İnformasiya təHLÜKƏSİZLİYİ


İNFORMASİYA   TƏHLÜKƏSİZLİYİ



Yüklə 117,27 Kb.
Pdf görüntüsü
səhifə24/107
tarix08.10.2017
ölçüsü117,27 Kb.
#3613
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   107

 
İNFORMASİYA   TƏHLÜKƏSİZLİYİ 
 
 
 
________________________ 85 ____________________________ 
 
D.Sezar şifrəsi; 
E.Monoəlifbalı şifrə. 
 
9.Müasir  simmetrik  alqoritmlərin  xüsusiyyələrti  necə 
adlanır: açıq mətnin hər bir biti şifrələnmiş mətnin hər bir bitinə 
necə təsir göstərir? 
 
10.Simmetrik  alqoritmlərdən  istifadə  zamanı  yaranmış 
problem nə ilə əlaqədardır? 
A.EHM-lərdə realizə olunmasının mürəkkəbliyi ilə
B.EHM-lərin  istifadəyə  buraxıldığı  andan  istifadə  edilən 
şifrələrin kriptotəhlil edilməsinin asanlığı ilə; 
C.Açarların  kiməsə  verilməsi  və  açarların  idarə  edilməsi 
zamanı yaranan çətinliklər ilə
D.Bu  alqoritmlərin  EHM-lərdə  istifadə  edilməsi  zamanı 
çoxlu sayda hesablama resurslarının tələb olunması ilə. 
 
11.İstifadə olunan mətn bloklara bölünəndə və bu bloklar 
eyni açarla şifrələnəndə blok şifrələrinin şifrələnmə rejimi necə 
adlanır? 
A.Şifrələnmiş blokların bir-birinə bağlanması rejimi; 
B.Əks əlaqə ilə şifrələnmə rejimi; 
C.Çıxışa görə əks əlaqə rejimi; 
D.Elektron şifrələmə kitabı rejimi. 
 
 
AÇIQLAMA:  Kriptoqrafiya  (yunanca  gizli  yazıram 
anlamını  verir)  məxviliyin 
(informasiyanın  kənar  şəxs 
tərəfindən  oxuna  bilməməsi),  tamlıq  (informasiyanın  hiss 
olunmayacaq  qədər  dəyişdirilə  bilinməməsi),  autentifikasiya 
(müəllifin  və  ya  obyektin  xüsusiyyətlərinin  həqiqiliyinin 


 
İNFORMASİYA   TƏHLÜKƏSİZLİYİ 
 
 
 
________________________ 86 ____________________________ 
 
yoxlanması),  həmçinin  müəlliflikdən  imtina  edilməsinin 
mümkün olmaması anlamını verir. 
İlk  olaraq  kriptoqrafiya  informasiyanın  şifrələnməsi 
üsullarını  öyrənirdi.  Ənənəvi  olaraq  kriptoqrafiya  simmetrik 
kriptosistem  əmələ  gətirir,  yəni  bu  sistemdən  istifadə 
etməklə  şifrələnmə  və  ya  şifrədən  azad  olma  bir  açarın 
köməkliyi  ilə  həyata  keçirilir.  Bundan  başqa  müasir 
kriptoqrafiya  özündə  assimmetrik  kriptosistemi  və  elektron 
rəqəmsal imza sistemini (ERİ), xeş-funksiyanı, açarlarla idarə 
etməni, gizli informasiyanın alınmasını, kvant kriptoqrafiyanı 
əks etdirir. 
Kriptoqrafiya  haqqında  verilmiş  qanun  abonentlərin 
şantaj  olunması  və  ya  abonentin  satın  alınması,  onun 
aldanılması,  mənzilinin  və  ya  avtomobilinin  açarının 
oğurlanması,  onun  həyatını  təhlükə  altına  alan  hədələrin 
həyata  keçirilməsi,  müdafiə  edilən  verilənlər  bazasından 
informasiya  alarkən  ona  edilmiş  təhlükə  və  s.  hallar  baş 
verdikdə subyektin müdafiəsi ilə məşğul olmur. Kriptoqrafiya 
qədim elm sahələrindən biridir, onun yaranma tarıxı bir neçə 
min illər əvvələ (təxminən 4 min il əvvələ) gedib çıxır. 
Kriptoqrafiyadan istifadənin birinci dövründə (təxminən 
3  min  il  əvvəl)  şifrələnmə  üçün  monoəlifbadan  (yazıda 
istifadə edilən hərflərin digər hərflər və ya simvolar ilə əvəz 
edilməsi) geniş istifadə olunurdu. 
Kriptoqrafiyadan istifadənin ikinci dövründə  (IX əsrdən 
başlayaraq Yaxın Şərqdə dövrünün görkəmli alimi abu Yusif 
Yaqub  ibn  İshaq  əl-Kindi),  XV  əsrdən  başlayaraq  Avropada 
(Leon  Battista  Albert  -  XX  əsrin  sonlarına  kimi)  şifrələmə 
üçün çoxəlifbalıqdan geniş istifadə edilməyə başlanıldı. 
Kriptoqrafiyadan istifadənin üçüncü dövründə (XX əsrin 
başlanğıcı  və  XX  əsrin  ortalarına  kimi)  şifrələmə 


 
İNFORMASİYA   TƏHLÜKƏSİZLİYİ 
 
 
 
________________________ 87 ____________________________ 
 
əməliyyatlarını  yerinə  yetirmək  üçün  elektromexaniki 
qurğulardan istifadə olundu. Bu məqsədlə qurğuları işlətmək 
üçün 
şifrələyici 
mütəxəssislər 
işə 
qəbul 
edilirdi. 
İnformasiyanın  şifrələnməsi  zamanı  çoxəlifbaliq  sisteminə 
daim mürəciət edilirdi.
       
 
 
Lorenz alman kriptomaşını, 
gizli məlumatların 
şifrələnməsi üçün İkinci 
Dünya Müharibəsində 
istifadə olunmuşdur
 
 
 
Gizli məlumatların şifrələnməsi 
üçün istifadə olunan kriptoqrafiya 
maşını
 
 
 
 
Kriptoqrafiya aləti 
 


 
İNFORMASİYA   TƏHLÜKƏSİZLİYİ 
 
 
 
________________________ 88 ____________________________ 
 
İnformasiyanın  şifrələnməsinə  nümunə  kimi  İkinci 
Dünya  Müharibəsində  istifadə  edilən  ENİQMA  hesablama 
maşınından istifadəni göstərmək olar. 
Kriptoqrafiyadan  istifadənin  dördüncü  dövrü  (XX  əsrin 
ortalarından  keçən  əsrin  70-ci  illərinə  kimi)  riyazi 
kriptoqrafiyaya keçid dövrü adlanır. Görkəmli alim 
K.Şennon 
əsərlərində informasiyanın ölçülməsi, verilənlərin ötürülməsi, 
entropiya, şifrələmə funksiyası kimi terminlərdən istifadə edir 
və  bu  terminləri  sonralar  elmə  daxil  edir.  Şifrələnmiş 
informasiyanın  müəyyənləşdirilməsi  üçün  “xətti  differensial 
kriptoanaliz”dən  istifadə  olunmağa  başlanılır.  Bütün  bunlara 
baxmayaraq  1975-ci  ilə  kimi  kriptoqrafiyada  “klassik” 
üsillardan istifadə olunurdu. 
Kriptoqrafiyanın müasir dövrdə inkişafı (keçən əsrin 70-
ci  illərinin  sonundan  inkidiki  zaman  kimi)  bu  sahədə  yeni 
istiqamətin  – açıq açar prinsipli kriptoqrafiya  - yaranmasına 
səbəb  oldu.  Müasir  sahənin  yaranması  təkcə  yeni  texniki 
qurğulardan istifadə ilə deyil, həmçinin kriptoqrafiyadan fərdi 
şəxslərin  istifadəsilə  də  bağlı  oldu  (əvvəlki  dövrlərdə 
kriptoqrafiyadan  ancaq  dövlət  səviyyəsində  istifadə 
olunurdu). İnsanların şəxsi məqsədləri üçün kriptoqrafiyadan 
istifadə etməsi müxtəlif ölkələrdə müxtəlif cür qarşılanır, bəzi 
ölkələrdə  buna  qadağa  qoyulsa  da,  bəzi  ölkələrdə  buna 
geniş imkanlar yaradılır. 
Müasir  kriptoqrafiya  müxtəlif  elmi  istiqamətlər 
(riyaziyyat  elminin  informatika  elmi  ilə  kəsişməsində) 
yaratmışdır. Bu barədə elmi jurnallarda mütamadi məqalələr 
çap  edilir.  Kriptoqrafiyadan  istifadə  müasir  cəmiyyətin 
ayrılmaz  bir  hissəsinə  çevrilmişdir.  Ondan  elektron 
kommersiyada,  elektron  sənəd  dövriyyəsində,  rəqəmsal 
imzada,  telekommunikasiya  sahəsində  və  digər  sahələrdə 


Yüklə 117,27 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə