlanan  əlavə 
informasiyaya malik olmaq lazımdır. 
Bəzi istifadəçilər şifrələməni kodlaşdırma ilə səhv salırlar. 
Əslində  bu  proseslər  arasında  hiss  olunacaq  dərəcədə  fərq 
vardır.  Kodlaşdırmada  da  başlanğıc  məlumatın  başqa  bir 
formaya çevrilməsi prosesi yerinə yetirilir, amma bu çevrilmədə 
məqsəd informasiyanın əlverişli ötürülməsi və ya əlverişli təhlil 
edilməsidir.  Məsələn,  xüsusi  hazırlanmış  mətn  ikilik  kod  ilə 
kodlanır  (yəni  hər  bir  simvol  1  və  0  –ların  ardıcıllığı  ilə  əks 
olunur).  Məqsəd  bu  informasiyanı  Elektron  Hesablama 
Maşınında  rahat  təhlil  etmək,  lazım  gəldikdə  yaddaşda 
saxlamaqdır,  çünki  elektrik  impulsları  ardıcıllığı  ilə  əks  olunan 
informasiyanı kabel vasitəsilə ötürmək rahat və əlverişlidir.  
Şifrələmənin  məqsədi  isə  başqadır.  Mətn  ona  görə 
şifrələnir  ki,  şifrəni  açmaq  üçün  açara  malik  olmayan  kənar 
şəxs  (daha  doğrusu  pisniyyətli  insan)  şifrələnmiş  mətni  oxuya 
bilməsin (hətta mətn haqqında müəyyən məlumata malik olsa 
da belə).    
 Beləliklə, şifrələmə 
informasiyanın konfidensiallığını təmin 
edən alətdir.  
Şifrələmə alqoritmi iki böyük qrupa bölünür: 
1.Simmetrik (ənənəvi şifrələmə); 
2.Açıq açarla şifrələmə. 
 

Yüklə 5,85 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   448




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə